Məhkəmə qərarları › İş №1(003)-276/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-276/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-276/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyzüyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qubadlı rayonu, Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 04 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri X6, Yataqxana 2, Məhəllə 18, ev 32 ünvanında qeydiyyatda olmaqla ünvan 2arəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə “Tik-Tok” elektron sosial şəbəkəsində iş axtardığını bildirən Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayında özünün istifadəsində olan 051 ***-**-** mobil nömrəsi ilə əlaqə yaradıb “vatsap” tətbiqində danışaraq özünün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən işdən çıxmış olduğu halda həmin Nazirliyin işçisi olduğunu yalandan bildirməklə işgüzar şəxs kimi göstərərək 05 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxsla onun təklifi ilə Sumqayıt şəhəri ərazisində görüşərək ona 7.000 (yeddi min) manat pul verdiyi halda onu da Fövqəladə Hallar Nazirliyinə işə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq pul köçürtmək üçün Zərərçəkmiş şəxs 077 ***-**-** nömrəli mobil telefonuna özünün istifadəsində olmaqla Azərbaycan Beynəlxalq Bankına aid olan 4098 5844 6062 4693 nömrəli kart hesabını və eləcə də müxtəlif kart hesablarını göndərməklə Zərərçəkmiş şəxsla razılaşdıqdan sonra 16 sentyabr 2024-cü il tarixdə, saat 16:04-də Leo banka aid olan 409858********6955 nömrəli kart hesabına 100 (yüz) manat, 16 sentyabr 2024-cü il tarixdə, saat 16:21-də Kapital banka aid olan 416973********2009 nömrəli kart hesabına 80 (səksən) manat, 16 sentyabr 2024-cii il tarixdə, saat 16:28-də Kapital banka aid olan 416974********9459 nömrəli kart hesabına 70 (yetmiş) manat, 16 sentyabr 2024-cü il tarixdə, saat 16:32-də Kapital banka aid olan 523915********8740 nömrəli kart hesabına 15 (on beş) manat, 01 oktyabr 2024-cü il tarixdə, saat 12:45-də Kapital banka aid olan 523915******8646 nömrəli kart hesabına 300 (üç yüz) manat, 01 oktyabr 2024-cü il tarixdə, saat 20:02-də Xəzər rayonu, Binə qəsəbəsi, Araz marketdə olan ödəmə terminalı vasitəsilə Kapital banka aid **** **** **** 5997 nömrəli kart hesabına 50 (əlli) manat, 01 oktyabr 2024-cü il tarixdə, saat 21:00-da Leo banka aid olan 409858******7492 nömrəli kart hesabına 200 (iki yüz) manat, 02 oktyabr 2024-cü il tarixdə, saat 13:33-də ünvan 3 ünvanda yerləşən marketdə olan ödəmə terminalı vasitəsilə son 8 rəqəmi 60624693 olan Leo bank kart hesabına 183 (yüz səksən üç) manat, 04 oktyabr 2024-cü il tarixdə, saat 12:33-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Zamir» marketdə yerləşən ödəmə terminalı vasitəsilə Leo banka aid olan son 8 rəqəmi 60624693 olan kart hesabına 200 (iki yüz) manat, 05 oktyabr 2024-cü il tarixdə, saat 19:53-də Leo banka aid olan 4098********4693 nömrəli kart hesabına 100 (yüz yüz) manat, 07 oktyabr 2024-cü il tarixdə, saat 19:42-də ünvan 3 ünvanda yerləşən marketdə olan ödəmə terminalı vasitəsilə Kapital banka aid 416973******3035 nömrəli kart hesabına 500 (beş yüz) manat olmaqla cəmi 1.798 manat məbləğində pulu, daha sonra istintaqa dəqiq tarixi məlum olmayan vaxtlarda və ünvanlardan 2024-cü ilin sentyabr-oktyabr ayları ərzində Təqsirləndirilən şəxs göndərdiyi kart hesablarına cəmi 4.702 manat pulu və sonuncu dəfə 07 oktyabr 2024-cü il tarixdə, saat 19:44-də ünvan 3 ünvanda yerləşən marketdə olan ödəmə terminalı vasitəsilə Kapital banka aid olan 523915******3713 nömrəli kart hesabına 500 (beş yüz) manat məbləğində pulu köçürtdürməklə vahid niyyətlə əhatə olunan qəsdlə alıb verdiyi vədə əməl etməyərək aldığı pulları şəxsi ehtiyaclarına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2024-cü ilin sentyabr ayında "Tik-tok” sosial şəbəkəsində tanış olmuş, həmin vaxt Seymur rəylərdən birində işsizlikdən narazıçılıq bildirmiş və o, Seymura mesaj yazaraq köməklik göstərə biləcəyini demişdir. Həmin vaxt pula ehtiyacı olmuş və borcları olduğundan Seymurdan pul ala biləcəyini düşünmüş və pul verməsini, qarşılığında X4 Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Seymurla razılqşdıqdan sonra istifadəsində olan mobil nömrəsindən “Whatsapp” tətbiqində yazaraq işə düzəlməsi ilə bağlı olaraq sənədləşmə üçün pullar lazım olmasını deyərək hər dəfə pul lazım olduqca hesab kartlarına atdırmaqla ümumilikdə təxminən 4750 manat məbləğində pul almışdır. Həmin pulu öz borclarına və şəxsi ehtiyaclarına verdikdən sonra isə Seymura işin alınmadığını, pulu qaytaracağını bildirmişdir. Lakin sonradan pul tapa bilmədiyinə görə Seymurun pulunu qaytara bilməmişdir. Qeyd etmişdir ki, ona elan edilmiş ittiahmda guya ki, 7000 manat pul aldığı qeyd edilsədə o bununla razı deyil. Zərərçəkmiş şəxsə cəmi 4750 manat maddi ziyan vurmuşdur. Törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işə düzəltməklə bağlı ondan 7000 manat pul istəmişdir. O da hissə-hissə Nahidin göndərdiyi bank hesabına atmışdır. Ümumilikdə Təqsirləndirilən şəxs 7.000 mant pul vermişdir. Nahidə bütün pulları o, özü göndərmişdir. Onun özünün Bank of Baku və Xalq bank kartlarım olmuş, pulları əsasən Bank of Baku kartından atmışdır. Ona dəymiş ziyandan heç bir məbləğ ödənilmədiyindən təqsirləndirilən şəxsə qarşı şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır; -04 dekabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; -Axtarışda olan şübhəli şəxsin tutulması haqqında 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur; -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-55/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Zamanlı X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa barəsində CM-nin 178.1 və 310-cu maddələri ilə olan cinayət işinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında, eyni zamanda baxılır CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri olan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin icraatında və CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri olan cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin icraatında baxılır; -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 1(002)- 309/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 29,178.2.2, 29,178.2.3 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək həbsdə saxlanıldığı 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır; -Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 1(060) -17/2025 tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(060)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılmış və üzərində 01 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-123/2025 saylı 27 may 2025-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 1(060)-17/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-309/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzasını çəkdiyi 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-17/2025 saylı cinayət işi üzrə tutulduğu 04 (dörd) gün hazırki iş üzrə tutulduğu 04 (dörd) gün müddət ümumilikdə 01 (bir) ay 06 (altı) gün ona təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunması qərara alınmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; - İş üzrə diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə olan fayl açıldıqda baxışda iştirak edən Təqsirləndirilən şəxs da özü olduğunu təsdiq edən şəxsin “qardaşım, soruşmuşam, bu gün deyiblər köçəcək, 6500 verim, qalanını da səbrli ol qurtaraq, yoruldum” deməsi əks olunmuşdur. Diskdə olan digər səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla ona pul qaytarılması ilə bağlı söhbətlər aparılması, Təqsirləndirilən şəxs pulu tez bir zamanda qaytaracağını deməsi əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, diskdə olan səslər ona məxsusdur, əslində Zərərçəkmiş şəxs ona 5000-5.100 manat pul vermiş, sadəcə olaraq kredit götürüb verdiyinə görə Seymura hüquq-mühafizə orqanına şikayət etməyəcəyi halda gələn faizləri də hesablamaqla 6.500-7.000 manat pul verəcəyini deməsini qeyd etmişdir; -İş üzrə kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 571 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Zamanı NahidNamaz oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək, hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkən ixtiyari yaddasaxlamasının, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi) abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, təfəkkürü bir qədər torpid olsa da, ardıcıl olması, tənqidi münasibətinin tam həcmdə olması, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, dəyişkən əhvala malik olması müəyyən edilir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik aşkar olunmadı. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və ifadə vermək qabiliyyətiən malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır; -AZ İV 908937 və AZ V 081904 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 avqust 2023-cü il təvəllüdlü X2 və 11 yanvar 2025-ci il təvəllüdlü X5 vardır; - İ-13798 nömrəli, İ-19730 nömrəli, İ-12409 nömrəli, İ-1385 nömrəli, İ-5379 nömrəli, İ-79175 nömrəli Azərbaycan Respublikası Medalının surətindən aydın olur ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və və ya əmlak hüquqlarını əldə etmə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-123/2025 saylı, 27 may 2024-cü il tarixli hökm üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-123/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3), iş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(060)-123/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(060)-17/2025 nömrəli cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət, 1(060)-123/2025 nömrəli cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş 01 (bir) ay 26 (iyirmi altı) gün hissəsi iki günə bir gün hesabı ilə 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla cəmi 01 (bir) ay 06 (altı) gün ona təyin olunmuş cəzaya hesablansın və üzərində 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 08 (səkkiz) ay 24 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saat vaxta görə 176 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar