Məhkəmə qərarları › İş №1(003)-272/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-272/2025

12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-272/2025 12.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, fərdi əməklə məşğul olan, Oğuz rayonu Kərimli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs özünə məxsus olmaqla həyat yoldaşı X2 adına qeydiyyata aldırdığı “Hunday Elantra» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb əvəzində “Turbo.az” sosial şəbəkəsində satışa qoyulmaqla bəyəndiyi “Hyunday Tucson” markalı, 77- MY-120 dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini, ilkin əlində 20000 manat məbləğində nağd pulu olduğunu bilib, “Hyunday Tucson” markalı avtomobilin sahibi ilə danışıb onu 29000 manata alacağını, əlindəki 20000 manat nağd pulu ona verəcəyi halda onun “Hunday Elantra» markalı avtomobilini 23000 manata satıb əldə etdiyi puldan 9000 manatı da həmin nağd pula əlavə edib "Hunday Tucson” markalı avtomobilin sahibinə qalan 14000 manat pulu isə Zərərçəkmiş şəxs verəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşandan sonra Zərərçəkmiş şəxs 29 mart 2024-cü il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən evində 20000 manat məbləğində pulu almaqla və Zərərçəkmiş şəxs avtomobilini satmaq üçün notariatdan onlayn qaydada həyat yoldaşı Məhbubə Məmmədovanın adından etibarnamə almaqla Zərərçəkmiş şəxs bir daha aldadıb inandırmış, bundan sonra Zərərçəkmiş şəxs məxsus “Hunday Elantra» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili razılaşdıqlarından aşağı qiymətə olmaqla 12 aprel 2024-cü il tarixdə 17500 manat məbləğində pula satıb həmin məbləği əldə etmiş, Zərərçəkmiş şəxs üçün aldığı “Hunday Tukson” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə cəmi 17000 manat məbləğində pul vermiş, Zərərçəkmiş şəxs sonradan aldığı “Hunday Tucson” markalı avtomobilin dəyərində Təqsirləndirilən şəxs borclu qaldığı 12000 manatı ödədiyi və razılaşdıqları cəmi məbləğlər, yəni Zərərçəkmiş şəxs avtomobilinin dəyəri olaraq 23000 manat, onun Təqsirləndirilən şəxs verdiyi nağd pul 20000 manat olmaqla cəmi 55000 manat məbləğində pulundan 29000 manat məbləğində pulu aldığı avtomobilə görə onun sahibinə ödənilməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çatası 26000 manat məbləğində pulu verdiyi vədə əməl etməyərək ona verməyib şəxsi ehtiyaclarına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 26.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid onun xalası qızı, Zərərçəkmiş şəxs isə Şahid əridir. Zərərçəkmiş şəxs “Hunday Elantra” markalı, **- CK-*** dövlət qeydiyyat nişanlı avtomobili arvadı Şahid adına almışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs avtomobili sataraq “Hunday Tucson”markalı avtomobil almaq istəmiş və ona müraciət etmişdir. Malik ona “Turbo.az” sosial şəbəkəsində görmüş olduğu “Hunday Tucson” markalı avtomobili almaq istədiyini və həmin avtomobilin 29800 manat məbləğində pula satıldığını demişdir. O, “Hunday Tucson” markalı avtomobilin sahibi ilə telefonla danışmış və 29000 manat məbləğində pula razılaşmışdır. Zərərçəkmiş şəxs ona əlində 20000 manat məbləğində pul olduğunu və “Hunday Elantra” markalı avtomobili satmaq istədiyini demişdir. O, “Hunday Elantra” markalı avtomobili satmaq üçün ona verməyi, əldə olunan məbləğdən 9000 manatını “Hunday Tucson” markalı avtomobilin sahibinə verib alacağını bildirmişdir. Danışıqlarına əsasən o, “Hunday Elantra” markalı avtomobili 23000 manat məbləğində pula satmalı idi. xx.xx.2024-cü il tarixdə Şahid onlayn qaydada ona etibarnamə vermişdir ki, avtomobili satsın. Sonra o, Malikdən 20000 manat məbləğində pulu “Hunday Tucson” markalı avtomobili almaq üçün götürmüşdür. Bir müddət sonra o, “Hunday Tucson” markalı avtomobilin sahibinə 17000 manat məbləğində pulu vermiş və sonra həmin avtomobili Malikə vermişdir. Təxminən 10 gün sonra “Hunday Elantra’' markalı avtomobili 17500 manat məbləğində pula satmış və bu barədə Zərərçəkmiş şəxs məlumat verməmiş, həmçinin 9000 manat məbləğində pulu da “Hunday Tucson” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinə verməmişdir. Sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlayaraq pulunu istədikdə 1000 manat məbləğində pul vermiş, qalan pulu da öz ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə 2500 manat pul ödəmişdir. Qalan məbləği qısa müddət ərzində ödəyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid onun arvadı, Təqsirləndirilən şəxs isə Şahid xalası oğludur. O, “Hunday Elantra” markalı, 77- CK-809 dövlət qeydiyyat nişanlı avtomobili arvadı Şahid adma almışdır. Bir müddət keçdikdən sonra həmin avtomobili sataraq “Hunday Tucson”markalı avtomobil almaq istəmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs müraciət etmişlər. O, Elşənə “Turbo.az” sosial şəbəkəsində görmüş olduğu “Hunday Tucson” markalı avtomobili almaq istədiyini və həmin avtomobilin 29800 manat məbləğində pula satıldığını demişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin sahibi ilə telefonla danışmış və 29000 manat məbləğində pula razılaşmışlar. Bundan sonra o, Təqsirləndirilən şəxs əlində 20000 manat məbləğində pul olduğunu və ona məxsus “Hunday Elantra” markalı avtomobili satmaq istədiyini demişdir. Elşən avtomobili satmaq üçün ona verməyi, əldə olunan məbləğdən 9000 manatını “Hunday Tucson” markalı avtomobilin sahibinə verib alacağını bildirmişdir. Danışıqlarına əsasən Təqsirləndirilən şəxs “Hunday Elantra” markalı avtomobili 23000 manat məbləğində pula satmalı olmuşdur. Sonra Şahid onlayn qaydada Elşənə etibarnamə vermişdir. xx.xx.2024-cii il tarixdə o, 20000 manat məbləğində pulu Elşənə vermişdir. Sonda o, Təqsirləndirilən şəxsla birlikdə “Hunday Tucson” markalı avtomobili almışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Elşən onun avtomobilini satıbdır. O, Elşənlə əlaqə saxlayıb pulu istədikdə isə sonuncu ona 1000 manat məbləğində pul vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Elşən “Hunday Tucson” markalı avtomobilin sahibinə 17000 manat məbləğində pul vermişdir. Bu səbəbdən tanışlarından borc alaraq “Hunday Tucson” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 12000 manat məbləğində pul vermişlər. Zərərçəkmiş şəxs ona 26000 manat məbləğində maddi ziyan vurmuşdur. Sonradan Elşən ona 2500 manat pul qaytarmış, lakin ziyanın qalan hissəsi ona ödənilməmişdir. Hal-hazırda ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə xalası oğludur. Zərərçəkmiş şəxs “Hunday Elantra” markalı avtomobili onun adına almışdır. Bir müddət keçdikdən sonra Malik avtomobili sataraq “Hunday Tucson” markalı avtomobil almaq istəmişdir. Bu məqsədlə onlar Təqsirləndirilən şəxs müraciət etmişlər. Malik Elşənə “Turbo.az” sosial şəbəkəsində görmüş olduğu “Hunday Tucson” markalı avtomobili almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin sahibi ilə telefon vasitəsilə danışmış və 29000 manat məbləğində pula razılaşmışlar. X14 20000 manat məbləğində pul vermiş, qalan 9000 manatı isə onlara məxsus avtomobilin satışından ödəməsini istəmişdir. Bu məqsədlə o, Elşənə etibarnamə vermişdir. Bir müddət sonra məlum olmuşdur ki, Elşən onların maşınını satıbdır. Malik onunla əlaqə saxlayıb pulu istədikdə isə Təqsirləndirilən şəxs cəmi 1000 manat məbləğində pul vermişdir. Sonradan məlum olmuşdur ki, Elşən “Hunday Tucson” markalı avtomobilin sahibinə 17000 manat məbləğində pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2022-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, “Hyundai Elantra” markalı avtomobil Şahid məxsusdur; - xx.xx.2024-cü il tarixli etibarnamədən məlum olur ki, Şahid Təqsirləndirilən şəxs Elfidar oğluna “Hyundai Elantra” markalı avtomobilin üzərində sərəncam vermək və sair üçün səlahiyyətləri vermişdir; - Axtarışda olan şəxsin şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elfidar oğlu xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Elfidar oğlu 21 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədibirinin seçilməsi barədə 21 dekabr 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs Elfidar oğlu barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 09 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Elfidar oğlu barəsində məlumat yoxdur; - AZE seriyalı AA11700854 seriyalı və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Elfidar oğlunun himayəsində 29 iyul 2009-cu il təvəllüdlü X7 adlı və 15 yanvar 2014-cü il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan iki övladı vardır; Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Elfidar oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Elfidar oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Elfidar oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanın bir qisminin könüllü olaraq ödənilməsini, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Elfidar oğlunun əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Elfidar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Elfidar oğlunun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Elfidar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs Elfidar oğluna isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar