Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-290/2024 22.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş, şəxs X5, Barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6, X1 iştirakları ilə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X8 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şikayətini onunla əsaslandırmışdır ki, o, 2021-ci ildən Azərbaycan Karlar Cəmiyyətinin prezidentidir. X9 özüü əxlaqsı vəziyyətdə videogörüntüyə alaraq instaqram sosial şəbəkəsində özünün səhifəsində yerləşdirmişdir. Bundan sonra S.Baxşıyev ona “Whatsapp” vasitəsi ilə zəng vuraraq ona məxsus bir videonun nişanlısına göndərildiyini və bu səbəbdən ailə problemləri yaşadığın bildirərək şikayətçidən kömək istəmişdir. Şikayətçi isə ona bu məsələnin onun şəxsi işi olduğunu, ona kömək edə bilməyəcəyini, onun polisə müraciət etməli olmasını bildirmişdir. Bu zaman S.Baxşıyev onu söyməyə və təhir etməyə başlamışdır. Daha sonra o, Cəmiyyətdə lal və kar kimi qeydiyyata alınmış şəxslərə də zəng edərək, şikayətçini və həmin şəxsləri təhqir etmişdir. Bu zaman həmin şəxslər ilə onun arasında insident yaranmış, hazırda həmin insidentlə bağlı xəzər rayon Polis İdarəsində araşdırma aparılır. Bundan sonra Sədran Baxşıyev bu vəziyyətdən istifadə edərək şikayətçinin ünvanına nalyiq ifadələr işlətməyə və onda 70000 (yetmiş min) manat pul tələb etməyə başlamışdır. Pulu verməyəcəyimtəqdirdə bu propaqandalarını davam etdirəcəyini və ona “hücum edənlər mənə maraqlı deyil, mənim işim Bəhrəmlədir” bildirmişdir. Bundan əlavə X11 adlı şəxlə “Whatsapp” vasitəsi ilə danışan zaman şikayətçinin ünvanına nalayiq söyüşlər söyərək onun şərəfinə, ləyaqətinə, Cəmiyyətin Prezidenti olaraq nüfuzuna xələl gətirmişdir. X7 özünə aid bir neçə instaqram sosial platformasında “sedran_007”, “sedran.007off” “sedran.ofical” və. sprofillər açaraq Azərbaycan Karlar Cəmiyyətinin Prezidenti olaraq şərəf və layqətini alçaldan videolar yerləşdirmişdir. Dörd aya yaxındır ki, Sədran Baxşıyev şikayətçi barəsində videolar çəkərək İnstaqram sosial şəbəkəsində yerləşdirərək 70000 ( yetmiş min) manat pul tələb edərək onun şərəf və ləyaqətini alçatmışdır və bu cür videolarala da davam etdirliir. Bundan əlavə o, Sədran Baxşıyevin yaydığı videolarla bağlı “Xəbər a” sayıtının əməkdaşlarına məcbur qalıb müsahibə vermişdir. Bir sözlə Sədran Baxşıyev məni halhazıradək sosial şəbəkərdə şərəf və ləyaqətini alçaldaraq Karlar Cəmiyyətinin Prezidenti olaraq nüfuzdan salmağa cəhd göstərir. S.Baxşıyev “Azərbaycan Karlar Cəmiyyəti’’ X4 Adına Bankdan kredit götrüb. Həmin şəxslərin pullarını ödəmir. X10 pullarını tələb etdikidə Sədran onları bıçaqla hədə qorxu gəlir. S.Baxşıyev əslən Lənkəran rayonu, Osakücə ərazi dairəsi, Moloja kəndində qeydiyyatdadır, hal-hazırda isə Xəzər rayonu, Binə qəsəbəsində kirayəşin yaşayır, anadan gəlmə lal-kardır və heç bir yerdə işləmir. Azərbaycan Karlar Cəmiyyətinin üzvlərinin adına Bankdan pullar götürür və ödəmir. Pulun tələb edən şəxslərə isə bıçaqlayacağını bildirərək hədə qorxu gəlir və pulu verməkdən imtina edir.Qeyd edilənlərə əsasən X6 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və həmin maddənin sanksiyası həddində onlara cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X9 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçı X9 məhkəmə hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət ışı və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən məhkəmə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43, 299, 300 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-290/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-290/2024
22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver