Məhkəmə qərarları › İş №1(003)-285/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-285/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-285/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Jdanov rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-nin Xəzər RETSİ-də hava xətləri üzrə usta işləyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 25 fevral 2021-ci il tarixdə, təxminən saat 13 radələrində "xxxx" ASC-nin Xəzər RETSİ-də hava xətləri üzrə ustası işləyərkən iş rəhbəri olduğu briqada tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb-bağça kompleksinin ərazisində (həyat yanı sahəsində) mövcüd olan metal materialdan hazırlanmış işıq dirəklərinin sökülməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, bu qaydalara riayət etməyərək, tikintiquraşdırma işlərinin aparıldığı sahədə elektrik dirəklərinin çıxarılması işinin təhlükəsiz aparılması üçün müvafiq texnika və avadanlıqlar ayrılmasına baxmayaraq, elektrik dirəyinin qaz qaynağı vasitəsilə kəsilməsi zamanı dirəyin təsadüfən aşmasının qarşısını alan tədbirlərin görülməsini təmin etmədiyinə görə, onun tərəfindən vəzifə təlimatının 4-cü bəndinin, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 6.3 bəndinin və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.1, 2.1.10 bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan "xxxx" ASC-nin Xəzər RETSİ-də qazqaynaqçı vəzifəsində işləyən X3 işıq dirəklərinin yerlərini dəyişmək məqsədi ilə dirəklərin üzərində qaynaq işləri icra edən zaman metal materialdan olan işıq dirəyinin sonuncunun üzərinə aşması səbəbindən, Əlimurad Babayevin həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurma əlamətlərinə malik boyunun arxa səthinin, döş qəfəsinin arxa səthinin, döş qəfəsinin ön səthinin, qarının ön divarının, sol və sağ kürək nahiyyəsinin, arxa qoltuqaltı nahiyyənin, sağ sağrının yuxarı bayır kvadrantının qansızmaları; döş qəfəsinin sol yan səthinin qançırı; sol dizin ön səthinin, bel nahiyyəsinin sıyrıqları; kəskin daxili qanitirmə ilə müşayiət olunan sol ağ ciyərin, qara ciyərin və dalağın cırılmaları, döş sümüyünün orta üçdə birinin qapalı, yerdəyişməyən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sağ V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları kimi xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki uşağı vardır. 1992-ci ildən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, iş saatları 08:00-dan saat 17:00-dək davam etmişdir. X8 həm iş yoldaşı, həm briqadanın üzvü olmuşdur. Təxminən 10 ildən artıq tanışdırlar. X10 heç kiminlə ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş vermiş ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin gələcəkdə inşa olunacaq məktəb binasının yaxınlığından keçəcəyini nəzərə alaraq "xxxx" MMC "xxxx" ASC ilə 10.11.2020-ci ildə müqavilə bağlamışlar ki, həmin xəttin kompleksin ərazisindən keçən hissəsi yeraltı çəkilsin və elektrik dirəklərini çıxartsınlar. Bu istiqamətdə "xxxx" ASC Xəzər RETSİ-nin tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, elektrik xəttinin inşaat işləri aparılan ərazidən keçən hissəsi yer altı ilə çəkilmiş, bəzi yerlərdə ustü örtülmüş, lakin əvvəlki hava xəttinin metal dirəkləri yerindən çıxarılmamışdır. Həmin işləri görülməsi üçün müqavilədə qeyd olunan müddəti gecikdirdiklərini qeyd etmişdir. 25 fevral 2021-ci il tarixdə "xxxx" ASC Xəzər RETSİ-nin inzibati binasına gələrək şöbənin İstismar rəisi Rasim və mühəndisi Bəxtiyar iclas keçirmiş və onlara həmin gün görəcəkləri işləri ilə əlaqədar göstərişlər vermişlər. Həmin görəcəkləri işlər arasında Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb kompleksin ərazisində işıq dirəklərinin yerlərinin dəyişilməsi olmuşdur. 25 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrində briqada üzvləri ilə qeyd olunan əraziyə getmişlər. Həmçinin həmin əraziyə 1 ədəd kran, 1 ədəd yükdaşıyan avtomaşın, 1 ədəd vışka təmin olunmuşdur. Həmin əraziyə gələrkən onlara 6 işıq dirəklərinin çıxarılmalı olduğu məlum olmuşdur. Həmin dirəklərin üstündə köhnə naqillər olsa da onlarda gərginlik olmamışdır. 6 ədəd işıq dirəklərindən 5-i inşaat işləri aparılan, mişar daşı ilə hasarlanmış ərazidə, 1-i isə çöldə olmuşdur. Həmin əraziyə daxil olmaq üçün buraxılış məntəqisindən keçmək lazım olmuşdur. Briqada üzvləri ilə birinci çöldə olan işıq dayağının sökülməsi ilə məşğul olmağa başlamış, "xxxx" ASC-nin Xəzər RETSİ-nin Binə qəsəbəsinin mühəndisi İlyas Əliyev içəri daxil olmaq üçün darvazaya yaxınlaşmış, lakin inşaat şirkətinin nümayəndəsi olan bir nəfər şəxs ona içəri daxil olmalarına icazə verməmişdir. Ona görə də işçilərə ərazinin yan hasarının nisbətən alçaq olan yerindən içəri daxil olub çıxarılmalı olan dirəkləri çıxarmaq barədə göstəriş vermiş və onlar içəri daxil olmuşlar. Bu zaman şirkətin nümayəndəsi yenidən ona yaxınlaşıb etiraz edərək içəri girmələrinə mane olmaq istəmişdir. İlyas ona narahat olmamasını, tez öz işlərini görüb gedəcəklərini demişdir. Onlar ilə gedən avtotexanika bayırda qalmışdır. Dayaqların üstü ilə gedən naqilləri sökmək üçün briqadanın üzvləri Rauf və Rəşad dayaqların üstünə çıxmış, Vidadi isə yerə düşən naqilləri yığmışdır. Xəyal və Kamran isə vişkaya çıxaraq yeni çəkilmiş xətləri qoşmaqla məşğul olmuşlar. İlqar Raufun yanında dayanmış, ona müvafiq göstərişlər vermişdir. Həmin zaman Əlimurad qaz kəsici ilə Rauf və Rəşadın arasında olan dayağa yaxınlaşmış, bu zaman Əlimurada Rauf və Rəşad dayaqların üstündə olan zaman və naqilləri açıb buraxmayacaqlarına qədər dayağı kəsməyə başlamamasını tapşırmış, Əlimurad isə kənara çəkilmiş, özü də çevrilib Rəşadın işinə baxmışdır. Birdən solunda olan dayağın düşməsini görmüş və tez ora yaxınlaşarkən oturaq vəziyyətdə olan Əlimuradın düşən işıq dirəyinin altında qalması məlum olmuşdur. Düşən işıq dirəyi Əlimuradın sol çiyninə düşərək onu yerə sıxmışdır. İşıq dirəyi tam kəsilməmiş vəziyyətdə olmuşdur. Briqadanın üzvləri yaxınlaşmış və dirəyi yerindən qıraraq Əlimuradın üstündən götürərək kənara qoymuşlar. Əlimuradı yerə uzatmışlar və onun qulağından və burnundan qan gəldiyini görmüşlər. Əlimuraddan xırıltılı səslər gəlmişdir. Əlimurada yardım göstərməyə çalışmış, dərhal təcili tibbi yardıma zəng etsələr də, həkim briqadası gələnə qədər Əlimurad ölmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisinin vəkili və nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, mərhum X1 Sevinc Eldar qızının əri olmuşdur, 2005-ci ildə ailə həyatı qurmuşlar, birgə nikahdan 2008-ci il təvəllüdlü oğlan və 2010-cu il təvəllüdlü qız övladları vardır. Övladları da onların himayəsində eyni ünvanda, həmçinin Zərərçəkmiş şəxs qayınanası Fatimə Babayeva da onlarla yaşamışdır. X14 2010-cu ildən "xxxx" ASC-nin Xəzər RETSİ-də qaynaqçı vəzifəsində işləmişdir. Özü isə Yeni Suraxanı qəsəbəsində yerləşən “8 mart” adına mədəniyyət evində bədii rəhbər işləmişdir. Ailə daxilində Zərərçəkmiş şəxs mərhum əri ilə və qeyrilərinin bir-biriləri ilə münasibətləri çox yaxşı olmuşdur. X14 həftənin 5 günü səhər saat 08 radələrində işə getmiş, saat 17:00-da işdən çıxıb evə gəlmişdir. Ehtiyac olduğu hallarda Əlimurad Xəzər RETSİ-nin rəhbərliyinin xahişi ilə həftənin 6-cı, yəni şənbə günləri də işə getmişdir. Mərhum Əlimuradın ailəcanlı olduğunu və heç bir pis vərdişi olmadığını bildirmişdir. Mərhum əri Əlimurad 25 fevral 2021-ci il tarixdə də həmişəki kimi səhər saat 08 radələrində işə getmiş, lakin təxminən saat 13 radələrində Əlimuradın iş yerindən adını bilmədiyi iş yoldaşı Zərərçəkmiş şəxs qardaşı Elvin Məmmədova zəng vuraraq əri Əlimuradın başına dəmir dirək aşması və aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi barədə xəbər vermişdir. Zərərçəkmiş şəxs qardaşı Elvinə də bu xəbəri dərhal ona çatdırmağını bildirmişdir. Bir neçə saatdan sonra Əlimuradın meyiti evlərinə gətirilmiş və bundan sonra hadisənin təfərüffatları məlum olmuşdur. Mərhum Əlimuradın iş yoldaşları və digər kənar şəxslərlə ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən onunla barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 1992-ci ildən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir, hazırda isə "xxxx" ASC-nin Xəzər RETSİ-nin istismar şöbəsində hava xəttləri üzrə usta işləyir. Onun iş rejimi saat 08:00-dan saat 17:00-dəkdir. X8 həm iş yoldaşı, həm briqadasının üzvü olmuş, təxminən Əlimuradı 10 il əvvəl tanımış, X10 heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş vermiş ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin gələcəkdə inşa olunacaq məktəb binasının yaxınlığından keçəcəyini nəzərə alaraq "xxxx" MMC "xxxx" ASC ilə 10.11.2020-ci ildə müqavilə bağlamışlar ki, həmin xəttin kompleksin ərazisindən keçən hissəsi yeraltı çəkilsin və elektrik dirəklərini çıxartsınlar. Bundan sonra bu istiqamətdə "xxxx" ASC Xəzər RETSİ-nin tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, elektrik xəttinin inşaat işləri aparılan ərazidən keçən hissəsi yeraltı çəkilmiş, bəzi yerlərdə üstü örtülmüş, lakin əvvəlki hava xəttinin metal dirəkləri yerindən çıxarılmamışdır. Həmin işlərin görülməsi üçün müqavilədə qeyd olunan müddət gecikmişdir. 25 fevral 2021ci il tarixdə "xxxx" ASC Xəzər RETSİ-nin inzibati binasına gələrək şöbənin İstismar rəisi Rasim və mühəndisi Bəxtiyar iclas keçirmişlər. Həmin iclasda həmin gün görəcəkləri işlərlə əlaqədar göstərişlər verilmişdir. Həmin görülməli işlər arasında Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb kompleksin ərazisində işıq dirəklərinin yerlərinin dəyişməsi də olmuşdur. 25 fevral 2021-ci il tarixdə təxminən saat 10 radələrində briqada üzvləri ilə qeyd olunan əraziyə gedərkən, həmin əraziyə 1 ədəd kran, 1 ədəd yükdaşıyan avtomaşın, 1 ədəd vışka da gətirilmişdir. Həmin əraziyə gələrkən onlara 6 işıq dirəklərinin yığışdırlmalı olduğu, həmin dirəklərin üstündə köhnə naqillər olduğu, lakin naqillərdə gərginlik olmadığı məlum olmuşdur. 6 ədəd işıq dirəyindən 1-i inşa edilən məktəbin ərazisindən çöldə olmuşdur, qalan 5-i isə inşa edilən məktəb ərazisində olmuşdur. Həmin ərazi 4 tərəfdən mişar daşı ilə hörülmüş və əraziyə daxil olmaq üçün buraxılış məntəqəsindən keçmək lazım olmuşdur. Briqada üzvləri ilk olaraq inşa edilən məktəb ərazisindən çöldə olan işıq dayağının sökülməsi ilə məşğul olmağa başlamış, "xxxx" ASC-nin Xəzər RETSİ-nin Binə qəsəbəsinin mühəndisi İlyas Əliyev içəri daxil olmaq üçün darvazaya yaxınlaşmış, lakin onun içəri daxil olmağına icazə vermədikləri üçün geri qayıtmışdır. Çöldə olan dayağı sökəndən sonra onlar hasarı aşaraq əraziyə daxil olub digər dayaqları sökməyə başlamışlar. Dayaqların üstündə olan, gərginlik olmayan naqilləri sökmək üçün briqadanın üzvləri Rauf və Rəşad dayaqların üstünə çıxmış, Vidadi isə yerə düşən naqilləri yığmışdır. Xəyal və Kamran isə “vişka”ya çıxaraq yeni çəkilmiş xətləri qoşmaqla məşğul olmuşlar. Özü isə Raufun yanında olmuş və ona müvafiq göstərişlər vermişdir. Həmin zaman Əlimurad qaz kəsici ilə Rauf və Rəşadın arasında olan dayağa yaxınlaşmışdır. İş rəhbəri Təqsirləndirilən şəxs Əlimurada Rauf və Rəşadın dayaqlar üstündə olan zaman və naqilləri açıb buraxmayana qədər dayağı kəsməyə başlamamasını bildirmişdir. Əlimurad bunu eşitmiş və kənara çəkilmiş, Mehman Rəşadın yanında olmuş, özü isə Raufun yanında olmuşdur. Əlimurada arxayın olaraq onlara göstərişlər vermişdir. Birdən Mehmanın qışqıraraq “kəsmə, kəsmə” deməsini eşitmiş və Əlimurada tərəf baxdıqda solundakı dayağın aşdığını görmüşdür. Tez ora yaxınlaşmış, Əlimuradın oturaq vəziyyətdə düşən işıq dirəyinin altında qaldığını görmüşdür. Düşən işıq dirəyi Əlimuradın sol çiyninə düşərək onu yerə sıxmışdır. İşıq dirəyi tam kəsilməmiş vəziyyətdə olmuş, briqadanın üzvləri yaxınlaşaraq dirəyi yerindən qıraraq Əlimuradın üstündən götürərək kənara qoymuşlar. Əlimuradı isə yerə uzatmışlar, onun qulağından və burundan qan gəldiyini görmüşlər. Əlimuraddan xırıltılı səslər gəlmişdir. Dərhal təcili tibbi yardıma zəng etsələr də, həkim briqadası gələnə qədər Əlimurad ölmüşdür. 25.02.2021-ci il tarixdə idarələrində keçirilən iclasda İstismar rəisi Rasim və mühəndis Bəxtiyar buraxılış naryadı verərək, qeyd olunan ərazidə köhnəlmiş işıq dirəklərinin yığışdırılması, yeni çəkilmiş xətlərin qoşulmasını tapşırmış, bu işlərin görülməsi üçün müvafiq texnika gücü ayrılmışdır. Qeyd olunan əraziyə çatarkən ərazidə heç bir tikinti işləri aparılmaması məlum olmuş, İlyas Əliyev onların daxil olmaqları üçün qapıdan icazə almaq istəmiş, lakin icazə ala bilməmiş, bu səbəbdən iş rəhbəri Təqsirləndirilən şəxs işçilərə hasarlanmış yerdən keçmək barədə göstəriş vermiş və onlar həmin əraziyə hasarlanmamış yerdən keçdiklərini bildirmişdir. Təlimatlara uyğun onlar xüsusi geyim ilə təmin olunmalı, lakin onlara ancaq rezin materialdan olan ayaqqabı (botinka), əlcək və xüsusi nişanlanmış gödəkçə verildiyini, kaska və ya digər xüsusi təhlükəsizlik geyim vasitələri ilə təmin olunmamalarını qeyd etmişdir. Təhlükəsizlik vasitələrini baş mühəndis Şahid10 istəsələr də, Şahid10 onlara həmin təhlükəsizlik vasitələrinin ASC tərəfindən alınmadığını bildirmişdir. Onlara, eləcə də, Əlimurad Babayevə texniki təhlükəsizliklə bağlı təlimatlar keçirilmiş və təlimat keçirilərkən işıq dirəyinin əraziyə təmin olunmuş kran ilə tutulması və yaxud briqada üzvləri tərəfindən iplərlə bağlanıb tutulması izah edilmişdir. İş rəhbəri Təqsirləndirilən şəxs olduğundan Əlimuradın fəaliyyətinə Mehmanın nəzarət etməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11, Şahid7 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Nazim oğlu bildirdi ki, 2016-cı ildən Xəzər RETSİ-də montyor işləyir. İş qaydaları hər gün səhər işə başlayandan əvvəl RETSİ-in rəisi Rasim və baş mühəndis Bəxtiyar mühəndisləri və iş rəhbərlərini öz otağına yığıb iclas keçirərək onlara hansı işləri görülməli olduğu tapşırılır, müvafiq naryad-buraxılış vərəqəsi yazılır, sonra mühəndislər ustaları da götürüb verilən tapşırıqları yerinə yetirməyə gedirlər. 25 fevral 2021-ci il tarixdə həmişəki kimi səhər saat 08 radələrində "xxxx" ASC Xəzər RETSİ-nin inzibati binasına gəlmiş, orada qaynaqçı, mərhum Əlimurad, mantyorlar - Rəşad, Kamran, Vidadi, Rauf və Elvin öz otaqlarında oturub hansı tapşırıqlar veriləcəyini gözləmişlər. Bir qədər sonra iş rəhbəri Təqsirləndirilən şəxs və icraçı mühəndis Şahid2 onlara rəisin tapşırığı ilə Binə Atçılıq sovxozunda, yeni inşa olunan məktəb kompleksinin ərazisində yerləşən, köhnə işıq dayaqlarını və onların kabellərini söküb çıxartmağa gedəcəklərini bildirmişdir. Onlar da hərəsi özlərinə lazım olan alət və avadanlıqları götürüb, RETSİ-in bir avtokran və bir yük avtomobili ilə həmin yerə getmişlər. Göstərdiyi ərazi dörd tərəfdən mişar daşı ilə hasarlanmış və çıxaracaqları dayaqlardan biri hasarın çöl tərəfində, qalan 5 ədədi isə həmin hasarın içində olmuşdur. Onlar əvvəlcə inşaat işləri aparılan ərazidən kənardakı dayağı çıxarıb maşına yükləmişlər. Bu zaman onlar ilə gələn, "xxxx" ASC-nin Xəzər RETSİ-nin iş rəhbəri Təqsirləndirilən şəxs hasarı aşıb əraziyə daxil olaraq buradakı dayaqları kəsib çıxararaq, kabelləri yığışdırmağı tapşırmış, Rəşad, Rauf və Əlimurad ilə hasarı aşaraq əraziyə daxil olmuşlar. Təqsirləndirilən şəxs, Şahid2 da onlarla bir yerdə olmuşlar. İlyas xeyli aralıdan onlar tərəfə gəlmişdir. Dayaqlardan birinə Rəşad, bu dayaqdan iki dayaq sonrakı dayağa isə Rauf çıxaraq yuxarı hissəsindəki naqilləri açmağa başlamışlar. Özü isə onların dayaqlara çıxması üçün nərdivan verib köməklik etmiş, bundan sonra onların açdığı naqilləri yerdən götürərək dolayıb yığmaq istəmişdir. Bu zaman Əlimurad ortadakı dayaqlardan birini dibindən yarıyadək kəsmiş, o da kömək üçün yerə atılan naqilləri dolamağa başlamışdır. Halbuki, təlimata uyğun olaraq dayağın naqilləri açılmamış dirəklər yerindən çıxarıla və dibindən kəsilə bilməzdi. İş rəhbəri Mehman Əlimurada dayaqların naqilləri açılmamış və mantyorlar dirəklərdən yerə düşməmiş, heç bir dirəyin dibini qaynaqla kəsməməsini, bu məqsədlə heç bir dayağa yaxınlaşmamasını, naqillərin yığılmasında ona kömək etməsini tapşırmışdır. Mehman ondan arxada qalmış Əlimurada «kəsmə kəsmə, aşır,aşır» deyərək qışqırdığını eşidən zaman arxaya çevrilərkən həmin dayağın Əlimuradın üstünə aşdığını görmüşdür. Tez bir zamanda ona yaxınlaşıb həmin dirəyin kəsilmiş ucundan qaldırmaq istəmiş, dayaq tam kəsilmədiyinə görə onu qaldıra bilməmiş və dayağın bütün ağırlığı Əlimuradın vücudunun üzərinə düşmüş və onun qulağından, ağzından qan axdığını və xırıldadığını görmüşdür. Az sonra Əlimurad ölmüşdür. Həmçinin bildirmişdir ki, 25.02.2021-ci il tarixdə idarələrində keçirilən iclasda İstismar rəisi Rasim və mühəndis Bəxtiyar buraxılış naryadı verərək, qeyd olunan ərazidə köhnəlmiş işıq dirəklərinin yığışdırılması və yeni çəkilmiş elektrik xətlərinin qoşulmasını tapşırmış, bu işlərin görülməsi üçün müvafiq texnika gücü ayrılmışdır. Qeyd olunan əraziyə çatarkən ərazidə heç bir tikinti işləri aparılmamasını görmüşlər, İlyas Əliyev onların əraziyə daxil olmaları üçün qapıdan icazə almaq istəmiş, lakin icazə ala bilməmiş, bu səbəbdən iş rəhbəri Təqsirləndirilən şəxs işçilərə hasarlanmış yerdən keçmək barədə göstəriş vermiş və onlar həmin əraziyə hasarın dağılmış yerindən keçdiklərini bildirmişdir. Təlimatlara uyğun onlar xüsusi geyim ilə təmin olunmalı, lakin onlara ancaq rezin materialdan olan ayaqqabı (botinka), əlcək və xüsusi nişanlanmış gödəkçə verildiyini, kaska və ya digər xüsusi təhlükəsizlik geyim vasitələri ilə təmin olunmamalarını qeyd etmişdir. Təhlükəsizlik vasitələrini baş mühəndis Şahid10 istəsələr də, Şahid10 onlara həmin təhlükəsizlik əşyalarının ASC tərəfindən əldə edilməməsini bildirmişdir. Onlara, eləcə də, Əlimurad Babayevə texniki təhlükəsizliklə bağlı təlimatlar keçirilmiş və təlimat keçirilərkən işıq dirəyinin əraziyə gətirilmiş kran ilə tutulması və yaxud briqada üzvləri tərəfindən iplərlə bağlanıb tutulması izah edilmişdir. İş rəhbəri Təqsirləndirilən şəxs Əlimuradın fəaliyyətinə nəzarət etməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 və Şahid11 eyni məzmunlu ifadələr verərək Şahid8 Etibar oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2020-ci ildən "xxxx" MMC-də sahə elektriki vəzifəsində işləyir. Hazırda “X17”nun təşəbbüsü ilə olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi “Atçılıq” yaşayış massivində məktəb-bağça kompleksinin inşaatında sahə elektriki kimi işləyir. Vəzifələri yüksək gərginlikli xətlərin saz vəziyyətdə olmasını təmin etmək və ərazidə olan generatorun daimi işlək vəziyyətdə saxlanmasından ibarət olmuşdur. Hər gün işdə olmaq şərti ilə iş saatları saat 08:00-dan saat 18:00-dək olmuşdur. İnşaat işlərinə başlayarkən, həmin ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin gələcəkdə inşa olunacaq məktəb binasının yaxınlığından keçəcəyini nəzərə alaraq "xxxx" MMC-nin rəhbərliyi "xxxx" ASC ilə 10.11.2020-ci ildə müqavilə bağlamışdır ki, həmin xəttin kompleksin ərazisindən keçən hissəsi yeraltı çəkilsin və elektrik dirəklərini çıxartmaq qərara alınmışdır. Bundan sonra bu istiqamətdə "xxxx" ASC tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, elektrik xəttinin inşaat işləri aparılan ərazidən keçən hissəsi yeraltı çəkilmiş, bəzi yerlərdə üstü örtülmüş, lakin əvvəlki hava xəttinin metal dirəkləri yerindən çıxarılmamışdır. Hazırda bu işlərin davam etdirildiyini bildirmişdir. 24-25 fevral 2021-ci il tarixlərdə hava şəraitinin kəskin pisləşməsi və inşaat işlərinin aparılmasının əlverişsiz olması səbəbindən şirkətlərinin rəhbərinin müvafiq əmrinə əsasən inşaat işləri dayandırılmışdır. Lakin o, yenə işdə olmuş, ərazidə olan elektrik naqillərinə və generatorun işləməsinə nəzarət etmişdir. 25 fevral 2021-ci il tarixdə təxminən saat 11 radələrində onlara ayrılan konteynerdə oturmuş, birdən darvazanın qapısının döyüldüyünü eşitmiş, konteynerdən çıxaraq darvazaya tərəf getmiş və qapını açanda heç kəs olmadığını görmüşdür. Sonra konteynerə qayıtmış və oturmaq istəyərkən pəncərədən 8 nəfərin əllərində pilləkən və avadanlıqlarla ərazinin yan hasarının nisbətən alçaq olan dağılmış hissəsindən aşaraq ərizəyə daxil olub dirəklərə tərəf getmələrini görmüşdür. Onlara yaxınlaşmış və onlardan burada nə işləri olduğunu, hasardan niyə keçdiklərini soruşduqda, onlardan biri, özünü sahə rəisi kimi təqdim edən şəxs "xxxx" ASC-nin işçiləri olduğunu, əllərində köhnə işıq dirəklərinin çıxarılmasına dair müqavilə olduğunu bildirmişdir. Onların gəlmələri ilə bağlı heç bir məlumatı olmadığını və onları içəri buraxa bilməyəcəyini demişdir. Həmin şəxs ona narahat olmamasını bildirmişdir. Lakin "xxxx" MMC-nin sahə rəisinə zəng vuraraq, bu barədə məlumat vermiş, sahə rəisi isə ona heç kimi və heç bir texnikanın içəri daxil olmasına icazə verməməsini bildirmişdir. Sahə rəisinin sözlərini "xxxx" ASC-nin işçisinə desə də, həmin şəxs onun və sahə rəisin sözlərinə məhəl qoymamışdır. Bu zaman inşa edilən binanın arxa tərəfinə keçmiş, konteynerdə olan mühafizəçini çağırmışdır. Orxan adlı mühafizəçini çağıraraq, lakin özünü pis hiss etdiyi üçün dərhal çıxmamışdır. "xxxx" ASC-nin işçilərinin iş gördükləri yerə qayıdarkən onlardan birinin qışqıraraq “kəsmə, kəsmə, dayan” dediyini eşitmiş və eyni anda aşan işıq dirəyinin onu kəsən qaynaqçının üstünə düşdüyünü görmüş,bu zaman təxminən 15-20 metr hadisə yerindən aralıda olmuşdur. Qaynaqçının iş yoldaşları ona yaxınlaşaraq kömək etmək istəmişlər, lakin gec olmuşdur. Baş verənlər barədə dərhal zəng vuraraq sahə rəisi Səməddinə bildirmişdir. Hadisə zamanı avtotexnika darvazadan içəri daxil ola bilmədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid10 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2010-cu ildən "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmiş, 2015-ci ildən isə Xəzər RETSİ-nin istismar şöbəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. İş rejiminə görə iş saatı saat 08:00-dan saat 17:00-dək olmuşdur. X10 şəbəkənin işçisi və eyni zamanda onun iş yoldaşı olduğunu, təxminən 5 ildən artıq onu tanıdığını, X10 heç kimlə ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Hadisə baş vermiş ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin gələcəkdə inşa olunacaq məktəb binasının yaxınlığından keçəcəyini nəzərə alaraq "xxxx" MMC "xxxx" ASC ilə 10.11.2020-ci ildə müqavilə bağlamışlar ki, həmin xəttin kompleksin ərazisindən keçən hissəsi yeraltı çəkilsin və elektrik dirəklərini çıxartsınlar. Bundan sonra bu istiqamətdə "xxxx" ASC Xəzər RETSİ-nin tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, elektrik xəttinin inşaat işləri aparılan ərazidən keçən hissəsi yer altı ilə çəkilmiş, bəzi yerlərdə üstü örtülmüş, lakin əvvəlki hava xəttinin metal dirəkləri yerindən çıxarılmamışdır. Həmin işlərin görülməsi üçün müqavilədə qeyd olunan müddət gecikmişdir. 25 fevral 2021-ci il tarixdə "xxxx" ASC Xəzər RETSİ-nin inzibati binasına gələrək şöbəsinin İstismar rəisi Rasim və onun iştirakı ilə iclas keçirmişlər. Həmin iclasda həmin gün görüləcək işlərlə əlaqədar göstərişlər müzakirə edilmişdir. Həmin görülməli işlər arasında Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb kompleksinin ərazisində 491 saylı yarımstansiyada 1545 saylı KTP-yə keçid kabel xəttinin sınaqdan keçirilərək şəbəkəyə qoşulması və mövcud olan metal dirəklərin sökülməsi tapşırığı da olmuşdur. Həmin işlərin görülməsi üçün tərəfindən briqada üzvlərinə 100 saylı naryad-buraxılış vərəqəsi yazılaraq naryadburaxılış vərəqəsini iş rəhbəri Təqsirləndirilən şəxs vermişdir. Bu işlər görülməsi üçün onlara müvafiq texnika gücü ayrılmış, briqada üzvləri qeyd olunan əraziyə tapşırılmış işləri görmək üçün getmişlər. Təxminən saat 13 radələrində idarədə olarkən İstismar rəisi Rasim müəllim onu yanına çağıraraq bədbəxt hadisə baş verdiyini demişdir. Lakin briqada üzvlərinə qeyd olunan əraziyə daxil olmaq üçün icazə verilib-verilməməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Briqada üzvlərinə rezin materialdan olan ayaqqabı (botinka), əlcək və xüsusi nişanlanmış gödəkçə verildiyini, lakin kaska və ya digər xüsusi təhlükəsizlik geyim ilə təmin olunmadıqlarını, briqada üzvləri onlara dəfələrlə müraciət etsələr də, şəbəkənin balansında və anbarda təhlükəsizlik əşyaları olmadığına görə, onları həmin əşyaları ilə təmin edə bilməyəcəklərini bildirmişdir. Vaxtında bütün əməkdaşlara və eləcə də Əlimurad Babayevə texniki təhlükəsizliklə bağlı təlimatlar keçirilmiş, təlimat keçirilərkən işıq dirəyinin əraziyə təmin olunmuş kran ilə tutulması və yaxud briqada üzvləri tərəfindən iplərlə bağlanıb tutulması izah edilmiş, Əlimuradın fəaliyyətinə iş rəhbərinin nəzarət etməli olduğunu bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid9 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayır. 2020-ci ildən "xxxx" MMC-də mühafizəçi işləyir. Hazırda “X17”nun təşəbbüsü ilə olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Atçılıq» yaşayış massivində məktəb-bağça kompleksinin inşaatında mühafizəçilik edir. Onun işi növbəli sistemdir və saat 08:00-dan 18:00-dək davam etdiyini qeyd etmişdir. Mühafizəçi olaraq onun vəzifəsi növbə ərzində inşaat aparılan ərazinin keçid-buraxılış məntəqəsində xidmət apararaq əraziyə kənar şəxslərin və texnikaların daxil olmasının qarşısını almaq, ərazidə yerləşən avadanlıq və materialların mühafizəsini təmin etməkdən ibarətdir. İnşaat işlərinə başlayarkən, həmin ərazidən keçən yüksək gərginlikli elektrik xəttinin gələcəkdə inşa olunacaq məktəb binasının yaxınlığından keçəcəyini nəzərə alaraq "xxxx" MMC-nin rəhbərliyi "xxxx" ASC ilə 10.11.2020-ci ildə müqavilə bağlamışdır ki, həmin xəttin kompleksin ərazisindən keçən hissəsi yeraltı çəkilsin və həmin hissəsdə yerin üst hissəsində olan elektrik dirəklərinin çıxarılması qərara alınmışdır. Bundan sonra bu istiqamətdə "xxxx" ASC tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, elektrik xəttinin inşaat işləri aparılan ərazidən keçən hissəsi yeraltı çəkilmiş, bəzi yerlərdə üstü örtülmüş, lakin əvvəlki hava xəttinin metal dirəkləri yerindən çıxarılmamışdır. 24-25 fevral 2021-ci il tarixlərdə hava şəraitinin kəskin pisləşməsi və inşaat işlərinin aparılmasının əlverişsiz olması səbəbindən şirkətlərinin rəhbərinin muvafiq əmrinə əsasən inşaat işləri dayandırılmışdır. Yəni, mühafizəçilər həmin tarixlərdə şirkətin rəhbərliyinin razılığı olmadan əraziyə heç bir işçini buraxmamalıdır. 25 fevral 2021-ci il tarixdə təxminən saat 08 radələrində işdə olmuş, ərazinin buraxılış məntəqəsindəki konteynerdə oturmuşdur. Həmin gün soyuqladığına görə özünü narahat hiss etmiş və hərarəti yüksəlmişdir. Bu zaman şirkətin elektrik mantyoru olan Şahid3 da növbətçi mantyor kimi onun üçün ayrılmış konteynerdə olmuşdur. Təxminən saat 12 radələrində Ramin onun yanına gələrək indicə "xxxx" ASC-nin Xəzər RETSİ-nin işçilərinin gəlib onların ərazisinə keçmək istəməsini, oradakı köhnə hava xəttinin dirəklərini və naqillərini çıxarıb aparmaq istəmələrini, Raminin isə onlara inşaat işlərinin iki gün dayandırıldığını və əraziyə keçməyin qadağan olduğunu bildirib onları geri qaytarmaq istədiyini, buna baxmayaraq Xəzər RETSİ-nin işçilərinin özbaşına, icazəsiz olaraq inşaat aparılan ərazinin yan hasarının dağılmış yerindən aşıb əraziyə keçməsini və oradakı dirəklərin naqillərini sökməyə başlamasını bildirmişdir. Həmin hadisə yerinə gələrkən sonradan adını bildiyi Əlimurad adlı qaynaqçının kəsdiyi dirəyin başına düşməsi nəticəsində öldüyünü bilmişdir. 25.02.2021-ci il tarixdə təxminən saat 12 radələrində mühafizə üçün ayırılmış konteynerdə olmuş və videomüşahidə kameralarının monitoru vasitəsilə ərazini nəzarət altında saxlamışdır. Həmin gün səhhətində problem olmuş, hərarəti yüksək olduğuna görə əraziyə çıxmayıb ona aid otağında oturmuşdur. Hava soyuq olduğuna görə çölə çıxmamışdır. "xxxx" ASC-nin işçiləri konkret olaraq ona əraziyə daxil olmaq üçün müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X16 Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli, 1038 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, M.R.Babayevin bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X18 tərəfindən verilmiş 16.03.2021-ci il tarixli, 29 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 1982-ci il təvəllüdlü X3 meyitində aşkar edilmiş xəsarətlər – boyunun arxa səthinin, döş qəfəsinin arxa səthinin, döş qəfəsinin ön səthinin, qarının ön divarının, sol və sağ kürək nahiyyəsinin, arxa qoltuqaltı nahiyyənin, sağ sağrının yuxarı bayır kvadrantının qansızmaları; döş qəfəsinin sol yan səthinin qançırı; sol dizin ön səthinin, bel nahiyyəsinin sıyrıqları; kəskin daxili qanitirmə ilə müşayiət olunan sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları; döş sümüyünün orta üçdə birinin qapalı, yerdəyişməyən sınığı; sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sağ V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən 25.02.02021-ci il tarixə uyğun gəlirlər, həyati zədələrdirlər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X10 ölümünə səbəb sol ağciyərin, qaraciyərin və dalağın cırılmaları nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur. X10 bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni metal materialdan olan işıq dirəyinin üzərinə düşməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm X10 meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X10 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 602/K, 10.03.2021). Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmətəhlükəsizlik texnikası ekspertizasının 16.04.2021-ci il tarixli, 10/1020 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 6.3 bəndinin, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydasının”nın 2.1.1, 2.1.10 bəndlərinin və iş materiallarında olan “10/6/0.4 kV-luq İstismar şöbəsinin ustası”nın vəzifə təlimatının 4-cü bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Atçılıq” yaşayış massivində tikintiquraşdırma işlərinin aparıldığı sahədə elektrik dirəklərinin çıxarılması işinin təhlükəsizlik aparılması üçün müvafiq texnika və avadanlıqlar ayrılmasına baxmayaraq, elektrik dirəyinin qaz qaynağı vasitəsilə kəsilməsi zamanı dirəyin təsadüfən aşmasının qarşısını alan tədbirlərin görülməsini təmin etmədiyinə görə, vəzifə təlimatının 4-cü bəndinin, “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 6.3 bəndinin və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.1, 2.1.10 bəndlərinin tələbləri həmin işlərin görülməsinə rəhbərlik etmiş "xxxx" ASC-nin Xəzər RETSİ-də hava xətləri üzrə usta vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Elektrik dirəyinin qaz qaynağı vasitəsilə kəsilməsi işinin görülməsi zamanı dirəyin təsadüfən aşmasının qarşısını alan tədbirlərin görülmədiyini nəzərə aldıqda, X7 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş 01 mart 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, “A-06-**********0500.mp4” adlı videofaylda olan görüntülərdə 25.02.2021-ci il tarixdə saat 12:09-da "xxxx"ASC-nin Xəzər RETS-nin işçilərinin xidməti yük ilə birlikdə "xxxx" MMC-nin tikinti işləri apardığı sahəyə gəlmələri, işçilərin ərazinin əhatə olunduğu hasardan tullanaraq sahəyə icazəsiz daxil olmaları və sahədəki dirəklərin üzərinə qalxaraq işləmələri əks olunmuşdur. “A-06-**********1813.mp4” adlı videofaylda olan görüntülərdə 25.02.2021-ci il tarixdə saat 12:20:47-dən 12:20:52-dək olan vaxt müddətində ortadakı dirəyin "xxxx" ASC-nin işçisi qaz-qaynaqçı işləyən Əlimurad Babayevin üzərinə düşməsi, iş yoldaşlarının və ətrafda olan digər şəxslərin zərərşəkmiş şəxs Əlimurad Babayevə köməklik göstərmək üçün hadisə baş verən yerə gəlmələri əks olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1971-ci ildə Jdanov şəhərində doğulmuş Orucov X9 rayon məhkəməsinin 24.07.1992-ci il tarixli hökmünə əsasən AR CM-nin 112-ci maddəsi (köhnə redaksiya) ilə təqsirli bilinərək, barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 15.07.1992-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzasının ikidə bir hissəsi azaldılaraq, 01 il 04 ay 10 gün azadlıqdan məhrum etmə cəzasında saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.12.1992-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs AR CM-nin50-2-ci maddəsinə əsasən çəkilməmiş 09 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzasından şərti olaraq azad edilmişdir.13.12.1993-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Əzizbəyov (hazırki Xəzər) Rayon Məhkəməsinin 23.04.1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 226-1-ci maddəsinin (köhnə redaksiya) 1-ci hissəsi ilə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.13.02.1998-ci ildə Azərbaycan Respublikası CM-nin 50-2 maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay 14 gün müddətinə şərti azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, o, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən “Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, təqsirləndirilən şəxsin yeganə maddi gəlir yeri onun "xxxx" ASC-də işlədiyi iş yeridir. Həmin iş yerindən aldığı əmək haqqı ilə o, öz ailəsini maddi cəhətdən təmin edir. Əlavə cəza təyin edildiyi təqdirdə o, həmin iş yerini itirəcək və bu hal onun ailəsinin və xüsusilə himayəsində olan uşaqlarının maddi cəhətdən təminatının çətinləşməsinə səbəb olacaqdır. Məhkəmə həmçinin bildirir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında ondan şikayət və tələbinin olmadığını qeyd etmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13.12.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddiaya münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən “Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.” Hazırki iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəxsə qarşı deyil onun işlədiyi müəssisəyə qarşı verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən mülki iddia müvafiq şəxsə qarşı verilmədiyindən Zərərçəkmiş şəxs cavabdeh "xxxx" ASC-yə qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair mülki qaydada verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs cavabdeh "xxxx" ASC-yə qarşı “cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair mülki qaydada verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar