Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-286/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs1 və X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan MR, Sədərək rayonu, Heydərəbad qəsəbəsində qeydiyyatda olan və Abşerob rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus dəyəri 15.000 manat olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi adlanan ərazidə 0,02 ha torpaq sahəsində yerləşən yarımtikili evi Şahid2 göstərərək həmin evin ona məxsus olduğuna inandırıb evi ona satacağını vəd verib etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə qərarına gəlmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerlşən ev alqı satqısı ofisində Şahid2 əvvəlcə 5.000 (beş min) manat məbləğində, daha sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesində fəaliyyət göstərən 77 saylı "xxxx" MMC-yə məxsus YDM-nin qarşısında 5.000 (beş min) manat məbləğində pulu vahid niyyətlə aldadıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 15.000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təkrarən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozu adlanan ərazidə yerləşən fermada olan 28 baş çəpiş, 16 baş qoyun və 350 ədəd toyuğu xx.xx.2022-ci il tarixdə götürərək satacağını vəd verib etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirmə qərarına gəlmiş, sonradan qeyd olunan əmlakı satmaqla X5 ümumilikdə 9.000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şahid2 xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində 0,02 ha torpaq sahəsində yerləşən yarımtikili evi 10.000 manata satmışdır. Həmin evin torpaq sahəsi əvvəllər ona məxsus olmuş, torpaq sahəsinə görə onun etibarnaməsi olmuşdur. Həmin torpaq sahəsini 6-7 il bundan əvvəl Ənvər adlı şəxsə 4.500 manata satmışdır. Sonradan həmin torpaq sahəsində Ənvər üçün bir mərtəbəli 4 mişar daşı kürsülü yarımtikili ev tikmişdir. Həmin evdə ustalıq etmiş və buna görə Ənvər adlı şəxsdən öz pulunu almışdır. Sonradan Ənvər ona demişdir ki, həmin evi satsın. O, evi satışa qoymuş və Şahid2 satmışdır. Ənvər ilk öncə ona demişdi ki, evi 17.000 manata satsın. Ev bir az satışda qaldıqdan sonra o, evin satılmamasını görmüş və Ənvərə demişdir. Ənvər ona qiyməti aşağı salmasını, evi satmasını və ona 15.000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün o, həmin evi Azərə 10.000 manata satmış və bu barədə Ənvərə demişdir. Həmin vaxt Ənvər onunla razılaşmış və demişdir ki, evi neçəyə satsa da onun 15.000 manatını versin. Lakin o, Azərdən aldığı 10.000 manat puldan Ənvərə pul verməmiş və həmin 10.000 manatı öz xərclərinə ödəmişdir. Bundan sonra, 2022-ci ilin sentyabr ayına qədər Azər həmin evin tam təmiri üçün 20.000 manata yaxın pul qoymuş və evi təmir etmişdir. O, həmin dövr ərzində Ənvərin pulunu verə bilmədiyinə görə Ənvər gəlib evin qapısının açarını dəyişmiş və Azərə həmin evə daxil olmağa imkan verməmişdir. O, öz əməlini səmimi etiraf etmiş və Ənvərin pulunu qısa müddətə qaytaracğına, həmin evin Şahid2 qaytarılması üçün lazımi bütün işləri görəcəyinə dair vəd verimişdir. O, X6 tanıyır. Onu İsmət adlı şəxsin vasitəsi ilə tanımışdır. Raufun maddi sıxıntısı olduğu üçün o, Raufa məxsus sadalanan 28 baş çəpiş, 16 baş xırda buynuzlu heyvan olan qoyun və 350 ədəd toyuğu ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fermasından apararaq satmışdır. Lakin özünə pul lazım olduğu üçün həmin heyvanların pulunu verməmiş və Rauf Əzizova qarşı dələduzluq etmişdir. O, qısa müddətə həmin pulu ödəyəcəyinə dair söz vermişdir. O, X2 qeyd edilən heyvanları 9.000 manata almış, həmin heyvanları Maştağa bazarında adını xatırlamadığı şəxsə vermiş, həmin şəxs heyvanların əvəzində ona Ramana qəsəbəsində 0,02ha torpaq sahəsi vermişdir. Həmin şəxs ondan aldığı heyvanları satmışdır. X2 götürdüyü heyvanlara görə X3 hər hansı məbləğdə pul vermədiyini və İsmət Qazıyevə həmin işdə hər hansı məbləğdə pul qalmayacağını bildirmişdir. İlk dəfə cinayət əməli törətdiyini, əməlini səmimi etiraf etdiyini və törətdiyi cinayət əməllərindən peşman olduğunu. Zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyır. O, torpaq alqı-satqısı ilə məşğul olmuşdur. Xaliq Balası adlı şəxsin torpaq sahələrini satmış, onlar qohumdurlar. Təxminən 7 il bundan əvvəl o, Balasi adlı şəxdən 0.02ha torpaq sahəsini 4150 manata almışdır. Həmin torpaq sahəsinə görə Balasi adlı şəxs onun həyat yoldaşı X1 adına etibarnamə vermişdir. Həmin torpaq sahəsi Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi adlanan ərazidə yerləşdir. Həmin ildə o, torpaq sahəsində bir mərtəbəli 3 mişar daşı kürsülü 2 otaqdan, 1 mətbəxdən və 1 sanitar qovşaqdan ibarət ev tikmişdir. Sonradan maddi imkanı zəif olduğu üçün o, evin təmirini başa çatdıra bilməmiş, evin damını vurmuş, pəncərələrini, qapısını və həyətin qapısını qoyub tikinti-təmir işlərini saxlamışdır. Bundan sonra ona pul lazım olduğuna görə 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs evi neçəyə istəyirsə satmasını, ona isə 15.000 manat pul verməsini bildirmişdir. 2022-ci ilin sentyabr ayında o, bilmişdir ki, Xaliq onun evini ondan xəbərsiz Şahid2 satmışdır. Onun bundan məlumatı olmamışdır. O, evə gedib baxdıqda Azərin orada əlavə tikinti işlərinin apardığını bilmişdir. O, Təqsirləndirilən şəxs nə üçün ondan xəbərsiz evi satdığını soruşmuş, Təqsirləndirilən şəxs cavabde olaraq pula ehtiyacı olduğu üçün satdığını, onun pulunu verəcəyini bildirmişdir. Lakin onun pulunu verməmiş, o da məcbur olub evin qapısının açarlarını dəyişmişdir. Bu barədə Azərə və Xaliqə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfində ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 göstərdi ki, onun Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda bağ evi var və həmin bağ evinin həyətində ferma var. O, həmin bağ evində həvəskar kimi toyuq, çəpiş və xırda buynuzlu heyvanlar saxlamışdır. Onun Hövsan qəsəbəsində də bağ evi var, orada onunla qonşuluqda ət alış-verişi ilə məşğul olan İsmət adlı şəxslə münasibəti yaranmışdır. İsmət bilmişdir ki, o, Türkan qəsəbəsində olan bağ evindəki fermada çəpiş, qoyun və toyuq saxlayır. İsmətlə münasibətləri yarandığına görə o, 2022-ci ildə qurban bayramı vaxtı ondan 5.000 manat pul istəmişdir ki, qurbanlıq bayramında xırda buynuzlu heyvan alıb satıb əlavə pul qazansın. O, İsmətə etibar etdiyi üçün 5.000 manat pulu İsmətə vermişdir. İsmət qurbanlıq bayramı qurtarandan sonra onun pulunu gətirib qaytarmışdır. Bundan sonra İsmət bir neçə dəfə onun fermasında xırdabuynuzlu heyvan saxlayaraq bir müddət böyütmüş və sonra aparıb satmışdır. İsmət onun fermasında heyvan saxlayıb böyüdən zaman onun heç bir qazancı olmamışdır. Həmçinin ona qurban bayramında verdiyi 5.000 manat pulu İsmətə kömək kimi vermiş və İsmət həmin pulu ona qaytarmışdır. 2022-ci ilin sentyabr ayında İsmət onun yanına gələrək ona demişdir ki, “gəl bu heyvanları sataq rayonlarda ucuz qiymətə heyvanlar olur. Gəl sənin heyvanlarını sataq mən də əlavə pul qoyum, heyvan alaq sataq”. O, ilk olaraq İsmətlə razılaşmamış, lakin sonradan İsmət onu inandırmışdır. O, sonunda İsmətə inanmış və razılaşmışdır. xx.xx.2022-ci il tarixdə İsmət Xaliq adlı şəxslə və iki nəfər şəxslə birlikdə Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda bağ evinə gəlmişlər. Həmin vaxt Xaliq heyvanlara baxmış, 28 baş çəpiş, 16 baş xırda buynuzlu heyvan olan qoyun və 350 ədəd toyuğu o, 11.500 manata demişdir. Həmin vaxt İsmət ona qiyməti bir az aşağı verməsini demişdir. Bu səbəbdən də o, 9.000 manata razılaşmışdır. Həmin gün Xaliq iki dəfəyə qeyd etdiyi 28 baş çəpiş, 16 baş xırda buynuzlu heyvan olan qoyun və 350 ədəd toyuğu fermasından aparmış və 4 günə pulunu verəcəyini demişdir. Lakin İsmət və Xaliq adlı şəxslər, onun pulunu verməmişlər. O, dəfələrlə İsmətdən pulunu istəsə də İsmət Xaliqin onu da aldatdığını demiş, onu tapa bilmədiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona dəymiş zərər qismən ödənilmiş (1900 manat borc qalmışdır), buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində Təqsirləndirilən şəxs 10.000 manata 0.02 ha torpaq sahəsində yarım tikili ev almış, onu təmir etdirmişdir. Lakin sonradan Ənvər adlı şəxs həmin evə gələrək evin ona məxsus olmasını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Xaliq ona qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs verdiyi pulun 5.000 manatını xx.xx.2021-ci il tarixdə Sabunçu rayonu, Ramanı qəsəbəsində, digər 5.000 manatını xx.xx.2021-ci il tarixdə isə Xəzər rayonu ərazisində Aeroport şossesində yerləşən Azpetrol YDM-nin yaxınlığında vermişdir. O, Təqsirləndirilən şəxs yarım tikili evi 10.000 manata alandan sonra həmin evə 20.000 manata yaxın pul qoyaraq evi təmir etmiş, Təqsirləndirilən şəxs ona evi satan zaman həmin evin əmisi Adilə məxsus olduğunu, satış işləri ilə Xaliqin məşğul olduğunu demişdir. Həmin torpaq sahəsini və evi ona satan zaman ona etibarnamə vermişdir. O, belə başa düşmüşdür ki, Xaliq ondan əvvəl boş torpaq sahəsini Ənvərə satmış, sonradan Xaliq Ənvər adlı şəxs üçün həmin yarım tikili evi tikmişdir. Lakin sonradan onu aldadaraq həmin evi yenidən ona satmışdır. İbtidai istintaq zamanı Həmzəyev X8 bildirmişdir ki, onun Sabunçu rayonu, Ramana qəsəbəsi, Dekorativ tingliyi adlanan ərazidə torpaq sahəsi var, həmin torpaq sahəsinə görə ona dövlət orqanları tərfindən xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Həmin torpaq sahəsi 2/15.3 ha sahədir. O, həmin torpaq sahəsindən 0.02 ha torpaq sahəsini 2016-cı ildə Zərərçəkmiş şəxs1 satmış, həmin torpaq sahəsinə görə Zərərçəkmiş şəxs1 arvadı X1 adına etibarnamə vermişdir. Bundan başqa baş verənlər barədə hər hansı məlumatı yoxdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismindən tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş maddi və mənəvi ziyan ödənilmiş, buna görə də ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. İş materiallarında olan və zərərçəkmiş şəxs X7 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfində ona dəymiş ziyan qismən (1900 manat borc qalmışdır) ödənilmiş, onunla barışıq əldə etmişdir. Buna görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxsnın ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlləri etiraf edərək peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın tamamilə, digər zərərçəkmiş şəxs R.Əzizova dəymiş maddi ziyanın qismən ödəyərək onlarla barışıq əldə eməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, ona həmin maddələrlə ittiham elan edildikdən sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə qədər həbsdə saxlanıldığı 03 ay 09 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı Abşerob rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, ev D, 57 saylı mənzilində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər probasiya İdarəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxs1 dəymiş 15 000 manat maddi ziyanın tam şəkildə, zərərçəkmiş şəxs X5 dəymiş 9000 manat maddi ziyandan qismən olmaqla 7100 manatının ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 03 ay 09 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşerob rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, ev D, 57 saylı mənzilini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs1 dəymiş 15 000 manat maddi ziyanın tam şəkildə, zərərçəkmiş şəxs X5 dəymiş 9000 manat maddi ziyandan qismən olmaqla 7100 manatının ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-286/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-286/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver