Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-288/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Büosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 qızına sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Görüş” kafesinin yaxınlığında 600 manat, xx.xx.2021-ci il tarixdə isə Xəzər rayon İcra hakimiyyətinin qarşısında 50 manat olmaqla sonuncunun ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində pulunu alıb ələ kecirməklə dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 "xxxx" QSC-də işə düzəldəcəyi barədə yalan vəd verib aldatmış, sonuncu xx.xx.2021-ci il tarixdə saat 11:27də Kapital Bankın ünvan 2 ünvanında yerləşən İçəri şəhər filialından Təqsirləndirilən şəxs istifadə etdiyi 4169 7332 1349 8392 nömrəli Kapital Bank ödəniş kartına göndərməklə Zərərçəkmiş şəxs2 1500 (bir min beş yüz) manat pulunu ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən, dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə XXX Zərərçəkmiş şəxs3 əri X2 "xxxx" QSC-də işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin iyul ayının sonlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən X3rşısında Zərərçəkmiş şəxs3 məxsus 1500 manat pulu sonuncunun tanışı Zərərçəkmiş şəxs1 qızından alıb ələ kecirməklə dələduzluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən, dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs4 "xxxx" QSC-də işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 qızının xx.xx.2021-ci il tarixdə saat 11:56-da yaşadığı ünvan 3 ünvanında yerləşən evindən Təqsirləndirilən şəxs istifadə etdiyi 4169 7332 1349 8392 nömrəli Kapital Bank ödəniş kartına göndərməklə Zərərçəkmiş şəxs4 məxsus 500 (beş yüz) manat pulu aldadaraq ələ keçirərək dələduzluq cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Günel Ramazonavanı təxminən 2021-ci ilin ilin yaz aylarından tanıyır. Zərərçəkmiş şəxs1 ilə Xəzər rayonu, Mərədkan qəsəbəsində dəniz kənarında tanış olub. Həmin vaxtdan aralarında rəfiqəlik münasibətləri yaranmağa başlayıb. O Günelə özünü yüksək vəzifələrdə tanışı olan bir şəxs kimi təqdim edib. 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 onun sürücülük vəsiqəsi olduğunu bilib və sürücülük vəsiqəsi almağında köməklik etməyi xahiş edib. Həmin vaxt maddi vəziyyəti ilə əlaqədar olaraq pula ehtiyacı olduğu üçün Günelə deyib ki. 800 manat müqabilində sürücülük vəsiqəsi ala bilər. Günel həmin miqdarda pulunun olmadığını bildirib və 600 manat verə biləcəyini deyib. O, razılaşıb və 600 manat pulu xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Mərdəkan qəsəbəsində, Yesenin küçəsində alıb. Daha sonra isə xx.xx.2021-ci il tarixdə sürücülük məktəbinə verəcəyini deyərək Güneldən əlavə 50 manat olmaqla ümumilikdə 650 manat pul alıb. Həmin pulu şəxsi məqsədləri üçün xərcləyib. Bundan başqa, Zərərçəkmiş şəxs1 ona Şəfiqə adlı tanışının işsiz olduğunu bildirib və ondan Şəfiqəni işə düzəltməyi xahiş edib. O, Zərərçəkmiş şəxs1 Şəfiqəni Azərbaycan Hava Yollarında pasport qeydiyyatına düzəldəcəyini deyib və bunun müqabilində 1500 manat pul istəyib. Zərərçəkmiş şəxs1 bu barədə Şəfiqəyə bildirib və Şəfiqə razı olduqdan sonra xx.xx.2021-ci il tarixdə Şəfiqə 1500 manat pulu ona məxsus 4169 7332 1349 8392 nömrəli Kapital Bank ödəniş kartına göndərib. O pulu aldıqdan sonra Günelə deyib ki, Şəfiqə sentyabr ayına qədər işə çıxacaq. Şəfiqənin 1500 manat pulunu isə şəxsi təlabatları üçün xərcləyib. Bundan başqa, Zərərçəkmiş şəxs1 sinif yoldaşı Zərərçəkmiş şəxs3 əri Tərlanın işsiz olduğunu və onu işə düzəltməyi xahiş edib. O, Günelə Tərlan adlı şəxsi Azərbaycan Hava Yollarında qeydiyyat şöbəsində işə düzəldə biləcəyini deyib aldadıb və bunun müqabilində 1000 manat pul istəyib. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 ilə danışıqdan sonra razı olduğunu bildirib. 2021-ci ilin iyul ayının təxminən sonlarında Günel Zərərçəkmiş şəxs3 aldığı 1000 manat pulu Mərdəkan qəsəbəsində ona verib. O Günelə deyib ki, Zərərçəkmiş şəxs3 desin ki, əri sentyabr ayına qədər işə çıxacaq. Lakin o həmin pulu şəxsi təlabatları üçün xərcləyib. Bundan başqa, Zərərçəkmiş şəxs1 ondan xahiş edibi ki, qohumu Könül Qeysovanı işə düzəltsin. O, Zərərçəkmiş şəxs4 işə düzəltmək üçün Günelə bildirib ki, 1500 manat pul lazımdır. Günel Könül ilə razılaşıb Könüldən 500 manat pul alaraq onun ödəniş kartına göndərib. O, həmin pulu şəxsi təlabatları üçün xərcləyib. Daha sonra həmin pulları şəxsi təlabatları üçün xərcləyib və həmin şəxsləri işə düzəltməyib. Bundan sonra həmin şəxslər onun barəsində şikayət ediblər. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, onun həmin şəxsləri işə düzəldə biləcək səlahiyyətə və ya vəzifəyə sahib olmamışdır. O, əldə etdiyi pullardan hər hansı bir şəxsə verməmişdir. Əldə etdiyi pullardan Zərərçəkmiş şəxs1 qazanc qismində verməyib. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyandan qismən ödədiyini, himayəsində iki azyaşlı uşağının və xəstə anasının olmasını, tək ana olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı bildirdi ki, GRS advazer şirkətində şəxsi köməkçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən may ayından tanıyır. Belə ki, Gülnar ilə Mərdəkan qəsəbəsində dəniz kənarında istirahət edən zaman tanış olublar. Gülnar ilə ilk dəfə söhbət edən zaman qonşu olduğunu bildirib və beləliklə tanışlıqları başlayıb. Gülnar onunla münasibət yaratmaq üçün qonşu olduğunu deyib özünü istiqanlı aparıb. Bir müddət sonra o Gülnarın Mərdəkan qəsəbəsində yerləşən evinə gedib gəlib. İlk tanış olan zaman onun etibarını qazanmaq üçün onunla yaxından dostluq etmək istəyib. Gülnar ona Dövlət Gömrük Xidmətində işlədiyini deyib yüksək vəzifəli şəxslərlə münasibəti olduğunu və hər yerdə tanışının olduğunu bildirib. Tanış olduqdan bir ay sonra Gülnar ona deyib ki, “bütün nəslimi yaxşı işə düzəltmişəm, indi heç kəs yoxdur ki, işə düzəldəm, heyfim gəlir ki, bu qədər imkanım tanışım ola-ola heç kəsi artıq işə düzəldə bilmirəm”. O Glünarın sözlərinə inanıb və Gülnardan hansı işlər olduğunu və hansı işə düzəldə biləcəyini soruşub. Gülnar onu inandırmaq üçün ona qovluq göstərib və həmin qovluqda iş yerlərinin siyahısı və işə qəbul olunmaq üçün lazım olan sənədlərin surətləri olub. Gülnar ona bildirib ki, Gülnarın işə düzəltdiyi yerlərə elə də böyük məbləğində pul lazım deyil. Gülnar adamları işə dzəltdikdən sonra “şirinlik” olaraq az miqdarda pul alır və aldığı pulu işə götürən vəzifəli şəxslərə verir, özü isə heç bir miqdarda pul götürmür. O Gülnarın sözlərinə inanıb və həmin vaxt sürcülük vəsiqəsi olmadığı üçün Gülnardan xahiş edib ki, onun sürücülük vəsiqəsi almağında köməklik etsin. Gülnar ondan sürücülük vəsiqəsi almaq üçün 750 manat pul istəyib, belə ki, 600 manatı sürücülük vəsiqəsi verən şəxsə, 50 manatını sürücülük məktəbinə yazılmaq üçün, 100 manatı isə vəsiqəni alan zaman verməli olduğunu deyib. O inanıb və xx.xx.2021-ci il tarixdə 600 manat məbləğində pulu anası Kəmalə xanım ilə birlikdə Mərdəkan qəs. S.Yesenin küçəsində yerləşən “Görüş” restoranının qarşısında Gülnara verib. Bir gün sonra Gülnar ona zəng edərək 50 manat sürücülük məktəbinin pulunu istəyib və o, xx.xx.2021-ci il tarixdə 50 manat pulu Xəzər rayon İcra hakimiyyətinin qarşısında Gülnara verib. Bundan sonra Şəfiqə adlı tanışına belə bir adamın olduğunu deyib. Şəfiqə həmin vaxt işsiz olduğu üçün işə düzəlməsi üçün Gülnardan xahiş etməyini istəyib. Gülnar Şəfiqəyə Azərbaycan Hava Yollarında pasport qeydiyyatı yerində yaxşı vəzifəyə düzəldə biləcəyini deyib. Şəfiqə razılaşıb və o bunun müqabilində Şəfiqədən 2021-ci ilin iyul təxminən sonlarında 1500 manat pul alıb. Şəfiqə 1500 manat pulu kart vasitəsi ilə Gülanrın istifadə etdiyi 4169 7332 1349 8392 nömrəli Kapital Bank ödəniş kartına göndərib. Bundan sonra sinif yoldaşı Zərərçəkmiş şəxs3 əri Tərlan adlı şəxsin işsiz olduğu üçün Zərərçəkmiş şəxs3 ərini işə düzəlmək məqsədi ilə Gülnara müraciət edib. Gülnar Tərlanı AHY VİP qeydiyyat şöbəsində yaxşı bir vəzifəyə işə düzəldəcəyi barədə vəd verib və 2021-ci ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs3 1500 manat pulu Təqsirləndirilən şəxs vermək üçün ona verib, o isə 1500 manat pulu X3rşısında Təqsirləndirilən şəxs verib. Həmin vaxt Zərərçəkmiş şəxs3 maşında uzaqdan onlara baxıb. Çünki Gülnar heç kimnən görüşmək istəməyib və görüşməməyinin səbəbi kimi müxtəlif bəhanələr gətirib. O işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldatdığı adamlar ilə görüşmək istəmirmiş. Bundan başqa həmin ərəfədə dayısı arvadı Zərərçəkmiş şəxs4 işsiz olduğu üçün Gülnar adlı qadının olduğunu bildirib və həmin qadının Könülü yaxşı yerdə işə düzəldə biləcəyini bildirib. O Gülnara Zərərçəkmiş şəxs4 işə düzəldə bilcəyini soruşub. Gülnar heç bir problem olmadığını X12 Xidmətində yaxşı vəzifəyə düzəldə biləcəyini bildirib və bunun müqabinində 1500 manat pul istəyib. Gülnar ona dayısı arvadının yaxın qohum olduğu üçün güzəşt edəcəyini deyib və ilkin olaraq 500 manat verməli olduğunu daha sonra isə qalan pulu hissə-hissə verəcəyini deyib. O Gülnara inanıb və Könüldən 500 manat pul alarq 2021-ci ilin iyul ayının sonlarında yaşadığı Mərədəkan qəsəbəsindəki evindən Gülanrın istifadə etdiyi 4169 7332 1349 8392 nömrəli Kapital Bank ödəniş kartına göndərib. Bundan sonra həmin ərəfədə onun sürücülük vəsiqəsinin düzəlmədiyi üçün Gülnardan bu barədə soruşmağa başlayıb. Lakin Gülnar müxtəlif bəhanələrlə sürücülük vəsiqəsininin tezliklə hazır olacağını deyib aldadıb. Gülnar ona sürücülük məktəbində hələ adının getdiyini bildirib. O Gülnardan hansı sürücülük məktəbinə adını yazdırdığını soruşub. Gülnar ona adını xatırlmadığı sürücülük məktəbinə adını yazdırdığını bildirib. O artıq Gülnarın onu aldatmasından şübhələndiyi üçün Gülnarın dediyi sürücülük məktəbinə zəng edib adının həmin məktəbdə olubolmadığını soruşub. Lakin orada ona bildiriblər ki, onun adı həmin məktəbdə qeydiyyatda deyil. Artıq Gülnarın vəd verdiyi vaxt çatdıqda o Gülnardan vəd etdiyi işlərin nə vaxt düzələcəyini soruşub. Gülnar müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlayıb. O hər dəfə Gülnara zəng edib tanışlarının işi ilə bağlı və sürücülük vəsiqələri ilə bağlı soruşduqda Gülnar müxtəlif bəhanələr gətirərək onları aldadıb. Bundan sonra Gülnarın onu və tanışlarını aldadaraq pullarını ələ keçirdiyini bildikdən sonra ərizə ilə polisə müraciət edib. Həmçinin Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs DGX-də yaxşı vəzifədə işlədiyini, hər yerdə yüksək vəzifədə tanışlarının olduğunu deyib onu və tanışlarını aldatmışdır. Təqsirləndirilən şəxs aldığı pullardan ona pul verməmişdir və aralarında qazanc əldə etmək barədə qabaqcadan heç bir razılaşma olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 550 manat ödənilmiş, lakin qalan hissəsi qalmışdır, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2021-ci ilin təxminən iyun ayının sonlarında işsiz olub. Rəfiqəsinin tanışı olan Təqsirləndirilən şəxs adlı şəxs onu işə düzəldə biləcəyi barədə təklif edib. Gülnar Nəsdirova ona təklif etdi ki, onu Azərbaycan Hava Yollarında qeydiyyat şöbəsində yüksək əmək haqqı olan işə düzəldə bilər. Təqsirləndirilən şəxs onu inandırmaq üçün yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və həmin şəxsin köməkliyi ilə onu işə düzəldə biləcəyini deyib. Təqsirləndirilən şəxs onu inandırıb və bunun qarşılığında ondan 1500 manat pul istəyib. Təqsirləndirilən şəxs onu inandırmaq üçün həmçinin şəxsiyyət vəsiqəsinin surətini, 3x4 ölçüdə iki ədəd şəkil və SV istəyib. O, həmin sənədləri hazırlayib. Təqsirləndirilən şəxs onun razılığını alqıdan sonra tez tez ona və tanışı Günelə zəng edərək 1500 manat pulu verməyini istəyib. Gülnar ona pulu tez verməsə həmin yerə başqa adamı işə düzəldəcəklərini deyib onu həm inandırıb, həm də ki, tələsdirib. O 1500 manat pulu hazırladıqdan sonra 2021-ci ilin iyul ayında 1500 manat pulu İşəri şəhərdə Kapital Bank ödəniş terminalı vasitəsi ilə Gülnarın Kapital bank kartına köçürüb. Təqsirləndirilən şəxs ona zəng edib pulu aldığını və təxminən həmin ilin sentyabr ayının əvvəllərində işə çıxacağını deyib. Təqsirləndirilən şəxs vəd etdiyi müddət ərzində işə çıxamadığından onun həmin işə həvəsi azalıb və Gülnarın onu aldatdığını bilib. Çünki Təqsirləndirilən şəxs hər dəfə onu müxatəlif bəhanələrlə aldadaraq tezliklə işə çıxacağını deyib. Gülnarın onu işə düzəltmədiyini görüb başqa iş təklifələrini dəyərləndirərək başqa işə düzəlib. Sonradan Gülnardan pulunu geri qaytarmasını tələb etdikdə Gülnar onun pulunu geri qaytarmaqdan imtina edib. Sonradan bilib ki, Təqsirləndirilən şəxs onunla yanaşı rəfiqəsi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 işə düzəldəcəyi barədə yalan vəd verərək aldatmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş XXX Zərərçəkmiş şəxs3 bildirdi ki, Zərərçəkmiş şəxs1 tanıyır əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. Günel Ramazonavanı təxminən 15 ildir tanıyır Günel onun tələbə yoldaşı olub. 2021-ci ilin iyul ayında əri Tərlan İsmayıllı işsiz olub. Bu ərəfədə Günel Ramzanova bildirib ki, Təqsirləndirilən şəxs adlı tanışı var həmin adam DGX-də yüksək vəzifədə işləyir və onun başqa tanışlarını işə düəldəcək. O Güneldən xahiş edib ki, Təqsirləndirilən şəxs əri Tərlanı işə düzəltsin. Günel Təqsirləndirilən şəxs sim nömrəsini ona verib və onunla danışmağını deyib. O Təqsirləndirilən şəxs sim nömrəsini aldıqdan sonra zəng edərək kim olduğunu bildirib. Və əri Tərlanı işə düzəltməyini Gülnardan xahiş edib. Təqsirləndirilən şəxs ondanTərlanın bütün anket məlumatlarını soruşub. O Tərlanın bütün anket sənədlərini Gülnara verib. Təqsirləndirilən şəxs əri Tərlanı 1500 manat miqdarda pula Azərbaycan Hava Yollarında aylıq maaşı 800 manat olan işə düzəldəcəyini bildirib. Onlar razılaşdıqdan sonra Təqsirləndirilən şəxs ona deyib ki, pulu Günelə versin pulu Güneldən götürəcək. O bu barədə əri Tərlana bildirmək istəməyib ki, iş alındıqdan sonra hədiyyə etsin. Beləliklə 2021-ci ilin iyul ayının təxminən sonlarında təxminən günorta vaxtında o və Günel Gülnar ilə Mərdəkan qəsəbəsində yerləşən Mədəniyyət sarayının qarşısında görüşüblər. O taksidə pulu Günelə verib. Günel 1500 manat pulu ondan alaraq Gülnar ilə Mədəniyyət sarayının qarşısında görüşüb və 1500 manat pulu Gülnara verib. Gülnar onu görməsə də, o Gülnarı görüb. Belə ki, Gülnar onu inandırmaq üçün onlara yüksək vəzifədə işlədiyini və buna görə hər adamla görüşə bilmədiyi üçün onunla görüşməkdən imtina edib, Günellə görüşüb. O görüb ki, Günel ondan aldığı 1500 manat pulu Təqsirləndirilən şəxs verib. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra təxminən 3 aya Tərlanın işə çıxacağını deyib. Bundan sonra Təqsirləndirilən şəxs onlara ASAN xidmətdə sənədlər topladıb. Belə ki, Tərlanın diqlomunun, evlilik haqqında şəhadətnamənin, əmək kitabçasının və digər sənədlərin surətlərini toplayıblar və Günel həmin sənədləri Təqsirləndirilən şəxs verib. Lakin vaxt keçdikcə Təqsirləndirilən şəxs onları alıdatdığını başa düşüb. Gülnarın sözləri artıq inandırıcı olmayıb. İş barədə Təqsirləndirilən şəxs soruşduqda Gülnar müxtəlif bəhanələr və ya yalanlarla onları aldadıb. 2021-ci ilin sentyabr ayından Gülnar ilə əlaqələri kəsilib. Təqsirləndirilən şəxs onları aldadaraq uşağının xəstə olduğunu deyərək Türkiyə Cumhiriyyətinə gedəcəyini bildirib və tezliklə pulu qaytaracağını deyib. Lakin Gülnar hər dəfə müxtəlif bəhanələrlə onu və Güneli aldadaraq pulunu geri qaytarmayıb. Sonradan bilib ki, Təqsirləndirilən şəxs Günelin başqa tanışlarını və qohumlarını da, işə düzəldəcəyi barədə yalan vədlər verərək pullarını ələ keçirmişdir. O Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə danışaraq pulunu geri qaytarmasını tələb etsə də, o pulunu geri qaytarmayıb. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, 2021-ci ilin təxminən iyun ayının sonlarında işsiz olub. Qohumu Günelin tanışı olan Təqsirləndirilən şəxs adlı şəxs onu işə düzəldə biləcəyi barədə təklif edib. Təqsirləndirilən şəxs ona təklif edib ki, onu Azərbaycan Hava Yollarında Gömrük xidmətinə yüksək əmək haqqı olan işə düzəldə bilər. Təqsirləndirilən şəxs onu inandırmaq üçün yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və həmin şəxsin köməkliyi ilə onu işə düzəldə biləcəyini deyib. Təqsirləndirilən şəxs onu inandırıb və bunun qarşılığında ondan 1500 manat pul istəyib. Təqsirləndirilən şəxs onu inandırmaq üçün həmçinin şəxsiyyət vəsiqəsinin surətini, tərcümeyi halını, 3x4 ölşüdə iki ədəd şəkil və SV istəyib. O həmin sənədləri hazırlayıb. Təqsirləndirilən şəxs onun razılığını alqıdan sonra tez tez Günel vasitəsi ilə 1500 manat pulu verməyini istyib. O 1500 manat pulun 500 manatını hazır edib qohumu Günelə verib ki, Gülnara versin. Təqsirləndirilən şəxs özünü ondan gizlədib və onunla əlaqə saxlmaq istəməyib. Təqsirləndirilən şəxs özünün yüksək vəzifədə işlədiyini və bu səbəbdən çox insanın görmək istəmədiyini bəhanə gətirərək onunla görüşdən qaçıb. O Gülnar ilə yalnız Günelin vasitəsi ilə əlaqə saxlayıb. O 2021-ci ilin iyul ayının sonlarında 500 manat topladıqdan sonra həmin pulu Günelə verib, Günel isə həmin pulu kart vasitəsi ilə Təqsirləndirilən şəxs verdiyini bildirib. Günel ona deyib ki, Təqsirləndirilən şəxs deyib ki, təxminən sentyabr ayının əvvəllərində işə çıxacaq. Lakin Təqsirləndirilən şəxs vəd verdiyi vaxt gəlib çatdıqda o işə çıxmadığı üçün Güneldən xahiş edibm ki, Təqsirləndirilən şəxs işin gedişatı ilə bağlı məlumat versin. Lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr ilə vaxt alıb onları aldadırdı. Hər dəfə o işi barədə öyrənmək istədikdə Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldadıb və işə düzəltməyib. Sonradan bilib ki, Təqsirləndirilən şəxs onunla yanaşı qohumu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 işə düzəldəcəyi barədə yalan vəd verərək aldatmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanının tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid oxşar məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 qızının ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə Nəsirova X6 RPİ tərəfindən AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4, 32.4, 312.1, 320.1, 68.3 və 66.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 66.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, AZ-İ 409175 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Qarayeva (Nəsirova) Gülnar Ələkbər qızı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 aprel 2018-ci il tarixdə 107 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziyandan 550 manat ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən himaysində yaşlı anasının olmasını, tək ana olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən “Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar ilə yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur.. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs nikahı pozulmuşdur və hazırda iki azyaşlı övladı, habelə xəstə anası onun himayəsindədir. Onların maddi ehtiyaclarını Təqsirləndirilən şəxs qarşılayır, belə ki, ailədə yeganə işləyən şəxs odur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza seçilərsə bu zaman onun himayəsində olan azyaşlı uşaqlar habelə xəstə anası üçün maddi cəhətdən çətinliklər yarana bilər. Qeyd edilməlidir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların mənafelərinin müdafiəsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Məhkəmə bütün bu qeyd edilən halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda - Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı 08 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-288/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-288/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver