Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-275/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, 14 yanvar 2021-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Kapalı Çarşı” ticarət mərkəzindən tamah məqsədilə əldə etdiyi, mədəni və tarixi sərvət hesab edilən, Milli Mədəniyyət Əmlakının Dövlət siyahısına daxil olan 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1899 г” sözü yazılan, ümumi çəkisi 454,45 qram olan 53000 manat dəyərində 53 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1902 г” sözü yazılan, ümumi çəkisi 51,48 qram olan 6000 manat dəyərində 6 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1911 г” sözü yazılan, ümumi çəkisi 42,95 qram olan 5000 manat dəyərində 5 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1900 г” sözü yazılan, ümumi çəkisi 34,27 qram olan 4000 manat dəyərində 4 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1901 г” sözü yazılan, ümumi çəkisi 25,68 qram olan 3000 manat dəyərində 3 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1898 г” sözü yazılan, ümumi çəkisi 25,72 qram olan 3000 manat dəyərində 3 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1904 г” sözü yazılan, ümumi çəkisi 17,17 qram olan 2000 manat dəyərində 2 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1903 г” sözü yazılan, ümumi çəkisi 17,16 qram olan 2000 manat dəyərində 2 ədəd olmaqla, ümumilikdə çəkiləri cəmi 668,88 qram təşkil edən, 78000 manat dəyərində 78 ədəd pul sikkəsindən 53 ədədini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqqabısının sağ tayının içliyinin altında, 25 ədədini isə ayaqqabısının sol tayının içliyinin altında yerləşdirərək 15 yanvar 2021-ci il tarixdə J2 176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən, həmin gün saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonun inzibati ərazisində yerləşən X6 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, bir övladı vardır. Övladının 2 yaşı vardır. ünvan 3 ünvanda qeydiyyatda olmağına baxmayaraq, hal-hazırda ailəsi ilə birgə ünvan 6nda yaşayır. Nəsimi rayonunda yerləşən “Moskva” Univermağında zərgərlik məmulatlarının alışı və satışı ilə məşğuldur. Son zamanlar pandemiya ilə əlaqədar maddi vəziyyəti yaxşı deyildir. 13 yanvar 2021-ci il tarixdə onlayn qaydada aldığı biletlə Bakı- İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. İstanbul şəhərinə gedərkən üzərində 500 ABŞ dolları pul olmuşdur. Tükiyəyə getməyinin məqsədi, orada ucuz qiymətə X10 vaxtında istehsal olunmuş qızıldan hazırlanmış pul sikkələrini alıb, Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirib, Bakı şəhərində daha baha qiymətə satmaq olmuşdur. İstanbul şəhərinə çatdıqdan sonra orada “Sorisso” adlı oteldə yerləşmişdir. 14 yanvar 2021-ci il tarixində İstanbul şəhərində “Kapalı Çarşı” ticarət mərkəzində milliyyətcə özbək olan adını bilmədiyi bir şəxsdən X10 vaxtında istehsal olunmuş qızıldan hazırlanmış 78 ədəd pul sikkəsi almış və hər bir sikkəyə 600 manat ödəməklə ümumilikdə həmin sikkələrə görə 46800 manat pul ödəmişdir. 15 yanvar 2021-ci il tarixdə Bakı şəhərinə geri dönmək üçün X8 yola düşmüş, X4rkən 78 ədəd pul sikkəsini əyninə geyindiyi şalvarın cibinə qoymuşdur. Daha sonra qeydiyyatdan keçib və təyyarəyə minməzdən öncə X7 tualetdə 53 ədəd pul sikkəsini ayağında olan ayaqqabının sağ tayının içliyinin altına digər 25 ədədi isə sol tayın içliyinin altına yerləşdirmişdir. Bir neçə saatlıq uçuşdan sonra təqribən saat 21 radələrində təyyarə X6 Hava Limanına eniş etmişdir. X6 Hava Limanına endikdən sonra pasport qeydiyyatından keçmiş və hava limanının 1-ci mərtəbəsində çantasını baqaj lentindən götürmək üçün gözləmişdir. Çantanı baqaj lentindən götürərək gömrük nəzarət zonasına daxil olmuş və orada yerləşdirilmiş rentgen qurğusuna yaxınlaşaraq çantasını monitora qoymuşdur. Daha sonra metalaxtaran qurğudan keçmişdir. Çantasına baxış keçirilmişdir və çantanın içərisində şəxsi əşyaları olduğu müəyyən olunmuşdur. Həmçinin qeyd etmişdir ki, ayaqqabılarının hər iki tayının içliyinin altında olan 78 ədəd pul sikkəsini gömrük əməkdaşlarına yazılı, şifahi və ya elektron şəkildə bəyan etməmişdir. Gömrük nəzarət zonasını tərk etmək istəyən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini gömrük əməkdaşları kimi təqdim etmiş və barəsində şəxsi yoxlama haqqında qərarın qəbul olunduğunu bildirərək qərar ilə onu tanış etmişlər. Daha sonra gömrük əməkdaşları onu gömrük idarəsinə dəvət etmiş və videoçəkiliş ilə üzərində şəxsi yoxlama aparmışlar. Gömrük idarəsinin inzibati binasında keçirilən şəxsi yoxlama zamanı ayaqqabısının sağ tayını içliyinin altında 53 ədəd, sol tayının içliyinin altında isə 25 ədəd qızıl metaldan hazırlanmış ümumi 78 ədəd pul sikkəsi aşkar edilərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin bildirmişdir ki, 16 yanvar 2021-ci il tarixdə verdiyi izahat zamanı qorxduğu üçün düzgün olmayan məlumatlar vermişdir. 78 ədəd qızıl sikkəni İstanbul şəhərindən almışdır, babasından ona yadigar qalmamışdır. Qardaşının bu barədə məlumatı yoxdur. 13 yanvar 2021-ci il tarixdə İstanbul şəhərinə getdiyi zaman özü ilə 500 ABŞ dolları aparmışdır. Qızıl sikkələri almaq üçün 46800 manat pulu Laləli bölgəsində qızıl satışı ilə məşğul olan əvvəlcədən tanıdığı Türkiyə Respublikası vətəndaşından götürmüş, qızıl sikkələri satdıqdan sonra həmin pulu ona qaytaracaqmış. İstanbul şəhərində “Kapalı Çarşı” Ticarət Mərkəzində qızıl sikkələri aldığı özbək əsilli şəxsi əvvəlcədən tanımadığını bildirmişdir. İstanbul şəhərindən aldığı qızıl sikkələri satış məqsədilə ölkəyə gətirmək istədiyini və hər sikkədə təxminən 50 manat qazancı olacağını bildirmişdir. Həmin sikkələri satışını Nəsimi rayonunda yerləşən “Moskva” Univermağında həyata keçirəcəkmiş. İstanbul şəhərindən aldığı qızıl sikkələri ölkə ərazisinə gətirərkən ayaqqabısının içində gizlətməkdə niyyəti ondan aşkar edilərək götürülmüş 78 ədəd sikkəni ölkə ərazisinə gömrük nəzarətindən gizlin qaçaqmalçılıq yolu ilə keçirmək olduğunu bildirmişdir. Səfəri zaman yalnız olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən həbslə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdi. 25.05.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 göstərdi ki, əməliyyat məlumatı əsasında 15 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Ј2 176 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X6 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılması və üzərində aparılmış şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayağındakı ayaqqabıların hər iki tayın içliyinin altında gömrük nəzarətindən gizlətdiyi üzərində “10 рублеи 1899г” sözü yazılan 53 ədəd, üzərində “10 рублеи 1898 г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублеи 1900г” sözü yazılmış 4 ədəd, üzərində “10 рублеи 1901г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублеи 1902г” sözü yazılmış 6 ədəd, üzərində “10 рублеи 1903г” sözü yazılmış 2 ədəd, üzərində “10 рублеи 1904г” sözü yazılmış 2 ədəd və üzərində “10 рублеи 1911г” sözü yazılmış 5 ədəd olmaqla, 900 əyarlı qızıldan hazırlanmış, ümumi çəkisi 668,88 qram təşkil edən, xeyli miqdarda, cəmi 78000 manat dəyərində, 78 ədəd pul sikkəsi aşkar edilərək götürülməsi faktına görə 22 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə başlanmışdır. ********* nömrəli cinayət işi üzrə ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6nında yaşayan Təqsirləndirilən şəxs mülki cavabdeh, Dövlət Gömrük Komitəsinin isə mülki iddiaçı kimi tanınmasını və dövlətə vurulmuş 17241 (on yeddi min iki yüz qırx bir) manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə (Adı: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, o, təqribən 1 ildir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsində xidmət edir. O bildirmişdir ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, xeyli miqdarda qızıl məmulatlarını gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək, qaçaqmalçılıq yolu ilə Türkiyədən Azərbaycan Respublikasına gətirilməsinin qarşısının alınması məqsədilə 15 yanvar 2021-ci il tarixində, saat 21 radələrində J2 176 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əməkdaşlar tərəfindən nəzarətə götürülmüşdür. Təqsirləndirilən şəxs çantasını baqaj lentindən götürüb gömrük nəzarəti zonasında yerləşdirilmiş rentgen qurğusundan keçirmiş, özü isə metalaxtaran detektordan keçmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gömrük nəzarətini tərk etmək istəyərkən əməkdaşlar tərəfindən saxlanılmış, əməliyyat məlumatının yoxlanılması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. İnzibati binada videoçəkilişdən istifadə edilərək keçirilən şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs geyindiyi ayaqqabının hər iki tayının içliyinin altında gömrük nəzarətindən gizlədilmiş üzərində “10 рублей 1899 г” sözü yazılmış 53 ədəd, üzərində “10 рублей 1898 г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублей 1900 г” sözü yazılmış 4 ədəd, üzərində “10 рублей 1901 г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублей 1902 г” sözü yazılmış 6 ədəd, üzərində “10 рублей 1903 г” sözü yazılmış 2 ədəd, üzərində “10 рублей 1904 г” sözü yazılmış 2 ədəd və üzərində “10 рублей 1911 г” sözü yazılmış 5 ədəd sarı rəngli metaldan hazırlanmış sikkələr aşkar edilərək, araşdırma məqsədilə protokol əsasında götürülmüşdür. Aşkar olunmuş qədimi sikkələrin ümumi sayı 78 ədəd, ümumi çəkisi 668,88 qram təşkil etmişdir. O həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilkin izahatında yalan danışmışdır, o, Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi taktikadır, çünki daxil olmuş məlumata əsasən sözügedən 78 ədəd qızıl pul sikkəsini Təqsirləndirilən şəxs Türkiyədə alıb Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirmək niyyətində olmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 15 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X6 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılmış və üzərində aparılmış şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayağındakı ayaqqabıların hər iki tayın içliyinin altında gömrük nəzarətindən gizlətdiyi üzərində “10 рублей 1899г” sözü yazılan 53 ədəd, üzərində “10 рублей 1898 г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублей 1900 г” sözü yazılmış 4 ədəd, üzərində “10 рублей 1901 г” sözü yazılmış 3 ədəd, üzərində “10 рублей 1902 г” sözü yazılmış 6 ədəd, üzərində “10 рублей 1903 г” sözü yazılmış 2 ədəd, üzərində “10 рублей 1904 г” sözü yazılmış 2 ədəd və üzərində “10 рублей 1911 г” sözü yazılmış 5 ədəd olmaqla, ümumi çəkisi 668,88 qram təşkil edən, 78 ədəd pul sikkəsi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 03 fevral 2021-ci il tarixli, 6/230-9/275 nömrəli ekspert rəyindən görünür ki, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1899 г” sözü yazılan, ümumi çəkisi 454,45 qram olan 53000 manat dəyərində 53 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1902 г” sözü yazılan, ümumi çəkisi 51,48 qram olan 6000 manat dəyərində 6 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1911 г” sözü yazılan, ümumi çəkisi 42,95 qram olan 5000 manat dəyərində 5 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1900 г” sözü yazılan, ümumi çəkisi 34,27 qram olan 4000 manat dəyərində 4 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1901 г” sözü yazılan, ümumi çəkisi 25,68 qram olan 3000 manat dəyərində 3 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1898 г” sözü yazılan, ümumi çəkisi 25,72 qram olan 3000 manat dəyərində 3 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1904 г” sözü yazılan, ümumi çəkisi 17,17 qram olan 2000 manat dəyərində 2 ədəd, 900 əyarlı qızıldan hazırlanmış, üzərində “10 рублей 1903 г” sözü yazılan, ümumi çəkisi 17,16 qram olan 2000 manat dəyərində 2 ədəd olmaqla, ümumilikdə çəkiləri cəmi 668,88 qram təşkil edən, 78000 manat dəyərində 78 ədəd qızıl pul sikkəsidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasından alınmış 17.03.2021 tarixli, 183 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən pul sikkələrin XİX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu (qızıl onluq) müəyyən edilərək bu pul sikkələrin mədəni, tarixi sərvət hesab olunması və pul sikkələrin Milli Mədəniyyət Əmlakının Dövlət siyahısına daxil olması qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 23.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş əşyaların maddi sübut hesab edilməsi haqqında 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 78 ədəd qızıl sikkə və qızıl sikkələrin gizlədildiyi 1 cüt ayaqqabı cinayət işi üzrə maddi sübut kimi tanınmış və 78 ədəd qızıl sikkənin Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanıldığı nəzərə alınmış, 1 cüt ayaqqabının saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” MTK tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nümunəvi bir ailə başçısı kimi aparmış, ictimai işlərdə iştirak etmiş, qonşularla münasibətdə özünü düzgün, qüsursuz bir şəxs kimi göstərmişdir. İş materiallarına əlavə olunmuş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Rəsulzadə QİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbə ərazisində qeydiyyatda olduğu vaxt ərzində onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün xüsusi qaydaların müəyyən edildiyi mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar dedikdə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda daşınar mədəni irs kimi müəyyən edilmiş tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist, heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlər başa düşülür. Bu əşyaların qaçaqmalçılığına dair işlərə baxarkən məhkəmələr onların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə (o cümlədən, müvəqqəti) dövlət nəzarətini həyata keçirən orqanların qərarı əsasında mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilib-verilməməsini yoxlamalıdırlar. Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun 30.1.1-ci maddəsinə əsasən hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər (memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları) mədəni sərvət başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində 1 azyaşlı uşağının olmasını və yaşadığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13.12.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 20 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qeyd olunan bəyan edilməmiş ümumi çəkisi 668,88 qram təşkil edən, 78 ədəd pul sikkəsi və 01 cüt ayaqqabı cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və pul sikkələri saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsinə, ayaqqabı saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə saxlanılması üçün təhvil verilmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş ümumi çəkisi 668,88 qram təşkil edən, 78 ədəd pul sikkəsi adlanan mallara münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə “Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.” Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.01.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. İbtidai istintaqı zamanı Dövlət Gömrük Komitəsi mülki iddia verərək 17241 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin müstəntiqi Murad Əzimov 20 aprel 2021-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük inspektoru X5 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qaytarılan əmlaklara görə gömrük ödənişləri ödəməklə yanaşı ondan həmin mallara münasibətdə mülki iddia şəklində pul tutulması “İsmayılov Rusiyaya qarşı” işi üzrə 06 noyabr 2008-ci il tarixli və “Adjiqoviç Rusiya Federasiyasına qarşı” işi üzrə 08 oktyabr 2009-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının mövqeyinə ziddir. Belə ki, həmin qərarların və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş ümumi çəkisi 668,88 qram təşkil edən, 78 ədəd pul sikkəsi müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq 17241 manat məbləğində gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarılacağı üçün ondan həmin mallara görə mülki iddia qismində 17241 manat məbləğində pulun tutulması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində madi sübut kimi saxlanılan 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi saxlanılan iş materiallarında olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia rədd olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş ümumi çəkisi 668,88 qram təşkil edən, 78 ədəd pul sikkəsi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Təqsirləndirilən şəxs qaytarılsın və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 1 cüt ayaqqabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-275/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-275/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver