Məhkəmə qərarları › İş №1(003)-29/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-29/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-29/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan və məhkumluğu ödənilən, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunan və məhkumluğu ödənilməyən, subay, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşaya, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 24 mart 2022-ci il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində 19 saylı Kəlbəcər məktəbinin yaxınlığında olan “AL MARKET”-in qapısının kilidini sındırmaqla qanunsuz olaraq marketə daxil olub oradan “e-Manat” şirkətinin "xxxx" MMC-yə məxsus İD-5249 saylı ödəmə terminalını sındıraraq yararsız vəziyyətə salmaqla terminalda olan 811 manat pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə 811 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən 17 aprel 2022-ci il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X1 ilə cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən marketin dəmir barmaqlığının kilidini sındırıb marketə qanunsuz daxil olaraq 1500 manat dəyərində müxtəlif növ siqaretləri, 13 manat dəyərində 24 ədəd alışqanı, 145 manat dəyərində müxtəlif ətirləri, 01 ədəd 30 manat dəyərində “Wİ-Fİ” cihazını və 212 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 24 mart 2022-ci il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində 19 saylı Kəlbəcər məktəbinin yaxınlığında olan “AL MARKET”-in qapısının kilidini sındırmaqla qanunsuz olaraq marketə daxil olub oradan “e-Manat” şirkətinin "xxxx" MMC-yə məxsus İD-5249 saylı ödəmə terminalını sındırıb yararsız vəziyyətə salmaqla terminalda olan 811 manat pulu gizli olaraq talayıb zərər çəkmişşəxsə 811 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, maddi durumu ilə bağlı oğurluq cinayətləri törətmişdir. 24 mart 2022-ci il tarixdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində “AL MARKET"-dən Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq hadisəsi törətmişdir. Belə ki, 24 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Fətulla ilə birlikdə taksi ilə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə getmiş və orada “AL MARKET”-in qapısının qıfılını armatur parçası ilə sındırmış və marketə daxil olmuşdur. Fətulla isə yolun qırağında gəlib-gedən olacağı təqdirdə ona xəbər verməsindən ötrü gözləmiş, “AL MARKET"-in içərisində olan «eManat» aparatını dəmir parçası ilə sındırmış, içərisindəki bərk kapron metarilalından pul qabısını götürməyə çalışsa da, tək öhdəsindən gələ bilməmişdir. Daha sonra Fətulla marketə daxil olmuş, Fətulla ona bərk kapron materialından olan pul qabını götürməyə kömək etmişdir. Ödəmə terminalından sındırıraraq çıxartdıqları kapron pul qabını Fətulla ilə birlikdə yolüstü taksi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayış olmayan sahəyə aparmış, həmin yerdə dəmir parçası ilə pul qabının qapağını qıraraq orada olan 811 manat pulu Fətulla ilə aralarında tən yarıya bölmüşdür. Daha sonra yaşadığı evə gəlmişdir. Bundan sonra yenə də maddi vəziyyəti ilə əlaqədar oğurluq etmək qərarına gəlmiş, 16 aprel 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə keçən gecə saat 02 radələrində əvvəllər tanıdığı X1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində adı olmayan marketdən oğurluq etmək qərarına gəlmişdir. Salamla əvvəlcədən aralarında olan razılaşmaya əsasən əlində marketin yaxınlığında olan armatur parçası ilə marketin qapısının dəmir barmaqlığın qıfılını sındırmış, Salam isə qıfılı sındıran zaman yolun qırağında gələn-gedən olacağı təqdirdə ona xəbər etməsindən ötrü dayanmışdır. Marketin qapısının dəmir barmaqlığının qıfılını sındırdıqdan sonra marketə daxil olmuş, bundan sonra Salam da onun arxasınca gələrək marketə daxil olmuşdur. Marketdə olan ‘Want, Classic" “Winston”, Kent" markalı siqaretlər olmaqla, ümumilikdə ağzı bağlı 87 siqaret qutusunu, müxtəlif ətirləri, otuza yaxın alışqanı, iki plastmas butulka meyvə şirəsini marketin kassasından 92 (doxsan iki) manat nağd pulu, marketin içərisində olan “Wİ-Fİ” cihazını Salamla birlikdə oğurlamışdır. Həmin əşyaları yolüstü taksiyə qoyaraq Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində Salamın yaşadığı həyət evinə aparmışdır. Salamın yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində həmin əşyaları Salamla aralarında bölmüş, 44 siqaret qutusu Salama, 43 siqaret qutusu ona çatmış, alışqanlardan 13 ədədi ona, 12 ədədi Salama, ətirlərdən 13-14 ədədi ona, 13-14 ədədi Salama çatmışdır. “WİFİ” cihazını isə Salam özünə götürmüş, 92 manat pulu isə tən aralarında bölmüşdür. Salamla aralarında böldükləri və ona çatan alışqan və ətirləri özü üçün istifadə etmişdir. Ona çatan siqaret qutularının az qismini özü istifadə etmiş, qalan hissəsini isə 2022-ci ilin aprel ayının sonlarında Sabunçu rayonu, Maştağa qəsəbəsində “dörd yol” adlanan ərazidə “lalların dükanı" kimi tanınan siqaret köşkündə dəyərindən aşağı qiymətə, yəni ümumilikdə 68 manata satmışdır. Həmin şəxsə müxtəlif markalı siqaret qutularının oğurluq olması barədə heç nə deməmiş, həmin şəxsin siqaret qutularının oğurluq olması barədə xəbəri olmamışdır. Zərərçəkmiş şəxs məxsus marketin kassasından 92 manat pul götürmüş, bunu da səmimi etiraf etmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmasını, hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə istifadəçisi olduğundan əvvəllər də məhkumluq həyatı yaşamış, bir il olar ki, azadlığa buraxılmışdır. Hazırda isə Sabunçu rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi məhkəmə baxışındadır. Təqsirləndirilən şəxs1 qəsəbə sakini kimi tanımış, münasibətləri normaldır. İbrahimlə birlikdə olarkən pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. 24 mart 2022-ci il tarixdə saat 01:30 radələrində taksi ilə İbrahimlə birlikdə Qala qəsəbəsinə gəlib əlverişli şəraitdə olan oğurluq etmək üçün ünvan axtarmış, elə bu zaman Xaşa-xuna yaşayış massivində olan “Al Market” onların diqqətini çəkmiş, heç kimin olmamasından tam əmin olmaq üçün əvvəlcə ətrafa baxmış, daha sonra isə özünün pusquda durmağı və İbrahimin isə marketin qapısını qırıb içəri daxil olmağını, ətrafdan gələn olduqda isə İbrahimə xəbər verməyi planlaşdırmış, İbrahim armatur barçası ilə marketin giriş qapısının kilidini sındırdıqdan sonra marketə daxil olmuş, marketin içərisində olan “eManat” ödəmə terminalını həmin dəmir parçası ilə İbrahim sındırıb içərisindəki pul kisəsini tək götürə bilmədiyinə görə marketə daxil olmuş və pul kisəsini götürməkdə İbrahimə kömək etmişdir. Daha sonra İbrahimlə birlikdə həmin ünvandan uzaqlaşmışdır. Daha sonra isə yol üstü taksi ilə yaşadıqları Nardaran qəsəbəsinə gəlmiş və orada yaşayış olmayan sahəyə gedib həmin bərk materialdan olan qutunu sındıraraq içərisində olan 811 manat pulu götürüb iki hissəyə bölmüşdür. Daha sonra isə yaşadıqları evə qayıtmışdır. Həmin pul kisəsini İbrahimlə birlikdə quyuya atmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlar massivində evinin yaxınlığında yerləşən, ona məxsus, adı olmayan marketə gəldiyi zaman marketin qapısının dəmir barmaqlıqlarının sındırılmaqla naməlum şəxs və ya şəxslərin içəri daxil olaraq marketin daxilində 1500 manat dəyərində müxtəlif markalı siqaret blokları, 145 manat dəyərində ətirləri, 13 manat dəyərində 24 ədəd alışqan, 30 manat dəyərində “Wİ-Fİ” aparatı, marketdə yerləşən kassadan 212 manat nağd pulun oğurlanmasını aşkar etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1900 manat maddi ziyan dəymişdir. Qeyd etdiklərindən başqa ona məxsus marketdən başqa heç nə oğurlanmamışdır. Hazırda məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin omadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, “eManat” şirkətinin tabeliyindəki "xxxx" MMC-nin Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində işləyir. ”MODENİS” MMC tərəfindən ona "xxxx" MMC adından bütün hüquq-mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, iddiaçıya, cavabdehə üçüncü şəxsə və zərərçəkmişə qanunvericiliklə verilmiş bütün hüquqlar, o cümlədən ərizələri, şikayətləri və müraciətləri imzalamaq və təqdim etmək, vəsatətlər və etirazlar vermək, hüquq-mühafizə orqanlarının qərarlarından yuxarı orqana şikayətlər vermək, qanuni qüvvəyə minmiş məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını tələb etmək hüquqlarının eitbar edilməsi barədə etibarnamə verilmişdir. 24 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi adlanan ərazidə 19 nömrəli Kəlbəcər məktəbinin yaxınlığında yerləşən “AL MARKET”-ə daxil olmaq yolu ilə orada olan “eManat” pul ödəmə terminalının sındırılaraq pul qəbuledici qutusunun çıxarılması yolu ilə 811 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində “eManat” şirkətinin taebliyində olan "xxxx" MMC-yə 811 manat maddi ziyan dəymişdir. “eManat” şirkətinin tabeliyində olan "xxxx" MMC-yə məxsus İD-5249 nömrəli ödəmə terminalına sındırılması nəticəsində dəymiş ziyan 517 manat təşkil etmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək şirkətə dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin omadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 281/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 288/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 338/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 339/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində tətbiq olunmuş əlavə cəza xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə müddəti bitdiyindən Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, şirkətə dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin omadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 03 il 06 aya endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə hökmündən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilərək cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 02 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və ona həmin Məcəllənin 66.3.-cü maddəsinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilmiş, üzərində qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə toplanılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində Zərərçəkmiş şəxs dəymiş 1900 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində zərərçəkmiş hüquqi şəxs “eManat” şirkətinin tabeliyində olan "Modenis” MMC-yə dəymiş 811 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə sübut növü olan və Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerində saxlanılan 01 ədəd “eManat” şirkətinin tabeliyində olan "Modenis” MMC-yə məxsus 10-5249 nömrəli ödəmə terminalının pul qutusu höküm qanuni qüvvəsini aldıqdan sonra "Modenis” MMCyə qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində Zərərçəkmiş şəxs dəymiş 1900 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində zərərçəkmiş hüquqi şəxs “eManat” şirkətinin tabeliyində olan "Modenis” MMC-yə dəymiş 811 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə sübut növü olan və Xəzər rayon Polis İdarəsinin Saxlanc Yerində saxlanılan 01 ədəd “eManat” şirkətinin tabeliyində olan "Modenis” MMC-yə məxsus 10-5249 nömrəli ödəmə terminalının pul qutusu höküm qanuni qüvvəsini aldıqdan sonra "Modenis” MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (150 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 270 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (150 manat)müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 270 manat manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 na hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar