Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-279/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, onun nümayəndəsi və vəkili Müdafiəçi iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X5 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Esmira Famil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X9 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 156/2024 nömrəli qətnaməsinə əsasən, X10 ilə X9 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 7 saylı Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən evin 1/3 payının X5 adına verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********57-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışına əsasən paylı mülkiyyət üzrə X7 məxsus olan ünvan 2 ünvanda yerləşən yaşayış evinin 1/3 hissəsini satılan zaman alıcı kimi hüquq və vəzifələr iddiaçı X1 qət edilmişdir. Tərəflərindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-156/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (e-2(103)-181/2025). 11 mart 2025-ci il tarixdə iddiaçı X3 həyat yoldaşı X11 Bakı Apellyasiya Məhkəməsinin binasında və həyətində video görüntülərini çəkərək “vagif.mamedof” adlı hesab vasitəsilə “Tiktok” sosial şəbəkəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, həmçinin şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Belə ki, Esmira Mayılova “Tiktok” sosial şəbəkəsində “vagif.mamedof” adlı hesab vasitəsilə onun ümumilikdə dörd ədəd video görüntülərini paylaşaraq guya onları narkotiklə hədələdiyini qeyd etmiş, barəsində “maşennik” “şərəfsiz”, “binamus” və qeyri əxlaqi, söyüşlər vulqar sözlərlə nalayiq ifadələrdən istifadə etmişdir. Göründüyü kimi, X11 onun şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətini alçaldan məlumatlar yaymış, işgüzar nüfuzuna xələl gətirən hərəkətlər etmiş, ona böhtan atmışdır. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinin tərkibi vardır və X11 həmin maddələrlə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Müdafiəçi işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədi. Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda sadalanan əsaslara görə X6 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və ərazi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayətində X9 onu əsaslandırmışdır ki, 11 mart 2025-ci il tarixdə iddiaçı X3 arvadı X11 Bakı Apellyasiya Məhkəməsinin binasında və həyətində video görüntülərini çəkərək “vagif.mamedof” adlı hesab vasitəsilə “Tik-Tok” sosial şəbəkəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymış, həmçinin şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, istinad edilən cinayət əməlinin törədildiyi yer Bakı Apellyasiya Məhkəməsinin inzibati binasıdır və bu işin mübahisəsiz halıdır. Belə olan halda isə, xüsusi ittiham qaydasında şikayət həmin məhkəmənin yerləşdiyi Bakı şəhəri Yasamal rayonu inzibati ərazi dairəsinə aid olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməli idi. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci Bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. İş materiallarından görünür ki, X6 videoları lentə aldığı yer, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasıdır. Bakı Apellyasiya Məhkəməsinin inzibati binası isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Bu səbəbdən də, hazırkı iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş X5 şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli, şikayət ərizəsi ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-75, 299, 300.1.4, 302.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-279/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-279/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver