Məhkəmə qərarları › İş №1(003)-276/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-276/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-276/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 1976-cı ildə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki yetkinlik yaşına çatmış uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Vağazin kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsində nömrəsiz evdə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsində nömrəsiz fərdi yaşayış evində baş vermiş mübahisə zəminində keçmiş əri Zərərçəkmiş şəxs alın nahiyəsinə məişətdə istifadə etdiyi xəkəndaz ilə qəsdən bir dəfə vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə bir il əvvəl rəsmi olaraq boşansalar da, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsində nömrəsiz fərdi yaşayış evində birlikdə yaşayırlar. Adil mütəmadi olaraq spirtli içki qəbul edərək onunla münaqişə yaradır, ailəsinin qayğısına qalmır və evi natəmiz vəziyyətdə saxlayır. 17 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində yaşadığı evdə olarkən keçmiş əri sərxoş vəziyyətdə onunla əsasız münaqişə yaradaraq evin pəncərəsini sındırmış, sonra onun üzərinə gəlmişdir. Həmin vaxt o, evdə olan xəkəndazı götürərək Adilin alnından bir dəfə vurmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş arvadıdır. Arvadı bir il əvvəl ondan xəbərsiz boşanmaq üçün Xəzər rayon Məhkəməsinə müraciət etmiş və rəsmi olaraq boşanmışlar. Lakin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Dəmiryolçular küçəsində nömrəsiz evdə birlikdə yaşayırlar. Birgə nikahdan iki yetkinlik yaşına çatmış uşaqları vardır. Təzəgül mütəmadi olaraq evin daxilinə münaqişələr yaradaraq onu söyüb təhqir etmiş, barəsində əsassız olaraq polisə şikayətlər etmişdir. 17 aprel 2022-ci il tarixdə, saat 23:30 radələrində yaşadığı evdə olarkən keçmiş arvadı onu nalayiq ifadələrlə təhqir edərək ailəsinə baxmamaqda günahlandırmışdır. Buna görə aralarında sözlə mübahisə yaranmış və bu zaman Təzəgül xəkəndazı götürərək bir dəfə onun başından vurmuşdur. Buna görə də, o, 1-ci Polis şöbəsinə şikayət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 21 aprel 2022-ci il tarixli, 424 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – alının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun “X1” Publik hüquqi şəxsə müraciətindən əvvəl olmaqla, qərarda göstərilən 17 aprel 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 28 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1976-cı ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 26 may 2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərdiyi hüquqi yardıma görə 2 (iki) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) dəqiqə vaxt, ümumilikdə 2 (iki) saat 50 (əlli) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 17 (on yeddi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqatda və məhkəmə göstərdiyi hüquqi xidmətə görə 17 (on yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar