Məhkəmə qərarları › İş №1(003)-277/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-277/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-277/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-55/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxxxxx 1982-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir körpə və yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Dilağarda kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə və xx xxxxxx 1985-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İ qrup əlil, işləməyən, Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 X4 və Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsini bildirməsi ilə əlaqədar köməyə çağırması ilə bağlı qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük savxozunda yerləşən kafenin qarşısına gələrək həmin yerdə olan Elçin Əhmədov və Zərərçəkmiş şəxs2la qeyd olunan məsələyə hər hansı aydınlıq gətirilməsi ilə bağlı heç bir söhbət etməyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, silah qismində istifadə olunan əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında sonuncunun ünvanına nalayiq söyüşlər söymüş, üzərində olan soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs2 sol budundan iki dəfə qəsdən vurub sol budun deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən, X1 isə sol bud nahiyəsindən bir dəfə qəsdən vuraraq sol budun kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 dostu Təqsirləndirilən şəxs2 X4 və Zərərçəkmiş şəxs2 tərəfindən döyülməsini bildirməsi ilə əlaqədar köməyə çağırması ilə bağlı tanışı Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük savxozunda yerləşən kafenin qarşısına gələrək həmin yerdə olan Elçin Əhmədov və Zərərçəkmiş şəxs2la qeyd olunan məsələyə hər hansı aydınlıq gətirilməsi ilə bağlı heç bir söhbət etməyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, silah qismində istifadə olunan əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında sonuncuların ünvanına nalayiq söyüşlər söymüş, Zərərçəkmiş şəxs2 sifət və bədəninin müxtəlif nahiyələrinə kəllə və yumruq zərbələri ilə qəsdən çoxsaylı zərbələr endirib alının, üst dodağın selikli qişasının qansızması ilə nəticələnən, üzərində olan bıçaqla isə Zərərçəkmiş şəxs2 sol əlinə qəsdən bir dəfə vurmaqla sol əlin kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 və dostu Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında xx xxxxxx 2020-ci il tarixdə, saat 19:20 radələrində Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən kafenin qarşısında X4 və Zərərçəkmiş şəxs2 ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, silah qismində istifadə olunan əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında sonuncuların ünvanına nalayiq söyüşlər söymüş, üzərində olan bıçaqla isə Zərərçəkmiş şəxs2 sağ əlinə qəsdən bir dəfə vurmaqla sağ əlin sıyrıqları ilə nəticələnən bədən xəsarətləri yetirmiş, X1 isə sol əlinə üzərində olan bıçaqla qəsdən bir dəfə vuraraq sol əlin kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun böyük qardaşıdır. Zərərçəkmiş şəxs2 isə onlarla qonşuluqda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 19:30 radələrində Elnur ona zəng edərək Azər və Elçin adlı şəxlə aralarında mübahisə düşdüyünü, Elçinin onu döydüyünü və bıçaqla vurmaq istədiyini bildirib Binə qəsəbəsi Südcülük sovxozunda yerləşən məscidin yanında olduğunu demiş və onu köməyə çağırmışdır. O həmin vaxt evdə olmuş və dərhal qardaşına kömək məqsədi ilə evdən biri mətbəx, digəri isə xəncərə bənzər bıçaq olmaqla iki ədəd bıçaq götürüb qardaşının dediyi yerə getmiş və həmin yerin yaxınlığında olan kafenin qarşısında xeyli sayda adamın toplaşdığını görmüşdür. Kafeyə tərəf gedərək orada Səyyadın Azəri döydüyünü görmüş və o da davaya qoşulub kafenin qarşısında Səyyadla birlikdə Azəri döyməyə başlamışdır. Bu zaman Elçin adlı şəxs hardansa həmin yerə gəlmiş və Elçinlə o və Səyyad arasında dava-dalaş baş vermişdir. Həmin vaxt Elçin əlində olan dəmir parçası ilə onun kürək və sol qol nahiyəsindən qəsdən vuraraq sol kürək və sol qol nahiyəsinə xəsarət yetirmiş, həm də Səyyadı vuraraq ona xəsarət yetirmişdir. O da əlində olan bıçaqla əvvəlcə Azərə sol budundan iki dəfə, ardınca isə Elçinə sol budundan bir dəfə vuraraq xəsarət yetirmişdir. Aralarında baş verən davadalaş təxminən 15-20 dəqiqə davam etmiş və orada olan şəxslər onları ayırdıqdan sonra o və Səyyad Elnurun avtomaşınına minib həmin yerdən uzaqlaşmışlar. Bundan sonra Elnur Səyyadı 26 saylı BŞX-na aparmış, o isə xəsarəti nisbətən yüngül olduğundan xəstəxanaya getməyərək yolda avtomobildən düşüb evə getmişdir. Belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş, aralarında baş vermiş mübahisənin bu cür nəticələnə biləcəyini təsəvvür etməmişdir. Əməlindən səmimi peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə günorta saat 13:00 radələrində Binə qəsəbəsində yerləşən “Zeytun” adlı kafedə yemək yediyi zaman 250 qram spirtli içki araq da içmişdir. Saat 15:00 radələrində isə həmin kafedən çıxaraq Binə qəsəbəsində yerləşən “Ramizin bağı” deyilən digər kafeyə getmişdir. Həmin kafedə də yemək yeyib 200-250 qram araq içdikdən sonra oradan da çıxaraq “Lider” adlanan kafeyə domino oynamağa getmiş, tanımadığı şəxslərlə oyuna qatılaraq domino oynamışdır. Axşam saatlarında həmin kafedən çıxıb Binə qəsəbəsinin mərkəzində olduğu zaman Elnur adlı dostu ona zəng edərək Sovxoz ərazisində kiminləsə mübahisəsi olduğunu, həmin şəxsin onu daşla vurduğunu, avtomaşınının ön şüşəsini də daşla vuraraq yararsız hala saldığını demiş və ondan kömək etməyini xahiş etmişdir. Elnurun dediyi kafeyə yol avtomaşını ilə getmiş, həmin kafenin qarşına çatdıqdan sonra avtomaşından düşüb Elnurla görüşmüşdür. Elnur ona tanımadığı şəxsi göstərək həmin şəxslə mübahisəsi olduğunu bildirmişdir. Həmin vaxt sonradan adının Azər olduğunu bildiyi şəxsin üstünə gedən zaman Azər də onun üstünə gəlmiş və o, başı ilə Azərə kəllə vurmuşdur. Bir qədər sonra Elnurun qardaşı Rəşad da oraya gəlmişdir. Rəşadla o, Elnurun mübahisəsi olan şəxslə dava-dalaş etmişlər. Bu zaman Elçin adlı şəxs haradansa oraya gəlmiş və o, Elçin və Rəşad arasında dava-dalaş baş vermişdir. Həmin vaxt Elçin əlində olan dəmir parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub yerə yıxmış, daha sonra yerə uzanıqlı vəziyyətdə yumruqla bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq sağ gözünə, sifət və boyun nahiyəsinə xəsarət yetirmiş, həm də Rəşadı vuraraq ona xəsarət yetirmişdir. Daha sonra Rəşad əlində olan bıçaqla əvvəlcə Azərə, ardınca da Elçinə vuraraq onlara xəsarət yetirmişdir. Aralarında baş verən dava-dalaş təxminən 15- 20 dəqiqə davam etmiş və orada olan şəxslər onları ayırdıqdan sonra o və Rəşad Elnurun avtomaşınına minib həmin yerdən uzaqlaşmışlar. Bundan sonra Elnur onu 26 saylı BŞX-na aparmış, Rəşad isə xəsarəti nisbətən yüngül olduğundan xəstəxanaya getməyərək yolda avtomobildən düşüb evə getmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə iclasının sonunda göstərdi ki, belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş, aralarında baş vermiş mübahisənin bu cür nəticələnə biləcəyini təsəvvür etməmişdir. Hazırda özünü təqsirli bilir, əməlindən səmimi peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir, onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir körpə və yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü məhkəmə iclasının əvvəlində təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onunla Suraxanı rayonu Südcülük sovxozunda qonşuluqda yaşayır. Azərin kürəkəni - Biləsuvar rayonunda ailəsi ilə birlikdə yaşamış Elçini təxminən bir neçə ay bundan əvvəl tanımış və onunla Azərə görə münasibəti olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində özünə məxsus olan “Mercedes C 200” markalı VP- 087-VP Gürcüstan Respublikası dövlət nömrə nişanlı avtomaşını ilə yaşadığı evə gedən zaman Elçin onu saxladaraq ona salam vermiş, o isə Elçinə ondan aralı durmağı bildirmişdir. Səbəbi isə bir neçə gün əvvəl Elçinin avtomobili məhəllədə bərk sürməyi olmuşdur. O, Elçinə nalayiq söyüş söymüş və oradan uzaqlaşıb evinə getmişdir. Təxminən axşam saat 19 radələrində Azər ona zəng edərək onunla görüşmək istədiyini və kafedə onu gözlədiyini bildirmişdir. O, Azərdən nə üçün onunla görüşmək istədiyini soruşanda Azər ona onunla işi olduğunu bildirmişdir. Bundan sonra o, tanışı Səfail ilə birlikdə Azərin dediyi kafeyə özünə məxsus olan avtomaşınla getmişdir. Avtomaşını kafenin qarşısında saxlamış və kafenin qarşısında Azərlə görüşərək içəri daxil olmuşdur. İçəri daxil olan zaman Azərin kürəkəni Elçinin orada masanın arxasında əyləşdiyini görmüş və onlarla görüşüb əyləşdikdən sonra Azər ondan Elçinlə aralarında nə olduğunu soruşmuşdur. Azərə “o və Elçin bilər, sənlik nə var ki, burda” demiş, sonra isə Elçindən qaynatası Azəri öz aralarında olan söhbətə niyə qatdığını soruşmuşdur. Bu zaman Elçin onu təkbətək davaya çağırmış, o da Elçinə “dur, gedək” demiş, Azər isə onlara “oturun” demiş və o, oturan zaman Elçin heç bir səbəb olmadan onu yumruqla başından vurmuşdur. Həmin vaxt kafedə olan vətəndaşlar onların başlarına yığışmış, o, Elçini özündən kənara itələyən zaman Elçin haradansa bıçaq əldə edib onun üstünə gələrək onu vurmaq istəmişdir. Lakin, həmin vaxt ətrafda toplaşan şəxslər Elçini tutub saxlayaraq əlindən bıçağı almışlar. Bundan sonra Elçin kafedən bayıra çıxarkən o da evdən götürüb üzərində gəzdirdiyi qatlanan cib bıçağını açıb sağ əlində tutaraq Elçinin arxasınca kafedən bayıra çıxmışdır. Həmin bıçağı zərurət olarsa nə isə kəsməkdə istifadə etmək üçün üzərində gəzdirmişdir. Əlində bıçaq Elçinin arxasınca çıxmaqda məqsədi Elçini vurmaq olmamış, sadəcə onun yenidən üstünə hucum etmə ehtimalını bilərək özünü müdafiə məqsədi ilə əlində tutmuşdur. Elçin kafedən çıxdıqdan sonra yolun əks tərəfinə keçərək yerdən daş paraları götürüb ona və idarə etdiyi avtomaşına atmış, atdığı daşlardan biri avtomaşının ön şüşəsinə, biri sağ qoluna, digəri isə kürəyindən dəymişdir. Avtomobilinin qabaq alın şüşəsinin yararsız hala düşməsi nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Hadisə zamanı o, nə Elçinə, nə də Azərə qarşı heç bir qeyriqanuni hərəkətə yol verməmişdir. İdarə etdiyi avtomaşına əyləşib oradan uzaqlaşdıqdan sonra dostu Səyyada və qardaşı Rəşada zəng edərək onları köməyə çağırmışdır. Təxminən 15 dəqiqədən sonra yenidən həmin kafenin qarşına gəlmiş, bir qədər sonra isə Səyyad da həmin yerə gəlmişdir. Həmin vaxt Azər kafedən bayırda olmuş, Elçin isə orada olmamışdır. Kafenin qarşısında Səyyad Azəri döyərkən Rəşad da həmin yerə gəlmiş və bundan sonra onlar birlikdə Azəri döymüşlər. Bu zaman Elçin haradansa oraya gəlmiş və onunla qardaşı Rəşad və Səyyad arasında dava-dalaş baş vermişdir. Həmin vaxt Elçin əlində olan dəmir parçası ilə həm Rəşadı, həm də Səyyadı vuraraq onlara xəsarət yetirmişdir. Bu zaman Rəşad əlində olan bıçaqla əvvəlcə Azəri, ardınca isə onu dəmir parçası ilə vuran Elçini vurmuşdur. Dava-dalaş təxminən 15-20 dəqiqə davam etmişdir və orada olan şəxslər onları araladıqdan sonra o, öz avtomobili ilə Səyyadı 26 saylı BŞX-na aparmışdır. Rəşadın xəsarəti isə nisbətən yüngül olduğundan, xəstəxanaya getməyərək yolda avtomobildən düşürüb evə getmişdir. O, Səyyadı xəstəxanaya qoyub evinə qayıtmış, Səyyadı xəstəxanaya aparan zaman onun sağ göz nahiyəsindən, alın və boğaz nahiyəsindən xəsarətinin olduğunu görmüşdür. Ertəsi gün Azərin dava-dalaş zamanı bıçaq zərbəsi aldığını eşitmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasının sonunda göstərdi ki, belə bir hadisənin baş verməsini heç vaxt istəməmiş, aralarında baş vermiş mübahisənin bu cür nəticələnə biləcəyini təsəvvür etməmişdir. Hazırda özünü təqsirli bilir, ilk dəfə törətdiyi əməlindən səmimi peşman olaraq zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir, onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. İ qrup əlil olmaqla ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun qaynatası Zərərçəkmiş şəxs2 qonşularıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində qaynatasının yaşadığı Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən evindən çıxaraq mağazaya uşaq üçün şirniyyat almağa getmişdir. Həmin vaxt yolda Elnur və yanında olan tanımadığı iki nəfər şəxs onun qabağını kəsmişlər və Elnur onu söyərək əl atıb əynindəki gödəkçəsini cırmışdır. Bu hərəkətinə səbəb isə onun Elnuru söyərək arxasınca danışması olduğunu bildirmişdir. Sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Həmin vaxt qaynatası yaşadıqları evin qarşısında olmuş və o, ona yaxınlaşmışdır. Azər ondan həmin şəxslərlə nə söhbət etdiyini və onların onun üzərinə nə üçün hücum çəkdiyini soruşmuşdur. O, heç nə bilmədiyini dedikdə Azər özü məsələni həll edəcəyini bildirmiş və Elnura zəng vuraraq onları barışdırmaq üçün kafeyə çağırmışdır. Həmin gün axşam saat 19 radələrində o, Azər ilə birlikdə Binə qəsəbəsi Südçülük savxozunda yerləşən kafedə əyləşərkən Azər bayıra çıxmış, Elnur və Səfail adlı şəxslə kafeyə gələrək onlarla bir masada əyləşmişlər. O, Elnurdan günorta onu nə üçün söydüyünü soruşmuşdur. Elnur ona yaxşı elədiyini və yenə həmin hərəkəti təkrarlamağa hazır olduğunu bildirmişdir. O, Elnura həmin hərəkəti edə bilməyəcəyini demiş, Elnur isə ayağa qalxıb ona əl-qol ataraq yaxasından dartıb bayıra çıxarmaq istəmiş və onu dağıdacağını bildirmişdir. Onlar kafenin içərisində yaxalaşmış və Elnur onun üstünə bıçaq çıxarmışdır. O, həmin bıçağı sağ əli ilə tutmuş və Elnur həmin bıçağı geriyə çəkdikdə onun sağ əlinin içi kəsilərək əlini qan aparmışdır. Bu vaxt o, kafedən bayıra qaçmış və Elnur da onun arxasınca gəlmişdir. Elnur onu öz avtomobilinin ətrafında qovmuş, o isə yerdən iki ədəd daş parçası götürərək Elnura tərəf atmışdır. Həmin daş parçasının biri Elnurun sinəsinə, digəri isə avtomobilin qabaq alın şüşəsinə dəymişdir. Bundan sonra Elnur və Səfail avtomobilə əyləşmiş və oradan getmişlər. O, yolu digər tərəfə keçərək əlinin kəsiyi ilə məşğul olmuşdur. Təxminən 5 dəqiqə keçdikdən sonra yolun digər tərəfində 2 maşın saxlamış və həmin maşınlardan düşən 5-6 nəfər şəxs Azəri təpikləyərək döymüş, dərhal da avtomobillə oradan uzaqlaşmışlar. O, yolu keçib Azərin qoluna girmiş və yolu digər tərəfə keçmişlər. Bundan bir qədər sonra Azər ona 3 nəfərin arxadan gəldiyini və ehtiyatlı olmasını bildirmişdir. O, arxaya baxıb Elnurun, Rəşadın və Səyyadın onlara yaxınlaşdığını görmüşdür. Elnurla Rəşadın əlində bıçaq (xəncər) olmuşdur. Həmin şəxslər onlara çatan kimi Rəşad yerdə uzanan Azərin ayağından və əlindən bıçaqla vurmuşdur. Elnurla Səyyad isə onu qovalamışlar. Sonra Elnur onun sol ayağından iki dəfə və sol əlindən bıçaqla vurmuşdur. O isə özünü müdafiə etməkdən ötrü yerdən dəmir parçası götürmüş və özünü müdafiə etmişdir ki, ona daha artıq bıçaq zərbələri vurmasınlar. Dəmir parçasını o, yerə yıxılarkən yerdən götürmüş və onunla özünün bədəninə zərbələr dəyməməsi üçün özünü müdafiə edərək onu havada hərəkət etdirmişdir. Bundan sonra həmin şəxslər oradan uzaqlaşmışlar və təcili tibbi yardım gələrək onları 3 saylı ŞKX-na aparmışdır. Hazırda təqsirləndirilən şəxslər onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişlər, buna görə də onun onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, X4 onun kürəkənidir. Elçin bir neçə aydır ki, yaşadığı Biləsuvar rayonundan Bakı şəhərinə gələrək yaşadığı Binə qəsəbəsində yerləşən evində onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 onunla qonşuluqda yaşayır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Elçin ilə Elnur arasında ona məlum olmayan səbəblərdən mübahisə olmuşdur. Elçinin ona deməsinə görə mübahisə zamanı Elnur onun üzərinə bıçaq da çıxarmışdır. Əlavə olaraq Elçin bildirmişdir ki, Elnurun yanında həmin zaman tanımadığı digər bir şəxs də olmuşdur. O, onları barışdırmaq qərarına gəlmiş, buna görə də Elnura zəng edərək onu Sovxoz ərazisində yerləşən kafeyə dəvət etmişdir. Elnur həmin kafeyə Səfail adlı şəxslə birlikdə gəlmişdir. Onlar kafeyə daxil olan zaman o, yer göstərib oturmaqlarını bildirmiş və çay sifariş etdiyini demişdir. Bu zaman Elnur Elçini nalayiq ifadələrlə söyərək qaynatasını niyə ortaya qatdığını soruşmuşdur. Elçin isə Elnura bildirmişdir ki, qaynatası onun ağsaqqalıdır və onları barışdırmaq istəyir. Elçinlə Elnur bir-biri ilə sözlə mübahisə edən zaman Elnur əlini belinə ataraq Elçinin üzərinə bıçaq çıxartmışdır. Elçin də Elnurun üzərinə bıçaq çəkmişdir. O, ayağa qalxıb onların üstünə qışqıraraq Elçini sillə ilə vurub bıçağı əlindən almış, bu vaxt Elnur bıçaqla Elçini vurmaq istəyərkən Elçin əli ilə bıçağın kəsən hissəsindən tutmuş və əli kəsilmişdir. Sonra Elçin kafedən bayıra çıxanda Elnur də Elçinin arxasınca çıxmaq istəmiş, lakin kafedə olan şəxslər Elçinə imkan verməmişlər. Elçindən aldığı bıçağı kafeyə gətirib kimin olduğunu soruşanda kafe sahibinin oğlu həmin bıçağın onların olduğunu və Elçinin onu nə zaman götürməsindən xəbərinin olmadığını bildirdirərək bıçağı ondan almışdır. Bir qədər sonra Elnur ona “gör indi neyləyəcəm” deyərək onu hədələmiş və Səfail ilə birlikdə oradan uzaqlaşmışdır. Elçin kafedən çıxıb yolun digər tərəfində olan krantda əlini yumağa getmişdir. Bir qədər sonra bir nəfər tanımadığı - adının sonradan Səyyad olduğunu bildiyi şəxs Elnur ilə birlikdə kafenin qarşısına gələrək Elnurdan onu kimin bıçaqla vurduğunu soruşmuş, Elnur onu göstərək Elnuru onun bıçaqla vurduğunu demişdir. Həmin şəxs onu başı ilə ağız nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılandan sonra isə bir neçə dəfə təpiklə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Bunu görən Elçin yolun əks tərəfindən qışqıraraq onu niyə döydüyünü və xəstə olduğunu bildirmişdir. Bu zaman Elnur Elçin tərəfə gedib Elçinin üzərinə bıçaq çıxardığı üçün, o, ayağa qalxaraq Elnuru arxadan tutub saxlamışdır. Orada olan şəxslər isə Elçini həmin yerdən uzaqlaşdırmışlar. Elnur onun əlindən çıxmaq istədiyi zaman Elnurun əlindəki bıçaq onun sağ əlini üst tərəfdən kəsmişdir. Elnuru buraxdıqdan sonra öz avtomaşınına tərəf getmiş, o isə yolun digər tərəfinə üzündəki qanı yumaqdan ötrü keçmişdir. Elçin ona üzünü yumağa kömək etdiyi zaman səs eşitmiş və başını qaldıranda Elnurun, Rəşadın və Səyyadın əllərində bıçaqla onların üstünə gəldiklərini görmüşdür. O, Səyyadı tutub saxlayan zaman X6 üzərinə düşmüşlər. Həmin vaxt Rəşad əlindəki bıçaqla Elçini vurmuş, o, Səyyadı tutub saxlayarkən Səyyad yerə yıxılmış və Səyyadın əlindəki dəstəyi bəzəkli olan bıçaq onun sol əlinin şəhadət barmağını kəsmişdir. O, müvazinətini itirib Səyyadın üstünə yıxılmışdır. Həmin zaman o, Səyyadın əlindəki bıçağı buraxmadığı üçün bıçaq əlində sınmışdır. Bunu görən Rəşad ona tərəf gələrək onun sol baldırından 2 dəfə əlindəki bıçaqla vuraraq xəsarət yetirmişdir. O, qışqırmış və bundan sonra Elçin əlinə dəmir parçası götürərək Elnurun, Rəşadın və Səyyadın üzərinə getmişdir. Onlar həmin yerdən qaçıb getmişlər. Bundan sonra Elçin TYS-na zəng etmiş və 3 saylı BŞX-na getmişlər. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı əynində olmuş paltar qana bulaşmış və yararsız vəziyyətə düşmüşdür. Buna görə də paltarı əynindən çıxarıb Elçinin hadisə vaxtı əynində olan qana bulaşmış paltarı ilə birlikdə sellofan paketə qoymuşdur. Sonradan öyrənmişdir ki, Elçin həmin paltarları Binə qəsəbəsi ərazisində zibil qutusuna atmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslər onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişlər, buna görə də onun onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 Suraxanı rayonu Südcülük sovxozunda onunla qonşuluqda yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində Elnur ona bildirmişdir ki, Azər onu axtarır. O, Elnur ilə birlikdə Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən kafeyə getmişdir. Kafenin qarşısında Azər onları qarşılamış və onlar içəriyə keçmişlər. Həmin vaxt Azərin kürəkəni Elçin də kafedə olmuşdur. Onlar bir masada əyləşmiş və çay sifariş vermişlər. O, masada Azər ilə söhbət edərkən birdən Elçin ilə Elnur mübahisə etməyə başlamış və Elçin ayağa durub Elnura yumruq zərbələri vurmuşdur. Sonra kafedə olan insanlar onları ayırmışlar. O, həmin vaxt kənarda durmuş və Azərə demişdir ki, kürəkənini aparsın. Həmin vaxt Elçinin əlində bıçaq olmuş və orada olan şəxslər bıçağı Elçinin əlindən almışlar. Elnur və Elçin kafedən küçəyə çıxmışlar. Elnur avtomobilə minmək istəyərkən Elçin yerdən daş parçası götürərək Elnura və onun avtomobilinə atmışdır. Daşın biri avtomobilin ön şüşəsinə dəymişdir. Bundan sonra o, gedib Elnurun avtomobilinə əyləşmiş və onlar oradan uzaqlaşmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Binə Sovxoz yolunda Məscidin yanında su almaq üçün Elnur avtomobili saxlamışdır. O, Elnura evə getməsini demiş və özü evinə getmişdir. Lakin Elnur onun sözünə qulaq asmamış və avtomobili kafe istiqamətində sürmüşdür. Bundan sonra olanlardan xəbəri olmamışdır. Məhkəmə iclasında valideyninin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, atası Binə qəsəbəsində kafe işlədir və xx xxxxxx 2020-ci il tarixdə atası ad günündə olduğu üçün, o, kafedə atasını 1-2 saat əvəz etmişdir. Kafedə təxminən 7 nəfər adam olmuşdur. Axşam saat təxminən 19 radələrində tanıdığı Azər adlı şəxs bir nəfər tanımadığı oğlanla kafeyə gəlib çay sifariş etmişlər. Sonra Azər bayıra çıxmış və iki nəfər tanımadığı şəxs ilə birlikdə gəlib hamısı eyni masada əyləşmişlər. Bir qədər keçdikdən sonra həmin masada mübahisə yaranmış və Azər ilə əvvləcədən gələn - sonradan onun kürəkəni Elçin olduğunu bildiyi şəxsin əlində bıçaq görmüşdür. Həmin şəxs sonradan gələn şəxsi bıçaqla vurmaq istəyərkən kafedə olan şəxslər onları ayırmışlar və bıçağı onun əlindən alaraq hamısı bayıra çıxmışlar. O, bayıra çıxmaq istiyərkən onu bayıra çıxmağa qoymamışlar. Kafenin pəncərəsindən bayıra baxanda Azəri bir nəfər şəxsin baş zərbəsi və yumruq zərbəsi ilə vurduğunu görmüşdur. Bundan sonra o, kafedən bayıra çıxmamış və nələr baş verdiyini görməmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. İş materiallarından görünür ki, X4 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə deyərək təsdiq etmişlər. İş materiallarından görünür ki, X4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Elçin Əhmədov ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etməmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı onlar istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə deyərək təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən adı olmayan kafedə və kafenin qarşısındakı avtomobil yolunun kənarında baş vermişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş bir ədəd qatlanan tipli, tiyəsi və dəstəyi bozumtul gümüşü rəngli metaldan hazırlanmış bıçaq, eləcə də xx xxxxxx 2020-ci il tarixli protokolla götürülmüş bir ədəd qatlanmayan tipli dəstəyi hər iki tərəfdən qara rəngli plasmas lövhədən ibarət olan bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 174 saylı rəyindən görünür ki, X2 bədəni üzərində sol əlin arxa səthinin, sol budun kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarət kəsici təsirə malik əşya (alət), ola bilsin bıçaq təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmişdir, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna olunmur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 173 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində alının, sağ əlin sıyrıqları, üst dodağın selikli qişasının qansızması sol əlin kəsilmiş yarası, sol budun deşilmiş-kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlərdən alının, sağ əlin sıyrıqları, üst dodağın selikli qişasının qansızması küt əşya (əşyalar) təsirindən, sol əlin kəsilmiş yarası, sol budun deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən onun 3 saylı X3 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna olunmur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürülmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi bir ədəd qatlanan tipli, tiyəsi və dəstəyi bozumtul gümüşü rəngli metaldan hazırlanmış bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürülmə aparılması barədə protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi bir ədəd qatlanmayan tipli dəstəyi hər iki tərəfdən qara rəngli plasmas lövhədən ibarət olan bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxx 2020ci il tarixli 177/2020-MTKŞ saylı rəyindən görünür ki, İ.1.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı deşici-kəsici xassəyə malik ov bıçaqlarına uyğun gəlir, lakin hazırkı vəziyyətində tiyənin deformasiyaya uğramasını nəzərə almaqla bıçaq soyuq silah hesab edilmir. 2. Məlum oldu ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx təyinatlı bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. İİ.1.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sol budun deşilmiş-kəsilmiş yarası iti ucu, iti kənarı və küpü olan deşici-kəsici alətin (ola bilsin ki, bıçağın) təsirindən yaranmışdır, lakin yaranın ilkin xətti ölçüləri, morfoloji xüsusiyyətləri və yara kanalı haqqında məlumat olmadığından bu xəsarətin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqlarla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Bu suala cavab vermək üçün hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş paltarların kriminalistik tədqiqatı məsləhət görülür. 2. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş sol əlin kəsilmiş və X1 bədəni üzərində aşkar edilmiş sol əlin arxa səthinin, sol budun kəsilmiş yaraları hər-hansı bir iti kənara malik kəsici alətin (alətlərin) təsirindən törənmişlər, lakin bu xəsarətlərin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqlarla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. İş materiallarında olan məhkəmə-tibbi bioloji kriminalistik ekspertizasının xx xxxxx 2020-ci il tarixli 289/2020-MTBŞ saylı rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş iki ədəd bıçaq üzərində qan aşkar olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində bir körpə və yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və zərərçəkmiş şəxslər X4 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə barışmışlar, onlara qarşı heç bir şikayət və ya digər tələbləri yoxdur, onlara dəymiş ziyan tamamilə ödənilmişdir, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi onun özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, şəxs Təqsirləndirilən şəxs1nın törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3nın törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir körpə və yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ciil tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir körpə və yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 davranışına nəzarət yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2nın ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, İ qrup əlil olmasını, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ciil tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli məhkəmə iclasının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, İ qrup əlil olmasını, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə İcra şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - bir ədəd qatlanan tipli, tiyəsi və dəstəyi bozumtul gümüşü rəngli metaldan hazırlanmış bıçaq və bir ədəd qatlanmayan tipli dəstəyi hər iki tərəfdən qara rəngli plasmas lövhədən ibarət olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi320 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ciil tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ciil tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - bir ədəd qatlanan tipli, tiyəsi və dəstəyi bozumtul gümüşü rəngli metaldan hazırlanmış bıçaq və bir ədəd qatlanmayan tipli dəstəyi hər iki tərəfdən qara rəngli plasmas lövhədən ibarət olan bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar