Məhkəmə qərarları › İş №1(003)-282/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-282/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-282/2024 18.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 məsləhətçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs1 təqaüdünün artırılması və hesablanmayan təqaüdün alınması vədini verərək xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 15.000 manat, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, pirallahı rayonu ərazisində 3.000 manat, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının qarşısında 3.000 manat, xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsində 700 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 21.700 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 məsləhətçisi kimi təqdim edərək X4 təqaüdünün artırılması və hesablanmayan təqaüdün alınması vədini vərərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 300 manat əlbəəl alıb, xx.xx.2022-ci il tarixdə 2400 manat pulu kartdan karta köçürmə etdirməklə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxs X6 ümumilikdə 2700 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 məsləhətçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs2 təqaüdünün artırılması və hesablanmayan təqaüdün alınması vədini vərərək xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Xəzər rayonu, Türkan qəsəbəsində 300 manat pulu əlbəəl alıb, xx.xx.2022-ci il tarixdə Kapital Banka aid 4169-7385-9783-6000 hesab nömrəsinə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 1200 manat, 2023-cü ilin yanvar ayının sonunda 1600 manat pulu kartdan karta köçürtmə etdirməklə əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3800 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlamışdır. Zərərçəkmiş şəxs1 ilə zəng etdikdən 1 gün sonra Türkan qəsəbəsində görüşmüşdür. Zərərçəkmiş şəxs1 ilə görüş zamanı onun 1996-cı ildən 2022-ci il tarixə kimi Neft daşlarında işlədiyini və hazırda 420 manat təqaüd aldığını öyrənmişdir. Zərərçəkmiş şəxs1 ilə danışan zaman ona köməklik edəcəyini demiş və işinin həlli üçün 25000 manat pul istəmişdir. Lakin Zərərçəkmiş şəxs1 ona 25000 manat pulunun olmadığını bildirmiş, sonra onunla 22000 manata razılaşmışdır. O, ümumilikdə Zərərçəkmiş şəxs1 21700 manat pul almışdır. Lakin Zərərçəkmiş şəxs1 təqaüdü ilə bağlı heç bur iş görməmişdir. Sonradan aldığı puldan bir qismini qaytarmışdır. Bundan başqa o, eyni məsələ ilə bağlı Zərərçəkmiş şəxs2 1500 manat və onun qohumu X2 2700 manat pul almış, lakin heç bir iş görməmişdir. Hər üç halda kömək etmək istəsə də heçnə edə bilməmişdir. Lakin həmin şəxsləri aldatmaq fikri olmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etdiyini, əməllərindən səmimi peşman olduğunu, vurulmuş maddi ziyanın qismən ödənildiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1996-cı ildən 2022-ci ilin may ayında qədər Neft daşlarında fəhlə işləmişdir. 2022-ci ilin may ayında aylıq 420 manat pensiya almağa başlamışdır. Onunla birlikdə işləyən başqa şəxslər ondan çox pensiya aldığından o, da pensiyasının artırılması üçün müraciət etmək istəmişdir. Onunla birlikdə işləyən Oruc adlı tanışı ona İlahə adlı tanışının pensiyanın artırılmasında köməklik edə biləcəyini demiş və Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və onlar Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində görüşmüşlər. İlahə ona Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan X21 fondunun Pirallahı şöbəsində məsləhətçi vəzifəsində işlədiyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona həm pensiyanın yenidən hesablanması, həm də ödənilməyən pulların ödənilməsini təmin etmək üçün 25.000 manat pul istəmişdir. Lakin o, həmin məbləğin çox olduğunu dedikdə İlahə 22.000 manata ona kömək edəcəyini bildirmişdir. Bu məqsədlə o, cəmi 21.700 manat İlahəyə pul vermişdir. Lakin həmin gündən sonra İlahə hər dəfə müxtəlif bəhanələrlə işi yubatmış və 2023-cü ilin aprel ayından etibarən bir daha onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra İlahə ümumilikdə 1600 manat pul qaytarsa da, pulun geri qalan hissəsini qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 1967-ci ildən 2014-cü ilə kimi o, Neft Qaz çıxartma idarəsində müxtəlif vəzifələrdə işləmişdir. 2014-cü idə isə yaş həddi ilə təqaüdə çıxmışdır. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamışdır. Təqsirləndirilən şəxs ona təqaüdünün az hesablandığını və hesablayanmayan təqaüdü ala biləcəyini bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu ona təqaüd məsələsini həll edəcəyini və həmin işin həlli üçün isə ondan 3800 manat pul verməli olduğunu demişdir. Bu məqsədlə İlahəyə cəmi 3800 manat pul vermişdir. Sonradan pensiya məsələsinin düzəlmədiyindən İlahə tərəfindən aldadıldığını bilmişdir. O, Təqsirləndirilən şəxs inandığından, sonuncudan yeznəsi Əliyev X1 etməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində qeyd etdi ki, 2009-cu ildən təqaüdə çıxmışdır. 2022-ci ildə qaynı Zərərçəkmiş şəxs2 ona bir nəfər şəxsin onun təqaüdünün artırılmasına köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman 16000 manat bankda pulun olduğunu demişdir. Bundan başqa İlahə ona aldığı 500 manat təqaüdünün artırılacağını demişdir. O, da İlahəyə inanmışdır. Təqsirləndirilən şəxs ondan taqaüd məsələsinin həlli üçün 2700 manat pul istəmişdir. Bu məqsədlə o, 300 manat pulu Təqsirləndirilən şəxs əlbə-əl vermişdir. Qalan 2400 manat pulu isə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə kartdan karta köçürtmə yolu ilə göndərmişdir. Lakin etdiyi köçürtmənin bildirişi onda qalmamışdır. O, pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs ona Beynəlxalq bankadan sms gələcəyini bildirmişdir. Həmin smsdən sonra isə onun Beynəlxalq bankın Mərdəkan filialına yaxınlaşmalı olduğunu demişdir. İlahə ilə danışdıqdan 2 gün sonra ona Beynəlxalq bankdan sms gəlmişdir. O, bu barədə Təqsirləndirilən şəxs demişdir. Lakin İlahə onunla banka getməmişdir. O, da həmin vaxt aldadıldığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əhmədova X15 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1, 66.5-ci maddələri tətbiq olunmaqla 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1601/2023 nömrəli qərarından aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, CM-nin 178.2.2-ci maddəsi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 69.3, 68.1.1-1, 66.5-ci maddələri tətbiq olunmaqla qəti olaraq 02 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-75/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.5-ci maddəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-69/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası həmin hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək 01 gün müddət bir günə bir gün hesabı ilə cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 il 02 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-1888/2024 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-75/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır; - AZ № 10571625 saylışəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X8 İlahə Yaşar qızının övladıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-75/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), vurulmuş maddi ziyanın qismən ödənilməsini (CM-59.1.14) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun əvvəllər də dələduzluq cinayətinə görə məhkum olunmasını, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-75/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs kimi saxlanıldığı 01 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-75/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar