Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-283/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Hüseynxan oğlunun iştirakı ilə, xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1983-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, Mədən adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Hüseynxan oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış sahəsi, mədən adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə qeyrirəsmi arvadı Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəmnində mübahisə edib yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, Zərərçəkmiş şəxs qəsdən sol göz almasının ağlı qişasının və üst dodağın qansızmaları, sol və sağ üst göz qapağının, sol gözaltı nahiyənin, sol gözün bayır bucağının, sol saidin, sol əlin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi ilə xarakterizə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseynxan oğlu ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Seyidbazar kəndində qeydiyyatdadır, hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, mədən ərazisində nömrəsiz fərdi evdə yaşayır. 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan 2 qız və 1 oğlan övladı vardır. Aralarında tez-tez mübahisələri olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində Sahibə Allahverdiyavanın mobil telefonunda yad kişilərlə yazışmasını aşkar etmiş və müəyyən etmişdir ki, xəstəxanada müalicə alan zaman Sahibə həmin kişiləri evə çağırmışdır. O, bunu biləndən sonra aralarında mübahisələri olmuşdur. Mübahisə etdiklərinə görə Sahibə anası evinə getmiş, xx xxxx 2020-ci il tarixdə yenidən yaşadığı evə qayıtmışdır. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, mədən ərazisində nömrəsiz fərdi evdə yenidən Sahibənin özünə məxsus mobil telefonla "whatsapp" proqramı vasitəsilə müxtəlif adamlarla danışdığını görüb ona yenidən irad bildirmişdir. Sahibə ona "əcəb elədiyini" bildirmişdir. Bu zaman onlar mətbəxdə mübahisə etməyə başlamışlar. Həmin vaxt Sahibə mətbəxdə paltaryuyanın üzərində olan boşqabı onun alın nahiyəsinə vurmuşdur. O, da əsəbləşdiyindən Sahibənin sifətindən 2-3 dəfə yumruqla vurmuş və Sahibə həmin zərbədən yerə yıxılmışdır. Həmin vaxt özü alın nahiyəsindən xəsarət aldığı üçün tibbi yardım almaq üçün xəstəxanaya müraciət etmişdir. Mübahisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, mədən ərazisində yaşadıqları nömrəsiz fərdi evin mətbəxində təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt tək olmuşlar. Baş vermiş mübahisədən sonra Samsung markalı mobil telefonu özü ilə aparmışdır. Həmin telefonu kreditlə özü Sahibəyə almış, kreditini evin sahibi kimi özü ödəmişdir. Təqsirləndirilən şəxs Hüseynxan oğlu ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə Təqsirləndirilən şəxs Hüseynağa oğlu ilə ailə qurmuşlar. Birgə nikahdan 2 qız və 1 oğlan övladı var. Əvvəllər də dəfələrlə mübahisələri olmuşdur. 2016-cı ildən Şərəfin səhhətində psixoloji problemlər olduğundan psixiatriya xəstəxanasında müalicə almağa başlamış və bundan sonra mübahisələri daha da artmağa başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində "instaqram" adlı internet sosial şəbəkədə Azərbaycan Respublikasında yaşayan və Rusiya Federasiyasına məxsus mobil nömrə işlədən oğlanla tanış olmuş və onunla whatsapp proqramı vasitəsi ilə danışmışdır. Həmin şəxs ekstrasens idi və ondan Şərəfdən ayrılmağa köməklik etməyi xahiş etmişdir. Buna səbəb Şərəfin evində olan əşyaları, evi satması olmuşdur. xx.xx.2020-ci il tarixdə əri Şərəf bunu bilmiş, aralarında bununla bağlı sözlə mübahisələri baş vermişdir. Şərəf buna görə onu aparıb anasıgilə qoymuşdur. xx.xx.2020-ci il tarixdə əvvəlcə qardaşı Mehralı, sonra isə Şərəf özü yenidən onu götürüb geri aparmışdır. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, mədən ərazisində yaşadıqları nömrəsiz fərdi evdə olan zaman Şərəf özünə mətbəxdə yumurta bişirirmiş, lakin Şərəf yumurtanı yaxşı bişirmədiyi üçün əsəbləşmişdir. Onun həmin vaxt şəkəri aşağı düşdüyü üçün yerindən dura bilməmişdir. Ona görə Şərəfə şirinçay içib özünə gələndən sonra ona səhər yeməyi hazırlayacağını bildirmişdir. Lakin Şərəf əlində bişirdiyi yumurtanı yerə çırpmış, o, ayağa durub yerdən yumurtanı yığışdırmışdır. Sonra qabları yumağa başlamışdır. Şərəf arxasınca mətbəxə gəlmiş və tullanaraq təpiklə sol tərəfinə zərbə endirmişdir. Sonra nalayiq ifadələr işlədə-işlədə sillə və yumruq zərbələri ilə onu vurmağa başlamışdır. O, özünü onun əlindən qurtarmaq üçün paltaryuyan maşının üstündə olan boşqabı götürüb onun alın nahiyəsinə vurmuşdur. Şərəf daha da əsəbləşərək onu sürüyə-sürüyə otağa aparmış və əli ilə yenidən onu vurmağa başlamışdır. Şərəf ondan uzaqlaşmış və həyətdə alnını yumağa başlamışdır. O, həmin vaxt Şərəfin alın nahiyəsinin qanadığını görmüşdür. Həmin hadisədən sonra həmin evi tərk etmişdir. Hal-hazırda ünvan 1 mənzil 4 ünvanında uşaqları ilə birlikdə yaşayır. Mübahisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, mədən ərazisində yaşadıqları nömrəsiz fərdi evin mətbəxində təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt tək olmuşlar. Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Hüseynxan oğlu ilə barışmış, ona dəymiş ziyan öənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 275 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol göz almasının ağlı qişasının və üst dodağın qansızmaları, sol və sağ üst göz qapağının, sol gözaltı nahiyənin, sol gözün bayır bucağının, sol saidin, sol əlin, sol budun qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə iclasında elan olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 1216 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum etsin. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseynxan oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də olmayacağı, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyi qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs Hüseynxan oğlu ilə barışdığı, Şərəf tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən Mirzəyev X2 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə AR CM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs Hüseynxan oğlunun böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Hüseynxan oğlu Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs Hüseynxan oğlunun hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Hüseynxan oğlunun məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X3 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-283/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-283/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver