Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-288/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Bakı Şöbəsinin prokuroru X9, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunana kimi Sumqayıt şəhəri Corat qəsəbəsi 2-ci məhəllə ev 121-də yaşamış, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonralar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə beş ay on yeddi gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx xxx 2017-ci il tarixdə cəza müddəti başa çatmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən on bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş, şərti olaraq vaxtından əvvəl azad edilmiş qalan beş ay on yeddi gün hissəsi hazırkı hökmlə təyin edilmiş on bir il il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti olaraq on bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə əvvəllər məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törədərək cəza çəkdiyi Penitensiar Xidmətin X1 “Cəzaçəkmə müəssisələrinin X15” ilə qadağan olunmuş əşya olan bir ədəd “Fly” markalı, “FF180” modelli “**********09666, **********09674” imei kodlu qara rəngli mobil telefonu, 1(bir) ədəd elektrik qidalandırıcısını və 1 (bir) ədəd 050.432-41-58 nömrəli Sim danışıq kartını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış, istifadə etmiş və xx xxxx 2018-ci il tarixdə Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları tərəfindən onun üstünə və əşyalarına axtarış-baxış keçirilən zaman məhkumlara məxsus əşyaların saxlandığı anbarda olan odeyalların arasında gizlətdiyi, ona məxsus həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2018-ci il tarixdə ondan aşkar olunaraq götürülmüş 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli, qara rəngli mobil telefonu məhkəmədə olarkən tanımadığı şəxsdən alıb daxilində gizlədib müəssisəyə gətirmişdir. Həmin mobil telefon aparatında istifadə etdiyi ***-***-**-** saylı nömrə vasitəsilə həyat yoldaşı Şahid6 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi; oğlu Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi, onun həyat yoldaşı X5 məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə; qohumu X10 istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə danışıqlar aparmışdır. Təqsirləndirilən şəxsin bəhs olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, eləcə də ekspert rəyi ilə də sübut olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rejim-nəzarət şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından “xxxxxxxxxxxxxxx” diaqnozu ilə X2 daxil olmuş Təqsirləndirilən şəxs üstünə və əşyalarına xx xxxx 2018-ci il tarixdə axtarışbaxış keçirilən zaman məhkumlara məxsus əşyaların saxlandığı anbarda olan odeyalların arasında gizlətdiyi ona məxsus, Çin Respublikasının istehsalı olan işlək vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X15” ilə qadağan olunmuş əşya – 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli, qara rəngli mobil telefon, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs, hal şahidlərinin və müəssisə əməkdaşlarının iştirakları ilə bu haqda protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları Şahid2, Şahid4 Bəyləroviç və Şahid5 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etdilər. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından “xxxxxxxxxxxxxxx” diaqnozu ilə X2 daxil olmuş Təqsirləndirilən şəxs üstünə və əşyalarına xx xxxx 2018-ci il tarixdə axtarışbaxış keçirilən zaman məhkumlara məxsus əşyaların saxlandığı anbarda olan odeyalların arasında gizlətdiyi ona məxsus, Çin Respublikasının istehsalı olan işlək vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X15” ilə qadağan olunmuş əşya - 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli, qara rəngli mobil telefon, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X13 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X8 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından “xxxxxxxxxxxxxxx” diaqnozu ilə X2 daxil olmuş Təqsirləndirilən şəxs üstünə və əşyalarına xx xxxx 2018-ci il tarixdə axtarış-baxış keçirilən zaman məhkumlara məxsus əşyaların saxlandığı anbarda olan odeyalların arasında gizlətdiyi ona məxsus, Çin Respublikasının istehsalı olan işlək vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X15” ilə qadağan olunmuş əşya - 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli, qara rəngli mobil telefon, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X12 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X6 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı İstintaq təcridxanasından “xxxxxxxxxxxxxxx” diaqnozu ilə X2 daxil olmuş Təqsirləndirilən şəxs üstünə və əşyalarına xx xxxx 2018-ci il tarixdə axtarış-baxış keçirilən zaman məhkumlara məxsus əşyaların saxlandığı anbarda olan odeyalların arasında gizlətdiyi ona məxsus, Çin Respublikasının istehsalı olan işlək vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X15” ilə qadağan olunmuş əşya - 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli, qara rəngli mobil telefon, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, istifadəsində olan mobil telefon nömrələri vasitəsilə müəssisədə qanunsuz istifadə olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda danışıq aparmışdır. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid7 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, istifadəsində olan mobil telefon nömrələri vasitəsilə müəssisədə qanunsuz istifadə olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda danışıq aparmışdır. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X11 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X4 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, istifadəsində olan mobil telefon nömrələri vasitəsilə müəssisədə qanunsuz istifadə olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda danışıq aparmışdır. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış X14 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X10 təhqiqat zamanı verdiyi izahatında qeyd edilmişdir ki, o, istifadəsində olan mobil telefon nömrələri vasitəsilə müəssisədə qanunsuz istifadə olunan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə müxtəlif vaxtlarda danışıq aparmışdır. İş materiallarına Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompyuter-texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli ’’20393’’ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Fly” markalı, “FF180” modelli “**********09666, **********09674” imei kodlu mobil telefon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Ədliyyə Nazirliyi Xaçmaz regional Ədliyyə idarəsinin müstəntiqinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, aşkar olunub götürülmüş 1(bir) ədəd “Fly” markalı, “FF180” modelli “**********09666, **********09674” imei kodlu qara rəngli mobil telefon, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X15”nın təsdiq edilməsi barədə xx xxxxxx 2011-ci il tarixli 7-N №li əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara və ya təqsirləndirilən şəxslərə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİdən xx xxxxxx 2018-ci il tarixdə alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, sonralar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə 5 (beş) ay 17 (on yeddi) gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx xxx 2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş, şərti olaraq vaxtından əvvəl azad edilmiş qalan 5 (beş) ay 17 (on yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla qəti olaraq 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-908/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Resnublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 11 (on bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1., 29,177.2.2., 29,177.2.3., 177.2.1, 177.2.2., 177.2.3. və 177.2.4-cü maddələri ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqan məhrum etmə cəzasının çəkilməmiş, şərti olaraq vaxtından əvvəl azad edilmiş qalan 05 (beş) ay 17 (on yeddi) gün hissəsi hazırki hökmlə təyin edilmiş 11 (on bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək ona qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 317-2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” X18 Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında X18 Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət xx xxxx 2018-ci ildə törədilmiş, cinayətin törədilməsindən iki il üç aydan çox vaxt keçmişdir. Hazırki cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti xx xxxx 2020-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini maddələrini rəhbər tutub, məhkəmə QƏRAR VERDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 75.1-ci maddəsinə əsasən, yəni böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdiyi üçün həmin Məcəllənin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “Fly” markalı, “FF180” modelli “**********09666, **********09674” nei kodlu qara rəngli mobil telefon, 1 (bir) ədəd elektrik qidalandırıcısı və 1 (bir) ədəd ***-***-**-** nömrəli Sim danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-288/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-288/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver