Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-272/2024 05.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1971-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1971-ci ildə Lənkəran rayonunun Nərminabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Veri kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən, onun istifadəsində olan 0,04 ha ölçüdə torpaq sahəsini özəlləşdirib adına çıxarış alacağını vəd etməklə 18 fevral 2022-ci il tarixdə qrupun üzvü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranında 4000 manat, 2022-ci ilin may ayının əvvəllərində Mərdəkan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Xəyal” restoranının həyətində 3000 manat, 2022-ci ilin may ayının sonlarında Mərdəkan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranında 4400 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs cəmi 11400 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 oğlu ilə razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs aldadıb Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən, onun istifadəsində olan 0,04 ha ölçüdə torpaq sahəsini özəlləşdirib adına çıxarış alacağını vəd etməklə 18 fevral 2022-ci il tarixdə qrupun üzvü Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranında 4000 manat, 2022-ci ilin may ayının əvvəllərində Mərdəkan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Xəyal” restoranının həyətində 3000 manat, 2022-ci ilin may ayının sonlarında Mərdəkan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Şam Bağı” restoranında 4400 manat pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs cəmi 11400 manat pulunu ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Təqsirləndirilən şəxs1 ilə birlikdə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər və onunla barışmışdır. Zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş ziyanın 25 faiz məbləğində pulu dövlət büdcəsinə ödədiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Təqsirləndirilən şəxs2 ilə birlikdə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişlər və onunla barışmışdır. Zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, həmçinin vurulmuş ziyanın 25 faiz məbləğində pulu dövlət büdcəsinə ödədiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, istifadəsində olan torpaq sahəsində əlavə sənədsiz torpaq sahəsi olmuş və sənədləşdirmək istəmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 özünün işçisi kimi təqdim etmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi üçün onlara 4000 manat pul vermişdir. Onlar torpaq sahəsinə sərəncam vermişlər. Sərəncamını yoxlayanda müəyyən etmişdir həmin sərəncam saxtadır. Belə ki, müəyyən etmişdir ki, həmin sərəncam əsasında artıq çıxarış verilmişdir. Bundan sonra o, pulunu tələb etmişdir. Sərəncamı isə ona verəndə həmin sərəncam əsasında çıxarış alındığını bildirməmişlər, özü yoxlayanda həmin sərəncamın saxta olduğunu bilmişdir. Ondan alınmış pulu hissə-hissə qaytarmışlar və 3000 manat borcları qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, 2018-ci ildə Şağan Bələdiyyəsində işləməyə başlamışdır. 2022-ci ildə Pərviz Əliyev ona yaxılaşaraq torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsinin sənədləşdirmək istədiyini bildirmişdir. Həmin vaxtı o, Zərərçəkmiş şəxs müfəttiş vəzifəsində çalışan Təqsirləndirilən şəxs1la tanış etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmçinin əlavə torpaq sahələrinin alqı-satqısı ilə məşğul olmuşdur. Bu barədə Pərviz Əliyevə bildirərək onları tanış etmişdir. Bundan sonra onlar arasında nə baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2la tanışdırlar. Gündüz ondan bir nəfər şəxsin Mərdəkan qəsəbəsində torpaq sahəsi satmağı barədə məlumat əldə etməsini xahiş etmişdir. Bundan sonra həmin şəxsdən maraqlanmışdır. Müəyyən etmişlər ki, bir şəxsin adına rəsmi 750 kv.m torpaq sahəsinə dair sərəncam var, lakin həmin şəxs ölmüşdür, vərəsəsi isə arvadıdır. Şəxsin ölümündən sonra isə vərəsəlik işi açılmamış və torpaq sahəsi özəlləşdirilməmişdir. Bundan sonra 8000 manat həmin ölmüş şəxsin ailə üzvlərinə pul verilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi üçün 2022-ci ildə vərəsəlik işi açılmış və bundan sonra vərəsəlik işinin açılması barədə sənədlə birlikdə Təqsirləndirilən şəxs2 iştirakı ilə “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən əmlak idarəsinə və həmin idarənin hüquqşunası sənədlərə baxdıqdan sonra bildirmişdir ki, torpaq sahəsinin cizgisi çəkilmiş, lakin özəlləşdirməyə getməmişdir. Cizgi ilə razılaşmadıqlarını, cizginin səhv olduğunu və torpaq sahəsinin başqa yerdə yerləşirsə onda həmin şəxs onlara inzibati-iqtisadiyyat məhkəməsinə müraciət etmələrini və həmin cizginin ləğv edilməsini, yeni cizginin verilməsi barədə iddia qaldırılmalarını demişdir. Daha sonra olan proseslərdən məlumatı olmamışdır. Sonda bilmişdir ki, Gündüzə qarşı pulun qaytarılması ilə bağlı tələblər var. Bundan sonra Pərviz Əliyevlə əlaqə saxlamış və bu işdə ona dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. Hətta Gündüzə pulun ödənilməsi barədə köməklik etmişdir. Məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, mərhum ərinin adına torpaq sahəsinin verilməsi ilə bağlı sənəd olmuşdur. Torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxslərin heç birini tanımır və görməmişdir. Əri həmin torpaq sahəsini başqa şəxsə vermişdir. Mirzə adlı şəxs sənədi gətirib ona göstərmiş və əri öldüyündən sənədi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Mirzə ilə notariusa getmiş və ona təqdim olunan sənədi orada imzalamışdır. Ona pul verilməmişdir. Torpaq sahəsi ilə bağlı məhkəməyə iddia ərizəsi verməmişdir. Notariusda olan zaman hansı sənədlərə imza etdiyini bilməmişdir. İş materiallarında olan: -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Hüseyn Məmmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ********* nömrəli cinayət işinin başlanması və istintaqın aparılması üçün icraatına götürülməsi barədə qərar qəbul edilmişdir. -Ə.A.Cahanigirov tərəfindən imzalanmış “Razılaşma müqaviləsi” adlı əlyazmadan görünür ki, həmin əlyazmada qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs1 təsdiq edir ki, həqiqətən Zərərçəkmiş şəxs 4000 manat pulu onun evinin sənədlərini hazırlanması üçün almışdır. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, həmin tarixdə saat 16:55-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -AR-İİ seriyalı, 613037 nömrəli etibarnamədən görünür ki, Şahid3 tərəfindən mərhum əri X10 ayrılmış Mərdəkan qəsəbəsi, 5/209 saylı sahədə yerləşən 750 kv.m torpaq sahəsinə vərəsəlik işini açmaq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq, tikinti işləri aparmaq, sahəni və tikinti özəllşdirmək, özəlləşdirmək ilə bağlı dövlət orqanlarında təmsil etmək, torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq və s. kimi hərəkətlərin edilməsi Təqsirləndirilən şəxs1 etibar edilmişdir. -Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 103 saylı məktubundan görünür ki, həmin məktubda X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat ofisinə müraciət olunduğu, mərhumun qanun üzrə vərəsəsi arvadı Şahid3 olması bildirilmiş və ünvan 4 ünvanında yerləşən 750 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. -Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şahid3 ünvanladığı 127 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun Şağan qəsəbə nümayəndəliyinə unvanladığı yazılı müraciəti ilə bağlı bildirilmişdir ki, müraciətində qeyd etdiyi ünvan üzrə (Аdil Gəray küçəsi, döngə 1, ev 24) yerində araşdırma aparılmışdır. Məlum olmuşdur ki, həmin ünvanda yaşadığını qeyd etsə də, həmin ünvanda hal-hazırda tamamilə başqa şəxslər (adə) yaşayır. Eyni zamanda ərizədə qeyd etdiyi Adil Gəray küçəsi, döngə 1, ev 24 ünvanındakı fərdi yaşayış evinin guya mərhum əri X12 tərəfindən tikildiyi göstərilsə də, lakin DƏDRX-nin tərtib etdiyi Çıxarışda həmin həyətyanı sahənin mərhum X3 məxsus olduğu muəyyən edilmişdir. Bundan əlavə, həmin ünvanda olan fərdi yaşayış evləri də mərhum X6 və onun övladı tərəfindən inşa edilmişdir. Araşdırma zamanı həyətyanı sahəyə ünvan verilməsi 05 04 2006-cı ildə X2 müraciəti əsasında aparılmışdır. Bundan əlavə, Şahid3 pasport qeydiyyatı üzrə Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 16 ünvanında qeydiyyatda olması, eyni zamanda torpaq ayrılma sərəncamında göstərildiyi kimi mərhum X8 torpaq sahəsinin Şağan qəsəbəsində deyil, məhz Mərdəkan qəsəbəsəndə ayrıldığı qənaətinə gəlinmişdir. Bu səbəbdən də mərhum ərinə aid 10 may 1994-cü il tarixli sərəncama dair cizginin verilməsi Şağan qəsəbə nümayəndəliyi tərəfindən mümkun hesab edilməmişdir. -Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 407/128 saylı sərəncamının surətindən görünür ki, X7 Mərdəkan qəsəbəsində 5/209 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlandığı Xəzər RPİ-nin MSYdən azad olunması barədə qərar qəbul edilmişdir. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və saxlandığı Xəzər RPİ-nin MSYdən azad olunması barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə İsmayıllı rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 213.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il islah işlərinə məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən və həmin tarixli qərardan görünür ki, xx.xx.1971-ci ildə Lənkəran rayonunun Nərimanabad kəndində doğulmuş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan həmin ittihamın Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə əhatə olunması səbəbindən dövlət ittihamçısının imtinası qəbul edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilməsi qərara alınmış, o, Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 68.3.1, 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X11 mülkiyyətində olan ünvan 4də 0,0602 ha torpaq sahəsi, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/128 reyestr nömrəli sərəncamına (xx.xx.2022-ci il tarixli BA-08297-2022 nömrəli arxiv arayışı), keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilmiş torpaq sahəsinin olanı və ölçüsünə, azalma ərizəsinə, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 103 nömrəli məktuba əsasən ilkin olaraq xx.xx.2023-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş: - iş üzrə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. -Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı Təqsirləndirilən şəxs1 ilə birlikdə tamamilə ödəmişlər və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət əməli nəticəsində vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 ilə birlikdə 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Göstərilənlərə əsasən cinayət işi üzrə məsuliyyətdən azad edilməsi və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəymiş ziyanı Təqsirləndirilən şəxs2 ilə birlikdə tamamilə ödəmişlər və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin cinayət əməli nəticəsində vurulmuş ziyanın Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişlər. Göstərilənlərə əsasən cinayət işi üzrə məsuliyyətdən azad edilməsi və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında Təqsirləndirilən şəxs2 tərəfindən dövlət büdcəsinə ümumilikdə 2850 (iki min səkkiz yüz əlli) manat məbləğində pul ödənilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan onlar, cinayət məsuliyyətində azad olunmalıdırlar. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir”. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.5-ci madəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətmələrini, zərər çəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tamamilə ödəmələrini, zərər çəkmiş şəxsin onlara qarşı şikayətinin və tələbinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini birlikdə törətdiklərinindən, həmçinin onlardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi eyni olduğundan vurulmuş ümumi ziyanla bağlı payları bərəbər hesab olunmalı və zərərçəkmiş şəxsə dəmiş ziyanın ödənilməsi və dövlət büdcəsinə ödəniş də həmin paylara müvafiq qaydada müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 40.1.2, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73- 1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın payına uyğun iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın payına uyğun iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 manat, ümumilikdə 564 (beş yüz altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-272/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-272/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver