Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-278/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Astara rayonu Kakalos kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə ünvanında nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular deyilən ərazidə yerləşən tikilidə usta işləyən zaman əvvəldən tanıdığı Zərərçəkmiş şəxs onu mobil telefon vasitəsilə videoya çəkməsinə etiraz etdiyi üçün aralarında yaranmış mübahisə səbəbindən aralarındakı şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış mübahisə zamanı qəsdən qisas almaq məqsədilə əlindəki bel vasitəsi ilə Zərərçəkmiş şəxs sağ dirsək nahiyyəsinə və sol baldır nahiyyəsinə vuraraq ona sağ dirsəyin qançırı, sol baldırın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2024-cü ildə Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə Şahid2 məxsus evdə təmir işləri aparan zaman Zərərçəkmiş şəxs onu telefonla videoya çəkdiyini görmüşdür. Bu onu narahat etdiyi üçün bir neçə dəfə Qadirə videoya çəkməməsi üçün xəbərdarlıq etmişdir. Lakin, Qadir onun xəbərdarlığına məhəl qoymayaraq çəkilişə davam etmişdir. Daha sonra Qadir avtomobilindən bıçaq götürərək ona tərəf gəlmişdir. Bu zaman Qadirin bir əlində telefon olmuş, digər əlində isə bıçaq tutmuşdur. O, özünü qorumaq üçün bel ilə Qadirin əlindən vurmuşdur. Zərbədən Qadirin telefonu və bıçaq yerə düşmüşdür. Bu zaman Qadir telefonunu və bıçağı götürüb maşınına tərəf getmiş və avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Onun Qadirə xəsarət yetirmək niyyəti olmamış, yalnız özünü qorumaq istəmişdir. Hadisə baş verən zaman Bəhruz da orada olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Xəzər rayonu, Binə qəsəbəsində, Mehriban Qonşular deyilən ərazidə 7 sot torpaq sahəsi var imiş. O, əvvəldən tanıdığı Yusif adlı şəxs ilə birlikdə özünə məxsus olan həmin torpaq sahəsində ev tikib sataraq gəlir əldə etmək qərarına gəlmişdir. Həmin torpaq sahəsi ona məxsus olsa da, torpaq sahəsində inşasına başladıqları ev yaxınlıqdan keçən qaz xətlərinin yaxınlığında olduğu üçün ARDNŞ-nin Qaz İxrac İdarəsi onu mülki qaydada məhkəməyə vermişdir. Məhkəmədə bu barədə araşdırma getdiyi üçün o, tikintini müvəqqəti olaraq dayandırmışdır. Ona məhkəmə tərəfindən də tikintini dayandırmağı barədə xəbərdarlıq edilmişdir. O, bu barədə şəriki Yusifə də xəbərdarlıq etmişdir. O, Yusifə bu barədə məlumat verən zaman Ağdam rayonunda imiş. Sonradan o rayondan gəldikdən sonra 20 dekabr 2024-cü il tarixdə qeyd etdiyi torpaq sahəsinə baş çəkmişdir. Bu zaman həmin torpaq sahəsində tikinti aparıldığını görmüşdür. Həmin vaxt orada əvvəldən tanımadığı, sonradan adının Elşən və Bəhruz olduğunu bildiyi fəhlələr tərəfindən tikinti aparılırmış. O, həmin fəhlələrə tikintini dayandırmaqları barədə dəfələrlə xəbərdarlıq etmiş və sonradan məhkəmə araşdırması zamanı günahsız olduğunu sübut etmək üçün özünə məxsus olan mobil telefon vasitəsi ilə tikintinin aparılması prosesini videoya çəkməyə başlamışdır. Çəkilişi avtomobilində oturaraq həyata keçirirmiş. Lakin, Elşən adlı şəxs ona məhəl qoymayaraq videoçəkilişi dayandırmağı barədə xəbərdarlıq etmişdir. O isə Elşənə məhəl qoymayaraq çəkilişə davam etmişdir. Bu zaman Elşən ona qarşı nalayiq hərəkət etmişdir. O, bunu gördükdə avtomobildən enmiş və çəkilişi davam etdirmişdir. Elşən və Bəhruz ona yaxınlaşmışlar və bu zaman Elşən əvvəlcə əlində olan bel vasitəsi ilə sağ dirsək nahiyyəsinə bir neçə dəfə zərbə endirmişdir. O, özünü müdafiə etmək üçün dərhal qaçaraq avtomobilinə tərəf getmiş və avtomobilə əyləşmişdir. Bu zaman Elşən avtomobilə tərəf gəlmiş və əlindəki bel vasitəsi ilə avtomobilin müxtəlif hissələrinə zərbələr endirmişdir. O isə narahat olduğu üçün avtomobili işə salaraq oradan uzaqlaşmış və xəsarət aldığı üçün Sabunçu xəstəxanasına getmişdir. Daha sonra isə hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində qeyd etmişdir ki, ev tikib satmaqla məşğul imiş. Tikinti işlərini əsasən Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban Qonşular adlanan ərazidə həyata keçirirmiş. Ortağı Yusif adlı şəxslə birlikdə Mehriban Qonşular adlanan ərazidə ev tikintisi ilə məşğul olurmuş. Həmin torpaq sahəsini X2 alıbmış. O, həmin torpaq sahəsində tikintini Təqsirləndirilən şəxs və Şahid1 vasitəsi ilə aparırmış. 20 dekabr 2024-cü il tarixdə qeyd etdiyi ərazidə Təqsirləndirilən şəxs və Şahid1 tikinti aparan zaman Zərərçəkmiş şəxs oraya gələrək Təqsirləndirilən şəxs və Şahid1 videoya çəkərək onlara mane olmuş və onlarla mübahisə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Qadirin onu videoya çəkməməsi üçün ona bir neçə dəfə xəbərdarlıq etmiş, lakin Zərərçəkmiş şəxs onu çəkməyə davam etmişdir. Bu səbəbdən Qadirlə Elşən arasında mübahisə yaranmış və bu zaman Elşən əlində olan bel vasitəsi ilə Qadirə bir neçə dəfə zərbə endirmişdir. Bu hadisə olan zaman o, Binə qəsəbəsində yerləşən kafelərin birində imiş. Hadisə vaxtı orada deyilmiş. Hadisəni sonradan Qadirdən öyrənmişdir. Belə ki, Qadir qeyd edilən tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyüldükdən sonra onun olduğu kafeyə gələrək ustaları Elşən və Bəhruzun onu döydüyünü demiş və getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra o, Qadirin qeyd etdiyi hadisə yerinə getmiş və orada hadisə barədə Elşən və Bəhruzdan məlumat almışdır. Elşən və Bəhruz Qadirin onların üzərinə bıçaqla hücum etdiyini və buna görə də Elşənin əlindəki bel vasitəsi ilə Qadirin müqavimətini sındırmaq üçün bir neçə dəfə vurduğunu demişlər. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində qeyd etmişdir ki, 20 dekabr 2024-cü ildə Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular deyilən ərazidə Şahid2 məxsus evdə təmir işləri aparan zaman Zərərçəkmiş şəxs onunla birlikdə fəhlə işləyən Təqsirləndirilən şəxs telefonla videoya çəkdiyini görmüşdür. Bu onları narahat etdiyi üçün Elşən bir neçə dəfə Qadirə videoya çəkməməsi üçün xəbərdarlıq etmişdir. Lakin, Qadir Elşənin xəbərdarlığına məhəl qoymayaraq çəkilişə davam etmişdir. Qadir torpaq sahəsinin ona məxsus olduğunu bildirərək çəkilişə davam etmişdir. Qadir çəkiliş aparan zaman özünə məxsus “İnfiniti” markalı avtomobildə əyləşmişdir. Daha sonra əyləşdiyi avtomobildən enərək ona tərəf gəlməyə başlamışdır. Elşən əlində olan bel vasitəsi ilə ona tərəf yaxınlaşaraq onun əlindən zərbə vurmuşdur. Daha sonra Qadir avtomobilə əyləşərək getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2024-cü il tarixli, 1541 saylı ekspert rəyindən görünür ki: 1. vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ dirsəyin qançırı, sol baldırın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının yumşaq toxumalarının əzilməsi və gərilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - 23 yanvar 2025-ci il tarixli diskə baxış protokolundan görünür ki, 20 dekabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobildə əyləşərək tikinti aparılan həyəti əlindəki mobil telefon vasitəsi ilə videokameraya çəkir. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus avtomobildə əyləşərək qarşıdakı şəxsi videogörüntüyə alaraq onunla nə isə danışır. Danışıq əsnasında Təqsirləndirilən şəxs arxasında daha bir nəfərin olduğu görsənir. Baxış zamanı Şahid1 həmin şəxsin özü olduğunu bildirir. Lakin, təqdim edilmiş videogörüntüdə səs olmadığı üçün aralarında hansı dialoqun keçdiyi bilinmir. Daha sonra Zərərçəkmiş şəxs avtomobildən enərək Təqsirləndirilən şəxs tərəf gedir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan bel ilə ona tərəf yaxınlaşaraq Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vurur. Daha sonra mobil telefon yerə düşdüyü üçün baş verən hadisənin davamını videogörüntüyə almaq mümkün olmur və bununla da görüntü başa çatır. CD Diskdə Şahid1 Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsi ilə bağlı hər hansı görüntü öz əksini tapmır. Təqsirləndirilən şəxs video görüntüyə baxış zamanı baş vermiş hadisəni bir daha təsdiq edərək görüntüdə Zərərçəkmiş şəxs əlində olan bel vasitəsi ilə vuran şəxsin özü olduğunu bildirir. Hadisə zamanı Zərərçəkmiş şəxs Şahid1 vurmadığını, onu sadəcə özünün əlindəki bel vasitəsi ilə bir neçə dəfə vurduğunu qeyd edir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin MSY-dən azad edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Q.Kərimli tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını (CM 59.1.4) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM 69.3), barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi \ltı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 16 saata görə 176 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-278/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-278/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver