Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-289/2021 13.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2020ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 7-ci döngə, nömrəsiz evdə olarkən bacısı X7 rəsmi münasibəti olmadan başqa kişi cinsli şəxslərlə əlaqə yaradıb görüşməsi barədə mütəmadi iradlarından nəticə çıxarmaması səbəbindən bu hərəkətlərinə son qoyması üçün artıq özü ilə bərabər bağ evində birlikdə yaşaması üçün sonuncunu bağ evinə gətirdikdən bir müddət sonra Gəncə şəhərində olarkən gecə zəng edib harada olmasını soruşduğu zaman bacısının ona “parkdayam” deyib daha sonra telefon zənglərinə cavab verməməsi səbəbindən bacısını yenə kişi cinsli şəxslə rəsmi münasibəti olmadan görüşdüyünü yəqin edib bu barədə bacısı ilə söhbət edib məsələni aydınlaşdırmaq üçün 20 sentyabr 2020-ci il tarixdə saat təxminən 08 radələrində evə gəlmiş, evin ikinci mərtəbəsində olarkən bacısına məxsus “Samsung” markalı planşetdə bacısının başqa kişi cinsli şəxslə intim mesajlarını görüb təxminən saat 10 radələrində birinci mərtəbəyə endikdən sonra bacısına bu barədə bildirib nəyə görə əxlaqsız hərəkətlərindən əl çəkməməsi, ailələrinin adına nəyə görə ləkə gətirməsini soruşduqdan sonra Aydan Babayevanın cavab olaraq onu, ailəsini nalayiq ifadələrlə söyüb təhqir etməsi səbəbindən otaqda pəncərənin kənarında saxladığı, özünə məxsus “İJ-18” modelli, təklüləli ov tüfəngini götürüb bacısına istiqamətdə tuşlayıb atəş açaraq Aydan Babayevanı qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, X14 onun doğma bacısıdır. Bacısıyla hər hansı düşmənçilik və ədavəti olmamışdır. Aydan tanıdığı bütün şəxslərlə münasibətdə yaxşı olmuş, bacısının başqa şəxslərlə düşmənçilik və ədavət etməsinin şahidi olmamış və bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Onun Aydanı heç vaxt öldürmək fikri və niyyəti olmamışdır. Sadəcə Aydanın ölümündən öncə onu və ailəsini dilə gətirilə bilinməyəcək ifadələrlə təhqir etməsinə və illər boyunca əxlaqsız hərəkətlər etməsinə görə onda dözülməz hal yaratdığına görə Aydanı öldürmüşdür. Belə ki, Aydan tək bacısı olmuş, Aydandan başqa 3 qardaşı vardır. Bacısı Aydan 2014-cü ilin əvvəllərində ailə həyatı qurmuş və hamilə olarkən ailədaxili səbəblərə görə ərindən ayrılmışdır. Aydanın ərindən ayrıldıqdan bir neçə gün sonra başqa kişi cinsli şəxslə sevgili kimi danışmasını aşkar etmişdir və həmin vaxt evdə sözlü mübahisələri olmuş Aydana başqa kişi cinsli şəxslərlə müvəqqəti sevgili kimi danışmamasını, belə tərbiyəsiz hərəkətlərə yol verməməsini, etdiyi hərəkətlərin ailələrinin şərəf və ləyaqətinə xələl gətirə biləcəyini demişdir. Ona görə o, ümumiyyətlə həm Aydandan, həm evdəki ailə üzvlərindən inciyərək yaşadığı evdən çıxıb kirayə halda yaşamağa başlamışdır. Həmin vaxtlar, yəni 2014-cü ilin sentyabr ayında Azərbaycan Kooperasiya Universitetinə daxil olmuşdur. Həmin ərəfələrdə Aydanın bir oğlu olmuşdur. Təhsil aldığı müddətdə yenə evdəkilərlə tam əlaqəni kəsməmiş, evdəkilərlə, həmçinin Aydanla əlaqə saxlayaraq maraqlanmışdır. Hər əlaqə saxladığında Aydana hərəkətlərinə diqqət etməsini, hər pis hərəkətində qardaşlarını və atasını gözünün qabağına gətirməsini və pis hərəkətlərdən uzaq durmasını bildirmişdir. Ayrı yaşadığı müddətdə də dəfələrlə Aydanın başqa kişi cinsli şəxslərlə görüşdüyünü ordan-burdan eşitmiş və hər dəfə Aydanı namuslarını gözləməsini, hərəkətlərini ailəsinin adına yaraşan formada etməsini demişdir. 2018-ci ilin iyun ayında universitetin bakalavr pilləsini bitirdikdən sonra hərbi xidmətə yollanmış və 2019-cu ildə hərbi xidmətini başa vuraraq ordu sıralarından təxris olunmuşdur. Daha sonra Türkan qəsəbəsində atasıyla birlikdə yaşamağa başlamışdır. Bütün bu illər ərzində bacısı gah atasıgildə, gah kirayələrdə qalmışdır. O, bacısı kirayə qaldığı dövrlərdə də həmişə bacısına kirayə halda tək qalmamasını, evə köçüb qalmasını demişdir. Bacısının onun qeyrəti olduğunu düşünərək həmişə bacısının hərəkətləri ilə mütəmadi olaraq maraqlanmışdır. Müəyyən etmişdir ki, bacısı kirayə pulu verməklə ayrıca evdə yaşayır və hansısa kişi ilə sevgili kimi görüşür. Bununla bağlı bacısıyla danışdığında bacısı yetişkin biri olduğunu, ərindən ayrıldığını və kiminlə görüşməsinin özünün şəxsi işi olduğunu bildirmişdir. O, bacısına həmin vaxt sözlü irad bildirib üstünə qışqıraraq həddini bilməsini, tərbiyəsiz hərəkətlər etməklə ailəsinin qürurunu tapdalamasına icazə verməyəcəyini deyib, bacısına bundan sonra onun Türkan qəsəbəsində olan evində onunla birlikdə qalacağını bildirmişdir. Türkan qəsəbəsində olan evi təmirsiz ev olsa da, həyətə giriş darvazası olmasa da, evdə yaşamaq üçün şərait olmuşdur. O, bacısını həmin evə gətirərək burada qalmasını söyləyib, başqa kişi cinsli şəxslərlə görüşməməsini, yavaş-yavaş evi təmir edəcəklərini və birlikdə mehriban yaşayacaqlarını da demişdir. Aydana həmçinin bildirmişdir ki, “görüşdüyün kişi cinsli şəxs yalnız sənin gələcək ərin ola bilər, başqa heç bir halda kişi cinsli şəxslərlə görüşüb sevgili kimi, yəni intim münasibət qurmağına heç vaxt razı ola bilmərəm. Sənin tərbiyəsiz və əxlaqsız hərəkətlər etməyin ailəmizin, nəslimizin yaşadığımız qəsəbədə, həmçinin bizi tanıyanlar arasında papağımızı yerə soxar, həmçinin də qeyrətimizi, şərəfimizi və kişiliyimizi şübhə altına alar.” Aydan ona daha kişi cinsli şəxslərlə görüşməyəcəyini, sözlərinə qulaq asacağını bildirmişdir. 18 sentyabr 2020-ci il tarixdə dostuyla birlikdə Gəncə şəhərinə getmişdir. Həmin vaxt axşam təxminən saat 23 radələrində Aydanla danışıb salamatçılıq olub-olmadığını soruşmuşdur. Aydan ona şəhərdə oğlu ilə birlikdə gəzdiyini demişdir. Aydanın oğlu çox vaxt Aydanın keçmiş ərinin anasıgildə qalmışdır. O, telefonda Aydana gecə vaxtı gəzməməsini, oğlunu atasıgilə təhvil verib tez evə qayıtmasını demişdir. Lakin Aydana daha sonra zəng etsə də, Aydanla əlaqə yarada bilməmişdir. Aydan telefonunu söndürmüşdür. O, Aydanın gecə evə gəlmədiyini başa düşmüşdür. Fikirləşmişdir ki, Aydan gecə evə gəlməyibsə, yəqin yenə kişi cinsli şəxslə hardasa gecələmişdir. O, 19 sentyabr 2020-ci il tarixdə Bakıya qayıtdıqdan sonra gecəni atasının yanında gecələmişdir. Səhər tezdən təxminən saat 08 radələrində Türkan qəsəbəsində yerləşən Aydan qalan bağ evinə gəlmişdir. Aydan həmin evdə birinci mərtəbədə zalda yatmışdır. Aydanın yerdə yatdığını görüb ikinci mərtəbəyə qalxıb balkonda divanda oturub Aydanın yuxudan durmasını gözləmişdir. Fikri Aydanla danışmaq və həmin axşam gecəni harada olmasını soruşmaqdan ibarət olmuşdur. Həmin vaxt balkonda Aydanın “planşet”ini görmüşdür. Aydan “planşet”dən həmçinin telefon kimi də istifadə etmişdir. Planşet kodsuz olduğu üçün Aydanın “Whatsapp” yazışmalarına daxil olmuşdur. Həmin vaxt Aydanın “Səbiş” kimi qeyd etdiyi şəxslə yazışmalarını oxuduqda, bilmişdir ki, “Səbiş” əslində kişi adıdır və Aydan həmin kişi ilə sevgili kimi münasibət qurmuşdur. Yenə də Aydanla səbrlə danışmağı üçün Allahdan özünə səbr diləmiş və namaz əşyalarını götürüb namaz qılmışdır və namazda Aydana ağıl verməsini, Aydanı düz yola gətirməsini, Aydanın əxlaqsız hərəkətlərdən uzaq olmasını, bacısının onların şərəf və ləyaqətlərinə xələl gətirməməsini Allahdan istəmişdir. Saat təxminən 10 radələrində aşağı düşdüyündə Aydanın yatağında yarı oturulu vəziyyətdə olduğunu, yəni yuxudan durduğunu görmüşdür. Həmin otağa daxil olaraq qapının yaxınlığından Aydana nəyə görə o gün gecə evə gəlməməsini, gecəni harada və kiminlə olmasını, nəyə görə özünə və ailələrinə yaraşmayan hərəkətlər etməsini soruşmuşdur. Aydan ona həmin gecə sadəcə olaraq gəzdiyini, telefonunun “zaryadka”sının qurtardığını demişdir. O, Aydanın qeyrisəmimi olduğunu görüb bacısına bundan sonra onun icazəsi olmadan evdən çıxmayacağını, etdiyi pis hərəkətlərə görə tövbə etməyincəyə qədər sonuncu ilə danışmayacağını bildirmiş və üzünü çevirib getmək istərkən Aydan ona və ailə üzvlərinə qarşı təhirqamiz ifadələr işlətmişdir. O, həmin anda “şok” vəziyyətində olmuş, həyəcanından nə edəcəyini, nə cavab verəcəyini bilməmişdir. Bir anlq gözləri qaralmışdır. Özünü tamamilə itirmişdir. Sonradan yadına düşür ki, içinə bir gərginlik, qəzəb dolmuşdu sanki. Çünki Aydandan belə cavab, tərbiyəsiz sözlər eşidəcəyini gözləməmişdir. Aydanın hərəkətləri, üstəlik həmin anda işlətdiyi təhqiramiz, nalayiq ifadələr onu sarsıtmışdır. O, o qədər təsirlənmişdir ki, hadisənin sonrakı gedişatını xatırlamamışdır. Onu deyə bilər ki, evin pəncərəsində təklüləli ov tüfəngi saxlayır. O, sonradan nə qədər fikirləşsə də, tüfəngi necə götürməsini, Aydanı necə vurmasını tam olaraq yadına sala bilmir. Ancaq atəş səsi hələ də qulağındadır. Həmin vaxt özünü elə zəif, elə gücsüz hiss etmişdir ki, addım ata bilməmişdir. Bütün bədəni keyimişdir. Dayandığı yerdə nə qədər qaldığını bilmir. Aydan yerində olmuş, ancaq tərpənməmişdir. Onunsa əlində tüfəng var idi. Nə baş verdiyini anlamağa çalışmışdır. Özünü zəif, taqətsiz hiss etmişdir. Nə qədər vaxt keçdiyini bilməmişdir. Sonra isə tüfəngi öz avtomaşınına qoyub şəhərə getmişdir. Tüfəngi niyə özüylə götürdüyünü bilmir. Şəhərə necə getməsi, avtomobili necə idarə etməsi dumanlı yadındadır. Bu vaxt Aydanla mübahisələri, sonuncunun nalayiq ifadələri yadına düşməyə başlamışdır. Qulağında isə atəşin səsi varmış. Yenidən həyəcan onu bürümüşdür. Daha avtomobili idarə edə bilməmişdir. Dostu Turqut gəlmiş, o, dostuna “deyəsən, Aydanı vurmuşam” demişdir. Turqut atasına deməyə getmişdir. O isə Nərimanov rayonunda yerləşən parkda oturub qalmışdır. Daha sonra Turqut dostu Eminə zəng edib onun həyəcanlı olduğunu, avtomaşın idarə edə bilməyəcəyini və onu Türkan qəsəbəsinə aparmasını demişdir. Daha sonra Türkan qəsəbəsinə gəlmiş və tüfəngi avtomobildən götürüb könüllü olaraq polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisilə barışdığını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, mərhum X14 onun doğma qızıdır. Qızı Aydan çox səmimi və mehriban insan olmuşdur. Aydanın hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət olduğunun şahidi olmamış, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Aydan tanıdığı bütün şəxslərlə münasibətdə yaxşı olmuşdur. Aydan 2014-cü ilin əvvəllərində ailə həyatı qurmuş və hamilə olarkən ailədaxili səbəblərə görə ərindən ayrılmışdır. Aydanın ərindən ayrıldıqdan sonra bir ana kimi qızının başqa kişi şəxslərlə görüşdüyünü hiss etmiş, lakin həmişə qızına başa salmışdır ki, atasının, qardaşının və onun namusuna ləkə salacaq hərəkətlər etməsin. Qızı bir neçə dəfə qardaşı və atasının ünvanına nalayiq ifadələr işlətmiş və işinə qarışmamaları barədə deyinmişdir. Lakin o, hər dəfəsində qızına söyüşlə danışmasının həm özünə, həm ailəsinə yaraşmadığını, ata və qardaşına, böyüklərə hörmətlə yanaşmasını bildirmişdir. Bununla bağlı Məhəmmədəli bir neçə dəfə Aydana başqa kişi cinsli şəxslərlə gizli görüşməsindən xəbərdar olmasını, bu hərəkətlərindən əl çəkməsini, ailələrinin şərəf və ləyaqətinə xələl gətirməməsini bildirmişdir. Məhəmmədəli bir müddət Aydanın söz eşitməməsi səbəbindən həm Aydandan, həm də valideynlərindən inciyərək evdən çıxıb kirayə halda yaşamağa başlamışdır. Amma həmin vaxtlarda da Məhəmmədəlinin ürəyi yumşalmış, yenə də bacısı ilə maraqlanmışdır. Həmin ərəfələrdə də Məhəmmədəli Aydana hərəkətlərinə diqqət etməsini, hər pis hərəkətində qardaşlarını və atasını gözünün qabağına gətirməsini və pis hərəkətlərdən uzaq durmasını bildirmişdir. 2019-cu ildə Məhəmmədəli hərbi xidmətini başa vuraraq ordu sıralarından tərxis olunmuş və daha sonra Türkan qəsəbəsində atasıyla birlikdə yaşamağa başlamışdır. Bacısının qeydinə qalan Məhəmmədəli bacısının hərəkətləri ilə mütəmadi olaraq maraqlanmışdır. Aydan çox vaxtlarda kirayə pulu verməklə ayrıca evdə yaşamışdır. Son zamanlarda Məhəmmədəli Aydanın hansısa kişi ilə sevgili kimi görüşməsindən şübhələnib Aydanla hərəkətlərinə diqqət etməsi barədə danışmış və Məhəmmədəli Aydana tərbiyəsiz hərəkətlər etməklə ailələrinin qürurunu tapdalamasına icazə verməyəcəyini deyib, Aydana bundan sonra Türkan qəsəbəsində olan Məhəmmədəliyə məxsus evdə qalacağını bildirmişdir. Türkan qəsəbəsində olan evləri təmirsiz ev olsa da, həyətə giriş darvazası olmasa da, evdə yaşamaq üçün şərait olmuşdur. Məhəmmədəli həmin vaxt demişdir ki, Aydan sözlərinə qulaq assa və istədikləri tərbiyənin sahibi olsa, Aydanın ürəyi nə istəsə, onu da Aydan üçün edəcəkdir. Çünki Məhəmmədəli dünyada ən çox Aydanı çox istəmişdir. Məhəmmədəli ələ pul düşdükcə, yavaş-yavaş evi təmir edəcəyini və Aydanla birlikdə mehriban yaşayacağını qeyd etmişdir. Məhəmmədəli Aydana həmçinin bildirmişdir ki, Aydanın görüşdüyü kişi yalnız Aydanın gələcəkdəki əri ola bilər. Aydan qardaşı Məhəmmədəliyə daha kişi cinsli şəxslərlə görüşməyəcəyini, sözlərinə qulaq asacağını demişdir. O, 20 sentyabr 2020-ci il tarixdə evdə olarkən Məhəmmədəlinin Aydanı güllə ilə vurmasını eşitmişdir. Xəstəxanaya gəldiyi vaxt Aydanın öldüyünü bilmişdir. Aydanın Məhəmmədəli tərəfindən dəqiq öldürülmə səbəbini bilməsə də, belə fikirləşmişdir ki, Aydanı canından çox sevən birisi olaraq Məhəmmədəli yəqin Aydanın hansısa səhv hərəkətini tutmuş, Aydanın danışığı və hərəkəti Məhəmmədəlini hövsələdən çıxarmış və nəhayətində Məhəmmədəli bir anlıq özünü itirərək belə bir hərəkətə yol vermişdir. O, Aydanın hansı kişi cinsli şəxslərlə görüşdüyünü heç vaxt bilməmiş, amma hiss etmişdir ki, Aydan kişi cinsli şəxslərlə gizli görüşür. Ona görə də bu barədə Məhəmmədəli, o və atası tərəfindən Aydana dəfərlərlə xəbərdarlıqlar olunmuşdur. Aydan onun yanında olarkən Məhəmmədəli və atası Rahilin ünvanına qeyri-etik ifadələr işlədərək təhqir etmiş, öz hərəkətlərinə bəraət qazandırmaq istəmişdir. Lakin o, Aydana söyüş söyməsinin qadın kimi sonuncuya layiq olmamasını bildirmiş və Aydanı ata və qardaşlarının sözündən çıxmaması barədə tənbeh etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən onunla barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, X16, X15 eyni məzmunlu ifadələr verərək zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, X9 təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır və təxminən 1 ildən çox müddətdə Aydanla münasibətləri daha da yaxınlaşmış və Aydanla rəfiqə olmuşlar. Təqsirləndirilən şəxs də Aydanın qardaşı kimi tanımışdır. Onun Aydanla, Məhəmmədəli ilə və başqa şəxslərlə aralarında düşmənçilik və ədavət olmamışdır. Aydanın da, Məhəmmədəlinin də kiminləsə düşmənçilik və ədavət etməsinin şahidi olmamış, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Aydan çox səmimi, deyib-gülən biri olmuşdur. Aydanı tanıyan biri kimi deyə bilər ki, Aydan Məhəmmədəlini çox istəmişdir. Münasibətlərdən görmüşdür ki, Məhəmmədəli də Aydanı çox istəmiş və demək olar ki, hər vaxt Aydanla maraqlanmışdır. Məhəmmədəli həmişə istəmişdir ki, Aydan kiminləsə evlənsin və xoşbəxt olsun. Aydanın Səməndər adlı sevgilisi olduğundan xəbərdar olmuşdur. Ümumiyyətlə Aydanın hansı kişi cinsli şəxslərlə oturubdurması ilə maraqlanmamış, lakin ümumi söhbətlərdən bilmişdir ki, Aydan Səməndər adlı şəxslə daha çox görüşür. Səməndərlə Aydanın harada görüşüb-söhbət etmələrindən məlumatı olmamışdır. Aydan Səməndərlə qeyrirəsmi, gizli görüşdüyü üçün bunu qardaşı Məhəmmədəli və ailəsindən gizlətmişdir. Çünki bilmişdir ki, ailəsi Aydanın kiminləsə gizli sevgi münasibətində olmasını istəmir. O, Aydanla rəfiqə olduqdan sonra dəfələrlə Aydangildə birlikdə qalmışlar. Aydan ölümündən səhv etmirsə, təxminən 2-3 ay əvvəl qardaşı Məhəmmədəlinin Türkan qəsəbəsindəki bağ evində qalmışdır. O, həmin bağ evində də Aydanla birlikdə bir neçə dəfə qalmışdır. Ümumi söhbətlərdən bilmişdir ki, deyəsən, Məhəmmədəli Aydanın başqa kişi cinsli şəxslə görüşməsindən şübhələnib, Aydanı öz bağına gətirmişdir ki, həmin bağda qalıb etdiyi hərəkətlərə nəzarət etsin və ciddi münasibətdən başqa qeyri-ciddi şəkildə kişi cinsli şəxslərlə ünsiyyət saxlamasın. O, həmişə bir rəfiqə kimi Aydana demişdir ki, “gül kimi qardaşın, atan var, sözlərinə qulaq as, bir övladın var öz həyatını yaşa, gün gələr qismətin çıxar ailə qurarsan.” Aydan bəzi vaxtlarda əsəbiləşərək hər şeydən bezdiyini, qardaşı və atasını çox istəsə belə, şəxsi həyatı ilə dərindən maraqlanmalarından narahat olduğunu demişdir. O, yenə də Aydana səbrli olmasını, ata və qardaşının sözünə qulaq asmasını və gələcəkdə hər şeyin yaxşı olacağını demişdir. Hətta Aydana demişdir ki, “Aydan, mənim də kaş, sənin qardaşın kimi qardaşım, atan kimi atam olaydı, məni çox istəyib gündəlik mənimlə belə maraqlanaydılar.” Aydanın ölümündən təxminən 1-2 gün əvvəl Aydanla şəhərdə görüşüb söhbətləşmişlər. Həmin vaxt hiss etmişdir ki, Aydanın kişi cinsli şəxslə görüşü var. O, həmişə fikirləşmişdir ki, Aydan yetişkin adamdır, yəqin kiminləsə görüşürsə, həmin görüşlərin nəticəsi olaraq münasibətləri rəsmiləşəcək, Aydan da subay qalmayacaq. 20 sentyabr 2020-ci il tarixdə Aydanla əlaqə yarada bilmədiyi üçün Məhəmmədəliyə zəng etsə də, Məhəmmədəli ilə də əlaqə yarada bilməmişdir. Ona görə də onda Aydanın qardaşı Zahidin nömrəsi olduğu üçün Zahidə zəng vurub maraqlandığında, Zahid bildirmişdir ki, Məhəmmədəli 20 sentyabr 2020-ci il tarixdə Türkanda bağ evində Aydana tüfəngdən atəş açmış və Aydan ölmüşdür. O, dərhal Aydanın anası Lalə xanımın yanına getmişdir. Aydanın ölümü bir rəfiqə kimi dərindən sarsıtmışdır. Hüzr yerində heç kim Məhəmmədəlinin Aydanı dəqiq öldürmə səbəbini bilməmişdir. O da Məhəmmədəlinin Aydanı dəqiq öldürmə səbəbini bilməsə də, belə güman etmişdir ki, Məhəmmədəli yəqin Aydanın gizli olaraq başqa kişi cinsli şəxslə görüşməsindən xəbər tutmuş və bu barədə danışıqları zamanı Aydanın Məhəmmədəlini qıcıqlandıracaq söz deməsi, ya hərəkət etməsi Məhəmmədəlini bu hərəkəti etməyə vadar etmişdir. Əks halda Məhəmmədəli ilə Aydanın bir-birilərini nə qədər çox istəmələrini onları tanıyan insan kimi o yaxşı bilmişdir. Aydan spirtli içki düşkünü olmamışdır. Amma Aydan spirtli içki qəbul edirmiş. Həmçinin Aydan çox siqaret çəkməyi xoşlamasa da, qəlyan çəkmək həvəskarı olmuşdur. Aydanın özü mərd, kişi xasiyyətli insan olmuşdur. Ona görə də danışığında bəzi jarqon ifadələrdən, yəni gənc oğlanların bir-biri ilə zarafatlaşan zaman işlətdikləri sözlərdən istifadə etmişdir. Aydanın narkotik maddə və ya psixotrop maddə qəbul etdiyinin şahidi olmamış və bu barədə başqa şəxs(lər)dən də bir söz eşitməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, mərhum X14 onun vaxtilə gəlini olmuşdur. Aydan oğlu Eldənizin cəmi 3 ay müddətində arvadı olmuşdur. Oğlunun Aydanı boşamasının səbəbi onun üçün deməsi nə qədər ağır olsa da, əxlaqsızlığı olmuşdur. Yəni oğlu Aydanın telefonunda internetdə çimərlik paltarında şəkillərini paylaşmasını və başqa oğlanla yazışmasını tutmuşdur. Ona görə də Aydan hamilə olmasına baxmayaraq oğlu Aydanın bu hərəkətini qüruruna sığdıra bilməmiş və Aydanı boşamışdır və həmin vaxtdan Rusiya Federasiyasında yaşayır. O, Aydana həmişə övladının onun tərəfindən himayə edilməsi barədə çox təkliflər etmişdir. Nəhayət Aydan 2020-ci ilin may ayından övladının həmişəlik onun yanında qalmasına icazə vermişdir. Aydan arabir övladını ondan götürüb gəzdirmiş və bəzi vaxtlarda məktəbə aparmışdır. Nəvəsinin sağlam düşüncə və əxlaqlı, təhsilli böyüməsi üçün əlindən gələni etmişdir. Ümumiyyətlə 2020-ci ilin sentyabr ayının 15-dən sonra Aydan övladı ilə görüşməmişdir. Məhəmmədəlinin Aydanı öldürməsini eşitdiyində həm nəvəsinə görə, həm də bir insan kimi pis olmuşdur. Amma onu deyə bilər ki, Məhəmmədəlinin Aydanı necə çox istədiyini bilmişdir. Məhəmmədəlinin Aydanı öldürməsinə hələ də inana bilməmişdir. Belə düşünmüşdür ki, yəqin Aydanın etdiyi hansısa neqativ hərəkəti Məhəmmədəli qüruruna sığışdıra bilməmiş, belə bir yola əl atmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X9 uzun müddətdir ki, tanımışdır. Belə ki, Aydan Babayeva gəzdiyi və intim münasibətdə olduğu qız olmuşdur. Aydanla aralarında hər hansı bir düşmənçilik və ədavət olmamışdır. Aydanın qardaşı Təqsirləndirilən şəxs heç vaxt tanımamışdır, Məhəmmədəli ilə hər hansı bir münasibəti olmamışdır. Aydanla təxminən 2018-ci ilin ortalarında tanış olmuşdur. Tanışlıqları ilk günlərindən Aydanın evli olub boşanmasını və bir övladı olmasını bilmişdir. Əvvəllərdən Aydana demişdir ki, “sən evli olub boşanmısan, mən subayam, səninlə heç vaxt evlənməyəcəm, sadəcə sevgili kimi yaşaya bilərik.” Aydan ona “narahat olma, səninlə evlənən deyiləm, sadəcə kişi kimi xoşuma gəlmisən və bir qadın kimi səni istəyirəm” deyə bildirmişdir. Tanışlıqlarının ilk günlərindən Aydan onunla söyüşlə zarafatlar etdiyi üçün və özünü mehriban, səmimi göstərdiyinə görə Aydanla münasibəti tutmuşdu və Aydanla xoş günlər keçirmişdir. Aydanla aralarında dəfələrlə intim münasibətləri olmuş və onlar cinsi tələbatlarını ödəmək üçün müxtəlif vaxtlarda otellərdə və kirayə halda tutulmuş evlərdə görüşmüşlər. Aydanla ciddi fikri olmadığı üçün Aydanın başqa kimlərlə görüşməsi barədə maraqlanmışdır. Sonuncu dəfə Aydanla təxminən ölümündən bir-iki gün öncə görüşüb intim münasibətdə olmuşlar. Görüşləri zamanı Aydanla birlikdə gecələmişlər. Həmin vaxt axşam radələrində Aydana zəng gəldiyi zaman kefinin pozulduğunu görmüş və telefonu söndürərək “bezmişəm bunlardan, hardasan, hardasa, elə bil uşaq zadam” deyə bildirmişdir. Aydan həmin vaxt söyüşdən də istifadə etmişdir. O da zəng edənin kimliyi barədə Aydandan heç nə soruşmamışdır. Daha sonra hüquq-mühafizə orqanı əməkdaşlarından Aydan Babayevanın qardaşı Məhəmmədəli tərəfindən öldürüldüyünü eşitmişdir. Aydanın ölümünün təfərrüatları ilə bağlı hər hansı bir məlumatı yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs və X9 uzun müddətdir ki, tanımışdır. Belə ki, Təqsirləndirilən şəxslə 5-6 ildir ki, dostluqları vardır. Həmin müddətdən Aydanı da Məhəmmədəlinin bacısı kimi tanımışdır. Məhəmmədəlinin düşmənçilik və ədavət etdiyi şəxslər olmamışdır, həmçinin o bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Məhəməmədəli çox ürəyi təmiz, alicənab, istiqanlı, mehriban, deyib-gülən, dostcanlı, tərbiyəli, qanacaqlı, böyük-kiçik yeri bilən biri olmuşdur və hamı Məhəmmədəlini etibarlı, dürüst və şəxsiyyətli biri kimi tanımışdır. Məhəmmədəli çox qürurlu insan olmuşdur. Məhəmmədəli hər adama ailəsi barədə danışmağı xoşlamamışdır. Ona görə də dostluqlarının ilk illərində Məhəmmədəlinin ailəsinin kim olması barədə məlumatı olmamışdır. Dostluqları möhkəmləndikcə Məhəmmədəlinin ailəsi barədə məlumatı olmuşdur. Belə ki, Məhəmmədəlinin ata və anasından başqa Aydan adlı bacısı olduğunu öyrənmişdir. Aydanla çox danışıb-söhbətləşmək imkanı olmamış, Aydanı ancaq Məhəmmədəlinin yanında olarkən görmüşdür. Məhəmmədəli ilə söhbətləşib-dərdləşdikləri vaxtlarda Məhəmmədəlinin ailəsinə, ən başlıcası da bacısına bağlı biri olduğunun şahidi olmuşdur. Məhəmmədəli həmişə ona dünyada Aydanla nəfəs aldığını, özünü Aydanın həm atası, həm qardaşı hesab etdiyini demişdir. Aydanın bir övladını da o qədər sevmişdir ki, Aydandan və övladından ötrü öz ölümünü belə gözə alarmış. Məhəmmədəli tam təfərrüatı ilə deməsə də, Aydanın boşanması Məhəmmədəliyə pis təsir etmiş və hiss etmişdir ki, Aydanın adına söz çıxacağından çox qorxmuşdur. Aydanın ölümündən təxminən bir ilə yaxın müddət öncə Məhəmmədəli ən yaxın dostu kimi ona güvənib Aydanın hansısa kişi ilə münasibətdə olduğunu və həmin kişini tapıb söhbət etmək istədiyini, bacısı ilə ciddi mənada danışıbdanışmamasını aydınlaşdırmaq istədiyini demişdir. Məhəmmədəli bacısına münasibətdə olduğu kişinin kimliyi barədə soruşsa da, Aydan qardaşına bu barədə heç nə deməmişdir. Bildiyinə görə, Məhəmmədəli Aydanın münasibətdə olduğu kişini tapa bilməmişdir. O, Məhəmmədəlinin bacısı Aydanı öldürdüyünü eşidəndə “şok”a düşmüş və Məhəmmədəlinin bu hərəkəti etdiyinə inana bilməmişdir. Çünki Məhəmmədəli namaz qılan biri olmuş və həmişə söhbətlərində həm adam öldürməyin, həm də kimsənin özünü öldürməsinin dini cəhətdən, insani cəhətdən düzgün olmadığını, həmin hərəkəti törədən insanların psixologiyasının yerində olmadığını bildirmişdir. Ona görə də, Məhəmmədəlinin kimi isə öldürəcəyinə heç vaxt inanmamışdır. 18 sentyabr 2020-ci il tarixdə Məhəmmədəli ilə birlikdə Gəncə şəhərinə getmişlər. Həmin vaxt axşam təxminən saat 23 radələrində Məhəmmədəlinin Aydanla danışdığının şahidi olmuşdur. Səhv etmirsə, Aydan Məhəmmədəliyə oğlu ilə birlikdə parkda gəzdiyini demişdir. Məhəmmədəli də bacısına saatın gec olduğunu, tez evə getməsini demişdir. Daha sonra Məhəmmədəlinin üzünün qızardığını görmüşdür. Məhəmmədəli ona demişdir ki, “Turqut bu həyatda sən mənim dostumdan əlavə, mənəvi qardaşımsan, gecə saat 23-də tək qız şəhərdə gəzər? Biri yaxşı baxsa da, 10 nəfəri yaxşı baxmır. Evlənsin, əri ilə istəyir saat gecə 04-də bütün şəhəri gəzsin.” O, Məhəmmədəliyə haqlı olduğunu desə də, əlavə olaraq onu da demişdir ki, “qardaş, övladını gəzdirir, xətrinə dəymə, şükür Allaha, bütün camaat şəhərdə gəzir.” Daha sonra Məhəmmədəli Aydanın mobil nömrəsini yığsa da, Aydana zəng çatmamışdır. Məhəmmədəlinin pərt vəziyyətdə olduğunu görmüşdür. Məhəmmədəli ona həmin vaxt demişdir ki, “qardaş, şəhərə gedəndə Aydanla danışacağam, deyəcəyəm ki, mənim yanımda qalırsansa, qal, amma mənim sözlərimə qulaq as, qardaşına, atana, ailəmizə qarşı olan hərəkətlər etmə, yox əgər dediklərimi etmirsənsə, deməli sənin qardaşına, atana və ailənə hörmətin yoxdu, ya da birdəfəlik de, mən sənin bacın deyiləm, sərbəst yaşamaq istəyirəm, onda da mənim adda qardaşın yoxdu.” Məhəmmədəli həmin vaxt ona demişdir ki, “Aydan getmək istəsəydi, Aydanla birlikdə bir müddət köçüb xarici ölkədə yaşayardıq.” Bildiyinə görə Məhəmmədəli xarici ölkəyə köçmək təklifini bir neçə dəfə Aydana bildirmişdir. Səhv etmirsə, Aydan razı olmamışdır. Məhəmmədəli Aydanı canından çox istəmiş və həmişə də Aydanın ən gözəl səviyyədə yaşamasını istəmişdir. Onlar 19 sentyabr 2020-ci il tarixdə Bakıya qayıtdıqdan sonra hərə öz evinə getmişdir. 20 sentyabr 2020ci il tarixdə təxminən səhər 10-11 radələrində Məhəmmədəlidən ona zəng gəlmişdir. Telefona cavab verdiyində Məhəmmədəli ona pis vəziyyətdə olduğunu, yanına gəlməsini demişdir. O, Məhəmmədəlidən nə baş verdiyini soruşduğunda Məhəmmədəli ağlamaq səsi ilə heç nə bilmədiyini demişdir. O, daha Məhəmmədəlidən heç nə soruşmayıb olduğu yeri sual etmişdir. Məhəmmədəli ona “deyəsən, Nərimanov tərəfdəyəm” dedi. Şəhəri küçə-küçə yaxşı tanıyan birinin mənə “deyəsən, Nərimanov tərəfdəyəm” deməsindən bilmişdir ki, Məhəmmədəli həyəcanlıdır. X1 yerləşən parkda olduğunu bilib yanına gəlmişdir. Məhəmmədəlinin həyəcanlı olduğunu görmüşdür. Məhəmmədəliyə yaxınlaşdığında qucaqlayaraq ağlamağa başlamışdır və ona demişdir ki, “Turqut, deyəsən, Aydanı vurmuşam.” O, Məhəmmədəlinin Aydanı necə çox istəməsini bildiyi üçün ağlına çox da pis fikir gəlməmişdir və düşünmüşdür ki, yəqin sillə ilə Aydanı vurmuşdur. Məhəmmədəliyə “necə bəyəm?!” deyə sual vermişdir. Məhəmmədəli dodaqları əsə-əsə ona “atəş səsi qulağımdadı, vallah mən Aydanı vurmaq istəmirdim, özümdən asılı olmadı, bilmədim, tüfəngi necə götürdüm, Aydanı necə vurdum, bilmirəm, o hissələr yadımda deyil, onu bilirəm ki, atəş səsi gəldi.” Bu sözləri deyib Məhəmmədəli hönkürtü ilə ağlamağa başlamış, onu bərk qucaqlamışdır. Məhəmmədəliyə bəlkə Aydanın ölmədiyini, bəlkə güllənin dəymədiyini demişdir. Məhəmmədəli ona heç bir şey bilmədiyini cavab vermişdir. Ona görə də o, Məhəmmədəlinin qardaşı Zahidə zəng vurub birtəhər olsa da, hadisə barədə bildirmişdir və tez Türkandakı evə gedib baxmasını demişdir ki, Aydanın vəziyyəti barədə məlumatları olsun. Zahid Türkandakı evə gedib baxdıqdan sonra zəng vurub bildirmişdir ki, Aydan güllə ilə vurulmuş və ölmüşdür. Zahid hər ehtimala qarşı təcili tibbi yardım da çağırmışdır. O, birtəhər də olsa, Məhəmmədəliyə “qardaş səbrli ol, sənə pis xəbərim var, Allah rəhmət etsin, Aydan ölüb” deyə bildirmişdir. Bunu demişdir ki, Məhəmmədəli yenidən ağlamağa başlamış və başına-başına əli ilə vurmağa başlamışdır. O, Məhəmmədəlini sakitləşdirmək üçün dostları Emini də çağırmışdır. Daha sonra Məhəmmədəli təslim olmaq istədiyini bildirmişdir. Onlar Məhəmmədəlinin maşın sürəcək vəziyyətdə olmadığını görüb Məhəmmədəlini Türkana - hadisə yeri olan yerə gətirmək üçün Məhəmmədəlinin avtomaşınına tərəf getmişlər. Avtomaşında tüfəng gördükləri üçün Məhəmmədəlidən tüfəngi maşına qoyub-qoymamasını soruşmuşlar və Məhəmmədəli “həmin an yadımda qalmamışdır, bəlkə mən qoymuşam” deyə bildirmişdir. X8 – hadisə yerinə gətirmişlər. Orada Məhəmmədəli polislərə təslim olmuş və tüfəngi də polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs adam öldürməsinə hələ də inana bilməmişdir. Məhəmmədəli Aydanı öldürmə səbəbi barədə ona heç nə deməmişdir, Məhəmmədəli həyəcan içində olduğu üçün elə bir imkanı da olmamışdır ki, Məhəmməddən dəqiq səbəbi öyrənsin. Amma ümumi hiss etmişdir ki, yəqin həmin anda Aydan Məhəmmədəliyə qarşı hansısa neqativ hərəkət etmiş, nəticədə Məhəmmədəli özünü itirərək Aydana atəş açıb öldürmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X17 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, mərhum X14 onun doğma qızıdır. Aydan səmimi və mehriban biri olmuşdur. Aydanın hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət olduğunun şahidi olmayıb, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Aydan tanıdığı bütün şəxslərlə münasibətdə yaxşı olmuşdur. Aydan 2014-cü ilin əvvəllərində ailə həyatı qurmuş və hamilə olarkən ailədaxili səbəblərə görə ərindən ayrılmışdır. Aydanın ərindən ayrıldıqdan bir ata kimi qızının başqa kişi şəxslərlə görüşdüyünü hiss edirmiş, lakin həmişə qızına atasının, anasının və qardaşlarının namusuna ləkə salacaq hərəkətlər etməməsini başa salırmış. Aydanın kiminləsə gizli olaraq sevgi münasibətində danışmasından şübhələnən Məhəmmədəli bir neçə dəfə Aydana xəbərdarlıqlar etmiş, hərəkətlərinə son qoymasını xahiş etmişdir. Məhəmmədəli bir müddət Aydanın ona qulaq asmaması səbəbindən həm Aydandan, həm də onlardan inciyərək evdən çıxıb kirayə halda yaşamağa başlamış, lakin həmin ərəfələrdə də Məhəmmədəli bacısının hərəkətləri ilə maraqlanmışdır. Həmin ərəfələrdə də Məhəmmədəli Aydana hərəkətlərinə diqqət etməsini, hər pis hərəkətində qardaşlarını və atasını gözünün qabağına gətirməsini və pis hərəkətlərdən uzaq durmasını bildirmişdir. 2019-cu ildə Məhəmmədəli hərbi xidmətini başa vuraraq ordu sıralarından tərxis olunmuş və daha sonra Türkan qəsəbəsində onunla birlikdə yaşamağa başlamışdır. Həmçinin Aydan da bir müddət kirayə pulu verməklə ayrıca evdə yaşamışdır. Təxminən 2020-ci ilin may ayından Aydan övladını mütəmadi qalması üçün qaynanasının himayəsinə vermişdir. Həmin vaxtadək də uşaq bəzi vaxtlarda həmin nənəsinin yanına qalırdı. Məhəmmədəli Aydana tərbiyəsiz hərəkətlər etməklə ailəmizin qürurunu tapdalamasına icazə verməyəcəyini deyib, Aydana bundan sonra Türkan qəsəbəsində olan Məhəmmədəliyə məxsus evdə qalacağını bildirmişdir. Türkan qəsəbəsində olan Məhəmmədəlinin evi təmirsiz ev olsa da, həyətə giriş darvazası olmasa da, evdə yaşamaq üçün şərait olmuşdur. Məhəmmədəli həmin vaxt demişdi ki, Aydan sözlərinə qulaq assa və istədikləri tərbiyənin sahibi olsa, Aydanın ürəyi nə istəsə, onu da Aydan üçün edəcəkdir. Çünki Məhəmmədəli dünyada ən çox Aydanı çox istəmişdir. Məhəmmədəli əlinə pul düşdükcə, yavaş-yavaş evi təmir edəcəyini və Aydanla birlikdə mehriban yaşayacağını qeyd etmişdir. Məhəmmədəli Aydana həmçinin bildirmişdir ki, Aydanın görüşdüyü kişi yalnız Aydanın gələcəkdəki əri ola bilər. Aydan qardaşı Məhəmmədəliyə daha kişi cinsli şəxslərlə görüşməyəcəyini, sözlərinə qulaq asacağını demişdi. O, 20 sentyabr 2020-ci il tarixdə Türkan qəsəbəsində olarkən oğlu Zahid onunla görüşmüş və Məhəmmədəlinin dostu Turqutla birlikdə ona Məhəmmədəlinin Aydanı güllə ilə vurmasını demişdirlər. Həmin an özümü pis hiss etsə də, hisslərini çətinliklə olsa da, biruzə verməməyə çalışmışdır. Daha sonra Məhəmmədəli gəlib polislərə könüllü təslim olarkən hadisə yerində onunla qısa olaraq görüşmək imkanı olduğu vaxt Məhəmmədəli ona hadisənin onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini, Aydanın ailələrinə yaraşmayan, namusu ilə bir araya sığmayan sözlər işlətdiyini, daha sonra hadisənin necə olmasını xatırlamadığını demişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X19 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, mərhum X14 onun bacısıdır. Aydan çox mehriban insan olmuşdur. Aydanın hər hansı bir şəxslə arasında düşmənçilik və ədavət olduğunun şahidi olmamışdır, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Aydan tanıdığı bütün şəxslərlə münasibətdə yaxşı olmuşdur. Aydan 2014-cü ilin əvvəllərində ailə həyatı qurmuş və hamilə olarkən ailədaxili səbəblərə görə ərindən ayrılmışdır. Məhəmmədəli də onun qardaşıdır. Məhəmmədəlinin düşmənçilik və ədavət etdiyi şəxslər olmamışdır, həmçinin o, bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Məhəməmədəli çox ürəyi təmiz, alicənab, istiqanlı, mehriban, deyib-gülən, dostcanlı, tərbiyəli, qanacaqlı, böyük-kiçik yeri bilən biri olmuşdur və hamı Məhəmmədəlini etibarlı, dürüst və şəxsiyyətli biri kimi tanımışdır. Məhəmmədəli çox qürurlu insan idi. Məhəmmədəli hər adama ailəsi barədə danışmağı xoşlamırdı. Məhəmmədəlinin yeganə dərdini bölüşdüyü, bütün sözlərini deyə biləcəyi adam qardaşı Zahid olmuşdur. Bir qardaş olaraq Məhəmmədəlinin Aydanı necə çox istəməsini bilirdi. Məhəmmədəli Aydandan ötrü ölümü belə gözə ala bilərdi. Məhəmmədəli həmişə deyirdi ki, dünyada Aydanla və Aydanın azyaşlı övladı ilə nəfəs alır. Aydanın boşanması bir qardaş kimi ona pis təsir etdiyi kimi Məhəmmədəliyə ondan da çox pis təsir etmişdir və həmişə bəzi boşanmış qadınların adının pis çıxması ilə bağlı Aydanın da adına söz çıxmasından çox qorxurdu. O, Məhəmmədəlinin Aydanı öldürdüyünü biləndə inanmayıb, çünki Məhəmmədəlinin dindar biri olmasını, həmçinin Aydanı canından da çox istədiyini bildiyinə görə onun bu hərəkəti etdiyinə inana bilmirmiş. Məhəmmədəli 19 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərindən axşam radələrində evə gəlmişdir. Sonuncu dəfə Məhəmmədəlini həmin vaxt görmüşdür. 20 sentyabr 2020-ci il tarixdə təxminən səhər 11-12 radələrində Məhəmmədəlinin Aydana atəş açaraq öldürməsini qardaşı Zahiddən eşitmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X20 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X13 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs və X9 uzun müddətdir ki, tanımışdır. Belə ki, Təqsirləndirilən şəxslə 5-6 ildir ki, dostluqları vardır. Həmin müddətdən Aydanı da Məhəmmədəlinin bacısı kimi tanımışdır. Məhəmmədəlinin düşmənçilik və ədavət etdiyi şəxslər olmamışdır, həmçinin o bu barədə başqa şəxsdən də bir söz eşitməmişdir. Məhəməmədəli çox ürəyi təmiz, alicənab, istiqanlı, mehriban, deyib-gülən, dostcanlı, tərbiyəli, qanacaqlı, böyük-kiçik yeri bilən biri olmuşdur və hamı Məhəmmədəlini etibarlı, dürüst və şəxsiyyətli biri kimi tanımışdır. Məhəmmədəli çox qürurlu insan olmuşdur. Məhəmmədəli hər adama ailəsi barədə danışmağı xoşlamamışdır. Ona görə də dostluqlarının ilk illərində Məhəmmədəlinin ailəsinin kim olması barədə məlumatı olmamışdır. Dostluqları möhkəmləndikcə Məhəmmədəlinin ailəsi barədə məlumatı olmuşdur. Belə ki, Məhəmmədəlinin ata və anasından başqa Aydan adlı bacısı olduğunu öyrənmişdir. Aydanla çox danışıb-söhbətləşmək imkanı olmamış, Aydanı ancaq Məhəmmədəlinin yanında olarkən görmüşdür. Məhəmmədəli ilə söhbətləşib-dərdləşdikləri vaxtlarda Məhəmmədəlinin ailəsinə, ən başlıcası da bacısına bağlı biri olduğunun şahidi olmuşdur. Məhəmmədəli həmişə ona dünyada Aydanla nəfəs aldığını, özünü Aydanın həm atası, həm qardaşı hesab etdiyini demişdir. Aydanın bir övladını da o qədər sevmişdir ki, Aydandan və övladından ötrü öz ölümünü belə gözə alarmış. Məhəmmədəli tam təfərrüatı ilə deməsə də, Aydanın boşanması Məhəmmədəliyə pis təsir etmiş və hiss etmişdir ki, Aydanın adına söz çıxacağından çox qorxmuşdur. Aydanın ölümündən təxminən bir ilə yaxın müddət öncə Məhəmmədəli ən yaxın dostu kimi ona güvənib Aydanın hansısa kişi ilə münasibətdə olduğunu və həmin kişini tapıb söhbət etmək istədiyini, bacısı ilə ciddi mənada danışıbdanışmamasını aydınlaşdırmaq istədiyini demişdir. Məhəmmədəli bacısına münasibətdə olduğu kişinin kimliyi barədə soruşsa da, Aydan qardaşına bu barədə heç nə deməmişdir. Bildiyinə görə, Məhəmmədəli Aydanın münasibətdə olduğu kişini tapa bilməmişdir. O, Məhəmmədəlinin bacısı Aydanı öldürdüyünü eşidəndə “şok”a düşmüş və Məhəmmədəlinin bu hərəkəti etdiyinə inana bilməmişdir. Çünki Məhəmmədəli namaz qılan biri olmuş və həmişə söhbətlərində həm adam öldürməyin, həm də kimsənin özünü öldürməsinin dini cəhətdən, insani cəhətdən düzgün olmadığını, həmin hərəkəti törədən insanların psixologiyasının yerində olmadığını bildirmişdir. Ona görə də, Məhəmmədəlinin kimi isə öldürəcəyinə heç vaxt inanmamışdır. 18 sentyabr 2020-ci il tarixdə Məhəmmədəli ilə birlikdə Gəncə şəhərinə getmişlər. Həmin vaxt axşam təxminən saat 23 radələrində Məhəmmədəlinin Aydanla danışdığının şahidi olmuşdur. Səhv etmirsə, Aydan Məhəmmədəliyə oğlu ilə birlikdə parkda gəzdiyini demişdir. Məhəmmədəli də bacısına saatın gec olduğunu, tez evə getməsini demişdir. Daha sonra Məhəmmədəlinin üzünün qızardığını görmüşdür. Məhəmmədəli ona demişdir ki, “Turqut bu həyatda sən mənim dostumdan əlavə, mənəvi qardaşımsan, gecə saat 23-də tək qız şəhərdə gəzər? Biri yaxşı baxsa da, 10 nəfəri yaxşı baxmır. Evlənsin, əri ilə istəyir saat gecə 04-də bütün şəhəri gəzsin.” O, Məhəmmədəliyə haqlı olduğunu desə də, əlavə olaraq onu da demişdir ki, “qardaş, övladını gəzdirir, xətrinə dəymə, şükür Allaha, bütün camaat şəhərdə gəzir.” Daha sonra Məhəmmədəli Aydanıın mobil nömrəsini yığsa da, Aydana zəng çatmamışdır. Məhəmmədəlinin pərt vəziyyətdə olduğunu görmüşdür. Məhəmmədəli ona həmin vaxt demişdir ki, “qardaş, şəhərə gedəndə Aydanla danışacağam, deyəcəyəm ki, mənim yanımda qalırsansa, qal, amma mənim sözlərimə qulaq as, qardaşına, atana, ailəmizə qarşı olan hərəkətlər etmə, yox əgər dediklərimi etmirsənsə, deməli sənin qardaşına, atana və ailənə hörmətin yoxdu, ya da birdəfəlik de, mən sənin bacın deyiləm, sərbəst yaşamaq istəyirəm, onda da mənim adda qardaşın yoxdu.” Məhəmmədəli həmin vaxt ona demişdir ki, “Aydan getmək istəsəydi, Aydanla birlikdə bir müddət köçüb xarici ölkədə yaşayardıq.” Bildiyinə görə Məhəmmədəli xarici ölkəyə köçmək təklifini bir neçə dəfə Aydana bildirmişdir. Səhv etmirsə, Aydan razı olmamışdır. Məhəmmədəli Aydanı canından çox istəmiş və həmişə də Aydanın ən gözəl səviyyədə yaşamasını istəmişdir. Onlar 19 sentyabr 2020-ci il tarixdə Bakıya qayıtdıqdan sonra hərə öz evinə getmişdir. 20 sentyabr 2020ci il tarixdə təxminən səhər 10-11 radələrində Məhəmmədəlidən ona zəng gəlmişdir. Telefona cavab verdiyində Məhəmmədəli ona pis vəziyyətdə olduğunu, yanına gəlməsini demişdir. O, Məhəmmədəlidən nə baş verdiyini soruşduğunda Məhəmmədəli ağlamaq səsi ilə heç nə bilmədiyini demişdir. O, daha Məhəmmədəlidən heç nə soruşmayıb olduğu yeri sual etmişdir. Məhəmmədəli ona “deyəsən, Nərimanov tərəfdəyəm” dedi. Şəhəri küçə-küçə yaxşı tanıyan birinin mənə “deyəsən, Nərimanov tərəfdəyəm” deməsindən bilmişdir ki, Məhəmmədəli həyəcanlıdır. X1 yerləşən parkda olduğunu bilib yanına gəlmişdir. Məhəmmədəlinin həyəcanlı olduğunu görmüşdür. Məhəmmədəliyə yaxınlaşdığında qucaqlayaraq ağlamağa başlamışdır və ona demişdir ki, “Turqut, deyəsən, Aydanı vurmuşam.” O, Məhəmmədəlinin Aydanı necə çox istəməsini bildiyi üçün ağlına çox da pis fikir gəlməmişdir və düşünmüşdür ki, yəqin sillə ilə Aydanı vurmuşdur. Məhəmmədəliyə “necə bəyəm?!” deyə sual vermişdir. Məhəmmədəli dodaqları əsə-əsə ona “atəş səsi qulağımdadı, vallah mən Aydanı vurmaq istəmirdim, özümdən asılı olmadı, bilmədim, tüfəngi necə götürdüm, Aydanı necə vurdum, bilmirəm, o hissələr yadımda deyil, onu bilirəm ki, atəş səsi gəldi.” Bu sözləri deyib Məhəmmədəli hönkürtü ilə ağlamağa başlamış, onu bərk qucaqlamışdır. Məhəmmədəliyə bəlkə Aydanın ölmədiyini, bəlkə güllənin dəymədiyini demişdir. Məhəmmədəli ona heç bir şey bilmədiyini cavab vermişdir. Ona görə də o, Məhəmmədəlinin qardaşı Zahidə zəng vurub birtəhər olsa da, hadisə barədə bildirmişdir və tez Türkandakı evə gedib baxmasını demişdir ki, Aydanın vəziyyəti barədə məlumatları olsun. Zahid Türkandakı evə gedib baxdıqdan sonra zəng vurub bildirmişdir ki, Aydan güllə ilə vurulmuş və ölmüşdür. Zahid hər ehtimala qarşı təcili tibbi yardım da çağırmışdır. O, birtəhər də olsa, Məhəmmədəliyə “qardaş səbrli ol, sənə pis xəbərim var, Allah rəhmət etsin, Aydan ölüb” deyə bildirmişdir. Bunu demişdir ki, Məhəmmədəli yenidən ağlamağa başlamış və başına-başına əli ilə vurmağa başlamışdır. O, Məhəmmədəlini sakitləşdirmək üçün dostları Emini də çağırmışdır. Daha sonra Məhəmmədəli təslim olmaq istədiyini bildirmişdir. Onlar Məhəmmədəlinin maşın sürəcək vəziyyətdə olmadığını görüb Məhəmmədəlini Türkana - hadisə yeri olan yerə gətirmək üçün Məhəmmədəlinin avtomaşınına tərəf getmişlər. Avtomaşında tüfəng gördükləri üçün Məhəmmədəlidən tüfəngi maşına qoyub-qoymamasını soruşmuşlar və Məhəmmədəli “həmin an yadımda qalmamışdır, bəlkə mən qoymuşam” deyə bildirmişdir. X8 – hadisə yerinə gətirmişlər. Orada Məhəmmədəli polislərə təslim olmuş və tüfəngi də polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs adam öldürməsinə hələ də inana bilməmişdir. Məhəmmədəli Aydanı öldürmə səbəbi barədə ona heç nə deməmişdir, Məhəmmədəli həyəcan içində olduğu üçün elə bir imkanı da olmamışdır ki, Məhəmməddən dəqiq səbəbi öyrənsin. Amma ümumi hiss etmişdir ki, yəqin həmin anda Aydan Məhəmmədəliyə qarşı hansısa neqativ hərəkət etmiş, nəticədə Məhəmmədəli özünü itirərək Aydana atəş açıb öldürmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X23 Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş 22.09.2020-ci il tarixli, 1038 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X23 Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş 23.10.2020-ci il tarixli, 126 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, mərhum A.R.Babayevanm meyitində aşkar edilmiş xəsarətlər: sol gicgah sümüyünün qəlpəli sınığı, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilib-dağılması ilə müşayiət olunan sol gicgah nahiyyəsinin 1 ədəd odlu silah - qırma yarası; kəllə əsası sümüklərinin qəlpəli sınıqları, başbeyin toxumasına və beyin qişalarına geniş qansızmalar ilə müşayiət olunan sol yanaq nahiyyəsinin 1 ədəd odlu silah - qırma yarası; sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol süd vəzisinin aşağı-iç kvadrantının döş boşluğuna nüfuz edən 1 ədəd odlu silah - qırma yarası; sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sol süd vəzisinin aşağı-bayır kvadrantının döş boşluğuna nüfuz edən l ədəd odlu silah - qırma yarası; sol almacıq sümüyünün, üst çənə sümüyünün soldan qəlpəli sınıqları ilə müşayiət olunan sol almacıq nahiyyəsinin l ədəd kor odlu silah - qırma yarası; sol said sümüklərinin açıq qəlpəli sınıqları ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin arxa səthinin (3 ədəd) və sol saidin aşağı üçdə birinin iç səthinin (3 ədəd) (cəmi 6 ədəd) dəlib keçən odlu silah - qırma yaraları; sağ üst göz qapağının (l ədəd), sağ gözaltı nahiyyənin (l ədəd), sağ almacıq nahiyyəsinin (l ədəd), sol çənə cismi proyeksiyasının (l ədəd), çənəaltı nahiyyənin (l ədəd), çənə nahiyyəsinin (2 ədəd), sol bazunun yuxarı üçdə birinin (3 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birinin (l ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birində məmə xətti üzrə (l ədəd), sağ süd vəzisinin yuxarı-iç kvadrantının (2 ədəd); sol süd vəzisinin aşağı-iç kvadrantının (2 ədəd); sol süd vəzisinin yuxarı bayır kvadrantının (2 ədəd), çiyin nahiyyəsində solda bir-birinə yaxın (2 ədəd) daxilə nüfuz etməyən kor odlu silah - qırma yaraları (cəmi 20 ədəd); döş qəfəsinin sol yan səthinin qansızması (cəmi 1 ədəd); Qeyd olunan odlu silah - qırma yaraları və döş qəfəsinin sol yan səthinin qansızması patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış atəş təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibb müayinəsindən əvvəl olmaqla qərarda göstərilən 20.09.2020-ci il tarixə uyğun gəlirlər. Mərhum A.R.Babayevanm meyitində aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyyəsinin kəllə boşluğuna keçən, sol gicgah sümüyünün qəlpəli sınığı, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilibdağılması ilə müşayiət olunan 1 ədəd odlu silah - qırma yarası. Yara kanalının istiqaməti soldan sağa, öndən az arxaya olmaqla, üfüqi istiqamətlidir. Sifətin sol yarısının - sol yanaq nahiyyəsinin kəllə boşluğuna keçən, kəllə əsası sümüklərinin qəlpəli sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş- beyinin əzilib-dağılması ilə müşayiət olunan 1 ədəd odlu silah - qırma yarası. Yara kanalının istiqaməti soldan sağa, öndən az arxaya olmaqla, üfüqi istiqamətlidir. Sifətin sol yarısının - sol almacıq sümüyünün, üst və alt çənə sümüklərinin soldan qəlpəli sınıqları ilə müşayiət olunan sol almacıq nahiyyəsinin 1 ədəd kor odlu silah - qırma yarası. Yara kanalının istiqaməti soldan sağa, öndən az arxaya olmaqla, üfüqi istiqamətlidir. Sol süd vəzisinin aşağı-iç kvadrantının döş boşluğuna nüftız edən, sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd odlu silah qırma yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan az yuxarıyadır. Sol süd vəzisinin aşağı-bayır kvadrantının döş boşluğuna nüfiız edən, sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd kor odlu silah - qırma yarası. Yara kanalının istiqaməti öndən arxaya, soldan sağa, aşağıdan az yuxarıyadır. Sol said sümüklərinin açıq, qəlpəli sınıqları ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin arxa səthinin və sol saidin aşağı üçdə birinin iç səthinin dəlib keçən 6 ədəd odlu silah - qırma yaraları. Sol gicgah nahiyyəsinin, sol yanaq nahiyyəsinin kəllə boşluğuna keçən, sol gicgah sümüyünün və kəllə əsası sümüklərinin qəlpəli sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilib-dağılması, sol almacıq nahiyyəsinin sol almacıq sümüyünün, üst sümüyünün soldan qəlpəli sınıqları ilə müşayiət olunan, sol süd vəzisinin aşağı-iç kvadrantının və sol süd vəzisinin aşağı-bayır kvadrantının döş boşluğuna nüfuz edən, sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə nəticələnmiş kor odlu silah - qırma yaraları (cəmi 5 ədəd), həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Sol said sümüklərinin açıq sınıqları ilə müşayiət olunan sol saidin aşağı üçdə birinin arxa səthinin və sol saidin aşağı üçdə birinin iç səthinin dəlib keçən odlu silah - qırma yaraları (cəmi 6 ədəd) sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəlidirlər. sağ üst göz qapağının (1 ədəd), sağ gözaltı nahiyyənin (1 ədəd), sağ almacıq nahiyyəsinin (1 ədəd), sol çənə cismi proyeksiyasının (1 ədəd), çənəaltı nahiyyənin (1 ədəd), çənə nahlyyəsinin (2 ədəd), sol bazunun yuxarı üçdə birinin (3 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birinin (1 ədəd), döş qəfəsinin sol yan səthinin orta üçdə birində məmə xətti üzrə (1 ədəd), sağ süd vəzisinin yuxarı-iç kvadrantının (2 ədəd); sol süd vəzisinin aşağı-iç kvadrantının (2 ədəd); sol süd vəzisinin yuxarı bayır kvadrantının (2 ədəd), çiyin nahiyyəsində solda bir-birinə yaxın (2 ədəd) daxilə nüfuz etməyən kor odlu silah - qırma yaraları (cəmi 20 ədəd) həyatidirlər, ölümlə səbəbli əlaqələri yoxdur, canlı şəxslərdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli xəsarətlərin zərəvurma əlamətlərinə; ümumilikdə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə səbəbli əlaqəli yoxdur. Döş qəfəsinin sol yan səthinin qansızması (cəmi 1 ədəd) isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətin əlamətinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur. Mərhum A.R.Babayevanm ölümünə səbəb sol gicgah nahiyyəsinin odlu silah - qırma yarası nəticəsində baş vermiş baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş-beyinin əzilib-dağılması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum A.R.Babayevanm meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Başm, sifətin və döş qəfəsinin, sağ saidin odlu silah qırma yaralarının xarakterinə əsasən demək olar ki, atəş - atəşin əlavə faktorların təsir etmədiyi (uzaq) məsafədən açılmışdır. Atəş açılan zaman mərhum A.R.Babayeva bədənin əsasən ön-sol yan səthi atəş açan şəxsə doğru olmuşdur. Xəsarətlər yetirilən anda mərhum A.R.Babayeva atəş açan şəxsə tərəf olmaqla bədənin müxtəlif duruş vəziyyətlərində (uzanıqlı, yanuzanıqlı və s.) ola bilərdi. Hadisə vaxtı mərhum A.R.Babayevanm əynində olmuş paltardakı zədələrlə bədənində aşkar olmuş xəsrətlər uyğunluq təşkil edir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum A.R.Babayevanm bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən patronu qırma ilə doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində yetirilmişdir. Mərhum A.R.Babayevanm meyitinin bədənində olan kor odlu silah - qırma yaralarından metal qırmalar götürülərək qablaşdırıldı və müstəntiqə təhvil verildi. Mərhum A.R.Babayevanm meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir Mərhum A.R.Babayevada hamiləlik əlamətləri aşkar edilmədi. Mərhum A.R.Babayevanm meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfmktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. Mərhum A.R.Babayevanm meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 fevral 2021-ci il tarixli, 3,/191; 192; 193; 6/401 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, “l/DK-18” modelli, T 44819 №-li, 16 kalibrli, yivsiz odlu ov silahlarında istifadə olunan həmin kalibrə malik patronlardan istifadə etməklə atəş açmaq üçün nəzərdə tutulmuş, daxili çaxmaqlı, təklüləli tüfəngdir, zavod nişanlarında pozuntu, dəyişiklik, detallarında konstruksiyasını və təyinatını dəyişdirən, o cümlədən qeyri-ştat patronlardan istifadə olunmaqla atəş açmaq üçün əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, atəş açılması üçün tətiyinə 2,5 kq qüvvə ilə təsir etmək tələb olunur, atılmış patronun gilizi silahın patronluğundan avtomatik kənar edilmir, növbəti atəşdən sonra lüləsi açılaraq giliz patronluqdan əl ilə çəkilib çıxarılır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə, 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000- 1500 metr məsafəyə uça və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron - digər atəş komponentləri ilə birlikdə dimetrləri 7 mm olan karteçlər doldurulmaqla, zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, pistonlarında odlu silahdan atəş açılarkən yaranmağa xarakterik olan izlər yoxdur, atəşə (istifadəyə) yararlıdırlar, kalibrlərinə və təyinatların uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li ov tüfəngində də istifadə oluna bilərlər, üzərlərində müəyyən bərk predmetə dəymə və öz kalibrinə və təyinatına uyğun silahlara doldurulubboşaldılma prosesində yaranmağa xarakterik olan səthi sıyrılma və batıq izləri vardır, lakin həmin izlər eyniləşmə tədqiqatı üçün yarasız olduqlarına görə, həmin patronların təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li ov tüfənginin, yaxud başqa hansısa konkret bir silahın patroniuğuna doldurulubdoldurulmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər, üzərlərində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Həmin gilizlər, təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li təklüləli ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş, A.R.Babayevanın meyitindən çıxarıldıqları qeyd olunan 6 (altı) ədəd və hadisə yerindən götürüldüyü qeyd edilən 1 (bir) ədəd, cəmi: 7 (yeddi) ədəd metal predmet zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin öz təyinatına və kalibrinə uyğun olan yivsiz odlu ov silahından atəş nəticəsində atılaraq ayrılmış atəş komponentlərinin hissələridirlər - diametrləri 7 rrim olan karteçlərdirlər, gövdələrində təyinatlarını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir, səthlərində sivişmə (rikoşet) izləri yoxdur, üzərlərində atəş zamanı bir-birlərinə sıxılmaları, bərk predmetə dəymələri, doldurulduqları patronun gilizinin və atıldıqları silahın lülə kanalının daxili divarları ilə təmas nəticəsində yaranmağa xarakterik olan səthi batıqlar və sıyrıqlar vardır, həmin qırmalar təyinatlarına, hazırlanma üsuluna və ölçülərinə görə, təqdim edilmiş 6 (altı) ədəd 16 kalibrli patronlara doldurulmuş diametrləri 7 mm olan karteçlərlə bir-birlərinə uyğun gəlirlər. Təyinatlarına uyğun olaraq, həmin karteçlərin, təqdim olunmuş 3 (üç) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “M>K- 18” modelli, T 44819 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçlərin üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların təqdim edilmiş 3 (üç) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadıqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıbatılmadıqlarını, habelə onların atıldıqları silahın lüləsinin yeyilmə vəziyyətini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet -16 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, öz təyinatına və kalibrinə uyğun olan yivsiz odlu ov silahından atəş nəticəsində atılaraq ayrılmış atəş komponentinin hissəsidir - polietilen “konteyner” tipli tıxacdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və səthində sivişmə (rikoşet) izləri yoxdur. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim olunmuş 3 (üç) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 3 (üç) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulubdoldurulmadığını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını, habelə onun atıldığı silahın lüləsinin yeyilmə vəziyyətini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 16 kalibrli, “İJ-18” modelli, Q 44819 №-li təklüləli ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır, lakin müvafiq elmi metodika olmadığından, sonuncu dəfə açılan atəşin vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, morfoloji quruluşuna, X11 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin üzərində olan zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin aşkar edilməməsinə, metal izinin aşkar edilməməsinə əsasən, həmin zədələr təqribən 16 kalibrli, yivsiz (hamar lüləli) odlu ov tüfəngindən açılan 1 atəş nəticəsində, 2-m-dən yuxarı məsafədən yerinə yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və 01 cüt ayaqqabısının səthi üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və 01 cüt ayaqqabısının səthi üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə yoxdur. Qərarda qeyd edilən “...Atəş açılan zaman silah lüləsinin ağızlıq kəsiyi ilə maneənin qarşılıqlı yerləşmə vəziyyəti necə olmuşdur, maneə üzərindəki zədəyə, atəş faktorlarının yayılma istiqamətinə əsasən atəş hansı nöqtədən açılmışdır?” sualının cavablandırılmasını istintaq yolu ilə müəyyənetmək mümkündür. Təqdim edilmiş geyim əşyaları üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər-hansı mexaniki zədə yoxdur. Tədqiqata təqdim edilmiş 2 ədəd zərfdə olan metal nümunələr və 1 ədəd polietilen paketə bükülmüş karton qutuda olan patronlardan götürülmüş metal nümunələr (qırmalar) hər biri qurğuşun əsaslı ərintidən hazırlanmışdır. Onlardan: üzərində “X7 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı meyitindən aşkar edilərək götürülmüş 6 ədəd metal parça (qırma)” yazıları icra edilmiş zərfdə olan 6 ədəd metal nümunə qurğuşun əsaslı ərintidən hazırlanmışdır; üzərində “Hadisə yerində meyitin yaxınlığından aşkar edilmiş 1 ədəd “piş” (tıxac), 1 ədəd metal parça (qırma)” yazıları icra edilmiş zərfdə olan 1 ədəd metal nümunə qurğuşun əsaslı ərintidən hazırlanmışdır; üzərində “Hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd patron” yazıları icra edilmiş polietilen paketə bükülmüş karton qutuda olan 6 ədəd patrondan götürülmüş metal nümunələr (qırmalar) qurğuşun əsaslı ərintidən hazırlanmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli, 6/387 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, X11 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd köynəyin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin və 01 cüt ayaqqabının tərkib liflərindən yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X26 tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli, 115/2021-MTBŞ saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, X7 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(İ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş A.R. Babayevaya məxsus köynək, şalvar, M.R. Babayevə məxsus jaket və 06 metal qırma üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri bir Şəxsə məxsus olduğu halda Abeta/H/ qruplu X18ma məxsus ola bilər. Lakin ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa,beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa) Ekspertizaya təqdim edilmiş M.R. Babayevə məxsus bir ədəd cins şalvar üzərində qan, ona məxsus idman ayaqqabısı, bir ədəd ov tüfəngi, 03 ədəd qiliz, eksperimental atılmış 02 ədəd qiliz, 04 ədəd patron, 01 ədəd tıxac (pıj) və 01 ədəd qırma üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X26 tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, 144 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmuşdur. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti obyektiv qiymətləndirə bilməmiş, stress faktorun güclü təsiri nəticəsində qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X26 tərəfindən verilmiş 19.03.2021-ci il tarixli, 609 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmuşdur. Belə ki, həmin vaxt Təqsirləndirilən şəxs davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti obyektiv qiymətləndirə bilməmiş, stress faktorun güclü təsiri nəticəsində qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, o, təqsirləndirilən şəxslə barışıq əldə etmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinə, şahid ifadələrinə ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq birbirindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Xəzər rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan 1 ədəd tıxac, 2 ədəd giliz, 7 ədəd metal qırıntısı (qırma), 1 ədəd üzərində qəhvəyi rəngli naxışları olan yeriliyi sarı rəngli uzunqol köynək, 1 ədəd üzərində ağ naxışları olan yeriliyi qara rəngli şalvar, 1 ədəd göy rəngli cins şalvar, 1ədəd göy rəngli uzunqol jaket, 1 cüt üzərində qəhvəyi rəngli çaları olan göy rəngli idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə Bakı şəhəri Xəzər rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan içərisində 1 ədəd giliz olan 1 ədəd tüfəng və 6 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 20.09.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan 1 ədəd tıxac, 2 ədəd giliz, 7 ədəd metal qırıntısı (qırma), 1 ədəd üzərində qəhvəyi rəngli naxışları olan yeriliyi sarı rəngli uzunqol köynək, 1 ədəd üzərində ağ naxışları olan yeriliyi qara rəngli şalvar, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd göy rəngli uzunqol jaket, 1 cüt üzərində qəhvəyi rəngli çaları olan göy rəngli idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Bakı şəhəri Xəzər rayon Prokurorluğunda maddi sübut kimi saxlanılan içərisində 1 ədəd giliz olan 1 ədəd tüfəng və 6 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 461,16 (dörd yüz altmış bir manat on altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-289/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-289/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver