Məhkəmə qərarları › İş №1(003)-273/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-273/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-273/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs X2, Təqsirləndirilən şəxs iştirakı ilə, 16 iyun 2022-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1961-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvələr məhkum olunmuş məhkumluğu ödənilmiş, evli, orta təhsilli, fərdi əmək faliyyəti ilə məşqul olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, ev 73, mənzil 2-də qeydiyyatla yaşayır və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən “Halva” restoranına gedən yolda qonşusu X3 ilə aralarında şəxsi münasibətləri zəmində yaranmış mübahisə zamanı yerdən götürdüyü və əlində olan daş parçası ilə Zərərçəkmiş şəxs qəsdən baş nahiyyəsinə zərbə vuraraq təpə nahiyəsinin əzilmiş yaraları, boynun sıyrığı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan Yüngül dərəcəli zərərvurmaya aid olan qəsdən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət etmiş Şadbəy Mirzəliyevi uzun illərdi tanıyır, onunla uzun müddətdir ki, qonşuluqda yaşayırlar. Onların əvəldəndə qonşu kimi münasibətləri yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində o, əlində olan divanı Mirzəliyev Şadbəyə məxsus olan evin qarşısında olan zibilliyə qoyan zaman Şadbəy ona öz iradını bildirib ondan zibil pulu tələb etməyə başlamış, o, Şadbəyə pul verməyəcəyini bildirəndə Şadbəy onun ünvanına nəlayiq sözlər işlətmişdir. Oda bundan əsəbləşərək yumruqla Şadbəyin baş nahiyyəsindən vurmuş, nəticədə Şadbəy yerə yıxılmış baş nahiyyəsindən xəsarət almışdır. Bundan sonra onlar evə getmişlər, həmin anda heç kim orada olmamış, sonradan kiminisə çıxıb çıxmamağından heç bir məlumatı olmamışdır. Bundan sonra, yəni 09 mart 2022-ci il tarixdə saat 14 radələrində o, məhlədə öz evinin qarşısında dayanmış olarkən bu zaman Şadbəy Mirzəliyev onun qarşından keçib gedirmiş. O, Şadbəyin arxasınca getməyə başlamışdır ki, Şadbəyi saxlatdırıb ondan ötən günü baş verənlərə görə üzr istəsin. O, Şabdəyin arxasınca bir qədər gedib, arxasınca qışqırıb çağıraraq dayanmasını tələb edirmiş. Lakin Şadbəy onun qışqırmağına məhəl qoymayıb hərəkətinə davam edirmiş. Məhələdən bir qədər çıxıb "Halva" restoranına gedən yolun üstündə ara məhəllədə Şadbəyə çatmışdır və Şadbəyi saxlatdırıb ondan üzür istəməsini tələb etmişdir. Lakin Şadbəy üzümə baxmış, üzür istəməmişdir o, əsəblərini cilovlaya bilməyib yerdən götürdüyü daş parçası ilə Şadbəyin baş nahiyyəsindən vurmuşdur. Bundan sonra üzünü çevirib çıxıb evə getmişdir. Həmin vaxt ətrafda kimsənin olmasını görməmiş, qeyd etdiyi kimi, həmin yer onların yaşadığı məhəllədən çıxıb Halva restoranına gedən yoldur, orada adam az-az olurmuş. xx.xx.2022ci il tarixdə saat 16 radələrində onların arasında olan mübahisə küçədə yaşadıqları evin qarşısında olmuş, təqribən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt küçədə heç kim olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yenədə onların arasınd olan mübahisə küçədə yaşadığı evin yaxınlığında ara məhələdə küçədə olmuşdur, təqribən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt küçədə kimsənin onları gördüyünü, eləcə də məhəllədə kiminsə olduğunu görməmişdir. İfadəmə əlavə olaraq qeyd edirəm ki, Şadbəy Mirzəliyev onun 2017-ci ildə dünyasını dəyişmiş həyat yoldaşı Yeganəni təhqir etdiyi üçün onu bağışlaya bilməzmiş. Bundan başqa Şadbəylə ilk dəfə aralarında düşən mübahisə zamanı Şadbəy indi etiraf etməsədə həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqribən 30 ildir ki, tanıyır, qonşuluqda yaşayırlar. Onların bir qonşu kimi heç vaxt münasibətləri yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təqribən 16 radələri olarmış, o, küçədə evinin qarşısında durmuşdur. Bu zaman Dilavər əlində köhnə divanla gələrək divanı onun evinin qarşısında olan zibilxanaya qoymuşdur. O, Dilavərə öz iradını bildirmişdir ki, zibilliyə divan atmazlar. Bu zaman Dilavər heç bir səbəb olmadan üzərinə hücum çəkərək onu yerə yıxıb başını yerə vurmağa başlamışdır. Həmin vaxt orada, heç kim olmamışdır, onlar aralaşıb hər kəs öz evinə getmişdir. Həmin mübahisə ani olmuş, təxminən 5 dəqiqə çəkmişdir. O, xəsarət aldğından həmin gün polis orqanlarına müraciət etmişdir. Bundan iki gün sonra, yəni 09 mart 2022-ci il tarixdə saat 14 radələrində o, yaşadığı evdən çıxıb işə gedən vaxt yolda Dilavərnən rastlaşmışdır. O, Dilavəri görüb yerişlərini artırıb Dilavərdən uzaqlaşmağa çalışmışdır. Bu zaman Dilavər onu arxadan səsləməyə başlamış və dayanmasın tələb etmişdir. O, Dilavərin onu vuracağından ehtiyyat edib dayanmamışdır. Lakin Dilavər qaçaraq ona çatmış və onu məhəllələrinin yaxınlığında, ara küçədə saxlayıb üzr istəməyini tələb etmiş və bildirmişdir ki, güya o, Dilavəri təhqir etmişdir. Əslində o, Dilavəri heç təhqirdə etməmişdir. O, üzr istəməyəcəyini bildirən zaman Dilavər yerdən daş parçası çıxararaq başına vurmuş və üzünü çevirib çıxıb getmişdir. Həmin vaxt yaxınlıqda heç kim görməmiş, nədə ki, ona heç kim yaxınlaşmamışdır. O, bundan sonra polisə ikinci dəfədə Dilavər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bildirdiyi kimi, xx.xx.2022-ci il tarixdə saat təqribən 16 radələrində Dilavər onu yaşadığı evin qarşısında küçədə vurmuşdur. Həmin vaxt aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə zamanı küçədə kimsəni görməmişdir. 09 mart 2022-ci il tarixdə saat 14 radələrində Dilavər onun başı ilə daşla vuran zaman hadisə onlar məhəllədən çıxıb "Halva" restoranı tərəfə gedən yolun üstündə ara küçədə baş vermişdir. Həmin vaxt hadisənində kiminsə gördüyünü aşkar etməmişdir, eləcə də onlara heç kim yaxınlaşmamışdır. Həmin günü aralarında olan mübahisə təqribən 5-6 dəqiqə davam etmişdir. Zərər çəkmiş şəxs X3 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 10 mart 2022-ci il tarixli, 252 saylı rəyinə əsasən X2 bədənində aşkar edilmiş xəsarətlər- təpə nahiyəsinin əzilmiş, yaraları, boyunun sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcələli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ş.M.Mirzəliyevin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs X3 ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs ACDİU Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 126.2.4 və 221.3cü maddələri ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saata görə 102 (bir yüz iki) manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar