Məhkəmə qərarları › İş №1(003)-28/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-28/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-28/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X11, X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə İmişli rayonu, Bəhrəmtəpə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Qaragüvəndikli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, silah qismində istifadə olunan əşya tətbiq etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı əlindəki şüşə butulka ilə X4 nahiyəsindən vuraraq ona bel nahiyəsinin qançırı, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra silah qismində istifadə olunan əşya tətbiq etməklə əlindəki şüşə butulkanı sındıraraq şüşə parçası ilə X5 boyun nahiyəsindən vuraraq sonuncuya boynun kəsilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, bundan sonra silah qismində istifadə olunan əşya tətbiq etməklə əlindəki şüşə parçası ilə Zərərçəkmiş şəxs1 sağ bud nahiyəsindən vuraraq ona sağ əlin 2 ədəd, sağ bud venasının və sağ bud əzələsinin zədələnməsi, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ budun 2 ədəd dərin kəsilmiş yaraları ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, həmin gün 100 qram araq içmişdir. Hadisə zamanı qardaşının döyüldüyünü görmüş və aralamaq istəmişdir. O, yerə yıxılmış, əlinə şüşə qırığı keçmiş, özünün müdafiyəsi üçün əlini yelləmiş, şüşənin kimə dəydiyini bilmir. Bəlkə də, həmin vaxt kiməsə xəsarət yetirmişdir. Bəyoğlanı nə ilə vurduğunu xatırlamır. Hadisə ilə bağlı birinci o, şikayətçi olmuş, bu səbəbdən də onlar da ondan şikayət etmişlər. Hazırda o, zərərçəkmiş şəxslərlə barışmış, onların ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o, hadisə vaxdı bəy kürsüsündə olmuş və Anarın yerə yıxıldığını, başqaları tərəfindən təpiklə döyüldüyünü görmüşdür. O, məsələni aydınlaşdırmaq üçün ora gəlmiş və həmin vaxt ayağından istilik hiss etmiş, baxdıqda ayağından qan axtığını görmüşdür. Daha sonra xəstəxanaya getmişdir. Həmin vaxt Anarı çox adam döymüşdür. O, Anarın əlində şüşənin olduğunu görməmişdir. Orada “Anar vurub” qışqırıq eşitdiyindən elə bilmişdir ki, onu Anar vurub. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında iclasında zərərçəkmiş şəxs X19 göstərdi ki, o, hadisə vaxdı mətbəxdə olmuş, səsə-küyə çıxan zaman çox sayda adamın toplaşdığını, dava düşdüyünü görmüşdür. O, ora getmiş və həmin vaxt arxadan vurulmuşdur. Onu vuran şəxsin kim olduğunu görməmiş, həmin şəxsin Anar olduğunu görməmişdir. Anar onun sağ yan tərəfində olmuş, o isə sol böyrək nahiyəsindən vurulmuşdur. O, Anarın Kamala xəsarət yetirdiyini görməmişdir. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iclasında zərərçəkmiş şəxs X9 göstərdi ki, onlar Anardan şikayətçi deyillər, belə ki, Anar şikayət etdiyinə görə onlar da ondan şikayət etmişlər. Deyilənə görə onu Anar vurmuş, lakin o, Anarın onu vurduğunu görməmişdir. Hadisə vaxtı ürəyi sıxıldığından o, yerə yıxılmışdır. Onu vuran olmamışdır. Çənəsində olan izlərə səbəb dili qatlanan zaman çənəsindən tutmaları ola bilər. O, hadisə vaxtı Anarın əlində şüşə görməmiş, Anarın kimisə vurduğunu görməmişdir. Onun üzərində şüşə qırıntısı olmamış, ola bilsin ki, hadisə vaxtı sepi boğazını kəssin. Hazırda o, Təqsirləndirilən şəxsla barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə iclasında iclasında Şahid1 göstərdi ki, hadisə vaxtı o, Telmanla dalaşdığına görə onları çölə çıxartmışlar. Qayıdan zaman o, Anarı yerdə görmüşdür. Həmin vaxt Anarın əlində heçnə olmamışdır. Məhkəmə iclasında iclasında Şahid2 göstərdi ki, hadisə toyda olmuş, Asiflə mahnıya görə Anarla mübahisə etmişdir. O, Anarı çölə çıxarmış və həmin vaxt Asif onu arxadan vurmuşdur. Anarın Kamalı vurduğunu görməmiş və eşitməmişdir. Anarın toyda kimisə vurmasını görməmiş, söyüş söyməsini eşitməmişdir. Anar sözlə mübahisə etmişdir. O, ibtidai istintaqda verdiyi izahatını oxumadan imzalamışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materillarında olan 1/2643 nömrəli, 15 noyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoloq sərxoşluq vəziyyəti “yüngül” olmuşdur. İş materillarında olan məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1554 saylı ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər — sağ əlin 2 ədəd, sağ bud venasının və sağ bud əzələsinin zədələnməsi, ağrı sindromu ve nərəkət məhdudluğu ilə müşayiət olunan sağ budun 2 ədəd dərin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddətləri onun "X27" X30 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. İş materillarında olan məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 1557 saylı ekspert rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – bel nahiyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdulğu ilə müşayiət olunan bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1555 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki,

1. G.Q.Zamanovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər – boynun kəsilmiş yarası kəsici təsirə malik əşya (şüşə parçası); alt çənənin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan alt çənənin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər.

2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demek olar ki, G.Q.Zamanovanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunaraq araşdırılmış cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinmiş və 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X18 şəxsin xx.xx.2022-ci il tarixli 1558 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X16 məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər — ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 xx.xx.2007-ci il təvəllüdlü X20, xx.xx.2010-cu il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X22, xx.xx.2018-ci il təvəllüdlü X12 dörd yetkinlik yaşına çatmayan övladı var. İş materiallarında olan sübutların qiymətləndirilməsi, cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2023cü il tarixli qərarından görünür ki,

1. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması;

2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən işə daxil edilmiş materiaların siyahısı, qərarların, protokolların və digər sənədlərin surətləri əlavə edilməklə Zərərçəkmiş şəxs1, X19, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması və həmin cinayət işi icraata qəbul edilib istintaqı davam etdirilməsi; 3. X1 aşkar olunmuş alt çənənin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan alt çənənin yumşaq toxumalarının əzilməsi xəsarətləri ilə bağlı Təqsirləndirilən şəxs ittiham edilməməsi nəzərə alınması; 4. İş üzrə əldə olunmuş 15 noyabr 2022-ci il tarixdə baş vermiş xuliqanlıq cinayətinin əks olunduğu video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması; 5. İş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid və zərərçəkmiş ifadələri, hadisə Yerinə baxış keçirilməsi barədə protokol, üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspert rəyləri sübut növü kimi qiymətləndirilməsi; 6. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardnan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X9 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. Ona dəymiş zərər ödənilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur. Ona dəymiş zərər ödənilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs X19 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan və eyni tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələb yoxdur, gələcəkdə də olmayacaq. Ona dəymiş zər və ziyan tam ödənilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin CM-nin 127.2.3-cü və 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxslər arasında baş vermiş hadisə axşam saatlarında şadlıq sarayında baş vermiş, belə ki, Təqsirləndirilən şəxs toy şənliyində qardaşı Asifin başqa şəxslərlə mübahisə etdiyini görmüş və nə baş verdiyini anlamaq üçün ora yaxınlaşmaq istəmişdir. Lakin bu zaman onu yerə yıxmışlar və təpiklə vurulmağa başlamışlar. Təpik vuran şəxsləri o, görə bilməmişdir. Bu zaman yerdən götürdüyü şüşə butulka parçası ilə Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Daha sonra o, ayağa qalxaraq qardaşı Asif ilə birlikdə yaxınlıqdakı polis bölməsinə gedərək şikayət etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs kənar şəxslərə qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiqləmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyəti olmamış, habelə o, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakılar üçün təhlükə, qorxu və narahatçılıq yaradan hərəkətlərə yol verməmiş, hətta baş vermiş hadisə vaxtı o, yüngül dərəcədə xəsarət almışdır. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı işin də faktiki halları Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmaması ictimaitəhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş şəxslərə qarşı yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında baş verən və birincinin digərinin vuraraq sağlamlığına az ağır dərəcə zərər yetirməsi ilə nəticələnmiş münaqişə şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibi mövcud deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun zərərçəkmiş şəxslə aralarında baş vermiş hadisə zamanı əlindəki şüşə butulka ilə X3 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi, bundan sonra silah qismində istifadə olunan əşya tətbiq etməklə əlindəki şüşə butulkanı sındıraraq şüşə parçası ilə X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi halı məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki. məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin, şahidlərin və digər sübutlarla müəyyən olundu ki, X13 və X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər Təqsirləndirilən şəxs tərəfindən yetirilməyib, dava olan zaman Təqsirləndirilən şəxs yerə yıxılmış vəziyyətdə olub, o, R.Məmmədovun sağ tərəfində olub, halbuki, R.Məmmədovun sol boyrək nahiyəsindən küt əşya ilə vurulub, G.Zamanovanın ifadəsindən də göründüyü kimi onu ümümuyyətlə vuran olmamış, ürəyi sıxıldından yerə yıxılmış, uzərində də şüşə qırıntıları olmamışdır. Boğazındakı sıyrıq qızıl sepinin cızmasını ehtimal etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü (Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, şərh olunan vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Təqsirləndirilən şəxs istinad edilən əməldə Zərərçəkmiş şəxs1 şənlik zamanı şüşə butulka parçası ilə qəsdən sağlamlığa az ağır zərər vurma, yəni Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləiklə məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayətləri törətmişdir, vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verillməli və o Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X14 240 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 340-342, 344-347, 349, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsi nəzərə alınmaqla xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X14 240.manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar