Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-286/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Fransa Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi ayrı-ayrılıqda tərkibindəki lorazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,069 qram təşkil edən 69 həb “lorazepam 1 mg” dərman preparatını, tərkibindəki bromazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,180 qram təşkil edən 30 həb “bromazepam 6 mg” dərman preparatını, tərkibindəki oksazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,3 qram təşkil edən 30 həb “seresta 10 mg” dərman preparatını, tərkibindəki zolpidem psixotrop maddəsinin təsiredici miqdarı 0,14 qram təşkil edən 14 həb “zolpidem 10 mg” dərman preparatını, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici miqdarı 8,4 qram təşkil edən 112 həb “pregabalin 75 mg” dərman preparatını, tərkibindəki zopiklon güclü təsir edən maddəsinin ümumi təsiredici miqdarı 1,350 qram təşkil edən 124 həb “zopiclone 7,5 mg mylan” dərman preparatını və 56 həb “zopiclone 7,5 mg arrow generiques” dərman preparatını, tərkibindəki tiryək narkotik vasitəsinin ümumi təmiz çəkisi 0,480 qram təşkil edən 48 kapsul “lamaline” dərman preparatını özünə məxsus üzərində “wenger legend” yazısı olan qara rəngli çamadanın içərisinə yerləşdirərək 25 dekabr 2020-ci il tarixdə TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib həmin gün saat 11 radələrində X3 Hava Limanında fəaliyyət göstərən DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X4 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildən 2020-ci ilin sonlarınadək Bakı şəhərində toyuq əti biznesi ilə məşğul olmuş, ölkə ərazisində karantin rejimi tətbiq olunmağa başladığına görə təxminən 7-8 ay işsiz qalmış, internetdə Polşaya işçi qrup aparan bir neçə səhifə görmüş, bununla maraqlanmış və işləmək üçün Polşaya getmək qərarı alaraq sənədlərini “BC” adlı şirkətə göndərmişdir. Daha sonra şirkət onunla əlaqə saxlamış, 2020-ci ilin oktyabr ayında Polşaya getmiş, Varşava şəhərində “BC” adlı balıq fabrikində balıq təmizləyən kimi işləməyə başlamış, dekabr ayının 24-dən 2021-ci il yanvar ayının ortalarına qədər fabrikin işi yeni il bayramı ilə əlaqədar dayanması səbəbindən həmin müddətdə Bakıya qayıtmaq qərarına gəlmişdir. Fransanın Lion şəhərində yaşayan dostu Vüsala Polşada olduğunu demiş və Lion şəhərinə dəvət edilmişdir. Bu səbəbdən dekabr ayının əvvəlləri həm Fransanı gəzmək həm də dostunu görmək üçün Lion şəhərinə getmişdir. Lionda olduğu zaman Vüsalın dostu Ələkbər ilə tanış olmuş, Ələkbər anasının xəstə olduğunu, ona bir neçə dərman vasitəsi göndərmək istədiyini deyərək ondan həmin dərmanları Bakıya aparmağını xahiş etmişdir. O, dərmanların Hava Limanlarından keçdiyi zaman hər hansı problem yaradıb-yaratmayacağını soruşmuş, Ələkbər isə anası Abdullayeva Firəngizin insult olduğunu, dərmanların həmin xəstəliklə bağlı olduğunu, hər hansı problem yaranmayacağını demişdir. Ələkbər və Vüsalın başqa bir tanışı Rasim də ona bir neçə dərman vasitəsi vermiş, onun mobil nömrəsini götürmüş, dərmanları Bakı şəhərində ondan götürəcəklərini, verdiyi dərmanların heç bir problemi olmayacağını, hamısının müxtəlif vitaminlər olduğunu demişdir. Lionda yaşayan azərbaycanlılar adətən birbirlərini tanıyırlar və oradan kimsə Bakıya gələndə Bakıda olan tanışları üçün müxtəlif əşyalar göndərirlər. Xarici ölkədə yaşadığından bu kimi hallarla rastlaşmışdır. 24 dekabr 2020-ci il tarixində Liondan İstanbula, 25 dekabr 2020-ci il tarixində isə İstanbuldan Bakıya gəlmiş, Ələkbərin və Rasimin verdiyi dərmanları ayrı-ayrılıqda öz çamadanının içərisinə yerləşdirmiş, Bakı Hava Limanına çatdığı zaman çamadanının gəlməsini gözləmiş, çamadanı baqaj lentindən götürərək gömrük nəzarətinə daxil olmuşdur. Bu zaman çamadanında olan dərmanları gömrük əməkdaşlarına təqdim edərək bəyan etməyi unutmuş və əşyaları monitordan keçdikdən sonra o, otağa dəvət edilmişdir. Otaqda videoçəkilişdən istifadə etməklə keçirilən yoxlama zamanı, ona məxsus çamadanın içərisində olan bir ədəd kağız paket və 2 ədəd sellofan paketin içindən 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu-Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları aşkar edilərək, protokol əsasında götürülmüşdür. Həmin zaman gömrük əməkdaşlarına dərmanların ona aid olmadığını demiş, dərhal Ələkbərə zəng etmiş, lakin onunla əlaqə yarada bilmədiyi üçün Ələkbərin dostu olan Anar adlı şəxsə zəng edərək hadisəni ona danışmış, Anar isə Ələkbərin həyat yoldaşı Leylanın nömrəsini vermişdir. Leylaya zəng vuraraq baş verənləri danışmışdır. Leyla həkim qeyd olunan dərmanların hamısının reseptinin olduğunu demiş, bir neçə reseptin şəklini whatsapp proqramı vasitəsilə göndərmişdir. Onları gömrük əməkdaşına təqdim etmiş, daha sonra çamadanında olan Ələkbərin verdiyi dərmanların bəzilərinin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr oduğu aşkar edilmişdir. Çamadanında olan dərmanları gömrük nəzarətindən keçərkən bəyan etməli olduğunu bilmişdir, lakin unutduğu üçün bəyan etməmişdir. Hazırkı açaq məhkəmə iclasında bildirir ki, o, Ələkbərin və Rasimin verdiyi dərmanların heç bir problemi olmayacağını, hamısının müxtəlif vitaminlər olduğunu zənn edib onları özü ilə gətirmiş, qeyd etdiyi kimi, hətta sonradan Ələkbərin həyat yoldaşı qeyd olunan dərmanların hamısının reseptinin olduğunu demiş, bir neçə reseptin şəklini whatsapp proqramı vasitəsilə göndərmişdir. Bundan başqa, Ələkbər anasının insult olduğunu, dərmanların həmin xəstəliklə bağlı olduğunu, hər hansı problem yaranmayacağını deyərək ondan onları xəstə anası üçün Bakıya aparmağı xahiş etdiyinə görə, o da bir insan və həmyerli kimi onun xahişinə əməl etmişdir. Ələkbərin və Rasimin ona verdiyi paketlərin işində tərkibində psixotrop maddələr olan dərman preperatlarının olduğunu bilməmişdir, əgər bilsəydi, onları heç vaxt özü ilə gətirməzdi. Buna görə də özünü təqsirli bilmir. Məhkumluğu yoxdur, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 25 dekabr 2020-ci il tarixində xidməti vəzifəsini T1 Terminalında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsində növbə rəisi kimi yerinə yetirirmiş. Saat 11:40 radələrində TK 332 saylı İstanbul-Bakı aviareysi ilə gələn şəxsiyyəti sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus çamadan bunkerdə yerləşən rentgen aparatından keçərkən, gömrük əməkdaşı monitorda dərman preparatlarına bənzər təsvirlər görərək məlumat vermişdir. Təqsirləndirilən şəxs çamadanını lentdən götürüb, gömrük nəzarətindən keçərkən saxlanılmış, çamadanına yoxlama keçirilməsindən ötrü otağa dəvət olunmuşdur. Otaqda videoçəkilişlə keçirilən yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “Wenger Legend” sözləri yazılmış qara rəngli çamadanın içərisində olan bir ədəd kağız paket və 2 ədəd sellofan paketin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron formada bəyan edilməmiş 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu-Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları aşkar edilərək protokol əsasında götürülmüş, daha sonra sərnişinin üzərinə şəxsi yoxlama keçirilmiş və şəxsi yoxlama zamanı hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və TNVT şöbəsin inspektoru Şahid2 tərəfindən tərtib edilmiş 25 dekabr 2020-ci il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “Wenger Legend” sözləri yazılmış qara rəngli çamadanın içərisində olan bir ədəd kağız paket və 2 ədəd sellofan paketin içindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron formada bəyan edilməmiş 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu- Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları aşkar edilərək protokol əsasında götürülmüşdür. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli videogörüntülərə baxış protokolundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılması, malların yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus çamadanın içərisindən dərman vasitələri aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2809,9/6086 nömrəli, 28 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ümumi sayı 69 ədəd olan “Lorazepam 1 mg” həblərinin tərkiblərində lorazepamın təsir maddəsinin ümumi miqdarı 0.069 qram, ümumi sayı 30 ədəd olan “Bromazepam 6 mg” həblərinin tərkibindəki bromazepamın təsir maddəsinin ümumi miqdarı 0.180 qram, ümumi sayı 30 ədəd olan “Seresta 10 mg” həblərinin tərkibindəki oksazepamın təsir maddəsinin ümumi miqdarı 0.3 qram, ümumi sayı 112 ədəd olan “Pregabalin 75 mg” həblərinin tərkibindəki preqabalinin təsir maddəsinin ümumi miqdarı 8.4 qram, ümumi sayı 14 ədəd olan “Zolpidem 10 mg” həblərinin tərkibindəki zopidemin təsir maddəsinin ümumi miqdarı 0.14 qram, ümumi sayı 124 ədəd olan “Zopiclone 7.5 mg Mylan” həblərinin tərkibindəki zopiklonun təsir maddəsinin miqdarı 0.93 qram, ümumi sayı 56 ədəd olan “Zopiclone 7.5 mg Arrow generiques” həblərinin tərkibində zopiklonun təsir maddəsinin miqdarı 0.42 qram, zopiklonun ümumi miqdarının 1.350 qram (0.93 qram + 0.42 qram) olduğu müəyyən edildi. Təqdim olunmuş ümumi sayı 48 ədəd olan “Lamaline” kapsullarının tərkiblərində tiryəkin ümumi təmiz çəkisi 0.480 qramdır. Lorazepam, oksazepam, bromazepam, zolpidem 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”-in siyahısına ( Siyahı İİİ) daxildir. Preqabalin və zopiklon 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ ) daxildir. Təqdim olunmuş digər dərman preparatları 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin , psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşmaları üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddəti keçməmişdir. Təqdim olunmuş üzərində “SYMBİOSYS alflorex” göstəriciləri olan flakondakı kapsulların adına və dərman formasına görə rəsmi internet saytı məlumatlarına əsasən tərkibindəki maddənin bakterial mənşəli olduğu məlum oldu. Fiziki-kimyəvi ekspertizalar şöbəsinin laboratoriyasında göstərilən maddənin tədqiqi üçün müvafiq metodik vəsaitlər, həmçinin cihazların yaddaş bazasında həmin maddəyə aid məlumatlar olmadığından göstərilən maddənin tədqiqi mərkəzdə aparılmır. Təqdim edilmiş 24 adda dərman preparatlarının və tibbi vasitələrin 25 dekabr 2020-ci il tarixə orta qiymətləri təxminən 837.00 manat müəyyən edilmişdir. Təqdim edilmiş 11 adda dərman preparatlarının satışı və qiymətləri barədə məlumat olmadığından onların qiymətini müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatlarının dəyəri 181,82 (bir yüz səksən bir, səksən iki) manatdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2021-ci il tarixli, 492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu- Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları həmin qərarla maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına kimi saxlanılması üçün DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, X3 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılması, malların yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus çamadanın içərisindən dərman vasitələri aşkar edilməsi zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs sərhəd keçməsini müəyyən etmək üçün Dövlət Gömrük Komitəsinin gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən (İAMAS SERVİCE) alınmış sərhəd keçmə hesabatına baxış keçirilərək 17 fevral 2021-ci il tarixli protokol tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2002-ci il tarixdən 25 dekabr 2020-ci il tarixədək ölkənin müxtəlif sərhəd keçid məntəqələrindən ölkə ərazisini tərk etmiş və geri qayıtmışdır. Sonuncu dəfə 07 oktyabr 2020-ci il tarixdə X3 Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə gedərək ölkə ərazisini tərk etmiş və eyni istiqamətdən 25 dekabr 2020-ci il tarixdə geri qayıtmışdır. İş materiallarından görününr ki, faktla bağlı digər şəxslərin əməllərinin araşdırılmasının müəyyən müddət tələb etməsi və onların əməllərinə hüquqi qiymət verilməsindən ötrü onlar barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi ayrıca icraata qəbul edilmişdir. İş materiallarında olan və “xxxx” MTK tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə nümunəvi bir sakin kimi xarakterizə edilir. İş materiallarından görününr ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 mart 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Amnistiya haqqında 30.12.1998-ci il tarixli qərarının 1-ci maddəsinin 10-cu bəndi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilərək o, cinayət məsuliyyətindən azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Fransa Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi ayrı-ayrılıqda tərkibindəki lorazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,069 qram təşkil edən 69 həb “lorazepam 1 mg” dərman preparatını, tərkibindəki bromazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,180 qram təşkil edən 30 həb “bromazepam 6 mg” dərman preparatını, tərkibindəki oksazepam psixotrop maddəsinin təsiredici miqdarı 0,3 qram təşkil edən 30 həb “seresta 10 mg” dərman preparatını, tərkibindəki zolpidem psixotrop maddəsinin təsiredici miqdarı 0,14 qram təşkil edən 14 həb “zolpidem 10 mg” dərman preparatını, tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici miqdarı 8,4 qram təşkil edən 112 həb “pregabalin 75 mg” dərman preparatını, tərkibindəki zopiklon güclü təsir edən maddəsinin ümumi təsiredici miqdarı 1,350 qram təşkil edən 124 həb “zopiclone 7,5 mg mylan” dərman preparatını və 56 həb “zopiclone 7,5 mg arrow generiques” dərman preparatını, tərkibindəki tiryək narkotik vasitəsinin ümumi təmiz çəkisi 0,480 qram təşkil edən 48 kapsul “lamaline” dərman preparatını özünə məxsus üzərində “wenger legend” yazısı olan qara rəngli çamadanın içərisinə yerləşdirərək 25 dekabr 2020-ci il tarixdə TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirib həmin gün saat 11 radələrində X3 Hava Limanında fəaliyyət göstərən DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X4 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən, qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi şahid ifadələri, tərtib edilmiş yoxlama aparılması haqqında protokol, ekspertiza rəyi, maddi sübutlar və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz müdafiəsi üçün dəlillər gətirib çamadanında gömrük sərhədindən bəyan etmədən keçirdiyi dərman vasitələrinin içərisində narkotik vasitənin, psixotrop və güclü təsir edən maddələrin olduğunu bilmədiyini, unutduğu üçün onları bəyan etmədiyini, buna görə də özünü təqsirli bilmədiyini göstərmişdir. Lakin Təqsirləndirilən şəxs həmin dəlilləri şahidlərin ifadələri və cinayət işinin materialları ilə tam təkzib edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı onun bu cür ifadə verməsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, az ağır cinayət törətməsini, yaşayış yeri üzrə nümunəvi bir sakin kimi xarakterizə edilməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları - məhkumluğunun olmamasını, az ağır cinayət törətməsini, yaşayış yeri üzrə nümunəvi bir sakin kimi xarakterizə edilməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alıb hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da islah edilməsinin mümkündür, buna görə də ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunmaqla sınaq müddəti müəyyən edilməlidir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Maddi sübut – Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində saxlanılan - Təqsirləndirilən şəxs götürülmüş 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu-Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - X3 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılması, malların yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus çamadanın içərisindən dərman vasitələri aşkar edilməsi zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 181,82 (bir yüz səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində saxlanılan - Təqsirləndirilən şəxs götürülmüş 9 konvalyut “Zopiclone Mylan 7.5 mg”, 4 konvalyut “Zopiclone Arrow 7.5 mg”, 2 konvalyut “Bromazepam Mylan 6 mg”, 1 konvalyut “Zolpidem Mylan 10 mg”, 2 konvalyut “Seresta Oxazepam 10 mg”, 8 konvalyut “Pregabaline Mylan 75 mg”, 3 qutu “Lorazepam Mylan 1 mg”, 6 konvalyut “Tanganil Ge 500 mg”, 4 konvalyut “Doliprane 1000 mg”, 6 konvalyut “Perindopril Mylan 8 mg”, 4 konvalyut “Lansoprazole Mylan 30 mg”, 5 konvalyut “Lercanidipine Mylan 20 mg”, 3 konvalyut “Cetirizine Mylan 10 mg”, 8 konvalyut “Hydroxyzine Mylan 25 mg”, 4 konvalyut “Hydroxyzine Arrow 25 mg”, 8 konvalyut “Ebastine Mylan 10 mg”, 3 konvalyut “Lamaline”, 3 konvalyut “Perindopril Sandoz 8 mg”, 2 konvalyut “Buspirone Sandoz 10 mg”, 8 ədəd “Amoxicilline – 1 g/ 125 mg”, 23 ədəd “Alginate de sodium/bicarbonate de sodium”, 1 ədəd “Laroxyl 40 mg/ml”, 5 ədəd “UrgoHydrogel 15 mg”, 1 ədəd “DuoDerm 15 mg”, 4 ədəd “Jelonet”, 4 ədəd “Sylatulle”, 20 ədəd “Macrogol 4000 Sandoz 10 g”, 1 qutu “İnnohep 18000 Uİ/ 0.9 ml”, 1 qutu “Doliprane 2.4 %”, 2 qutu “Accu-Chek 100 test”, 2 ədəd “Accu-Chek 50 test”, 1 qutu “Symbiosys alflorex”, 5 qutu “Ortho D3 4000”, 2 qutu “Acupan Nefopam”, 2 qutu “X6 De Morue” markalı dərman preparatları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - X3 Hava Limanında Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının iştirakı ilə malların yoxlanılması, Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama aparılması, malların yoxlanılması zamanı Təqsirləndirilən şəxs məxsus çamadanın içərisindən dərman vasitələri aşkar edilməsi zamanı aparılmış videoçəkilişin 1 ədəd DVD diski hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 181,82 (bir yüz səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-286/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-286/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver