Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-277/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 09 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsi ev 20-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi döngə 3 fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 yanvar 2021-ci il tarixli 1(003)-19/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri iseçilmiş, həbsetmənin əvvəli tutulduğu 19 yanvar 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutusunda ayrıayrılıqda çəkiləri 2,121 qram və 4,952 qram, ümumi xalis çəkisi 7,073 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 19 yanvar 2021-ci il tarixdə saat 04:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanının yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda qeyd olunan çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 1,338 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə saat 16:30-da Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən fərdi evdə videoçəkilişlə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman həmin evin yataq otağındakı dolabdan kağız kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, sənədlərdə qeyd edildiyi kimi 19 yanvar 2021-ci il tarixdə, gecə saat 04:00 radələrində yaşadığı evin yaxınlığında küçədə saxlanılmamışdır. Belə ki, 18 yanvar 2021-ci il tarixdə günorta saatlarında tanışı Elşən öz avtomobili ilə onun Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən evinə gəlmişdir. Elşənlə birlikdə çay içdikdən sonra Elşən birlikdə onun yaşadığı evə gedib yemək yeyib dincəlmələrini təklif etmiş, eyni zamanda bildirmişdir ki, kirli paltarlarını və yataq dəstlərini də aparsınlar ki, onun evində paltarları və yataq dəstlərini yuyub qurutsunlar. Elşən əvvəlcə onun pal-paltarını avtomobilinə yığmış, sonra isə ona kömək edib avtomobilinə əyləşdirmişdir. Evin qapısını və həyət darvazasını bağlayıb birlikdə Elşənin yaşadığı evə getmişlər. Elşənin evində birlikdə yemək yemişlər və onun paltarlarını yuyub qurutmuşlar. 19 yanvar 2021-ci il tarixə keçən gecə, təxminən saat 00:30 radələrində o, artıq gec olduğunu deyərək evinə getmək istədiyini bildirmişdir. Lakin həmin vaxt Elşən avtomobilini işə sala bilmədiyindən tanışı Rasimdən xahiş etmişdir ki, öz avtomobili ilə gəlib onları Buzovna qəsəbəsinə aparsın. Bir qədər keçmiş Rasim idarə etdiyi “Mercedes A Class” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Elşənin yaşadığı evin qarşısına gəlmişdir. Elşən və Rasim köməkləşib onu avtomobilə əyləşdirmiş və onun yuyulmuş palpaltarını götürüb birlikdə Buzovna qəsəbəsinə gəlmişlər. Təxminən gecə saat 01 radələrində onun yaşadığı evin qarşısına çatıb avtomobildən düşüb darvazanı açmaq istəyərkən darvazanın açıq olduğunu, həyətə daxil olarkən itinin həyətdə açıq vəziyyətdə üstlərinə gəldiyini və evin giriş qapısının açıq olduğunu görmüşlər. Halbuki, evdən çıxarkən iti yerində bağlı olmuşdur. Həmin vaxt Rasim ona yeriməyi üçün köməklik etmiş, Elşən isə onun paketdə olan pal-paltarını əlinə götürmüşdür. Tanışları ilə birlikdə evə daxil olmaq istəyərkən polis əməkdaşları onları itələyərək evə salmışlar. Həmin vaxt evdə olan mülki geyimli, sonradan bildiyi polis əməkdaşlarının orada yeyib-içdiyini və oturduqlarını görmüşdür. O, həmin şəxslərə qışqırıb kim olduqlarını və ona məxsus evdə nə etdiklərini soruşmuş, söhbət zamanı həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onun qapısı və pəncərələri bağlı olan evinə pəncərəsinin dəmir barmaqlığını yerindən çıxarıb plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evdə süfrə açaraq soyuducudakı ərzaqları götürüb yeyib-içirmişlər. Həmin polislər əvvəlcə Elşənlə Rasimin qoluna qandal vuraraq bir-birlərinə bağlamış, onu mətbəxdə saxlamış, Elşənlə Rasimi isə mətbəxdən sonra sağda olan otağa salmışlar. Həmin otaqda köhnə mebellər və işləməyən, həmişə qapısı açıq olan işlək vəziyyətdə olan soyuducu olmuşdur. Həmin vaxt polislər evə baxış keçirsələr də evdən heç bir əşya tapmamışlar. Daha sonra onu başqa avtomobilə, Elşənlə Rasimi isə başqa avtomobilə əyləşdirmişlər və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq ayrı-ayrı saxlamışlar. Orada onu sözlə hədələyib təzyiq edərək onlar tərəfindən deyilənlərin çəkiliş zamanı onun tərəfindən təkrar edilməsini demişlər. Bundan sonra 19 yanvar 2021-ci il tarixdə dəqiq saatı bilmədiyi vaxt dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olub-olmaması soruşulmuş, varsa, könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda “nəşə” adlandırılan narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış və əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd açar, şəxsiyyət vəsiqəsi və 60 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi içərisində narkotik vasitə “nəşə” olan kibrit qutularına baxış keçirilmiş və çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 14 qram olması müəyyən edilmişdir. Həmin 2 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, üzəri o və müdafiəçisi tərəfindən imzalanmışdır. Bir ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 60 manat pul özünə geri qaytarılmışdır. O, sorğu zamanı həmin narkotik vasitə olan marixuananın özünə məxsus olduğunu bildirib daha sonra polis əməkdaşlarının ona əzbərlətdirdiyi kimi həmin narkotik vasitələri öz həyətində əkdiyi çətənə kollarından satış məqsədi ilə əldə etdiyini, həmçinin ona məxsus evdə narkotik vasitə saxladığını, həmin evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra onu müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən özünə məxsus nömrəsiz evə aparmışlar. Artıq həmin vaxt - 19 yanvar 2021-ci il saat 12-13 radələrində onun evində olmuş Vaqif adlı qonşusu, Şamxal adlı taksi sürücüsü və İlham adlı kombi ustası baş verənlərin şahidi olmuşlar. Sənədlərdə isə həmin vaxt saat 08:15 kimi qeyd edilmişdir. Hətta həmin vaxt günorta vaxtı olduğundan polis əməkdaşları evin pərdələrini çəkmişlər, pəncərələrə adyal və parça tutmuşlar ki guya hava qaranlıqdır. Hava sənədlərdə göstərilənlərin əksinə olaraq işıqlı oldğundan, çəkiliş evin həyətindən deyil, evin içərisindən aparılmışdır. Həmin vaxt evin sağ tərəfində yerləşən işlək vəziyyətdə olmayan soyuducudan ona aid olmayan başqa bir şəxs tərəfindən həmin yerə qoyulmuş elektron tərəzi və narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. O, həmin vaxt qorxduğu üçün polis əməkdaşlarının ona dediyi kimi həmin narkotik vasitənin də ona məxsus olduğunu bildirmişdir. Sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin qonaq otağına və yataq otağına baxış keçirilmiş, baxış zamanı qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Lakin hal-hazırda tam səmimi olaraq bildirir ki, həmin narkotik vasitə ona məxsus deyil, belə ki onun evində, eləcə də həmin soyuducuda əvvəlcədən heç bir narkotik vasitə olmamışdır. Yalnız üzərindən aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmuşdur. 10 mart 2021-ci il tarixdə ifadəsi yerində yoxlanılan zaman Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən yaşadığı evin yataq otağındakı dolabdan 01 ədəd bükümdə narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Qeyd olunan 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı və 01 ədəd bükümdə olan narkotik vasitə tiryəki tutulmamışdan bir müddət öncə Maştağa qəsəbəsində təsadüfən tanış olduğu 40-45 yaşlı, orta bədən quruluşlu, orta boylu, qarasaç şəxsdən öz istifadəsi üçün ümumilikdə 80 manata almışdır. Ağrıları olduqca həmin narkotik vasitələrdən istifadə etmişdir. İlk dəfə törətdiyi əməldən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN BNMİnin əməliyyat müvəkkili Şahid göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “Nazim” adlı şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olur. Eyni zamanda həmin şəxsin 09 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş Bakı şəhəri Nərimanov rayonu S.Rəhman küçəsi ev 20-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağlar massivi döngə 3 fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq və onu ifşa etmək məqsədilə digər polis əməkdaşı X2 ilə birlikdə 19 yanvar 2021-ci il tarixdə, gecə saat 04:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanına yollanmışdır. Orada müşahidələr apararaq Təqsirləndirilən şəxs qeyd olunan yerdə müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları olduqlarını bildirib onu həmin İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməyib onlarla birlikdə həmin İdarəyə getmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla idarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material X1 təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı 19 yanvar 2021-ci il tarixdə saat 06:00-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Mübariz Məmmədovun və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunu təqdim edərək narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı qara rəngli mobil telefon, 60 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd açar aşkar olunmuşdur. Daha sonra 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 14 qram olması müəyyən edilmişdir. Həmin kütlələr içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 60 manat pul və 01 ədəd açar isə əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın özünə məxsus olduğunu etiraf etmiş, onu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi dalan 3-də yerləşən yaşadığı fərdi evin həyətində əkdiyi çətənə kollarından əldə etdiyini, əlavə olaraq özünə məxsus olan həmin ünvandakı evdə narkotik maddə qurudulmuş marixuana saxladığını, orada saxladığı narkotik maddəni təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi dalan 3-də yerləşən yaşadığı fərdi evə polis əmkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəsi alındıqdan sonra onun öz iştirakı ilə yaşadığı qeyd olunan ünvana yollanmışlar. X3 19 yanvar 2021-ci il tarixdə saat 08:15-də Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Mübariz Məmmədovun və onların iştirakı ilə videoçəkilişlə həmin ünvana baxış keçirməyə başlamışdır. Baxış keçirilməzdən əvvəl X3 Təqsirləndirilən şəxs sözügedən evdə olması ehtimal olunan narkotik vasitələri və psixotrop maddələri, eləcə də saxlanması qanunla müəyyən edilmiş əşyaları və sənədləri könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də həmin evin girişindən sağ tərəfdə yerləşən ikinci otağındakı soyuducunun içində gizlətdiyi 01 ədəd sellofan torbanı təqdim etmişdir. Torbanın içinə baxarkən oradan açıq rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin torbada olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 5 kq 210 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə və 01 ədəd elektron tərəzi aşkar olunduqları sellofan torbada qablaşdırlılaraq üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Evin digər otaqlarına baxış keçirilsə də əhəmiyyət kəsb edən hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd torbada olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni öz həyətində əkdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı X3 tərəfindən müvafiq protokollar tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan “Evə baxış keçirilməsi və götürmə haqqında” protokola əlavə edilmiş 01 ədəd diskə 21 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, həmin diskdə hər hansı bir görüntünün olması müəyyən edilməmişdir. Belə ki, həmin diskə müxtəlif kompyuterlərdə baxış keçirilsə də heç bir görüntü aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “xxxx” MMC-dən götürülmüş 01 ədəd diskə 09 aprel 2021-ci il tarixli baxış protokolundan görünür ki, “xxxx” MMC-nin 6013 saylı, 30 mart 2021-ci il tarixli məktubu ilə Xəzər RPİ-nin İstintaq Şöbəsinə daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 17 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixdə saat 00:02:55-dək olan anten məlumatları, eləcə də daxil olan və çıxan zənglərə dair məlumatlar aşkar olunmuş və protokola əlavə olunması üçün çap olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2021-ci il tarixli, 7/96 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “…Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən…” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 2,121 qram; 4,952 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 7,073 qramdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 78,82 (yetmiş səkkiz, səksən iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2021-ci il tarixli, 357 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2021-ci il tarixli, 6/1002 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “…Təqsirləndirilən şəxs yaşadığı mənzildən…” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,338 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryəkin ümumi çəkisi 1,338 qram, tədqiqata sərf olundu – 0,100 qram, qalıq – 1,238 qram. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 2,121 qram və 4,952 qram, ümumi xalis çəkisi 7,073 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 19 yanvar 2021-ci il tarixdə, saat 04:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağları, dalan 3 ünvanının yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda qeyd olunan çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 1,338 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən fərdi evdə daşıyaraq evində saxlamış, 10 mart 2021-ci il tarixdə, saat 16:30-da Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən fərdi evdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Şirinov Neman Babaşah oğlu tərəfindən videoçəkilişlə Nazim Rahib oğlunun ifadəsi yerində yoxlanılan zaman həmin evin yataq otağındakı dolabdan kağız kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından 19 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq bağları dalan 3 ünvanında yerləşən fərdi evin giriş qapısından sağ tərəfdə yerləşən ikinci otaqda soyuducunun içərisindən aşkar edilmiş 01 ədəd sellofan paketdə olan 5005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, ********* nömrəli cinayət işi istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər RPİ-nin İŞ-nə göndərilmiş, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış 5005 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktı üzrə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilmişdir və Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd “disk” maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş - ekspertiza tədqiqatından sonra qalıq – 7,073 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq - 1,238 qram tiryək məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarında olan, Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş bu dəyişiklərlərlə ittiham aktı təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 27 yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayətini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 19 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 7,073 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq - 1,238 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 160,64 (bir yüz altmış, altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 05 saat) cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 19 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 7,073 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq - 1,238 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 04 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 160,64 (bir yüz altmış, altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə ümumilikdə 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-277/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-277/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver