Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-276/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 30-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi, fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1985-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan şəhəri, Ə.Kürçaylı küçəsi, ev 70-də qeydiyyatda olan, ünvan 2-da yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs1 məxsus «Kamaz» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən dəyəri 120 manat olan 01 ədəd «Powerful» markalı akkumlyatoru və dəyəri 60 manat olan 01 ədəd «YiğitAkü» markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxx 2020-ci il tarixdə gecə saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs2 Oktay oğluna məxsus «MAN» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 120 manat olan 240 manat dəyərində 02 ədəd «Energy» markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 Oktay oğluna ümumilikdə 240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxx 2020-ci il tarixdə, gecə saat 04:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs3 məxsus «Ford İveco» markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 140 manat olan 280 manat dəyərində 02 ədəd «New Kabook» markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxx 2020-ci il tarixdə, gecə saat 03:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs4 məxsus «Kamaz» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən dəyəri 120 manat olan 01 ədəd «Energy» markalı akkumlyatoru və dəyəri 90 manat olan 01 ədəd «İstok Ca» markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, xx xxx 2020-ci il tarixdə, gecə saat 03:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış massivində yerləşən evin qarşısında küçədə dayanmış Zərərçəkmiş şəxs5 məxsus «Kamaz» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən hər birinin dəyəri 180 manat olan 360 manat dəyərində 02 ədəd «Mutlu» markalı akkumlyatoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur və normal münasibətləri vardır. Maddi imkanları olmadığından Rəhmanla birlikdə bir neçə yük avtomobilindən akkumlyator oğurlamışdır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi və Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsi ərazisinə Rəhman ilə birlikdə etibarnamə əsasında idarə etdiyi «Opel Vectra» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib avtomobili bir qədər kənarda saxladıqdan sonra piyada ara küçələrlə gəzib münasib yük avtomobillərindən akkumlyator oğurlamışlar. Həmin akkumlyatorların hamısını Kürdəxanı qəsəbəsində əlvan metal və akkumlyator qəbulu ilə məşğul olan Əfqan adlı şəxsə kiloqramını 60 qəpikdən satmışlar. Əldə etdikləri pulu Rəhmanla birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Belə ki, xx xxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 04:00 radələrində Rəhman ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:00 radələrində Rəhman ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Man» markalı avtomobilin sol tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 04:00 radələrində Rəhman ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış qoşqusu olmayan «Ford İveco» markalı avtomobilin üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:00 radələrində Rəhman ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı yük avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:30 radələrində Rəhman ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 onun uşaqlıq dostudur və normal münasibətləri vardır. Maddi imkanları olmadığından Seyfulla ilə birlikdə bir neçə yük avtomobilindən akkumlyator oğurlamışlar. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi və Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsi ərazisinə Seyfulla ilə birlikdə Seyfullanın idarə etdiyi «Opel Vectra» markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib avtomobili bir qədər kənarda saxladıqdan sonra piyada ara küçələrlə gəzib münasib yük avtomobillərindən akkumlyator oğurlamışlar. Həmin akkumlyatorların hamısını Kürdəxanı qəsəbəsində əlvan metal və akkumlyator qəbulu ilə məşğul olan Əfqan adlı şəxsə kiloqramını 60 qəpikdən satmışlar. Əldə etdikləri pulu Seyfulla ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişlər. Belə ki, xx xxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 04:00 radələrində Seyfulla ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:00 radələrində Seyfulla ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Man» markalı avtomobilin sol tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 04:00 radələrində Seyfulla ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış qoşqusu olmayan «Ford İveco» markalı avtomobilin üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:00 radələrində Seyfulla ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı yük avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə, təxminən gecə saat 03:30 radələrində Seyfulla ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evlərdən birinin qarşısında dayanmış «Kamaz» markalı avtomobilin sağ tərəfindən üzərində olan 02 ədəd akkumlyatoru yerindən açaraq özləri ilə götürüb bir qədər əllərində apardıqdan sonra kənarda saxladığı avtomobilinin yük yerinə qoyub oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxlərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə, gecə saat 02:00 radələrində idarə etdiyi «Kamaz» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı evin qarşısında saxlayıb evə getmişdir. Həmin vaxt avtomobilinin hər iki akkumlyatoru yerində olmuşdur. Həmin gün səhər saat 07:00 radələrində yaşadığ evdən çıxıb avtomobilinə yaxınlaşdıqda avtomobilinin üzərində olan hər iki akkumlyatorun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurlanmış akkumlyatorların hər birinin dəyəri 350 manat olmaqla 02 ədədinin dəyəri 700 manat təşkil edir. 02 ədəd akkumlyatorun oğurlanması nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, «xxxxxxxxxx» ASC-yə məxsus etibarnamə əsasında idarə etdiyi «MAN» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə içməli su daşıyıb dolanışığını təmin edir. Həmin avtomobil «xxxxxxxxxx» ASC-yə məxsus olsa da avtomobilə lazım olan əşyalar, eləcə də çəkilən xərcləri öz hesabına edir. Həmçinin avtomobilin üzərində olan akkumlyatorlarıda öz vəsaiti hesabına almışdır. xx xxx 2020-ci il tarixdə, təxminən saat 14 radələrində idarə etdiyi «MAN» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə, səhər saat 07:05-də yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sol tərəfində yerləşən hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd «Energy» markalı akkumlyatorun yerində olmadığını oğurlandığını aşkar etmişdir. Beləki naməlum şəxs(lər) avtomobilin üzərində olan 02 ədəd akkumlyatoru oğurlamışdır. Beləliklə oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi «Ford İveco» markalı, **- NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyıb dolanışığını təmin edir. Həmin avtomobili etibarnamə əsasında idarə etsə də, avtomobil özünə məxsusdur. Beləki, avtomobili alsa da imkan olmadığından həmin avtomobili hələki öz adına sənədləşdirə bilməmişdir. xx xxx 2020-ci il tarixdə, axşam saat 20:00 radələrində idarə etdiyi «Ford İveco» markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni xx xxx 2020ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sol tərəfində yerləşən hər birinin dəyəri 250 manat olan 02 ədəd «Kabook» markalı akkumlyatorun yerində olmadığını oğurlandığını aşkar etmişdir. Beləki naməlum şəxs(lər) avtomobilindən 02 ədəd akkumlyatoru oğurlamışdır. Beləliklə oğurluq nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi «Kamaz» markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə qum və daş daşıyıb dolanışığını təmin edir. Həmin avtomobili etibarnamə əsasında idarə etsə də, lakin avtomobil özünə məxsusdur. Beləki, avtomobili alsa da imkan olmadığından həmin avtomobili hələki öz adına sənədləşdirə bilməmişdir. xx xxx 2020-ci il tarixdə, təxminən saat 18:30 radələrində idarə etdiyi «Kamaz» markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 09:00 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən dəyəri 250 manat olan 01 ədəd «İstok» markalı akkumlyatorun, dəyəri 300 manat olan 01 ədəd «Energy» markalı akkumlyatorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Beləki naməlum şəxs(lər) akkumlyatorları bağladığı zənciri qırıb oradan 02 ədəd akkumlyatoru oğurlamışdır. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi «Kamaz» markalı, ** XR *** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə qum və daş daşıyıb dolanışığını təmin edir. Həmin avtomobili etibarnamə əsasında idarə etsə də, lakin avtomobil özünə məxsusdur. Beləki avtomobili alsa da imkan olmadığından həmin avtomobili hələki öz adına sənədləşdirə bilməmişdir. xx xxx 2020-ci il tarixdə, təxminən saat 22:00-da idarə etdiyi «Kamaz» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Təmənis yaşayış sahəsində yerləşən evinin qarşısına gəlmiş və avtomobilini küçədə saxlayıb özü isə evə daxil olmuşdur. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə, saat 07:00 radələrində yaşadığı evdən çıxıb qeyd olunan avtomobilinə yaxınlaşarkən avtomobilinin sağ tərəfində yerləşən hər birinin dəyəri 400 manat olan 800 manat dəyərində 02 ədəd «Mutlu» markalı akkumlyatorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Beləki naməlum şəxs(lər) akkumlyatorları bağladığı zəncirləri qırıb oradan 02 ədəd akkumlyatoru oğurlamışdır. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsini işlədir. Həmin məntəqədə əlvan metal və akkumlyator qəbulu ilə məşğul olur. Lakin mövcud «karantin» rejimi ilə əlaqədar olaraq həmin məntəqəni işlədə bilmirmiş. Buna baxmayaraq onu tanıyan şəxslər əlvan metalı və akkumlyatoru yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evə gətirirlər və həmin əşyaları orada qəbul edir. Məlumat üçün bildirmişdir ki, təxminən 2 aydır ki, Seyfulla və Rəhman adlı şəxsləri tanıyır. Həmin şəxslər onun işlətdiyi metal qəbulu məntəqəsinin yaxınlığında yerləşən avtoyuma məntəqəsinə tez-tez idarə etdikləri evakuator avtomobilini yumaq üçün gətirirmişlər və həmin ərəfədə onlar bir-birləri ilə tanış olmuşlar. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Seyfulla onun istifadəsində olan nömrəyə zəng vurub satılıq akkumlyator olduğunu bildirib ondan harada olduğunu soruşmuşdur. O Seyfullaya evinin yerini başa salmış və bir qədər keçmiş Seyfulla idarə etdiyi «Opel» markalı, nömrəsinin sonu «504» olan avtomobillə onun yaşadığı ünvana gəlmişdir. Həmin vaxt Rəhmanda onun yanında imiş. Seyfulla və Rəhman ona 6 ədəd akkumlyatoru göstərib işlədikləri cərimə meydançasında yararsız avtomobillərdən əldə etdiklərini bildirmişlər. O həmin akkumlyatorları çəkib hər kiloqramını 60 qəpikdən olmaqla onlardan almış və bunun müqabilində onlara 85 manat pul vermiş, onlar çıxıb getmişlər. Səhəri gün, yəni xx xxx 2020-ci il tarixdə, səhər saatlarında eyni qayda ilə Seyfulla idarə etdiyi «Opel» markalı, nömərsinin sonu «504» olan avtomobillə onun yaşadığı ünvana gəlmiş və həmin vaxtda Rəhman onun yanında olmuşdur. Seyfulla və Rəhman ona 6 ədəd akkumlyatoru göstərib yenədə işlədikləri cərimə meydançasında yararsız avtomobillərdən əldə etdiklərini bildirmişlər. O həmin akkumlyatorları çəkib hər kiloqramını 60 qəpikdən olmaqla onlardan almış və bunun müqabilində onlara 100 manat pul vermiş, onlar çıxıb getmişlər. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1509 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş: - «Energy» markalı, 190 amperlik akkumlyatorun 01 ədədinin dəyəri 120 manat olmaqla 03 ədədinin dəyəri 360 manat; - «Race» markalı, 92 amperlik akkumlyatorun 01 ədədinin dəyəri 50 manat olmaqla 02 ədədinin dəyəri 100 manat; - «New Kabook» markalı, 200 amperlik akkumlyatorun 01 ədədinin dəyəri 140 manat olmaqla 02 ədədinin dəyəri 280 manat; - 01 ədəd «Powerful» markalı, 190 amperlik akkumlyatorun dəyəri 120 manat; - 01 ədəd «YiğitAkü» markalı, 90 amperlik akkumlyatorun dəyəri 60 manat; - 01 ədəd «Mutlu» markalı, 200 amperlik akkumlyatorun 01 ədədinin dəyəri 180 manat olmaqla 02 ədədinin dəyəri 360 manat; - 01 ədəd «İstok Ca» markalı, 140 amperlik akkumlyatorun dəyəri 90 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı akkumlyatorların 2020-ci ilin aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1370,00 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Salyan şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 68.1.3, 67.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2018-ci il tarixdə Qobustan Rayon Məhkəmsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 816 VQD nömrəli Qanunu Tətbiq edilərək cəzadan azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Salyan şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxslərin əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayələrində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslər ilə barışmalarını, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən “cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluğun ödənilməsi şəxsin törətdiyi cinayətə görə məhkum olunması faktı ilə əlaqədar bütün hüquqi nəticələrin qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində sona yetməsi deməkdir. Şəxsin məhkum olunmamış hesab edilməsi üçün xüsusi məhkəmə qərarı və yaxud bu faktı təsdiq edən hər hansı başqa sənəd tələb olunmur. Qüvvədə olan cinayət qanunvericiliyində məhkumluğun ödənilməsi müddətlərinin təyin olunmuş cəzaya və törədilmiş cinayətə uyğun olaraq differensasiyası aparılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 68.1.3, 67.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törəməkdə təqsirli bilinərək ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması hökm edilmişdir. xx.xx.2018-ci il tarixdə Qobustan Rayon Məhkəmsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 816 VQD nömrəli Qanunu Tətbiq edilərək cəzadan azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinin tələblərində olan iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 01 ədəd «YiğitAkü» markalı və 01 ədəd «Powerful» markalı akkumlyatorun Zərərçəkmiş şəxs1, 02 ədəd «Energy» markalı akkumlyatorun Zərərçəkmiş şəxs2, 02 ədəd «Kabook» markalı akkumlyatorun Zərərçəkmiş şəxs3, 01 ədəd «İstok» markalı və 01 ədəd «Energy» markalı akkumlyatorun Zərərçəkmiş şəxs4, 02 ədəd «Mutlu» markalı akkumlyatorun Zərərçəkmiş şəxs5 və 02 ədəd «Race» markalı akkumlyatorun zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1h Əmralı oğluna qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 05 (beş) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd «YiğitAkü» markalı və 01 ədəd «Powerful» markalı akkumlyatorun Zərərçəkmiş şəxs1, 02 ədəd «Energy» markalı akkumlyatorun Zərərçəkmiş şəxs2, 02 ədəd «Kabook» markalı akkumlyatorun Zərərçəkmiş şəxs3, 01 ədəd «İstok» markalı və 01 ədəd «Energy» markalı akkumlyatorun Zərərçəkmiş şəxs4, 02 ədəd «Mutlu» markalı akkumlyatorun Zərərçəkmiş şəxs5 və 02 ədəd «Race» markalı akkumlyatorun zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-276/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-276/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver