Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-286/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,800 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum tanışı Şahid4 göndərdiyi sovqatda olan plastik qaba doldurulmuş balın içərisində yoxlamadan gizlətməklə X10 vasitəsi ilə sonuncunun oğlu Şahid4 ötürməyə cəhd edərkən 24 iyul 2023-cü il tarixdə, saat 10:10 radələrində Şahid3nın gətirdiyi sovqata qeyd olunan İstintaq Təcridxanasının nəzarətçiləri tərəfindən baxış keçirilən zaman sovqatda olan plastik qaba doldurulmuş balın içərisindən gizlətdiyi 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,800 qram narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı istintaq təcridxanasında saxlanılan şəxsə ötürməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şahid4 uşaqlıqdan tanıyır, bir məktəbdə oxumuşlar və qonşudurlar. Anar cəza çəkdiyi dövrdə onun anasına nəzarət etmiş, lazım olanda Anar onunla telefonla əlaqə saxlamış və anası ilə ünsiyyətini qurmuşdur. O, Anara heç nə aparmamışdır. Müstəntiq ona bildirmişdir ki, qadın olduğuna görə Rühəngiz tutulmasın, özü əvvəllər məhkum olunmuş, bu səbəbdən etiraf etsin. Ona görə də o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona irəli sürülmüş ittiham sənədlərini imzalamışdır. Daha sonra isə müəyyən etmişdir ki, ona qarşı başqa maddə ilə də ittiham irəli sürülmüşdür. Həmçinin bildirdi ki, Anarla münasibətləri yaxşıdır, anasını da tanıyır və ünsiyyətləri vardır. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Anar onunla telefon vasitəsilə əlaqə saxlayaraq anasının ona cavab vermədiyini, nə vaxt yanına gəlməsi barədə soruşmasını bildirmişdir. O da Anarın anasına zəng vurmuş, cavab verilmədiyindən evlərinə getmişdir. Lakin Anarın anası evdə olmamışdır. Həmin günü Anarın anası ilə telefon vasitəsilə danışmamışdır. O, Anarın anasına bal verməmişdir. İbtidai istintaq zamanı hədə-qorxu olduğundan etirafedici ifadə vermişdir. Əvvəllər Anara sovqat aparmamış, lakin Anarın anasına Anara aparması üçün pul, siqaret vermişdir. Anarın başqa yaxınları olmadığından nəsə lazım olanda onunla telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həbsdə olan Şahid4 uşaqlıqdan tanıyır, eləcə də hər ikisi narkotik vasitə istifadəçisi olmuşdur. Bu səbəbdən 23 iyul 2023-cü il tarixdə bilmişdir ki, Anarın anası Ruhəngiz Anar üçün İstintaq Təcridxanasına sovqat aparacaq. Ona görə də belə qərara gəlmişdir ki, özü üçün Salyan rayonunda tanmadığı şəxsdən aldığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini Anar üçün pay göndərsin. Belə ki, bilirmiş ki, həbsdə olan şəxs üçün narkotik vasitə arzuolunandır. Bu səbəbdən plastik qabda olan balın içərisində həmin 01 büküm narkotik vasitə heroini gizlətmiş və elə həmin gün axşam, yəni 23 iyul 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** nömrəsi vasitəsi ilə onunla eyni şəhərdə, yəni Salyan şəhərində yaşayan Anarın anası Ruhəngizlə əlaqə saxlayıb görüşərək həmin plastik qabda olan içərisində narkotik vasitə heroin gizlətdiyi balı Ruhəngizə vermişdir ki, onun adından Anar üçün pay aparsın. Sonradan ona məlum olmuşdur ki, 24 iyul 2023-cü il tarixdə Ruhəngizin Anar üçün apardığı sovqata Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilərkən sovqatda olan onun verdiyi balın içərisində gizlətdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, balın içərisinə narkotik vasitə heroini özü tək yerləşdirmişdir. Bu barədə heç kimə xəbər verməmişdir. Eləcə də Anara və Anarın anası Ruhəngizə həmin sovqatda narkotik vasitə heroin olması barədə bir söz deməmiş, Anarla ümumiyyətlə bu barədə danışmamışdır. Etdiyim əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o yalnız narkotik vasitəni öz istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq birinci dəfə imiş ki, Anar üçün narkotik vasitə heroin göndərmişdir. Heç bir xəstəlikdən əziyyət çəkmədiyini və özünü yaxşı hiss etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, Anarın kirayədə qaldığı evdən bal götürməmişdir. Anarın bu barədə verdiyi ifadəsi yalandır. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X6 Nəzarət Şöbəsinin nəzarətçisi Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat şöbəsinin məlumatına əsasən 24 iyul 2023-cü il tarixdə, saat 10:10-da Şahid4 gətirilmiş sovqatın içərisinə baxış keçirilmişdir. Baxış Anarın anası Ruhəngizin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı plastmas qabın içərisində olan balın içərisində narkotik maddəyə bənzər maddə aşkar edilmişdir. Həmçinin bildirdi ki, Anarın anası əməliyyat şöbəsində sorğu zamanı aşkar edilmiş maddə ilə bağlı məlumatının olmadığını, sonra isə balı ona Anarın dostunun verdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X6 Nəzarət Şöbəsinin nəzarətçisi Şahid2 ifadəsində bildirmişdir ki, 24 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs Şahid4 anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastmas qabda olan balın içərində sellofana bükümdə narkotik maddəyə bənzər maddə aşkar edilmişdir. Soruşulanda Anarın anası balı ona oğlunun dostunun verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, oğlu Anar 3 saylı İstintaq Təcridxanasında saxlanılır. O, xx.xx.2023-cü il tarixdə oğlunun yanına sovqat aparmışdır. Həmin zaman Təqsirləndirilən şəxs ona oğlunun yanına aparması üçün kağızın içərisində bal vermişdir. Seyfəddin taksi ilə gətirib vermişdir. Seyfəddinin ona verdiyi balın içərisində sonradan yoxlama zamanı narkotik maddə olduğunu bilmişdir. Maddəni balın içərisinə Seyfəddin qoymuşdur. Əvvəlcədən oğlunun yanına getməsi ilə bağlı oğlu ilə danışmamışdır. Həmçinin bildirmişdir ki, Seyfəddinin başqa nə adla çağırıldığını bilmir. Seyfəddinə heç vaxt pul verməmişdir. Oğlu ondan bal istəməmişdir. Nurlan adlı şəxsi tanımır. Xəstəliyi ilə əlaqədar hadisəni tam xatırlamır. Balı ona Seyfəddin vermişdir. Seyfəddindən başqa oğluna aparması üçün sovqat verən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2 ildir ki həbsdədir. Seyfədini tanıyır, Seyfəddin əvvəllər ona sovqat gətirməmişdir. Narkotik maddə ona məxsus olmuşdur. Belə ki, həmin narkotik maddəni özü düzəldib balın içərisinə qoymuşdur. Həmin balı isə kirayədə yaşadığı evə qoymuşdur. Kirayədə qaldığı evin yeri təxmini yaddında qalmışdır. Seyfəddindən xahiş etmiş və Seyfəddin həmin evdən götürüb balı ona gətirməsi üçün anasına vermişdir. Narkotik maddə ilə bağlı Seyfəddinin və anasının məlumatı olmamışdır. İbtidai istintaq zamanı o ifadə verərkən ona təzyiq və təsir olmamışdır. Seyfəddini “Seyfi” kimi tanıyır. Seyfəddin ilə telefonla əlaqə saxlayaraq filan yerdə bal qoyduğunu və həmin balı götürərək onlara verməsini xahiş etmişdir. İbtidai istintaq zamanı müstəntiq ona sənədləri vermiş o isə qol çəkmişdir. Nurlan adlı şəxsi isə tanımır. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 24 iyul 2023-cü il tarixdə ona məlum olmuşdur ki, anası X2 onun üçün gətirdiyi sovqata Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilən zaman sovqatda olan plastik qabdak balın içərisində gizlədilmiş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Belə ki, nəzarətçilər anasını şübhəli şəxs qismində saxlayıb aidiyyəti üzrə Xəzər rayon Polis İdarəsinə təhvil vermişlər. Onu da qeyd etmişdir ki, anasının gətirdiyi sovqatda narkotik vasitə olmasından xəbərsiz olmuşdur. Lakin sonradan ona məlum olmuşdur ki, içərisindən narkotik vasitə çıxan balı anasına onun üçün gətirməsindən ötrü Salyan rayonundan tanıdığı, məhəllə uşağı «Nurlan» kimi çağırdığı Təqsirləndirilən şəxs vermişdir. Bundan əvvəlcədən heç bir məlumatı olmamış və Seyfəddin ona bu barədə heç bir məlumat verməmişdir. Əgər bunu əvvəlcədən bilsəymiş buna imkan verməzmiş. Məhkəmə iclasında dindirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X11 bildirmişdir ki, onun tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6078 saylı ekspert rəyinin nəticəsi hissəsində texniki yanlışlığa yol verilmişdir. Belə ki, tədqiqata təqdim edilmiş narkotik maddənin çəkisi 0,750 qram olmuş, 0,050 qram tədqiqatda sərf edilmiş, 0,700 qram qalıq qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Sevinc Qəribli tərəfindən verilmiş 24 iyul 2023cü il tarixli, 3-16-16/2-6/3981 saylı ekspert arayışından müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X8 üçün» dairəvi möhür əksləri olan və «xx.xx.2023-cü il tarixdə həbsdə saxlanılan Şahid4 sovqat gətirmiş anası X2 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş narkotik vasitə; Şübhəli şəxs vətəndaş X2 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş narkotik vasitə; Şübhəli şəxs vətəndaş X10 «imza», ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,800 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. -məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 7381 saylı nömrəli məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Nərminə Sadıqova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6078 saylı ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X8 ÜÇÜN» dairəvi möhür əksləri olan, «xx.xx.2023-cü il tarixdə həbsdə saxlanılan Şahid4 sovqat gətirmiş anası X3 gətirdiyi sovqatdan aşkar olunaraq götürülmüş narkotik vasitə...» sözləri, ad, soyad, ata adı və imzalar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,700 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqdim edilmiş maddə 01 (bir) ədəd bükümdə olduğu üçün müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. - 3 saylı İstintaq Təcidxanasının ƏB-nin rəisi Elçin Fərhadov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsi ilə həbsdə saxlanılan Şahid4 xx.xx.2024-cü il tarixdə təxminən saat 10:10 radələrində anası, xx.xx.1967-ci ildə Salyan şəhərində doğulmuş, X2 gətirdiyi sovqata baxış keçirilərkən sovqatda olan plastmas qaba doldurulmuş balın içərisində xüsusi üsulla gizləndirilmiş 1 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddənin tərkibi və çəkisinin müəyyən edilməsi məqsədilə hal şahidlərinin və X2 iştirakı ilə zərfdə qablaşdırılmış, təcridxananın zərflər üçün möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. -xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 09:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin gün, saat 11:10-da qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli Xəzər rayon prokuroru Fəxri Ələsgərovun qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinovun vəsatətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. -birgə istintaq qrupunun yaradılması barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polkovnik-leytenantı Neman Şirinovun rəhbərliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X4 ibarət birgə istintaq qrupunun yaradılması, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polkovnik-leytenantı Neman Şirinovun qrupun rəhbəri təyin edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilərək və əlavələr edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2 və 29, 317-1.1-ci maddələri ilə yenidən ittiham elan olunması qərara alınmışdır. -İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Salyan rayonunda doğulmuş Təqsirləndirilən şəxs Salyan Raypn Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2, 228.4 və 66.2-ci maddələri ilə 3 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X9 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir”. Həmin qərarda həmçinin göstərilmişdir ki, “CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıdığı təmiz çəkisi 0,800 qram olan kustar üsulla hazırlanmış və qadağan olunmuş əşya hesab edilən narkotik vasitə heroini bəxşiş şəklində digər şəxsi maraqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan məhkum tanışı Şahid4 göndərdiyi sovqatda olan plastik qaba doldurulmuş balın içərisində yoxlamadan gizlətməklə X10 vasitəsi ilə sonuncunun oğlu Şahid4 ötürməyə cəhd edərkən 24 iyul 2023-cü il tarixdə, saat 10:10 radələrində Şahid3nın gətirdiyi sovqata qeyd olunan İstintaq Təcridxanasının nəzarətçiləri tərəfindən baxış keçirilən zaman sovqatda olan plastik qaba doldurulmuş balın içərisindən gizlətdiyi bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,800 qram narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən öz iradəsindən asılı olmayan səbəbə görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı istintaq təcridxanasında saxlanılan şəxsə ötürməyə cəhd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 317-1.1-ci maddəsinə əsasən “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirsiz hesab etməsinə baxmayaraq, araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2 və 317-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 3 saylı istintaq təcridxanasında saxlanılan Şahid4 üçün göndərilmiş narkotik vasitədən xəbəri olmadığını bildirmişdir. Lakin, iş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə ifadə alınmış və həmin ifadələrdə o, ittihamda göstərilən narkotik vasitəni Şahid4 sonuncunun anası vasitəsi ilə göndərdiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən ona təsir və ya təzyiqlər olmamışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini səmimi hesab etmir, təhqidi yanaşır və hesab edir ki, təqsirləndirilın şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmişdir. Belə ki, həmin ifadə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaq zamanı araşdırılmış məhkəmə kimyəvi ekspertizasının rəyi, şahidlər, X2, Şahid1, Şahid2 və təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, həmçinin digər mötəbər sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,700 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 115 (bir yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2023-cü il tarixdən 08 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 24 (iyirmi dörd) saatdan artıq müddət 02 (iki) gün hesab edilərək bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,700 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 115 (bir yüz on beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X7, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən ilham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-286/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-286/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver