Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-279/2020 02.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1989-cu il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Füzuli rayonunun Xələfşəli kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimali Dres yaşayış sahəsi “Tərəqqi” pansionatında məskunlaşmış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı E230 modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü hissəsi tərəfdən olan qapısının açıq olmasından istifadə edərək salonun içərisinə daxil olub bardaçokdan 01 Beynəlxalq Banka məxsus **********042533 seriyalı plastik bakomat kartını gizli olaraq talayıb oğurlamış, həmin plastik bankomat kartını Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 32 ünvanında yerləşən Kapital Banka məxsus bakomata daxil edib üzərinə yazılmış 4 rəqəmli pin kodu yığaraq elektron məlumat daşıyıcısı hesab edilən bankomat kartından həmin tarixdə saat 21:25-də 200 manat, saat 21:26-da 200 manat, saat 21:29-da 150 manat pulu çıxardıb Zərərçəkmiş şəxs ümumilikdə 550 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Mərdəkan qəsəbəsinə - bacısıgilə qonaq getmişdir. Həmin gün təxminən saat 20 radələrində bacısının evindən çıxıb avtobusla yaşadığı evə getmək üçün Stansiya deyilən əraziyə piyada yola düşmüşdür. Xəzər rayon prokurorluğunun yanından keçmiş, bir qədər Telman küçəsi ilə irəlilədikdə yolun sağında “Mercedes-Benz” markalı E230 modelli, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Avtomobilin sürücü tərəfdən qapısının kilidinin yuxarı olduğunu gördükdə bilmişdir ki, avtomobilin qapısı açıqdır. Həmin an ətrafda heç kimin olmadığını görüb avtomobildən oğurluq etmək qərarına gəlmiş və avtomobilin qapısını açıb içinə əyləşmiş, tez bardaçoku açıb baxmış və görmüşdür ki, orada iki ədəd pul qabı vardır. Həmin pul qablarını cəld götürərək avtomobildən düşmüş və oradan uzaqlaşıb 181 nömrəli məktəbin arxasına gəlmiş, pul qablarının içərisinə baxdıqda görmüşdür ki, orada iki müxtəlif avtomobilə məxsus qeydiyyat şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, Fövqəladə Hallar Nazirliyindən verilmiş xidməti vəsiqə, sürücülük vəsiqəsi, maaş kartı, avtomobilin yanacaq kartı və qaz sayğacının kartı vardır. Maaş kartına baxdıqda görmüşdür ki, həmin kart Beynəlxalq Banka məxsusdur və üzərində 4 rəqəmli pin kodu vardır. Stansiyaya gedib 136 nömrəli avtobusla Şüvəlan qəsəbəsində yerləşən Elektrostansiyanın qabağına gəlmiş, avtobusdan düşüb Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 32 ünvanında yerləşən Kapital Banka məxsus bakomata yaxınlaşmışdır. Əvvəlcə maaş kartını bankomata daxil edərək sonra kartın üzərində olan 4 rəqəmli pinkodu daxil etmiş, balansda 600 manat pul olduğunu görmüşdür. Bankomata məxaric olunan məbləği 600 manat qeyd etsə də bankomat həmin pulu ona verməmişdir. Yenidən pin kodu daxil edərək əməliyyat etmiş və ilkin olaraq 200 manat pulun məxaric olunmasını seçmişdir. Bankomatdan həmin pulu aldıqdan sonra yenidən kartın pin kodunu daxil edərək pul çıxarmaq istəmiş və görmüşdür ki, balansda 397 manat pul qalmışdır. Həmin vaxt başa düşmüşdür ki, kart Beynəlxalq Banka məxsus olduğu üçün Kapital Bankın bankomatı 3.50 manat faiz götürür. Yenidən əməliyyat edərək 200 manat pul məxaric etmiş, bu dəfə isə kartın balansında 194 manat pul qalmışdır. Növbəti dəfə əməliyyat edərək 150 manat pulu bankomatdan çıxarmışdır. Ümumilikdə 550 manat pul əldə etsə də bankomat kartdan ümumilikdə 10.50 manat faiz tutmuş və kartda təxminən 40 manat pul qalmışdır. Çıxardığı pulu öz cibinə qoymuş, iki ədəd pul qabını və içərisində olan sənədləri evin yanında olan yaşayış olmayan tikilinin daşlarının altında gizlətmiş, sonra isə evə gəlmişdir. Fikri o olmuşdur ki, imkan düşən kimi pul qablarını və içərisində olan sənədləri oğurladığı yerə aparsın və orada avtomboilin dayandığı evin qapısına atsın. Oğurladığı pula əl dəyməmiş, fikirləşmişdir ki, bankomata sifəti düşmüşdür, 5-10 gün gözləyər, səsi çıxmasa xərcləyər, törətdiyi cinayətin üstü açılarsa qaytarar. Lakin tutulduğu üçün həmin pul qablarını və sənədləri istədiyi kimi yiyəsinə qaytara bilməmişdir. Ona görə də pullarla birlikdə pul qablarını və sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tamamilə ödəmişdir, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Əməlindən peşmandır, ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 20:00-da etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı E230 modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Mərdəkan qəsəbəsi E.Telman küçəsi ev 17A ünvanında yerləşən evinə gəlmiş və avtomobili qapıda saxlayaraq düşüb evə getmişdir. Avtomobilin qapısını dəqiq olaraq bağlayıb-bağlamamağı yadında deyildir. Evdə təxminən 45 dəqiqə oturduqdan sonra uşağını da götürüb avtomobilə əyləşərək yaxınlıqda yaşayan atasıgilə gəlmişdir. Atasıgildə oturduğu zaman onun mobil telefonuna mesaj gəlmişdir ki, maaş kartından 200 manat çıxarıldı. Təxminən 1 dəqiqədən sonra mesaj gəlmişdir ki, kartdan yenə 200 manat çıxarıldı. 3 dəqiqə sonra mesaj gəlmişdir ki, kartdan daha 150 manat pul çıxarıldı. Ona qəribə gəlmişdir ki, maaş kartı maşında ola-ola kartdan necə pul çıxarıla bilər. Avtomobilinə gələrək bardaçoku açmış, görmüşdür ki, bardaçokda qoyduğu 02 ədəd pul qabı yerində yoxdur. Ona məlum olmuşdur ki, avtomobilə naməlum şəxs daxil olaraq oradan iki ədəd pul qabını və içərisində olan rəsmi sənədləri və maaş kartını oğurlamışdır. Belə ki, pul qabılardan ona məxsus AZE 16457689 nömrəli şəxsiyyət vəsiqəsi, AB 423956 nömrəli sürücülük vəsiqəsi, Azərbaycan Respublikası FHN tərəfindən verilmiş xidməti vəsiqə, Beynəlxalq Bank tərəfindən verilmiş **********042533 seriyalı maaş kartı, “Mercedes-Benz” markalı E230 modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD 276014 nömrəli qeydiyyat şəhadətnaməsi, “VAZ-21214” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə məxsus AA 925950 nömrəli qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin “Azpetrol” tərəfindən verilmiş yanacaq kartı, yaşadığı evə aid smart tipli qaz sayğacının kartı pul qabılarla birlikdə oğurlanmışdır. Pul qabının hər birinin ayrı-ayrılıqda dəyəri 5 manatdır. İlkin izahatında səhvən maaş kartlarının oğurlandığını qeyd etsə də, əslində 01 ədəd maaş kartı oğurlanmışdır. Oğurluq hadisəsi baş verdiyi gün Xəzər RPİ 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. xx xxxx 2020-ci il tarixdə PŞ-dən zəng edilərək oğurluq edən şəxsin yaxalanması bildirilmişdir. PŞ-nə gəldikdə ona məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. PŞ-də oğurlanmış sənədlər və kartından çıxarılmış 550 manat pul ona qaytarılmışdır. O, həmin sənədləri və pulu PŞ-də qəbul etdikdən sonra İmanxanın qohumları pul qablarını da gətirmişlər, lakin pul qabları köhnə olduqları və pis hala düşdükləri üçün onları tullamışdır. Hazırda İmanxan ona vurduğu 550 manat məbləğində maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq İmanxana yüngül cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, AZE 16457689 nömrəli şəxsiyyət vəsiqəsi, AB 423956 nömrəli sürücülük vəsiqəsi, Azərbaycan Respublikası FHN tərəfindən verilmiş xidməti vəsiqə, Beynəlxalq Bank tərəfindən verilmiş **********042533 seriyalı plastik bankomat kartı, “Mercedes-Benz” markalı E230 modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD 276014 nömrəli qeydiyyat şəhadətnaməsi, “VAZ-21214” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə məxsus AA 925950 nömrəli qeydiyyat şəhadətnaməsi və həmin avtomobilin “Azpetrol” tərəfindən verilmiş yanacaq kartı, smart tipli qaz sayğacının kartı və 550 manat pul maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 218/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər 2 (iki) gün tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 3 (üç) gün hesabı ilə hesablanmaqla təyin olunmuş aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasından çıxılmış və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 may2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasına məhkum edilmiş, xx xxxxxx 2020-ci il tarixdə cəzası icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutlmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, eyni zamanda onun barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-218/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut – AZE 16457689 nömrəli şəxsiyyət vəsiqəsinin, AB 423956 nömrəli sürücülük vəsiqəsinin, Azərbaycan Respublikası FHN-i tərəfindən verilmiş xidməti vəsiqənin, Beynəlxalq Bank tərəfindən verilmiş **********042533 seriyalı plastik bankomat kartının, “Mercedes-Benz” markalı E230” modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD 276014 nömrəli qeydiyyat şəhadətnaməsinin, “VAZ-21214” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə məxsus AA 925950 nömrəli qeydiyyat şəhadətnaməsinin və həmin avtomobilin “Azpetrol” tərəfindən verilmiş yanacaq kartının, smart tipli qaz sayğacının kartının və 550 manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər RPİ İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-218/2020 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə 03 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Maddi sübut – AZE 16457689 nömrəli şəxsiyyət vəsiqəsinin, AB 423956 nömrəli sürücülük vəsiqəsinin, Azərbaycan Respublikası FHN-i tərəfindən verilmiş xidməti vəsiqənin, Beynəlxalq Bank tərəfindən verilmiş **********042533 seriyalı plastik bankomat kartının, “Mercedes-Benz” markalı E230” modelli, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus AD 276014 nömrəli qeydiyyat şəhadətnaməsinin, “VAZ-21214” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə məxsus AA 925950 nömrəli qeydiyyat şəhadətnaməsinin və həmin avtomobilin “Azpetrol” tərəfindən verilmiş yanacaq kartının, smart tipli qaz sayğacının kartının və 550 manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-279/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-279/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver