Məhkəmə qərarları › İş №1(003)-289/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-289/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-289/2020 14.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİ qrup Qarabağ müharibəsi əlili, subay, himayəsində iki azyaşlı uşağı olan, “xxxxxxx” MMC-nin direktoru işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi pasport qeydiyyatında olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Südtərəvəz sovxozu ev 1 ünvanında yaşayan, barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-246/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Xəzər” marketin qarşısında naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib qanunsuz daşıyaraq özündə və avtomobilində saxlamışdır. Belə ki, xx xxx 2020-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Süd-tərəvəz sovxozu ev 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılmış, keçirilmiş baxış zamanı əlindəki 4 ədəd kağız bükülüdə və idarə etdiyi “Xəzər LX” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının qarşısındakı saxlanc yerində olan 2 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 8.30 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 1961-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində doğulmuşdur, ailəli olub, 6 övladı, 10 nəvəsi vardır. 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, İİ qrup Qarabağ müharibəsi əlilidir. Ayda təxminən 4-5 dəfə spirtli içki qəbul etmiş, spirtli içki qəbul etdikdən sonra ürəyi marixuana çəkmək istəmiş, axır zamanlar başında olan kəskin ağrılara görə səhhəti ilə əlaqədar olaraq, tanımadığı şəxsdən aldığı narkotik vasitə olan marixuananı hərdənbir çəkmişdir. Marixuana lazım olduqda adını bilmədiyi marixuana satıcısına zəng edərək şəxsi istifadəsi üçün marixuana sifariş vermişdir. xx xxx 2020-ci il tarixdə marixuana satan, adını bilmədiyi şəxsə 20 manatlıq narkotik vasitə marixuana sifariş verərək, gəlib götürəcəyini demişdir. Evdə ağrıkəsici dərmanı olmadığına görə öz avtomobilini idarə etmək istəməmiş, tələsdiyi üçün taksi sürücüsü işləyən tanışı Hicran Zülfüqarovun “Mercedes” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Xəzər” marketin yanına getmiş, Hicran avtomobildə qalmış, o isə avtomobildən düşüb “Xəzər” marketin yanındakı aptekə getmiş, özünə adını xatırlamadığı başağrısı dərmanı almış, təxminən 10 dəqiqə sonra avtomobilə qayıtmış və həmin taksi ilə evə gəlmişdir. Evin qarşısında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, daha sonra həmin Xidmətin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, protokolda üzərində qurudulmuş marixuananın aşkar edildiyi qeyd olunmuş, o isə bununla razı olmadığı üçün protokolu imzalamaqdan imtina etmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, o, 2000-ci ilə qədər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, 2002-ci ildə cəzasının sonu ilə azad edilmiş və normal həyat yoluna qədəm qoymuşdur. xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin çoxsaylı əməkdaşları tərəfindən “Xəzər” marketin yanında saxlanılmış və üzərinə narkotik vasitə qoymağa cəhd edilmiş, bu cəhd baş tutmadıqda isə onlar onu evinə gətirmişlər. DTX əməkdaşları evinin içərisindəki stolun üstündə olan kompüteri açaraq oradakı şəkillərə, o cümlədən ailə üzvlərinin şəkillərinə onun iştirakı ilə baxmağa başlamış, onlardan ikisi ondan həyətdə saxladığı “Xəzər LX” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını istəmiş, o, onlara açarların otağın pəncərəsi qarşısında olduğunu demiş və onlar açarları götürüb otaqdan çıxmışlar. Başı otaqda kompüterə DTX əməkdaşları tərəfindən keçirilən baxışa qarışdığından, avtomobilin açarlarını ondan götürüb otaqdan çıxanların sonrakı hərəkətlərini görə bilməmişdir. Bir azdan sonra DTX əməkdaşları həyətdə saxladığı həmin avtomobilə də baxış keçirmək istədiklərini bildirmiş və o, özünə tam arxayın olduğu üçün, buna etiraz etməyərək onlarla birlikdə avtomobilin yanına getmiş, hətta onları avtomobilinə baxmağa özü dəvət etmişdir. DTX əməkdaşları avtomobilə baxış keçirərkən əvvəlcə heç nə tapmamışlar, sonra isə avtomobilin qabaq sərnişin oturacağının qarşısındakı saxlanc yerindən 2 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 8.30 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər. Buna çox təəccüblənmişdir, çünki, oturacağın qarşısındakı saxlanc yeri açarla əvvəllər çox çətin açılırdı, indi isə dərhal açılmışdır. Başa düşmüşdür ki, oturacağın qarşısındakı saxlanc yeri rahat açılmadığı üçün onlar onu qırıb sonra birtəhər yerinə bərkitmişlər ki, lazım olanda dərhal aça bilsinlər. Narkotik vasitə qəbul etmədiyi, almadığı, üstündə və avtomobilində gəzdirmədiyi halda, ona şər atılmış, həmin cinayət əməlini etiraf etməsi ondan tələb edilmişdir. DTXəməkdaşları bu dəfə onu tamamilə nahaqdan tutmuşlar, çünki, o, xx xxxx 2002-ci ildə azadlığa çıxandan indiyə qədər heç bir cinayət törətməmişdir. İİ qrup Qarabağ müharibəsi əlilidir, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1göstərdi ki, xx xxx 2020-ci il tarixdə, təxminən saat 23 radələrində Buzovna qəsəbəsində işləri olduğundan həmin qəsəbəyə getmiş, xx xxx 2020-ci il tarixdə, təxminən saat 00:10 radələrində Buzovna qəsəbəsindən Mərdəkan qəsəbəsi istiqamətinə gedən yolun kənarında olduğu zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim edərək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu demiş və onu yaxınlıqda yerləşən evin qarşısına dəvət etmişdir. Həmin əməkdaşın göstərdiyi əraziyə yaxınlaşmış və o, ona orada bir nəfər tanımadığı şəxsi təqdim edərək onun adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra digər tanımadığı şəxsə və ona hal şahidi qismində dəvət edildikləri deyilərək hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs əlində olan bağlamaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan 4 ədəd ağ rəngli kağıza bükülmüş bağlamada spesfik iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar quru ot kütləsi aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs evinin qarşısında olan “Xəzər LX” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomaşına iştirakları ilə baxış keçirilmiş, avtomaşının qabaq sağ sərnişin oturacağının qarşısında olan saxlanc yerində 2 ədəd kibrit qutusu aşkar olunmuş və qutuların içərisinə baxdıqda spesfik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Həmin 4 ədəd bağlama və 2 ədəd kibrit qutusu qablaşdırılaraq götürülmüş, iştirakları ilə imzalanaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşınından və evindən 1 ədəd “xxxxxxx” İnşaat MMC-yə məxsus arayış, üzərində müxtəlif yazılar olan 2 vərəq, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Reddmi” markalı mobil telefon aşkarlanmış, həmin əşyalar da həmin Xidmətin əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bundan sonra protokol tərtib olunmuş, o və digər tanımadığı hal şahidi həmin protokolu imzalamış, lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/362 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,651 qram, 3,143 qram, 04 (dörd) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,297 qram, 2) 0,330 qram 3) 0,368 qram və 4) 0,311 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 8,10 qramdır.Qeyd: Marixuananın ümumi təmiz çəkisi: 8,10 qram; tədqiqata sərf edildi: 0,18 qram; qalıq: 7,92 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir. (Bax iş vərəqə : 122-124). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx xxxx 2020-ci il tarixli, 1797 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Bax iş vərəqə : 134-135). İş materiallarında olan xx xxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, xx xxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsindəki evinin qarşısında saxlanmış, hal şahidlərinin iştirakları ilə onun əlindəki 04 ədəd ağ rəngli kağıza bükülmüş bükülüyə keçirilmiş baxış zamanı oradan spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkarlanmış, bundan sonra Təqsirləndirilən şəxs evinin qarşısında dayanmış ona məxsus “Xəzər LX” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ sərnişin oturacağının qarşısında olan saxlanc yerində 02 ədəd kibrit qutusu aşkarlanmış, qeyd edilən qutuların içərisinə baxılarkən oradan spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkarlanmışdır. Qablaşdırılmış halda təxmini çəkisi 02 qrama yaxın olan 04 ədəd bükülü və təxmini çəkisi qablaşdırılmış halda 13 qrama 02 ədəd kibrit qutusu hal şahidlərinin iştirakı ilə kağız zərfə qablaşdırılaraq, AR DTX-nin 95 nömrəli möhürü ilə möhürlənmiş və protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, onun yaşadığı ünvandan və ona məxsus avtomobildən “xxxxxxx” inşaat MMC-yə məxsus arayış, üzərində müxtəlif yazılar olan 02 vərəq və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Qeyd olunan əşyalardan başqa saxlanılan şəxsdən, onun yaşadığı ünvandan və avtomobildən iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir digər əşya aşkarlanmamışdır. Aşkar olunmuş əşyalar hal şahidlərinin iştirakı ilə kağız zərfə qablaşdırılaraq, AR DTX-nin 95 nömrəli möhürü ilə möhürlənmiş və protokola əlavə edilmişdir. Qeyd oluanan narkotik vasitələr qablaşdırılmış halda “QCPACS” markalı elektron tərəzi ilə çəkilmişdir. (Bax iş vərəqə : 16- 18). İş materiallarında olan xx xxx 2020-ci il tarixli, 019 nömrəli arayışdan görünür ki, tədqiqata təqdim edilən təmiz çəkisi 8,30 qram (səkkiz tam yüzdə otuz) qram, qalıq çəkisi 8,10 qram olan yaşıl çalarlı bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Bax iş vərəqə : 19). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə şahidlər Şahid2 və Şahid1 ilə aralarında üzləşdirmə istintaq hərəkətinin aparılması üçün Azərbaycan Respublikası CPM-nin 235-ci maddəsində nəzərdə tutulan tələblər rəhbər tutulmaqla Bakı şəhəri Xəzər RPİ İŞ-nə dəvət edilərək müvafiq şərait yaradılmış, lakin Təqsirləndirilən şəxs şifahi qaydada ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini və buna görə də, Azərbaycan Respublikası CPM-nin 91.5.10-cu maddəsində nəzərdə tutulan ifadə verməkdən imtina etmək hüququndan istifadə edərək cinayət işi üzrə şahidlər Şahid2 və Şahid1 ilə üzləşməkdən imtina etdiyini bildirmişdir. (Bax iş vərəqə : 149). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,30 qram çəkidə narkotik vasitə marixuana xx xxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizlik Xidmətində mütəxəssis tədqiqatından, Məhkəmə Ekspertizası Mərkəzində aparılan tədqiqatdan sonra qalmış 7,92 qramı isə məhkəmənin hökmü çıxarılanadək saxlanılması üçün xx xxxxxx 2020-ci il tarixdə Xəzər RPİ-nin Maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (Bax iş vərəqə : 156-165; 171). İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2014-cü il tarixli 709 saylı Qərarından görünür ki, Yevlax RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş Təqsirləndirilən şəxs döyüş zonasında hərbi xidmət keçərkən xx xxxxxx 1992-ci ildə avtomobilin minaya düşməsi nəticəsində aldığı və xx xxxxxx 1992-ci ildən xx xxxxxxxx 1992-ci ilə kimi Tərtər rayon Mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma – diaqnoz: “Qapalı kəllə-beyin travması. Sol bazu oynağının əzilməsi. Dərinin sıyrılması” - “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai birliyi tərəfindən verilmiş Ə № 008945 saylı Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxxx 2015ci il təvəllüdlü X3 və xx xxx 2018-ci il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-246/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 174/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib qanunsuz daşıyaraq özündə və avtomobilində saxlaması faktı özünün şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə iclasında şübhəli şəxs qismində üzərində və istifadəsində olan “Xəzər LX” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən narkotik vasitə çıxmadığını, ona şər atıldığını və özünü təqsirli bilmədiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə verdiyi ilkin ifadəsində narkotik vasitə istifadəçisi olması, həmçinin xx xxx 2020-ci il tarixdə marixuana satan, adını bilmədiyi şəxsə 20 manat dəyərində narkotik vasitə marixuana sifariş verməsi, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının baxış keçirərək protokolda qurudulmuş marixuananın aşkar edilməsi ilə bağlı bildirdikləri, xx xxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında protokol”, hal şahidləri Şahid2 və Şahid1 ifadələri, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/362 nömrəli rəyi, Respublika Narkoloji X4 Şəxsin xx xxxx 2020-ci il tarixli, 1797 nömrəli rəyində Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etməsinin göstərilməsi və iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz daşıyaraq özündə və avtomobilində saxlaması faktı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, İİ qrup Qarabağ müharibəsi əlili olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut - Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 7,92 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 89,00 (səksən doqquz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 7,92 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89,00 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar