Məhkəmə qərarları › İş №1(003)-290/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-290/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-290/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 11:00 X5 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1997-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, işsiz, Lerik şəhəri, Elmar Qarayev küçəsi, ev 7 ünavnında qeydiyyatdadır və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 63-cü Binə məhəlləsi nömrəsiz ev ünvanında yaşayır, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 185.1-ci və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkəti özbaşına törədərək mühüm ziyan vurmaqla özbaşınalıq etmiş, həmçinin avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Təkə-Türkman küçəsinin kəsişməsində dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes Benz C 180 minik» **- VC-*** dövlət qeydiyyat nişanlı avtomobilində oturarkan tanışı «Rəşad» adlı şəxsin “Xiaomi” markalı mobil telefonu Zərərçəkmiş şəxs tərəfindən satılmasını bəhanə edərək qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş tərəfindən təkzib edilən hərəkət edərək avtomobilin şitinin üzərində olan və Zərərçəkmiş şəxs məxsus dəyəri 238 manat olan «Tekno Spark GO 2024» markalı mobil telefonunu, dəyəri 10 manat olan həmin mobil telefonun üzərində olan qoruyucunu və içərisində dəyəri 6 manat olan ***-***-**-** GSM nömrəsini «Rəşad» adlı şəxsin mobil telefonunun əvəzinə onun icazəsi olmadan götürüb aparmaqla qanuniliyi fiziki şəxs Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən davranış qaydalarının ziddinə yönəlmiş özbaşına hərəkətlərlə Zərərçəkmiş şəxs cəmi 254 manat məbləğində mühüm ziyan vurmaqla özbaşnalıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Təkə-Türkman küçəsinin kəsişməsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisədən sonra hadisə yerindən qaçıb gedən Zərərçəkmiş şəxs həmin ünvanda dayanıqlı vəziyyətdə qalmış özünə məxsus olan «Mersedes Benz C 180 minik» **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili onun tapşırığı əsasında Şahid1 dayandığı həmin yerdən idarə edib Təkə Türkman küçəsi, nömrəsiz evin qarşısında saxlıyaraq avtomobildən düşüb getdikdən sonra Təqsirləndirilən şəxs həmin gün saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus olan «Mersedes Benz C 180 minik» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla sükan arxasına əyləşib mühəriki istintaqla müəyyənləşdirilməsi mümkün olmayan üsulla işə salaraq dayandığı həmin yerdən talama məqsədi olmadan yaşadığı evinə getmək üçün idarə edib Zərərçəkmiş şəxs sahiblik və istifadə hüququnu pozub icazəsiz sürərək Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda yerləşən çörək sexinin yaxınlığında yaşadığı evin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 63-cü Binə məhəlləsi nömrəsiz evin ünvanının qarşısında küçədə saxlamaqla çıxıb evinə gedərək Zərərçəkmiş şəxs əmlakı üzərində sərəncam vermək və ondan istifadə hüququnu pozub ona məxsus «Mersedes Benz C 180 minik» **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırtmaqla qanunsuz ələ keçirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-290/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxs yığmışdır ki, onun nömrəsini Binə uşaqlarından almışdır. Qürbətin onun telefonunu aldığını və telefonun içində ailə şəkillərinin olduğunu demişdir. Telefonu ondan almağı xahiş etmişdir. O Qürbəti 2-3 dəfə görmüşdür. Ona nömrəsini atmış o da Qürbəti yığmış və məsələni danışmışdır. O da demişdir ki, görüşək telefonu verim. Görüşəndə 50 manat pulu ona təklif etmiş, sonra iki nəfər gəlmiş telefonun satıldığını demişlər. O da Qürbətdən niyə yalan danışdığını soruşmuşdur. Demişdir ki, telefon necə satılıb ki pulunu alırdın. Qürbət düşmək istəyəndə kurtkasından tutmuş, lakin Qürbət maşından düşüb qaçmışdır. Telefon sürətlər qutusunun yanında qalmışdır. Maşın yolun ortasında qalmasın deyə maşını sürüb kənara aparmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikasının CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə 6 il azadlığdan məhrum olunmuşdur, cəzasının sonu ilə əlaqədar azadlığa buraxılmışdır. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuşdur. 23 dekabr 2024-cü il tarixdə günorta saatlarında Binə qəsəbəsində o, dostu Rəşadla rastlaşmış və aralarında olan söhbət əsnasında ondan soruşmuşdu ki, «sənə zəng edirəm, niyə cavab vermirsən?» Rəşad ona demişdi ki, ona məxsus mobil telefonunu 50 manat borca görə qohumu Qürbətə vermişdir və yeni telefon almağa pulu yoxdur. Eyni zamanda Rəşad bildirmişdi ki, həmin telefonda onun ailə şəkilləri vardır. O, Rəşada söz vermişdi ki, «Qürbətlə danışıb sənin telefonunu qaytartdıraram» və Qürbətin ***-***-**-** mobil nömrəsini almışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:10 radələrində həmin mobil nömrə ilə Qürbətə zəng edib ona demişdir ki, «Rəşad adlı dostunun telefonunu əlindən almısan, gətir onu qaytar». Qürbət demişdi ki, «hə yaxşı gələrəm» və o, Qürbətə demişdi ki, «Xəzər rayonu, Binə qəsəbəsində yerləşən «XXİ-ci əsr» adlı kafedəyəm, ora gəl görüşək». Bundan sonra həmin gün təxminən 01 radələrində Qürbət deyilən ünvana gəlmişdi və o, kafedən çıxıb gəlib sonuncunun «Mersedes» markalı avtomobilinə əyləşmişdi. Həmin vaxt o, hiss etmişdi ki, Qürbət içkili vəziyyətdədir. Bundan sonra Qürbət avtomobili sürüb bir qədər qabaqda məhlə içində saxlamışdı və orada sonuncu ilə söhbət edən zaman Mirpayız və onun qardaşı Nurlan da gəlib avtomobilə əyləşmişdilər. O, Qürbətə demişdi ki, «Rəşadın mobil telefonun qaytarmaq lazımdır». Qürbət demişdi ki, «telefon məndə deyil, başqa adamdadır». O, demişdi ki, «zəng elə gətirsin» və həmin vaxt Mirpayız demişdi ki, «telefon yoxdur, telefonu Qürbət satıb». O, Qürbətə əsəbləşib demişdi ki, «məni aldadırsan sən» və avtomobilin şitinin üstündə olan Qürbətə məxsus telefonu götürərək demişdi ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytaram». Bu sözdən sonra Qürbət avtomobilindən düşüb qaçmışdır. Qürbət avtomobildən düşüb qaçarkan Mirpayıza qışqıraraq demişdi ki, avtomobilini sürüb getsin. Qürbətin idarə etdiyi avtomobilin açarı avtomobilin üstündə qalmışdır. Bundan sonra Mirpayız sükan arxasına keçib Qürbətin «Mersedes C180» markalı avtomobilini sürmüşdür və onlar avtomobil dayanan yerdən bir qədər qabağa getdikdən sonra Mirpayız avtomobili saxlamışdır və qardaşı Nurlanla birlikdə avtomobildən düşüb evlərinə getmişdilər. O, isə həmin avtomobilin sükanı arxasına keçib Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən çörək sexinin yaxınlığına gedib avtomobili orada saxlamışdır. Daha sonra Qürbətə məxsus mobil telefonu götürüb evə getmişdir. O, Qürbətin telefonunu öz evlərinə aparıb saxlamışdır. Daha sonra o, evdə olan zaman Qürbətin dostu Röyal ona zəng vurub Qürbətin maşınının açarının onda olmasını və həmin açarı Röyala verməsini ondan xahiş etmişdir. Bu zaman o, Röyala maşını qaçırtmadığını və hara isdəyirsə gəlməsini və o, maşını Röyala verə biləcəyini bildirmişdir. Röyal ona etiraz etməyib onun mobil telefonuna konum atmışdır. O, da Qürbətin avtomobili ilə həmin yerə gedərək avtomobili orada saxlamış, açarını isə işıq sayğacının içinə qoymuşdur. Sonra o, onlara gəlmiş dayısı oğlu Şahid2 İlris oğluna hadisə barədə danışaraq bildirmişdi ki, Qürbətin mobil telefonu ondadır. Rauf ondan Qürbətin mobil telefonunu almışdır və bildirmişdir ki, Qürbətin özünə qaytaracaqdır. Sonra o, yaşadığı ünvandan dayısının yaş mərasimi keçiriləcək Lerik rayonuna getmişdir. Daha sonra Qürbətin ondan şikayət etdiyini öyrənib Xəzər RPİ-nin 3cü PŞ-nə gələrək izahat vermişdir. Hadisə vaxtı o, tək olmuşdur. Qürbətin yanında Mirpayız və sonuncunun qardaşı Nurlan olmuşdur. O, Qürbətin idarə etdiyi avtomobilə tək minmişdir, onunla heç kim olmamışdır. O, Qürbətin idarə etdiyi avtomobilə mindikdən sonra Qürbət avtomobili bir qədər qabağa sürüb məhəllə içində saxlamışdır. Həmin vaxt avtomobilə Mirpayız və sonuncunun qardaşı Nurlan oturmuşlar. O, yenə təkrar etmişdir ki, Qürbətin idarə etdiyi avtomobilə o, tək minmişdir. Həmin vaxt onun üstündə heç bir bıçaq olmayıb və nədə o, Qürbətin üzərinə bıçaq çıxartmamışdır. O, biləndə ki, Qürbət Rəşadın mobil telefonunu satıb, avtomobilin şitinin üzərindən Qürbətin mobil telefonunu götürmüşdür və Qürbətə bildirmişdir ki, Rəşadın mobil telefonunu qaytardıqdan sonra Qürbətin telefonunu özünə qaytaracaq. Qürbət qorxub avtomobildən düşüb qaçmışdır. Qürbət Rəşadın mobil telefonunu satdığını bildikdən sonra o, avtomobilin şitinin üstündə olan Qürbətə məxsus telefonu götürərək demişdir ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytaram». Bu sözdən sonra Qürbət avtomobilindən düşüb qaçmışdır. O, Qürbətin mobil telefonunu götürən zaman sonuncunun boynunun arxasından sillə ilə vurmamışdır. Qürbət ona idarə etdiy avtomobili sürməyə icazə verməmişdir. Qürbət ondan qorxaraq avtomobildən düşüb qaçdıqdan sonra o, fikirləşmişdir ki, avtomobil orada qalsa avtomobili kimsə götürüb aparar. Buna görə də, o, Qürbətin idarə etdiyi avtomobili özü sürüb Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən çörək sexinin yaxınlığına aparmışdır və orada qoyub evə getmişdir. Daha sonra Röyal ona zəng vurduqda o, Qürbətin avtomobilini aparıb Röyal deyən yerdə saxlamışdır və avtomobilin açarını isə işıq sayğacının içinə qoymuşdur. Şahid1 və onun qardaşı Nurlan avtomaşından düşüb evlərinə gedərkən Mirpayız ona Zərərçəkmiş şəxs avtomobilini idarə etmək üçün müraciət etməmişdir. O, özü Mirpayıza bir söz demədən Zərərçəkmiş şəxs avtomobilinin sükanı arxasına keçərək avtomobili sürüb çıxıb getmişdir. O, 3-cü Polis şöbəsində izahat verərkən həyacanlı olduğundan fikrini düz izah etməmişdir. Hal-hazırda o, hadisəni düzgün söyləyir və xahiş edir bu nəzərə alınsın. O, Qürbətə Rəşadın mobil telefonunu verməsə ona ağır başa gələcəyini və telefonu onun başında sındırıcağı haqqında heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs mobil telefonunu götürərkən Ağayev X2 Nurməmmədova hər-hansı fiziki və ya psixi təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. O, taksi fəaliyyəti ilə «Mersedes-Benz C 180» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla məşğul olur. Həmin avtomaşın Şahid5 məxsusdur və o, avtomaşını ondan kreditə götürmüşdür. Belə ki, hər ay o, Eldənizə 450 manat pul verirdi. O, Eldənizə ilkin ödəniş kimi 2000 manat vermiş və hər ay 450 manat verməklə 16 ay ödəniş etməli idi. Artıq ödənişlərin o, 6 ayını ödəmişdir. Təxminən 2 ay bundan əvvəl onun uzaq qohumu Rəşada 50 manat pul borca vermişdir. Həmin borcu Rəşad ona 1 həftə ərzində qaytarmalı idi, lakin, vaxtında qaytarmamışdır. 2024-cü ilin dekabr ayının 17 və ya 18-də o, Rəşadla metronun «Xalqlar Dostluğu» stansiyasının yanında rastlaşmış və ondan borclu olduğu 50 manatı tələb etmişdir. Rəşad ona bildirmişdir ki, pulu yoxdur və pulun əvəzində ona «Ksiomi Mİ A3» markalı mobil telefonunu verə bilər. O, Rəşadla razılaşmıışdır və ona məxsus «Ksiomi Mİ A3» markalı mobil telefonunu ondan nömrəsiz vəziyyətdə almışdır. Bundan 2-3 gün sonra o, Rəşaddan aldığı mobil telefonu dostu Şahid1 və qohumu Şahid4 ilə bir yerdə Xəzər rayonu Binə qəsəbəsi, Mərkəz adlanan ərazidə olan mobil telefonların alışı və satışı ilə məşğul olan mağazaya 35 manata satmışdır. 24 dekabr 2024-cü il tarixdə saat 01 radələrində o, idarə etdiyi avtomaşını Binə qəsəbəsində yerələşən Yanacaq Doldurma məntəqəsinin yaxınlığında yerləşən «XXİ əsr» kafesinin yanında olan işıqforda saxalayan zaman avtomaşına üzdən tanıdığı Təqsirləndirilən şəxs oturmuşdur. Allahşükür avtomaşının qabaq sağ oturacağında oturmuşdur. Həmin vaxt Allahşükürün yanında bir nəfərdə olmuş, lakin həmin şəxs avtomaşına oturmamışdır. Həmin vaxt o, sükan arxasında içkili vəziyyətdə olmuşdur. Avtomaşına oturduqdan sonra Allahşükür ona demişdir ki, «sür qabağa». O, avtomaşını idarə edərək sovxoz istiqamətində qabağa sürən zaman küçələrin birində Allahşükür ona demişdir ki, «saxla». O, maşını saxlamışdır və mühərriki söndürmüşdür. Həmin vaxt maşının açarı yerində qalmışdır. O, avtomaşını saxladıqdan sonra avtomaşına arxa oturacağa Binə qəsəbəsindən tanıdığı və dostu olan Şahid1 və onun qardaşı Nurlan oturmuşdular. Mirpayız və Nurlan avtomaşına oturduqdan sonra Allahşükür ona demişdir ki, «Rəşadın mobil telefonunu almısan, qaytarmaq lazımdır». O, Allahşükürə demişdir ki, «telefon onda deyildir, başqa adamdadır». Allahşükür demişdir ki, «zəng elə gətirsin» və həmin vaxt Mirpayız demişdir ki, «telefon yoxdur, telefonu Qürbət satıb». Allahşükür ona əsəbləşib demişdir ki, «məni aldadırsan sən» və avtomobilin şitinin üstündə olan ona məxsus ***-***-**-** nömrəsi ilə işlətdiyi «Teknoplas» markalı mobil telefonunu götürərək demişdir ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytaram». Bu sözdən sonra o, Allahşükürdən qorxub idarə etdiyi avtomobildən düşüb qaçmışdır. Onun idarə etdiyi avtomobilin açarı avtomobilin üstündə qalmışdır. O, avtomobildən düşüb qaçarkan dostu Mirpayıza qışqıraraq demişdir ki, avtomobilini sürüb getsin. Həmin vaxt onun idarə etdiyi avtomaşın və içərisində Allahşükür, Mirpayız və onun qardaşı Nurlan həmin küçədə qalmışdılar. Avtomaşından çıxıb qaçan zaman o, yıxılmışdır və xəsarət almışdır. 24 dekabr 2024-cü il tarixdə saat təxminən 17 radələrində Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə hadisə barədə məlumat vermişdir. Həmçinin, sonralar o, polis işçiləri ilə bir yerdə hadisə yerinə gedən zaman həyəcanlanaraq qaçmışdır və həmin vaxtda da yıxılaraq bu dəfə sağ qılçasının diz nahiyyəsindən xəsarət almışdır. O, Binə qəsəbəsində yerələşən Yanacaq Doldurma məntəqəsinin yaxınlığında yerləşən «XXİ əsr» kafesinin yanına Allahşükür ona zəng etdikdən sonra avtomaşınla gəlmişdir. Allahşükür onun idarə etdiyi avtomaşına tək minmiş və «sür qabağa» demişdir. O, avtomaşını idarə edərək sovxoz istiqamətində qabağa sürən zaman küçələrin birində Allahşükür ona demişdi ki, «saxla». O, avtomaşını saxladıqdan sonra avtomaşına arxa sağ oturacağa Binə qəsəbəsindən tanıdığı və dostu olan Şahid1 və onun qardaşı Nurlan oturmuşdular. Allahşükürlə arasında olan söhbət zamanı Rəşadın mobil telefonunu satdığını bildikdən sonra Allahşükür əsəbləşib demişdir ki, «məni aldadırsan sən» və avtomobilin şitinin üstündə olan ona məxsus ***-***-**-** nömrəsi ilə işlətdiyi «Teknoplas» markalı mobil telefonunu götürərək demişdi ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytaram». Həmin vaxt Allahşükür onun üstünə nə bıçaq çəkmişdir, nədə onun boynuna vurmamışdır. O, içkili olduğuna görə Allahşükürdən qorxub avtomaşından düşüb qaçmışdır. Lakin, o, Allahşükürün üstündə və ya əlində bıçaq görməmişdir. Onun mobil telefonunu Təqsirləndirilən şəxs götürərkən Şahid1 və sonuncunun qardaşı Nurlan ona qarşı hər-hansı bir fiziki və ya psixi təsir göstərməmişlər. Həmin vaxt Mirpayız və onun qardaşı Nurlan sakitcə danışmadan avtomaşında oturmuşlar. O, izahatlar və ifadələr verərkən həyacanlandığı üçün səhvlərə yol vermişdir. Allahşükürlə üzləşən zaman o, hadisənin baş verməsini dəqiq yadına salmışdır və buna görə də düzgün ifadə vermişdir. Hal-hazırda da o, hadisənin baş verməsini düzgün təsvir edir və xahiş edir bu nəzərə alınsın. Rəşad ona borc əvəzi öz mobil telefonunu verərkən o, tək olmuşdur, Şahid1 həmin vaxt onun yanında olmayıb. O, Mirpayızla bir yerdə olan zaman Rəşadın mobil telefonunu satmışdır, lakin əldə etdiyi 35 manatdan o, Mirpayıza verməmişdir. Qeyd etmişdir ki, o, Mirpayızla mobil telefonu satıb 35 manatı aldıqdan sonra onların yanlarına dayısı oğlu Şahid4 Afıq oğlu gəlmişdir. Onun telefonunun qiyməti 238 manatdır, üzərində olan qoruyucuların qiyməti ümumilikdə 10 manat və ***-***-**-** sim nömrəsinin isə 6 manat qiyməti vardır. «Mersedes» markalı nəqliyyat vasitəsinin 9300 manat qiyməti vardır. Onun idarə etdiyi «Mersedes Bens C 180» markalı avtomaşını ona tanışı Röyal tərəfindən qaytarılmışdır. O, tanışı Röyaldan xahiş etmişdi ki. Allahşükürdən onun avtomaşınını alıb ona qaytarsın və Röyalda bunu etmişdir. Royalın soyadını və atasının adını, harada yaşamasını o, bilmir. Sadəcə olaraq Royalla onun salamı vardır. Onun idarə etdiyi «Mersedes Bens C 180» markalı avtomaşın ona qaytarılarkən avtomaşının üzərində heç bir zədə yox idi və avtomaşının bütün detalları yerində idi, avtomaşından heç bir detal götürülməmişdir. O, avtomaşından düşüb qaçarkan avtomaşını idarə etməyi ancaq Mirpayıza icazə vermişdi və qaçarkan qışqıraraq Mirpayıza bu haqda demişdi. O, Təqsirləndirilən şəxs avtomaşınını idarə etməyə icazə verməmişdi. Ona məxsus ümumi dəyəri 254 manat olan əmlakının Təqsirləndirilən şəxs tərəfindən götürülməsi ilə ona mühüm maddi ziyan vurulmuşdur. O, ekspert rəyi ilə razı deyil. Ona məxsus 01 ədəd «Tekno Spark GO 2024» mobil telefonunun dəyəri 238 manat, onun üzərində olan qoruyucunun dəyəri 10 manat və telefonda olan ***-***-**-** CSM nömrəsinin dəyəri isə 6 manatdır. Ona vurulmuş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsində məhkəmə iclaslarında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi elan edilmiş Şahid1 ibidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır, heç vaxt ailəli olmamışdır. Ailədə ondan başqa 4 qardaşı və 4 bacısı vardır. Əvvələr məhkum olmamışdır. Hal-hazırda o, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs tanıyır, onunla dost münasibəti vardır. 23 dekabr 2024-cü il tarixdə Qürbət ona demişdi ki, Qürbətdə telefon var, həmin telefonu satmaq istəyir və ondan kömək istəmişdi. O, telefonu satmağa köməklik etməyinə razılıq vermişdi. Sonra o, Qürbət və Qürbətin qohumu Vaqif həmin telefonu aparmışlar Binə qəsəbəsinin mərkəzində yerləşən telefon alqı-satqı mağazasına. Orada o, və Qürbət mağazaya girmişlər, Vaqif isə çöldə qalmışdı. O, həmin telefonu Qürbətdən alıb mağazanın satıcısı Ülvi adlı şəxsə təqdim etmişdi və bildirmişdi ki, telefonu satmaq istəyirlər. Ülvi telefonu alıb baxdıqdan sonra bildirmişdi ki, həmin telefona görə onlara 35 manat verə bilər. Qürbət və o, razı olmuşlar, sonra isə Ülvi onlardan şəxsiyyət vəsiqəsini istəmişdi. O, Ülviyə öz şəxsiyyət vəsiqəsini təqdim etmişdi və Ülvi həmin şəxsiyyət vəsiqəsindən onun anket məlumatlarını və telefondan İMEİ kodu dəftərinə yazmışdı, sonra isə mobil telefonu götürüb əvəzində ona 35 manat vermişdi. O, isə öz növbəsində 35 manat pulu Qürbətə vermişdi. Qeyd etmişdir ki, həmin telefon «Xiaomi Mİ A3» markalı mobil telefon idi. Onun həmin telefonu Qürbət haradan alması barədə heç bir məlumatı olmamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə gecə saat 01ə işləmiş Qürbət ona zəng vuraraq Binə qəsəbəsində olan Benzin doldurma məntəqəsinin yaxınlığına çağırmışdı. Həmin vaxt o, qardaşı Nurlan ilə birlikdə idi. Onlar Benzin doldurma məntəqəsinin yaxınlığına çatan zaman Qürbətin idarə etdiyi avtomaşının içərisində Allahşükür ilə oturduğunu görmüşdülər. O, və Nurlan bundan sonra maşının arxa oturacağına əyləşmişlər. Həmin vaxt o, hiss etmişdi ki, Qürbət sərxoş vəziyyətdədir. Allahşükür və Qürbət söhbət edirdilər. Bu zaman Qürbət və Allahşükür normal söhbət edirdilər. Allahşükür Qürbətə demişdi ki, «Rəşadın mobil telefonunu qaytarmaq lazımdır». Qürbət demişdi ki, «telefon məndə deyil, başqa adamdadır». Allaşükür Qürbətə demişdi ki, «zəng elə, gətirsin». Bu vaxt onun yadına düşmüşdü ki, Qürbətə o, telefon satmağa köməklik etmiş və buna görə də demişdi ki, «telefon yoxdur, telefonu Qürbət satıb». Allahşükür Qürbətə əsəbləşib demişdi ki, «məni aldadırsan sən» və avtomobilin şitinin üstündə olan Qürbətə məxsus mobil telefonu götürərək demişdi ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytararam». Bu sözdən sonra Qürbət avtomaşından düşüb qaçmışdı. Qürbət avtomaşından düşüb qaçarkan ona qışqıraraq demişdi ki, maşını sürüb getsin. Qübətin idarə etdiyi avtomaşının açarı avtomaşının üstündə qalmışdır. Bundan sonra o, sükan arxasına keçib Qürbətin «Mersedes C180» markalı avtomaşını bir qədər sürmüşdü. Evdə söz-söhbət olmaması üçün o, Qürbəti avtomaşınını Binə qəsəbəsində saxlamış və qardaşı Nurlanla avtomaşından düşmüşdülər ki, evlərinə getsinlər. Onlar düşüb gedərkən o, görmüşdü ki, Allahşükür sükanın arxasına oturaraq Qürbətin avtomaşını sürüb çıxıb getdi. Allahşükürün avtomaşını hara aparmasından onun məlumatı olmadı. O, və qardaşı Nurlan Qürbətin idarə etdiyi avtomaşında Qürbət sükan arxasında və onun yanında sağ oturacaqda Allahşükür oturmuşdur. xx.xx.2024-cü il tarixdə gecə saat 01-ə işləmiş Qürbət onu telefonla Binə qəsəbəsində olan Benzin doldurma məntəqəsinin yaxınlığına çağırdıqdan sonra o, qardaşı Nurlanla həmin yerdə Qürbətin avtomaşınına yaxınlaşan zaman avtomaşında Qürbət sükan arxasında və onun sağ tərəfində Allahşükür oturmuşlar. Avtomaşında başqa heç kim yox idi. Onlar söhbət edirdilər. O, Nurlanla avtomaşının arxa oturacağında oturduqdan sonra Allahşükür Qürbətə demişdi ki, «Rəşadın mobil telefonunu qaytarmaq lazımdır». Qürbət demişdi ki, «telefon məndə deyil, başqa adamdadır». Allaşükür Qürbətə demişdi ki, «zəng elə, gətirsin». O, Allahşükürə demişdi ki, «telefon yoxdur, telefonu Qürbət satıb». Allahşükür Qürbətə əsəbləşib demişdi ki, «məni aldadırsan sən» və avtomobilin şitinin üstündə olan Qürbətə məxsus mobil telefonu götürərək demişdi ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytararam». Bu sözdən sonra Qürbət avtomaşından düşüb qaçmışdı. Allahşükür Qürbətin mobil telefonunu götürərkən sonuncunun üstünə bıçaq çıxartmamışdır, ümumiyyətlə Allahşükürün əlində bıçaq olmayıb. Qürbət Rəşadın mobil telefonunu satdığını bildikdən sonra Allahşükür avtomobilin şitinin üstündə olan Qürbətə məxsus telefonu götürərək demişdi ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytararam». Bu sözdən sonra Qürbət avtomobilindən düşüb qaçmışdı. Allahşükür Qürbətin mobil telefonunu götürən zaman onun boynunun arxasından sillə ilə vurmamışdır. Zərərçəkmiş şəxs mobil telefonunu Təqsirləndirilən şəxs götürərkən o, Zərərçəkmiş şəxs hər-hansı bir fiziki və ya psixi təsir göstərməmişdir. O, qardaşı Nurlanla avtomaşından düşüb evə gedərkən Təqsirləndirilən şəxs Qürbətin avtomaşınını idarə etməyə icazə verməmişdi. O, qardaşı Nurlanla avtomaşından düşdükdən sonra görmüşdür ki, Allahşükür ondan xəbərsiz Qürbətin avtomaşının sükanının arxasına oturaraq avtomaşını sürüb çıxıb getdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Ailəvi gediş-gəlişləri vardır. 24 dekabr 2024-cü il tarixdə saat təxminən səhər 10 radələrində Allahşükür ona zəng vuraraq baş vermiş hadisəni qısa onun üçün telefonda danışmışdır. O, saat təxminən 11 radələrində onların evinə getmişdir. Allahşükürgildə olan zaman ona məlum olmuşdur ki, Allahşükür Qürbət adlı şəxsdən dostu Rəşadın telefonunu qaytarmasını tələb etmişdir. Qürbət ilk öncə telefonun evdə olmasını bildirmiş, sonradan isə Qürbətin tefonu satması məlum olmuşdur. Qürbət yalanının ortaya çıxdığını öyrənib mobil telefonunu və idarə etdiyi «Mersedes» markalı nəqliyyat vasitəsini qoyub ordan qaçmışdır. Daha sonra Allahşükür Qürbətin telefonu və idarə etdiyi nəqliyyat vasitəsini götürərək həmin əmlakların təhlükəsizliyini təmin etmək məqsədi ilə evlərinə gətirmişdir. Sonradan Röyal adlı şəxs Allahşükürə zəng vuraraq Qürbətin maşınını qaytarmasını xaiş etmişdir. Allahşükür də Röyala maşını oğurlamadığını bildirib həmin maşını Röyal deyən yerə qoymuşdur. Allahşükürdə olan Qürbətə məxsus mobil telefonu isə Allahşükürün evlərində olan zaman ona vermişdir. O, mobil telefonu götürüb birbaşa Xəzər RPİ-nin 3-cü PŞ-nə təhvil vermişdir. Bu hadisədən sonra o, Allahşükürün polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Onun özünə məxsus 1998-ci il buraxılış «Mersedes C 180» markalı 90-VC- 823 dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili 2023-cü il tarixdə avqust ayında Eldənizə kreditlə satmışdır. Eldəniz onun pulunu tam vermədiyinə görə Eldənizə baş etibarnamə verməmişdir. Daha sonra Eldəniz adlı şəxs ona zəng vurub bildirmişdir ki, o, maşının pulunu ödəyə bilmədiyinə görə həmin nəqliyyat vasitəsini Qürbət adlı şəxsə satmışdır. Ancaq ona nəqliyyat vasitəsinin pulunu Eldəniz özü ödəyirdi. O, nəqliyyat vasitəsini 7500 manata Eldənizə satmışdır. Həmin puldan 2500 manatını Eldəniz ona ödəmişdir. Yerdə qalan pul isə hələ də qalır. Ona görə də, o, nəqliyyat vasitəsinə Eldənizə baş etibarnamə vermir. Hal-hazırda nəqliyyat vasitəsi onun adındadır. O, avtomaşını Eldənizə verərkən onlar danışmışlar ki, maşına görə maddi məsuliyyəti Eldəniz daşıyacaq və sonuncu razılaşmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, fərdi qaydada fəhlə kimi çalışır. Əvvələr məhkum edilməmişdir. Ailədə ondan başqa 1 bacısı, iki qardaşı vardır. Qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Qürbət təxminən 17 və 18 dekabr 2024-cü il tarixdə saat 18:00 radələrində ona zəng vuraraq Binənin mərkəzində olduğunu və gəzməyə getmək isdədiyini bildirmişdi. O, evdən çıxıb gəlib Binənin mərkəzində Qürbətlə və sonuncunun dostu Mirpayızla görüşmüşdür. Orada aralarında olan söhbət zamanı ona məlum olmuşdu ki, Qürbət hansısa mobil telefonu satıb. Binə qəsəbəsinin mərkəzində onlar dönər yemişlər və maşına benzin vurmuşlar. Həmin gün bir az gəzib evilərinə qayıtmışdılar. Bundan təxminən bir necə gün sonra onu polis əməkdaşları çağırmışdı. Orada ondan Binə qəsəbəsinin mərkəzində mobil telefon mağazasına telefon satıb-satmamağı barədə soruşmuşdular. O, polis əməkdaşlarına bildirmişdi ki, heç bir mağazaya heç bir telefon satmamışdır. Həmçinin o, bildirmişdi ki, Qürbət və ya Mirpayız 17 və ya 18 dekabr 2024-cü il tarixdə onun onlardan eşitdiyinə görə Binə qəsəbəsinin mərkəzində olan telefon alğısatqı mağazasına hansısa mobil telefon satmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin fevral ayında 1998-ci il buraxılış «Mersedes C 180» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilini «Turbo.az» saytına satışa qoymuşdur. Qürbət elanda yerləşdirdiyi nömrəyə zəng vurub avtomobili almaq üçün onunla görüşmüşdür və bundan sonra öz aralarında razılığa gəlmişdilər ki, 1500 manat ilkin olaraq, 16 ay müddətində isə hər ay üçün 450 manat pul ödəsin. Beləliklə avtomobili sürmək üçün etibarnamə ilə Qürbətə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda Qürbətlə görüşmüşlər və avtomobilin 450 manat ayılığı ondan istəmişdir və Qürbətə demişdir ki, ödəniş üçün gecikmə etməsin. Əlavə olaraq Qürbətə demişdir ki, əgər danışdıqları kimi sonuncu hər ay 450 manat verə bilmirsə o, 1000 manat Qürbətə pul qaytarsın və Qürbət avtomobili özünə qaytarsın, Qürbətə vermiş olduğu etibarnaməni ləğv etdirsin. Lakin, Qürbət buna razı olmamışdır və bildirmişdir ki, hər ay ödənişi danışdıqları kimi verəcəkdir. Aralarında olan bu söhbətdən sonra o, çıxıb getmişdir. O, həmin «Mersedes C 180» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şahid3 2023-cü ilin avqust ayında kreditlə almışdır. Bundan sonra Raufun kreditini ödəyə bilmədiyi üçün həmin nəqliyyat vasitəsini kreditlə Qürbətə satmışdır. Qürbət hər ay krediti ona ödəyirdi, o isə Şahid3 ödəyirdi. Şahid3 həmin nəqliyyat vasitəsini ona sürmək üçün etibarnamə ilə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, üç övladı vardır. O, fərdi qaydada Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzində yerləşən mobil telefonu alğı-satqı mağazasında usta işləyir. Əvvələr məhkum edilməmişdir. 23 dekabr 2024-cü il tarixdə saat 16 radələrində o, işlədiyi mağazaya 3 nəfər şəxs yaxınlaşmışdı. Onlardan ikisi, yəni əvvəllər tanıdığı və onunla əvvəllər alver edən Şahid1 və sonralar adını bildiyi Zərərçəkmiş şəxs mağazaya daxil olmuşdular, 3-cü adını bilmədiyi şəxs isə mağazanın çölündə qalmışdı. Şahid1 ona “Redmi MİA 3” markalı mobil telefon təqdim edərək bildirmişdi ki, həmin mobil telefonu satmaq istəyir. O, həmin “Redmi MİA 3” markalı mobil telefona baxıb Mirpayıza bildirmişdi ki, həmin telefona görə sonuncuya 35 manat pul verə bilər. Şahid1 onunla razılaşmışdı. Belə olduqda o, Şahid1 həmin telefonu götürərək telefonun İMEİ kodunu, aldığı tarixi mağazanın qeydiyyat dəftərinə yazmışdı. Şahid1 almış olduğu mobil telefonu o, sabahısı günü, yəni xx.xx.2024cü il tarixdə satmışdı. 25 dekabr 2024-cü il tarixdə onu 3-cü Polis şöbəsinə dəvət etdilər və burada ona məlum olmuşdu ki, ona Mirpayız tərəfindən satılan mobil telefon başqa şəxsə məxsus olub. Onun həmin telefonun başqa şəxsə məxsus olmasından məlumatı olmayıb və nədə ona bu barədə nə Mirpayız, nə Qürbət deməmişlər. O, həmin “Redmi MİA 3” markalı mobil telefonu satmış olduğu yerdən aldığı pulu qaytararaq götürmüşdü və polis əməkdaşlarına təqdim etimşdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu ifadəsini Zərərçəkmiş şəxs üzünə qarşı göstərmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsini tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 33-№-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertizaya təqdim olunmuş 01 ədəd «Tekno Spark GO 2024» mobil telefonun hadisənin baş verdiyi 2024-cü ilin dekabr ayına olan təqribi satış qiyməti 100,00 (yüz) manat, 01 ədəd «Xiaomi» markalı mobil telefonun qiyməti 80,00 (səksən) manat, 01 ədəd «Mersedes» markalı, 1998-ci il buraxılışlı, 369201 yürüşü olan nəqliyyat vasitəsinin qiyməti isə 10225,00 (on min iki yüz iyirmi beş) manat məbləğində müəyyən edilir. Qeyd: Respublika avtobazarlarında mövcud olan qiymətlərdən, tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (avtomobilin faktiki əmtəə-keyfiyyət göstəricilərindən, avtoservis şəraitində müayinə edilməklə müəyyən edilən, hərəkət edici hissələrin texniki vəziyyətindən, avtomobilin əvvəllər qəzada və təmirdə olub-olmamasından və sair) asılı olaraq, müəyyən edilmiş orta qiymətində qismən dəyişiklik olması istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş «Əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, Şahid2 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nə gələrək bildirmişdir ki, bibisi oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində götürmüş olduğu Zərərçəkmiş şəxs məxsus 1 ədəd «Tesno Spark 2024» markalı mobil telefonu təqdim etmişdir. Şahid2 təqdim etdiyi 1 (bir) ədəd «Tekno Spark 2024» markalı mobil telefon material üzrə sübut əhəmiyyətinə malik ola biləcəyini nəzərə alaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ilə Təkə- Türkan küçəsininin kəsişməsinə gələrək göstərdi ki, həmin yerdə 24 dekabr 2024-cü il tarixdə saat 01 radələrində o, Zərərçəkmiş şəxs, Şahid1 və sonuncunun qardaşı Nurlan birlikdə Zərərçəkmiş şəxs idarə etdiyi «Mersedes Benz C 180» markalı avtomaşında oturmuşlar. O, avtomaşında Zərərçəkmiş şəxs yanında qabaq oturacaqda oturmuşdur. O, Zərərçəkmiş şəxs öz tanışı «Rəşad» adlı şəxsin mobil telefonunu qaytarması haqqında deyərkən Qürbət bildirmişdir ki, «Rəşad» adlı şəxsin mobil telefonunu satmışdır. Belə olduqda o, avtomaşının şitinin üzərində olan və Qürbətə məxsus mobil telefonu şitin üzərindən götürərək demişdir ki, «nə vaxt Rəşadın telefonunu gətirərsən, o vaxt sənin telefonunu qaytaram». Bu sözdən sonra Qürbət avtomaşından düşüb qaçmışdı. Qürbət avtomaşından düşüb qaçarkan Mirpayıza qışqıraraq demişdi ki, avtomaşını sürüb getsin. Bundan sonra Mirpayız avtomaşının sükanının arxasına keçərək avtomaşını işə salıb həmin Binə qəsəbəsində yerləşən həmin Təkə-Türkan küçəsi ilə təxminən 20-30 metr qabağa sürmüş, sonra avtomaşını dayandırmış və qardaşı Nurlanla avtomaşından düşüb getmişlər. O, Mirpayızla qardaşı Nurlan çıxıb getdikdən sonra avtomaşının sükanının arxasına keçərək avtomaşını işə salmış və sürüb Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən çörək sexinin yaxınlığına sürmüşdür. O, avtomaşını orada saxlayıb Zərərçəkmiş şəxs telefonunuda özü ilə götürərək yaşadığı evə gəlmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2023-cü il tarixli “BA 329349”-№-li “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil 1998-ci il istehsalı “Mersedes Benz C180 minik” markalı avtomobilin mülkiyyətçisi Şahid3dur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər RPİ-nin növbətçi hissəsində yerləşən “Təhlükəsiz şəhər” kameralarından əldə edilmiş siyahıdan görünür ki, 1998-ci il istehsalı “Mersedes Benz C180 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid3 xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixə kimi olan müddətə Şahid5 nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə vermişdir. Həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi süddətə Zərərçəkmiş şəxs nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş qəbzdən görünür ki, “Mersedes Benz C 180 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi Şahid3 təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş qəbzdən görünür ki, 01 ədəd «Tesno Spark 2024» markalı mobil telefon saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4, 221.3, 69.3-cü maddələri ilə 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılmışdır. xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli hökmdən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi xaric edilərək o, 05 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875-№-li «ƏFV» sərəncamına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs cəza müddəti başa çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli l(101)-493/2019- №-li hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.3, 126.2.4 və 221.3, 66.3-cü maddələri ilə 6(altı) il 7(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 27 dekabr 2024-cü il tarixdə 15:00-da tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-502/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsi və barəsində başqa qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş qətimkan tədbirnin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs “Tekno Spark GO 2024” markalı mobil telefonu saxlanması üçün təhvil almışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ödəmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə verilmiş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə ki, özbaşınalıq, idarəçilik qaydası əleyhinə cinayət olmaqla, qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda həmin maddənin tərkib əlamətlərini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməsi, qaçırması həmin nəqliyyat vasitəsində olan əşyaya münasibətdə digər cinayətin törədilməsini nəzərdə tutmur. Eyni zamanda şəxs əşyanın özünəməxsus əmlak, yaxud əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun olmasını ehtimal etmir. Qeyd edilən halda digər şəxsə məxsus əmlakın tələb edilməsi Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlərə uyğun gəlmir. Həmçinin özbaşınalıq cinayətinin təkib əlamətləri - qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi, mühüm ziyan vurmaqla törədilməsini nəzərdə tutur. Özbaşınalıq cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan aşağıdakı şərtlərin məcmusunun mövcud olması tələb olunur: hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməli, hərəkətin qanuniliyi şəxs tərəfindən təkzib edilməli və ya mübahisələndirilməli, hərəkət özbaşına törədilməli, hərəkət nəticəsində qanunla qorunan mənafelərə mühüm ziyan vurulmalı, özbaşına hərəkətlə mühüm ziyan arasında səbəbli əlaqə olmalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs digər şəxsin mülkiyyətində, yaxud istifadəsində olan telefonunun qaytarılmasını tələb etməsi, bunun müqabilində Zərərçəkmiş şəxs məxsus əmlakın götürüləcəyi barədə xəbərdarlıq etməsi Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin dispozitiv əlamətlərini özündə ehtiva etmir, Təqsirləndirilən şəxs hərəkətlərində özbaşınalıq cinayət tərkibinin dispozitiv əlamətləri mövcud deyildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından, ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: -63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. -63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsin əəsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Aərbaycan Respublikası Ali Məhkəməsinin 1 iyun 2015-ci il 7 nömrəli Plenum Qərarının 22-ci bəndində göstərilir ki, şəxs özünəməxsus əmlakı, yaxud əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun olmasını ehtimal edərək onu aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirdikdə təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilə bilməz və belə hallarda müvafiq əsaslar olduqda həmin şəxs özbaşınalığa görə, yəni CM-nin 322-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların məcmusu onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli hesab edilməsinə əsas vermir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyi üçün ona verilən ittiham üzrə bəraət verilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkib əlamətləri olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. “Mersedes Benz C 180 minik” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid3, “Tekno Spark GO 2024” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil veriməsi nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi 30 saat hüquqi xidmətə görə 180 manat məbləğində vəsait və Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi 28 saat hüquqi xidmətə görə 308 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar