Məhkəmə qərarları › İş №1(003)-283/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-283/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-283/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1977-ci ildə Kürdəmir rayonu, Mollalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Mollalar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atcılıq yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroini ümumilikdə 15 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımışdır. Həmin gün saat 19:00-da Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atcılıq yaşayış massivində yerləşən “Zirvə” marketin yaxınlığında saxlanılaraq 2-ci PŞ-nə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,711 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 1 il olar ki, narkotik vasitə heroin qəbul edir. 01 aprel 2022-ci il tarixdə, saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində yerləşən «Zirvə» marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş ilə üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, da üzərində olan bir büküm heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Barəsində hər hansı cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyaraq üzərində saxlaması barədə alınmış əməliyyat məlumatı əsasında sahə inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs 01 aprel 2022ci il tarixdə, saat 19 radələrində Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq massivində yerləşən «Zirvə» marketin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl Şahid2 üzərində qeyriqanuni əşya varsa təqdim etməyi təklf olunmuşdur. O, da göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə inspektoru Şahid2 Füzuli oğlu şahid X3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2022-ci il tarixli, 6/1761 nömrəli rəyindən görünür ki, «tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,711 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra 0,661 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 28 aprel 2022-ci il tarixli, 2141 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1977-ci ildə Kürdəmir rayonu, Mollalar kəndində anadan olmuş Təqsirləndirilən şəxs 1) Sumqayıt şəhər Məhkəməsinin 25 yanvar 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3190 manat cərimə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 3190 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 iyun 2010-cu il tarixli qərarı ilə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir.. 31 may 2013-cü ildə Milli Məclisin 07 may 2013-cü il tarixli Amnistiya qərarına əsasən təyin olunmuş və ödənilməmiş 500 manat cərimə cəzasından azad olunmuşdur. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarına əsasən «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 28 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə 2 il 1 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəzası Xəzər rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə 1 il azaldılmışdır. Xəzər rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 aprel 2022-ci il tarixdən hesablanmış və həmin tarixə cəzasının 07 ay 25 gününü çəkmiş, 5 ay 15 gün çəkilməmiş qalmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəl də, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldıldığından üzərində 5 (beş) ay 15 (on beş) günü çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5ci bəndi tətbiq edilərək 1 (bir) il azaldılaraq çəkilməmiş qalan 5 (beş) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 01 aprel 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 01 aprel 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,661 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,661 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil X1, 66 (altmış altı) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü hökmü ilə təyin olunmuş 2 (iki) il 1 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 (beş) ay 15 (on beş) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə o, qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 aprel 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,661 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar