Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-289/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi – “Kredo” Vəkil bürosunun vəkili X1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Oktyabr küçəsi ev 2A-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu R.Cəfərov küçəsi ev 16-da yaşayan X2 həyətinə gəlmiş, həmin vaxt orada olan tanışı-Zərərçəkmiş şəxs qolunda döymə olduğunu görüb həmin döyməni düzgün yerə vurdurmadığını dedikdən sonra Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcə evin həyətində, daha sonra isə evin qarşısında küçədə Fərhaf Nəcəfzadənin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən yumruqla zərbələr vuraraq sonuncuya sağ bazunun, sağ saidin sıyrıqları, sağ bayır topuğun fluktasiyaaedici hematoması kimi zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs hadisədən təxminən 3 ay əvvəl tanımışdır, belə ki, Fərhad o işləyən yerə qardaşı Valehin qaynı Əjdər ilə gəlib-getmiş və orada işləmək istəmişdir. Əvvəllər aralarında heç bir mübahisə və ədavət olmamışdır. 13 sentyabr 2022-ci il tarixdə Valeh ilə birlikdə Valehin qaynanası Gülbacının(Gilanın) Mərdəkan qəsəbəsində yerləşən evinə Valehin arvadını və uşağını götürmək üçün getmişdir. Gilanın evinə gəldikdən orada Əjdər və dostu Fərhad, həmçinin tanımadığı, adını sonradan bildiyi Fərid də olmuşdur. Evin həyətində olarkən Fərhadın qolunda döymə görüb həmin döymənin nə mənası olduğunu soruşmuş, Fərhad ona cavab vermişdir ki, bu döymə şeytan döyməsidir. O, Fərhada demişdir ki, bu cür döymə vurmaq olmaz, ondansa gedib belinə döymə vurdursun. Fərhad cavabında demişdir ki, döymə ona yaraşır, o, özü belinə döymə vurdurmuşdur. Fərhadın bu sözündən əsəbiləşib bir dəfə sillə ilə onun üzündən vurmuş, bu zaman Əjdər onları ayırmışdır. Bundan sonra o, ayaqyoluna girib çölə, yəni küçəyə çıxmışdır. Küçədə Əjdərin evinin qarşısında dayanan zaman görmüşdür ki, Fərhad qaçaraq üzərinə gəlir. Fərhad ona çatandan sonra onun yaxasından tutmuş, o da onun yaxasından tutmuş və onlar yaxalaşaraq küçədə dayanmış “ZİL” markalı yük avtomobilinin arxasına keçmişlər. Orada Fərhad əlində olan “beşbarmaq” aləti ilə bir dəfə onun alnından vurmuş, bu zaman Əjdər və başqa bir şəxs onları ayırmışlar. Hadisə təxminən 5 dəqiqə davam etmiş, həmin vaxt oraya kənar şəxslər və vətəndaşlar toplaşmamışlar. Lakin həmin vaxt o, özündə olmamışdır və dəqiq kimlər olduğunu xatırlamır. Fərhad ilə ayrıldıqdan sonra o, əlini alnına sürtmüş və alnının içəri batdığını görmüş, özünü pis hiss etməyə başlamış, başı hərlənməyə və qan qusmağa başlamışdır. Bu zaman qardaşı Valeh həmin yerə gəlmiş və onu avtomobilə mindirib Sabunçu xəstəxanasına apamışdır. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Fərhad ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Fərhadın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 13 sentyabr 2022-ci il tarixdə saat təxminən 22:00 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində yaşayan Əjdər adlı dostunun evində qonaq olarkən, Əjdərin qohumu Saleh adlı şəxs qardaşı Valeh ilə birlikdə oraya qonaq gəlmişlər. Əvvəllər tanıdığı Saleh hamı ilə görüşdükdən sonra onunla da görüşmüş, sonra isə kinayəli tərzdə ondan nəyə görə qoluna döymə vurduğunu soruşmuşdur. O, Salehə heç bir söz deməmiş, Saleh isə bundan sonra ona demişdir ki, “həmin tatuirovkanı gərək kürəyinə vurardın, onda yaxşı yaraşardı”. O da Salehə cavab olaraq demişdir ki, “mənə yox, sənin kürəyinə yaxşı yaraşar”. Buna görə Saleh qəfildən yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurmuş və aralarında münaqişə baş vermişdir. Münaqişə vaxtı o, Salehi əlləri ilə kənara itələmiş, Saleh isə təkrar başı ilə onun sifət nahiyəsinə vuraraq dişlərini sındırmışdır. Onun dişləri Salehin alın nahiyəsinə keçmiş və Saleh xəsarət almşdır. Həmin vaxt dostları-Əjdər və Fərid onları aralaşdıraraq kənara çəkmiş, bundan sonra Saleh yenə də onun baş nahiyəsinə yumruq zərbələri ilə vurmuş, o da özünü müdafiə edərək, Salehin yaxasından tutub iki dəfə yumruq zərbəsi ilə onun alın nahiyəsindən vurmuşdur. Saleh zərbələrin təsirindən yerə yıxılmışdır. Bu zaman Saleh əlini belinə tərəf aparmış, o, Salehin belindən bıçaq çıxaracağından şübhələnərək yenidən təxminən 3 dəfə qəsdən yumruqla onun alnından vurmuşdur. X8 qohumlarının evinə aparmışdır. Qardaşı Valeh isə Salehi maşına mindirərək evlərinə aparmaq istəmiş, lakin Saleh maşını onun evinin yanına sürərək nəyə görə qardaşını döydüyünü soruşmuş, bu vaxt Saleh yenə də onun üzərinə hücum edərək saçlarından tutub yerə yıxaraq sürümüş və təpiklə onun bədəninə zərbələr vurmuşdur. Həmin vaxt Əjdər onu Salehin əlindən alaraq dostu Fəridin yaşadığı evin həyətinə salmış və o, Fərid ilə həyətdə dayanmışdır. Bir neçə dəqiqə sonra həmin yerə Əjdərin anası gəlmişdir. Bundan sonra onlar ayrılmış və Saleh ilə onu xəstəxanaya aparmışlar. Hadisə təxminən 20 dəqiqə davam etmiş, həmin vaxt orada dostları-Əjdər, Fərid və Əli olmuşlar. Hazırda Saleh onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Salehdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Saleh barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 1238 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlirəm:
1. Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazunun, sağ saidin sıyrıqları, sağ bayır topuğun fluktasiyaedici hematoması aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən 1 günə qədər əvvəl törənmişlər, qərarda göstərilən 13 sentyabr 2022-ci il tarixdə törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər.
2. F.U.Nəcəzadənin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyil. İş materiallarında olan və 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 30 mart 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X3 10 (on) iş saatına görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 03 (üç) iş saatına görə 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 78,00 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 78,00 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Əkrəm Qəhrəmanov