Məhkəmə qərarları › İş №1(003)-288/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-288/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-288/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Hacı İsgəndər küçəsi, 2-ci döngə, ev 31-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayında tanış olduğu 17 aprel 2009-cu il təvəllüdlü olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir müddət mobil telefonla əlaqə saxlayıb danışaraq tanış olmaqla görüşərək aralarında sevgi münasibətləri yaranmış Zərərçəkmiş şəxs mobil telefonunu anası Nümayəndə Abidin qızı əlindən aldığı üçün aralarında yaranmış mübahisə zəminində yaşadıqları ünvan 2 ünvanındakı evlərindən xx.xx.2024-cü il tarixdə saat 12:15 radələrində özbaşına çıxıb qaçan Zərərçəkmiş şəxs onunla “Koroğlu” metrostansiyası yaxınlığında görüşüb evdən qaçdığını bildirməklə Təqsirləndirilən şəxslə birlikdə könüllü olaraq həmin gün saat 23 radələrində ünvan 1 ünvanındakı yaşadığı evə gətirdikdən sonra evdə heç kimin olmadığı vaxt Zərərçəkmiş şəxs cinsi ehtirasını təmin etmək məqsədilə soyundurub uzandıraraq onunla arxa keçəcək nahiyyəsindən cinsi əlaqədə olmasını əvvəllcədən razılşamaqla sərtləşdirdiyi öz cinsiyyət üzvünü onun arxa keçəcəyinə yavaş-yavaş sürtməklə könüllü olaraq zor tətbiq etmədən arxa dəlikdən içəriyə salıb cinsi ehtirasını təmin etmək niyyətilə bir neçə dəfə daxili irəli-geri hərəkət etdirməklə spermasını boşaldıb cinsi ehtirasını pozğun formada təmin edərək həmin vaxtda hərəkətlərinin mahiyyətini, cinsi əlaqənin məna və xarakterini dərk etmək iqtidarına malik olan 17 aprel 2009-cu il təvəllüdlü olmaqla müqavimət göstərmək qabiliyyətinə malik on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun razılığı ilə könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, sosial şəbəkədə Zərərçəkmiş şəxs ilə tanış olmuş, aralarında sevgi münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixdə Xədicə ona evdən qaçmaq istədiyini demişdir. xx.xx.2024-cü il tarixdə tanımadığı mobil nömrədən onun istifadə etdiyi mobil nömrəsinə zəng gəlmiş, cavab verdikdə Xədicənin səsini eşitmişdir. Xədicə evdən qaçdığını demişdir. Xədicənin yerini öyerəndikdə sonuncu Bakı şəhəri, Binqədi rayonu, Biləcəri qəsəbəsində olmasını, onu götürməyini demişdir. Sonra onlar “Koroğlu” metrostansiyası yaxınlığında görüşmüşlər. Xədicəni oradan taksi ilə götürərək Xəzər rayonu, Şağan qəsəbəsinə gəlmişdir. Sonra Xədicə ilə birlikdə qardaşı X2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evinə gəlmiş, həmin günü təxminən saat 23 radələrinədək Rəhim Xəlilovun yaşadığı evdə olmuşlar sonra isə oradan çıxaraq öz yaşadığı ünvan 1 ünvanına gəlmiş, həmin zaman evdə heç kim olmamışdır. Saat 01 radələrində razılıq əsasında həmin evdə Xədicə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə evdə olan zaman polis əməkdaşları gəlmiş, onu və Xədicəni Binəqədi RPİ-nin 4-cii PŞ-nə aparmışlar. Əvvəlki məhkəmə iclasında qanuni nümayəndəsi Nümayəndə Abidin qızının iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 noyabr 2024-cü il tarixdə yaşadıqları ünvanda olan zaman anası Gülbikə onun mobil telefonda Bəxtiyarla danışmağını görmüş və mobil telefonu əlindən almaq istəmişdir. O, hamam otağına qaçmış və Bəxtiyara “İnstaqram” sosial şəbəkəsində anasının onunla danışdığını öyrənməsini demişdir. Sonra Xədicə hamam otağından çıxmış və anası mobil telefonu onun əlindən almışdır. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində evdən küçəyə çıxaraq gəzməyə başlamışdır. Sonra tanımadığı şəxsin mobil telefonu ilə Bəxtiyarla əlaqə saxlamış və ona evdən qaçdığını demişdir. Təqsirləndirilən şəxs isə taksiyə əyləşərək “Koroğlu” metrostansiyası yaxınlığına gəlməyini demişdir. “Koroğlu” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxslə görüşmüş, onunla birlikdə taksiyə əyləşərək Təqsirləndirilən şəxs adını bilmədiyi qardaşının evinə getmişlər. Sonra Bəxtiyarın Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evinə getmişlər. Həmin zaman evdə heç kim olmamışdır. Saat 01 radələrində evdə olan zaman Bəxtiyarla könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bəxtiyar onun 15 yaşının olmasını bilmişdir. xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları gələrək onları qaldıqları evdən götürərək Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2024-cü il tarixdə təxminən saat 08 radələrində yaşadığı evə gəlmişdir. Bəxtiyar ona sonradan adını bildiyi Zərərçəkmiş şəxs qaçırtmasını, onunla evlənəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə ümumi söhbət etmiş, 02 dekabr 2024-cü il tarixdə isə polis əməkdaşları gələrək Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Şahid əlavə olaraq Zərərçəkmiş şəxs yaşı barədə məlumatının olmamasını, həmçinin Zərərçəkmiş şəxs evdən qaçması barədə məlumatsız olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 545 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, dəqiq müddəti bildirmək mümkün deyildir. Zərərçəkmiş şəxs sol baldır, sol diz nahiyələrinin və boynun sağ yan səthinin qançırları müəyyən edildi. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törətmişlər, törənmə müddətləri müayinədən 1-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir; - 18 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tatınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - 18 yanvar 2025-ci il tarixli qanuni nümayəndə qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə Abidin qızı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır; - Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ə.İsgəndərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ə.İsgəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısıdır və “Laçının azad olunmasına görə” medalla təltif edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kortekasında heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Ekspertiza Mərkəzi" Publik hüquqi şəxsi Məhkəmə Psixiatrik ekspertizasının verdiyi xx.xx.2025-ci il tarixli, 461 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Elşəm oğlundan halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işin materialları, anamestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, hımçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi Məhkəmə-psixoloji ekspertizasının verdiyi xx.xx.2025-ci il tarixli, 340 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərinə görə ünsiyyətçil, həssas, emosional, etiraz etməyi bacaran, nəticəsini düşünmədən davranan, tez qərar verən şəxsdir. Zərərçəkmiş şəxs yaş və fəri-psixi xüsusiyyətlərindən intellektual inkişafı və emosional halından asılı olaraq qərarın təsviri hissəsində göstərilən hüquqazidd hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli intellektual inkişafı normaya uyğundur gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərinin xarakter və mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk etmək iqtidarındadır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspetiza və X3” Publik hüquqi şəxsi verdiyi xx.xx.2025-ci il tarixli, 78 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlrə müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 115 manat olmaqla, cəmi 235 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar