Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-28/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X6, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Sabirabad rayonu, Yaxa Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Qarağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 25 sentyabr 2019-cu il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs1 usta kimi işlədiyi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdəki masanın üzərindən bir ədəd qiyməti 650 manat olan “Samsung Galaxy S5” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğluna 650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xoşdiyar BY 9 ünvanda yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 900 manat olan “Medi” markalı 32 kvadrat ölçülü kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 900 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 18 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 800 manat olan kombi istilik sistemini, hər birinin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə qiyməti 322 manat 50 qəpik olan 43 ədəd elektrik spotlarını, bir ədəd qiyməti 25 manat olan su motorunu və bir ədəd qiyməti 300 manat olan “Bosh” markalı DVR cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1447 manat 50 qəpik məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 01 noyabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdəki qapısı olmayan yardımçı tikilinin içərisindən bir ədəd qiyməti 1400 manat olan kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 1400 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 26 dekabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs5 Fərzalı oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sharp” markalı televizoru, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan iki ədəd kostyumları, bir ədəd qiyməti 200 manat olan tikiş maşınını və bir ədəd qiyməti 450 manat olan musiqi mərkəzini, bundan başqa evin yanındakı yardımçı tikiliyə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 1200 manat olan kombi istilik sistemini, ümumilikdə qiyməti 100 manat olan su motorunu və 15 ədəd elektrik ayırıcılarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 Fərzalı oğluna ümumilikdə 2850 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 11 fevral 2020-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq otaqdakı şkafda köhnə pul qabının içərisində olan 300 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 300 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 02 mart 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sunny” markalı televizoru, bir ədəd qiyməti 60 manat olan “Tefal” markalı elektrik çaydanını, bir ədəd qiyməti 150 manat olan “Adidas” markalı dəri əl çantasını, həyətdə olan yardımçı tikilidən isə bir ədəd qiyməti 180 manat olan “Bosh” markalı laqondanı, bir ədəd qiyməti 115 manat olan “Simens” markalı betondeşəni, bir ədəd qiyməti 110 manat olan “Tempo” markalı istilik sistemi cihazını, bir ədəd qiyməti 60 manat olan “Markus” markalı su motorunu, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan qırx ədəd led plafon işıqları, hər topunun qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan iki top 2x6 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 200 manat olan beş top 1x4 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 35 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan səkkiz top 2x2.5 ölçüdə elektrik naqillərini, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan iki ədəd əl arabalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 3475 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 05 aprel 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 qızına məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi hesab olunan evə açıq qapıdan qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Samsung” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 qızına 600 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 07 avqust 2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Fərid” marketin yaxınlığında X2 yaxınlaşıb sonuncuya məxsus bir ədəd qiyməti 200 manat olan Samsung GalaxyA30 markalı, SM - A30FN/DS model mobil telefonu və bir ədəd qiyməti 10 manat olan qara-boz rəngli, zəncirbəndlə açılıb bağlanan tutacaqlı bel çantasını əlindən alıb açıq talayaraq zərərçəkmiş X2 210 manat məbləğində ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, işsiz olmağı ilə əlaqədar pulsuzluqdan əziyyət çəkmişdir. Buna görə də pul əldə etmək üçün cinayət etmək qərarına gəlmişdir. 07 avqust 2020-ci il tarixdə təxminən saat 23:00 radələrində yaşadığı küçənin digər tərəfində “Fərid” marketin qarşısında dayanmış, sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt bir nəfər qızın qaranlıq küçə ilə piyada getdiyini görmüşdür. Ətrafa baxıb heç kəsin olmadığına əmin olduqdan sonra onun arxasınca getmişdir. Məqsədi onun mobil telefonunu və əl çantasını əlindən alaraq götürüb qaçmaq olmuşdur. Odur ki, arxa tərəfdən həmin qıza yaxınlaşıb və əlində olan mobil telefonu və əl çantasını zorla əlindən alaraq həmin yerdən uzaqlaşmaq məqsədi ilə qaçmışdır. Lakin təxminən 100-150 metr uzaqlaşdıqda arxasınca gələn tanımadığı şəxslər onu tutub saxlamış və həmin yerə polis əməkdaşları çağıraraq onu təhvil vermişlər. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən qızın əlindən aldığı əl çantasını hadisə yerində tanımadığı şəxslər onu tutub saxlayarkən yerə atdığını, həmin şəxslərin həmin çantanı yerdən götürərək qıza geri qaytardıqlarını bildirmiş, zorla qızın əlindən aldığı mobil telefonu isə cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Lakin, təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamın oğurluq cinayətləri hissəsində özünü təqsirli bilməmiş və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi soyğunçuluq əməlindən səmimi peşman olduğunu, həmin əməli səmimi olaraq qismən etiraf etdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, 2009-cu ildə ailə qurmuş və iki oğlan övladı vardır. Rəsmi olaraq boşansalar da, 2018-ci ildə həyat yoldaşı ilə ayrılmışlar. Hal-hazırda o Xəzər rayonu, Buzovna qəsəbəsində anası və övladları ilə birlikdə xalasına məxsus evdə yaşayırlar. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ayaqqabı mağazasında satıcı işləmişdir. Hər gün səhər saat 09:00-dan axşam saat 21:00-a kimi işdə olmuşdur. 07 avqust 2020-ci il tarixdə saat 21 radələrində işdən çıxıb evə gedirmiş. Təxminən saat 23 radələrində yaşadığı evə gedən küçədə olduğu vaxt tanımadığı şəxs qəflətən arxadan ona yaxınlaşmış və üstünə hücum çəkərək əlində olan mobil telefonu və əl çantasını zorla əlindən almışdır. Bu zaman o görmüşdür ki, təxminən 30-40 metr aralıda adamlar var. O qışqırıb həmin adamları köməyə çağırmışdır. Bundan sonra həmin şəxs ondan əl çəkərək mobil telefonunu və əl çantasını götürüb qaçmışdır. Buna baxmayaraq qışqırıb köməyə çağırdığı adamlar həmin şəxsi tutub saxlayaraq həmin yerə polis çağırmışlar və həmin şəxsi polisə təhvil vermişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, yaşadığı qəsəbədə evlərin birində usta işi görmüşdür. 25 sentyabr 2019-cu il tarixdə günorta saatlarında usta kimi işlədiyi həyətdə özünə məxsus olan 01 ədəd 650 manat dəyərində Samsung Galaxy S 5 markalı mobil telefonu həyətdə olan masanın üzərinə qoyub küçəyə çıxmışdır. Bundan sonra həyətə daxil olub mobil telefon lazım olduğundan masaya yaxınlaşmışdır ki telefonunu götürsün. Lakin bu zaman ona məxsus olan mobil telefonun yerində olmadığını görmüş və ona məlum olmuşdur ki, telefon naməlum şəxs(şəxslər) tərəfindən oğurlanmışdır. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə edərək fotoşəkillər çəkib protokol tərtib etmişlər. Oğurluqla bağlı heç kimdən şübhələnmədiyini və onun ədavəti olan kimsə olmadığını bildirmişdir. Ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Xoşdiyar BY-da 9-da bağ evi vardır. Həmin bağ evində yaşamasada həftədə 1 dəfə evinə getmişdir. 12.10.2019-cu il tarixdə sonuncu dəfə bağ evində olmuşdur. Bundan sonra 19.10.2019-cu il tarixdə evinə gəldiyi zaman aşkar etmişdir ki, evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq olmuşdur. Belə ki, evinə gəldiyi zaman ona məlum olmuşdur ki, evində oğurluq hadisəsi baş vermişdir. Evindən 01 ədəd dəyəri 900 manat olan “Medi” markalı 32 kv ölçülü kombi istilik sistemi oğurlanmışdır. O evindən baş vermiş oğurluq nəticəsində heç kimdən şübhələnməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Xoşdiyar BY-da 9C-də bağ evi vardır. Həmin bağ evində yaşamasada həftədə 1 dəfə evinə getmişdir. 18.10.2019-cu il tarixdə saat 17:30-da sonuncu dəfə bağ evində olmuşdur. Bundan sonra 19.10.2019-cu il tarixdə evinə gəldiyi zaman aşkar etmişdir ki, evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq olmuşdur. Belə ki, evinə gəldiyi zaman evinin yan tərəfində olan balaca pəncərə açıq vəziyyətdə olmuş və evə daxil olduğu zaman ona məlum olmuşdur ki, evində oğurluq hadisəsi baş vermişdir. Belə ki, evindən 01 ədəd dəyəri 800 manat olan kombi istilik sistemi, hər birinin dəyəri 7 manat 50 qəpik olan , ümumi dəyəri 322 manat 50 qəpik olan 43 ədəd spotlar, dəyəri 25 manat olan01 ədəd su matoru və 01 ədəd dəyəri 300 manat olan DVR oğurlanmışdır.Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1447 manat 50 qəpik maddi ziyan dəymişdir. O sonradan müşahidə kameralarını evdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, yuxarıda qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni sahədə yerləşən bağ evi var. Bildirmişdir ki, 31 oktyabr 2019-cu il tarixdən 05 noyabr 2019-cu il tarixədək olan müddət ərzində evdə heç kəs olmadığı vaxt naməlum şəxs həmin bağ evinin həyətinə hasardan keçmə yolu ilə daxil olaraq həyətdəki qapısı olmayan yardımçı tikilinin içərisindən ona məxsus dəyəri 1400 manat olan bir ədəd kombi istilik sistemini oğurlayıb aparmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Fərzalı oğlu bildirdi ki, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən evi var. 24 dekabr 2019cu il tarixdə təxminən saat 13 radələrindən 29 dekabr 2019-cu il tarixdə təxminən saat 18 radələrinədək olan müddət ərzində evdə olmadıqları vaxt naməlum şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən evinə pəncərəni açma yolu ilə daxil olaraq evin içərisində ona məxsus bir ədəd qiyməti 600 manat olan “Sharp” markalı televizoru, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan iki ədəd kişi üçün kostyumları, bir ədəd qiyməti 200 manat olan tikiş maşınını və bir ədəd qiyməti 450 manat olan musiqi mərkəzini, bundan başqa evin yanındakı yardımçı tikiliyə qapını açmaq yolu ilə daxil olaraq oradan bir ədəd qiyməti 1200 manat olan kombi istilik sistemini, ümumilikdə qiyməti 100 manat olan su motorunu və 15 ədəd elektrik ayrıcılarını oğurlayıb aparmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2850 manat məbləğdə ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, ünvan 6 ünvanda qeydiyyatda olmaqla anası ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 11 fevral 2020-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yaşadıqları evin qapısını açarla bağlayaraq anası ilə birlikdə Bakı şəhəri Əhmədli qəsəbəsində yaşayan nişanlısıgilə qonaq getmişlər, evdə heç kəs qalmamışdır. Həmin gün axşam təxminən saat 22 radələrində yaşadıqları evə geri qayıtmışlar. Görmüşlər ki, evin pəncərəsi açıq vəziyyətdədir. Başa düşmüşlər ki, evə oğru girmişdir. Bundan sonra bir otaqdan ibarət olan evlərinə baxış keçirmişlər və məlum olmuşdur ki, naməlum şəxs evdə olmadıqları vaxt yaşadıqları evə pəncərəni itələyib açma yolu ilə daxil olaraq otaqdakı şkafın içərisindən köhnə pul qabının içərisinə qoyub saxladığı 300 manat pulu götürərək oğurlayıb aparmış, pul qabını isə şkafın içərisinə atmışdır. Hadisə nəticəsində ona cəmi 300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, Xəzər rayonu Mərdəkan qəsəbəsində ona məxsus bağ evi vardır. Həmin bağ evində iki otaqdan ibarət ev və bir otaqdan ibarət əl damı vardır. Lakin həmin evdə yaşayış olmadığından heç kim yaşamamışdır. 02.03.2020-ci il tarixdə saat 19 radələrində həmin evdən çıxmışdır. 03.03.2020-ci il tarixdə saat 14 radələrində evə gəldikdə evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O evə baxdıqda evdən oğurluq olduğunu bilmiş və polisə hadisə barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ona məxsus evdə otaqdan 01 ədəd 600 manat dəyərində “Sunny” markalı televizor, 01 ədəd 60 manat dəyərində “Tefal” markalı elektrik çaydanı, 01 ədəd dəyəri 150 manat olan “Adidas” markalı dəri əl çantası oğurlanmışdır. Bundan başqa həyətdə olan əl damından 01 ədəd 180 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 115 manat dəyərində “Simens” markalı preparator, 01 ədəd 110 manat dəyərində “Tempo” markalı istilik sistemi cihazı, 01 ədəd 60 manat dəyərində “Markus” markalı su matoru, 40 ədəd hər birinin qiyməti 30 manat olan ümumilikdə qiyməti 1200 manat olan led plafon işıqları, iki top hər topunun dəyəri 200 manat olan ümumilikdə qiyməti 400 manat olan 2x6 ölçüdə elektrik kabeli, 05 top hər topunun dəyəri 40 manat olan ümumilikdə dəyəri 200 mant olan 1x4 ölçüdə elektrik kabeli, 8 top hər topunun dəyəri 35 manat olan ümumilikdə dəyəri 280 manat olan 2x2.5 ölçüdə elektrik kabeli, 02 ədəd hər birinin dəyəri 60 manat olan ümumilikdə dəyəri 120 manat olan əl arabası oğurlanmışdır. Ümumilikdə ona 3475 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 qızı bildirdi ki, o, hər gün mütəmadi olaraq səhər saat 07 radələrində evdən çıxır, axşam saat 20 radələrində evə qayıtmışdır. Qızı oxuyur, oğul isə fərdi əmək fəaliyyəti ilə məşqul olmuşdur. Onların evində heç kim olmadığı halda qapını heç vaxt kilid ilə bağlamamışlar. 05 aprel 2020-ci il tarixdə o işdə olduğu zaman oğlu Mikayıl Əliyev saat 15 radələrində işi ilə əlaqədar evdən çıxmışdır. Evin giriş qapısını və həyətin qapısını yalnız adi qayda ilə bağlamışdır. Həmin gün saat təxminən 20 radələrində oğlu Mikayıl yenidən evə qaytmış və ona məlum olmuşdur ki, şəxsiyyəti məlum olmayan naməlum şəxs qonaq otağında olan 60 manat dəyərində “Samsung” markalı televizoru oğurlamışdır. Bu barədə ona telefon vasitəsi ilə bildirdikdə o bildirmişdir ki, hüquq mühafizə orqanına məlumat versin. Oğlu bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Budan sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmiş və protokol tərtib edərək fotoşəkillər çəkmişlər. Qeyd etmişdir ki, həmin oğurlanmış televizor onun əmlakıdır, buna görədə onu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmağını xahiş etmişdir. Ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 2019-cu ilin sentyabr ayının sonlarında şəxsi işlərilə əlaqədar Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə gəlmişdir. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq bir ədəd Samsung Galaxy S5 markalı mobil telefonu təqdim edib bildirmişdir ki, həmin telefon özünə məxsusdur və maddi vəziyyəti ilə əlaqədar olaraq satır. Xahiş etmişdir ki, imkan varsa həmin mobil telefonu ondan alsın. O, mobil telefona baxmış və görmüşdür ki, telefon yaxşı vəziyyətdədir. Ondan həmin telefonu neçəyə satdığını soruşmuş, o, da bildirmişdir ki, 150 manata satır. Həmin vaxt o, ona üstündə 110 manat pulunun olduğunu və əgər razıdırsa 100 manata ondan telefonu almaq istədiyini bildirmişdir. O, da onunla razılaşmışdır. Bundan sonra o, hər ehtimala qarşı sabahkı gün hər hansı problemlə üzləşməmək üçün ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o, da etiraz etməmiş və yaxınlıqdakı Foto mağazaya girib şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq həmin kağızı imzalayıb ona vermişdir. O, şəxsiyyət vəsiqəsinə baxıb bilmişdir ki, telefonu ona satan şəxsin adı Təqsirləndirilən şəxsdur. Bundan sonra o, ona 100 manat pul verib telefonu ondan almışdır. Təqsirləndirilən şəxs aldığı mobil telefonu 2020-ci ilin yanvar ayının əvvəllərində Yasamal rayonu Velotrek adlanan yerdə tanımadığı şəxsə 150 manata satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, ünvan 9 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin aprel ayının ortalarında bir nəfər tanışı ilə görüşmək məqsədi ilə Sabunçu bazarına getmişdir. Həmin vaxt bir nəfər şəxs ona yaxınlaşaraq bir ədəd Samsung markalı televizoru təqdim edib bildirmişdir ki, həmin televizor özünə məxsusdur və maddi vəziyyəti ilə əlaqədar olaraq satır. Ondan televizoru neçəyə satdığını soruşmuş, o, da bildirmişdir ki, televizoru 200 manata satır. O, ona televizora görə 140 manat verə biləcəyini demiş, o, da onunla razılaşmışdır. Bundan sonra o, hər ehtimala qarşı sabahkı gün hər hansı problemlə üzləşməmək üçün ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. O, da etiraz etməmiş və yaxınlıqdakı kserokopiya yerinə girib şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq həmin kağızı imzalayıb ona vermişdir. O, şəxsiyyət vəsiqəsinə baxıb bilmişdir ki, televizoru ona satan şəxsin adı Təqsirləndirilən şəxsdur. Bundan sonra o, ona 140 manat pul verib televizoru ondan almışdır. Təqsirləndirilən şəxs aldığı televizoru elə həmin gün Sabunçu bazarında tanımadığı bir nəfər şəxsə 200 manata satmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 12 avqust 2020-ci il tarixli, 813 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, K.S.Talıbovanın bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 18 avqust 2020-ci il tarixli, 844 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ qaşüstü nahiyənin, sağ və sol dirsəyin sıyrıqları, sağ və sol kürəyin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 6-7 gün əvvəl olmaqla, qərarda göstərilən 07.08.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 04 sentyabr 2020-ci il tarixli, 9/3124 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 210.00 manat müəyyən edilir. O cümlədən: -1 ədəd “Samsung” (GalaxyA30) markalı, “SM - A30FN/DS” model - 200.00 manat, -1 ədəd qara-boz rəngli, zəncirbəndlə açılıb bağlanan tutacaqlı bel çantası - 10.00 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 20.08.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Sabirabad rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 qızına məxsus əmlakların oğurlanması və X2 məxsus əmlakın açıq şəkildə talanaraq soyğunçuluq olunması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213- 3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177— 183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən “Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 qızına məxsus əmlakların oğurlanması və X2 məxsus əmlakın açıq şəkildə talanaraq soyğunçuluq edilməsi hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 6 epizod yəni, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Fərzalı oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 6 epizod yəni, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qiyməti 900 manat olan “Medi” markalı 32 kvadrat ölçülü kombi istilik sisteminin oğurlanması, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd qiyməti 800 manat olan kombi istilik sisteminin, hər birinin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə qiyməti 322 manat 50 qəpik olan 43 ədəd elektrik spotlarının, bir ədəd qiyməti 25 manat olan su motorunun və bir ədəd qiyməti 300 manat olan “Bosh” markalı DVR cihazının, Zərərçəkmiş şəxs4 məxsus bir ədəd qiyməti 1400 manat olan kombi istilik sisteminin, Zərərçəkmiş şəxs5 Fərzalı oğluna məxsus bir ədəd qiyməti 600 manat olan “Sharp” markalı televizorun, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan iki ədəd kostyumların, bir ədəd qiyməti 200 manat olan tikiş maşınının və bir ədəd qiyməti 450 manat olan musiqi mərkəzinin, bundan başqa evin yanındakı yardımçı tikiliyə qapını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 1200 manat olan kombi istilik sisteminin, ümumilikdə qiyməti 100 manat olan su motorunun və 15 ədəd elektrik ayırıcılarının, Zərərçəkmiş şəxs6 məxsus köhnə pul qabının içərisində olan 300 manat nəğd pulun və Zərərçəkmiş şəxs7 məxsus bir ədəd qiyməti 600 manat olan “Sunny” markalı televizorun, bir ədəd qiyməti 60 manat olan “Tefal” markalı elektrik çaydanının, bir ədəd qiyməti 150 manat olan “Adidas” markalı dəri əl çantasının, həyətdə olan yardımçı tikilidən isə bir ədəd qiyməti 180 manat olan “Bosh” markalı laqondanın, bir ədəd qiyməti 115 manat olan “Siemens” markalı betondeşənin, bir ədəd qiyməti 110 manat olan “Tempo” markalı istilik sistemi cihazının, bir ədəd qiyməti 60 manat olan “Markus” markalı su motorunun, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan qırx ədəd led plafon işıqların, hər topunun qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan iki top 2x6 ölçüdə elektrik naqilinin, hər topunun qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 200 manat olan beş top 1x4 ölçüdə elektrik naqilinin, hər topunun qiyməti 35 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan səkkiz top 2x2.5 ölçüdə elektrik naqillərinin, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan iki ədəd əl arabalarının oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Fərzalı oğlu, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 məxsus əmlakların təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittiham yalnız yuxarıda adıçəkilən zərərçəkmiş şəxslərin ifadəsi əsasında irəli sürülmüşdür. Təkcə zərərçəkmiş şəxslərin ifadələri isə şəxsə qarşı ittiham elan edilməsi üçün əsas sayıla bilməz. Belə ki, zərərçəkmiş şəxslər işdə maraqlı olan şəxslərdir və onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xoşdiyar BY 9 ünvanda yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 900 manat olan “Medi” markalı, 32 kvadrat ölçülü kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs 18 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 800 manat olan kombi istilik sistemini, hər birinin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə qiyməti 322 manat 50 qəpik olan 43 ədəd elektrik spotlarını, bir ədəd qiyməti 25 manat olan su motorunu və bir ədəd qiyməti 300 manat olan “Bosh” markalı DVR cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1447 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs 01 noyabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdəki qapısı olmayan yardımçı tilinin içərisindən bir ədəd qiyməti 1400 manat olan kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs 26 dekabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs5 Fərzalı oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sharp” markalı televizoru, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan iki ədəd kostyumları, bir ədəd qiyməti 200 manat olan tikiş maşınını, bir ədəd qiyməti 1200 manat olan kimbi istilik sistemini, ümumilikdə qiyməti 100 manat olan su motorunu və elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 Fərzalı oğluna 2400 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs 11 fevral 2020-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan 300 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli və Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sunny” markalı televizoru, bir ədəd qiyməti 60 manat olan “Tefal” markalı elektrik çaydanını, bir ədəd qiyməti 150 manat olan “Adidas” markalı dəri əl çantasını, həyətdə olan yardımçı tikilidən isə bir ədəd qiyməti 180 manat olan “Bosh” markalı laqondanı, bir ədəd qiyməti 115 manat olan “Simens” markalı betondeşəni, bir ədəd qiyməti 110 manat olan “Tempo” markalı istilik sistemi cihazını, bir ədəd qiyməti 60 manat olan “Markus” markalı su motorunu, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan qırx ədəd led plafon işıqları, hər topunun qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan iki top 2x6 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 200 manat olan beş top 1x4 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 35 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan səkkiz top 2x2.5 ölçüdə elektrik naqillərini, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan iki ədəd əl arabalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 3475 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPMnin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut olan “Samsung Galaxy A30” markalı, SM - A30FN/DS model mobil telefonu və bir ədəd qara-boz rəngli, zəncirbəndlə açılıb bağlanan tutacaqlı bel çantası zərərçəkmiş şəxs X2 qaytarılmış hesab edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Xoşdiyar BY 9 ünvanda yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 900 manat olan “Medi” markalı, 32 kvadrat ölçülü kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən yaşayış sahəsi hesab olunan bağ evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olub oradan bir ədəd qiyməti 800 manat olan kombi istilik sistemini, hər birinin qiyməti 7 manat 50 qəpik olmaqla ümumilikdə qiyməti 322 manat 50 qəpik olan 43 ədəd elektrik spotlarını, bir ədəd qiyməti 25 manat olan su motorunu və bir ədəd qiyməti 300 manat olan “Bosh” markalı DVR cihazını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 1447 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 01 noyabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdəki qapısı olmayan yardımçı tikilinin içərisindən bir ədəd qiyməti 1400 manat olan kombi istilik sistemini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 26 dekabr 2019-cu il tarixdə təxminən saat 23 radələrində Zərərçəkmiş şəxs5 Fərzalı oğluna məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Ə.Rəhimov küçəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sharp” markalı televizoru, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan iki ədəd kostyumları, bir ədəd qiyməti 200 manat olan tikiş maşınını, bir ədəd qiyməti 1200 manat olan kombi istilik sistemini, ümumilikdə qiyməti 100 manat olan su motorunu və elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 Fərzalı oğluna 2400 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 11 fevral 2020-ci il tarixdə təxminən saat 17 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Yeni yaşayış massivində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan 300 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan bir ədəd qiyməti 600 manat olan “Sunny” markalı televizoru, bir ədəd qiyməti 60 manat olan “Tefal” markalı elektrik çaydanını, bir ədəd qiyməti 150 manat olan “Adidas” markalı dəri əl çantasını, həyətdə olan yardımçı tikilidən isə bir ədəd qiyməti 180 manat olan “Bosh” markalı laqondanı, bir ədəd qiyməti 115 manat olan “Simens” markalı betondeşəni, bir ədəd qiyməti 110 manat olan “Tempo” markalı istilik sistemi cihazını, bir ədəd qiyməti 60 manat olan “Markus” markalı su motorunu, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan qırx ədəd led plafon işıqları, hər topunun qiyməti 200 manat olmaqla ümumilikdə qiyməti 400 manat olan iki top 2x6 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 200 manat olan beş top 1x4 ölçüdə elektrik naqilini, hər topunun qiyməti 35 manat olmaqla ümumilikdə qiyməti 280 manat olan səkkiz top 2x2.5 ölçüdə elektrik naqillərini, hər birinin qiyməti 60 manat olmaqla ümumilikdə qiyməti 120 manat olan iki ədəd əl arabalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 3475 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 08.08.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “Samsung Galaxy A30” markalı, SM - A30FN/DS model mobil telefonu və bir ədəd qara-boz rəngli, zəncirbəndlə açılıb bağlanan tutacaqlı bel çantasının zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-28/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-28/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver