Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-291/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(009)-152/2020 saylı xx xxx 2020ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-163/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxstəkrar olaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üstündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Mehriban qonşular” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olub evin içərisindən qiyməti 580 manat olan bir ədəd “Samsung” markalı televizoru, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 900 manat olan üç ədəd xalçanı, qiyməti 90 manat olan bir ədəd “Simens” markalı ətçəkən maşını, qiyməti 120 manat olan bir ədəd “Simens” markalı şirəçəkən maşını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1690 manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evlərdən birinə açıq qapı yerindən, digərinə isə giriş qapısının alt hissəsində olan boşluqdan qanunsuz daxil olaraq evlərin otaqlarına çəkilmiş ümumilikdə qiyməti 864 manat olan 1800 metr uzunluğunda elektrik naqillərini yerindən sökməklə gizli olaraq talayıb zərərçəkmişə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxxxx 2020-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olub evin içərisindən qiyməti 400 manat olan bir ədəd “Simens” markalı betondeşəni, bir topunun qiyməti 40 manat olmaqla ümumilikdə qiyməti 160 manat olan 4 mm-lik dörd top elektrik naqilini, bir metrinin qiyməti 0,40 manat olmaqla ümumilikdə qiyməti 40 manat olan 100 metr uzunluğunda 2,5 mm-lik elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 600 manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx xxx 2020-ci il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla evin çöl hissəsində sağ tərəfdən divara bərkidilmiş qiyməti 400 manat olan bir ədəd “Eco Gastherm” markalı kombi istilik sistemini, evin çöl hissəsində sol tərəfdən divarına bərkidilmiş qiyməti 500 manat olan bir ədəd “Lotos” markalı kondisioneri, bunun ardınca isə evin plastik pəncərəsini açma yolu ilə qanunsuz olaraq evə daxil olub qonaq otağından qiyməti 500 manat olan 01 ədəd “Lotus” markalı televizoru, evin mətbəxindən qiyməti 250 manat olan bir ədəd “Tac” markalı elektrik samovarını, qiyməti 100 manat olan bir ədəd “Eurolux” markalı şirəçəkən maşını, qiyməti 100 manat olan bir ədəd “Tefal” markalı ətçəkən maşını, qiyməti 300 manat olan bir ədəd qəlyan cihazını, evin yataq otağından qiyməti 55 manat olan bir ədəd “Max” markalı saç fenini, qiyməti 25 manat olan bir ədəd “Nosa” markalı saç ütüsünü və qiyməti 30 manat olan bir ədəd masaj cihazını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1910 manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi - 0,690 qram olan bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə daşıyaraq üstündə saxlamış, xx xxx 2020-ci il tarixdə saat 18:30 radələrində Xəzər RPİ 3cü Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində saxlanaraq Xəzər RPİ 3-cü PB-nə dəvət olunmuş və həmin gün saat 20:05 radələrində 3-cü PB-nin inzibati binasında video çəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynindəki göy rəngli cins şalvarın sol cibindəki 01 ədəd siqaretin qara rəngli kağızına bükülü vəziyyətdə təmiz çəkisi 0,690 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrdən bir neçə ildir ki, istifadə edir. xx xxx 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində narkotik vasitəyə olan ehtiyacına görə Suraxanı qəsəbəsinə getmiş və orada üzdən şifahi tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata 1 büküm narkotik vasitə olan heroin almış və yaşadığı Binə qəsəbəsinə qayıtmışdır. xx xxx 2020-ci il tarixdə saat təxminən saat 18:30 radələrində Binə qəsəbəsi Südçülük sovxozu ərazisində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onu Xəzər RPİ 3-cü PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Orada xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində hər hansı bir qadağan olunmuş əşya və maddə olubolmadığını soruşmuş və o, əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülü vəziyyətdə olan maddəni təqdim edib narkotik vasitə hesab olunan “heroin” olduğunu bildirmişdir. Bundan sonra həmin bükülü polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri imzalanaraq möhürlənib götürülmüşdür. O da həmin zərfin üzərini imzalamışdır. Üzərində şəxsi axtarış keçirilməsinə dair tərtib olunmuş protokol ucadan oxunmuş, düz yazıldığı üçün o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitə almaq üçün pulu olmadıqda oğurluq edərək pul əldə etmişdir. Bu günə kimi Xəzər rayonu Binə qəsəbəsi ərazisində müxtəlif yerlərdən dörd dəfə oğurluq etmişdir. Həmin oğurluq etdiyi yerlərdən biri Binə qəsəbəsində yerləşən - sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus evdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 22 radələrində Binə qəsəbəsi ərazisində olarkən həmin evin işığının yanmadığını görüb evin həyətinə boylanmış, evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə keçmişdir. Daha sonra evin plastik pəncərəsini itələyib açmaqla içəri daxil olmuş və evin içərisini axtarmağa başlamışdır. Qonaq otağından bir ədəd televizoru götürərək qapının ağzına qoymuş, sonra yataq otağını axtarmış və oradan bir ədəd saç feni, bir ədəd saç ütüsü və bir ədəd masaj aparatını götürmüşdür. Evin mətbəxindən isə bir ədəd elektrik samovarını, bir ədəd şirəçəkən maşını, bir ədəd ətçəkən maşını və bir ədəd qəlyan aparatını götürərək hamısını evin həyətinə yığmışdır. Bundan sonra evin sağ hissəsinə bərkidilmiş kombi aparatını söküb çıxartmışdır. Evin sol hissəsində isə divara bərkidilmiş kondisioneri söküb yerə qoymuş və götürdüyü bütün əşyaları hisə-hissə çıxararaq yaxınlıqda yerləşən yaşadığı evə aparmışdır. Sabahısı gün götürdüyü əşyalardan kombi və televizoru evdə saxlayaraq digər əşyaları Sabunçu bazarına aparmış və orada tanımadığı şəxsə hamısını bir yerdə 210 manata satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq etdiyi yerlərdən biri də Xəzər rayonu Binə qəsəbəsində yerləşən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus evdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 19 radələrində “Mehriban qonşular” adlanan ərazidə gəzişib oğurluq etməyə ev axtarırmış. Elə həmin vaxt o fərdi tikilən yaşayış evinin işıqlarının sönülü olduğunu görüb evi əhatə edən hasardan aşaraq evin pəncərəsinin metal barmaqlığını dəmir parçası ilə sındırıb plastik pəncərəni əli ilə itələyib açaraq evə daxil olmuşdur. Bundan sonra evdə gəzişib hər hansı dəyərli əşya olub-olmamasına nəzər yetirmiş və oradan bir ədəd televizoru, üç ədəd xalçanı, bir ədəd ətçəkən maşını və bir ədəd şirəçəkən maşını götürüb evə daxil olduğu kimi də oranı tərk etmişdir. Həmin günün səhərisi o, oğurladığı əşyaların hamısını “20 yanvar” dairəsində tanımadığı cavan oğlana ümumilikdə 200 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, oğurluq etdiyi yerlərdən biri Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən - sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus evdir. Belə ki, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Hövsan südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib ev axtararkən qarşısına çıxan bir həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Həyətdə olan iki evdən birinə açıq qapı yerindən, digərinə isə giriş qapısının alt hissəsində olan boşluqdan daxil olaraq evlərin otaqlarına çəkilmiş elektrik naqillərini yerindən söküb özü ilə gətirdiyi kisələrə yığmışdır. Həmin evdən başqa heç bir əşya oğurlamayıb gəldiyi kimi oradan çıxaraq uzaqlaşmışdır. Sonradan həmin elektrik naqillərini çöllük ərazidə yandıraraq mis əldə etmiş və aparıb səyyar metal qəbul edən şəxslərə ümumilikdə 120 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, oğurluq etdiyi yerlərdən biri də Binə qəsəbəsi Hövsan südçülük sovxozu ərazisində yerləşən - sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus evdir. Belə ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 04 radələrində Hövsan südçülük sovxozu ərazisində oğurluq etməyə ev axtararkən fərdi yaşayış evlərindən birinin işıqlarının sönülü olduğunu görüb hasardan aşaraq evin pəncərəsini itələyib açaraq içəri daxil olmuşdur. Bundan sonra evin təmirdə olduğunu görmüş, həmin vaxt evin içərisindən bir ədəd betondeşəni, dörd top elektrik naqilini, eləcə də təxminən 100 metr uzunluğunda elektrik naqilini götürüb özü ilə gətirdiyi kiəsələrə yığaraq daşıyıb evdən çölə çıxartmışdır. Həmin günün səhərisi o, oğurladığı betondeşəni və elektrik naqillərini Sabunçu bazarında tanımadığı şəxsə ümumilikdə 150 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən səmimi peşman olmuş, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edərək onlara dəymiş ziyanı tam ödəmişdir, buna görə də həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Digər zərərçəkmiş şəxslərlə də barışıq əldə etməyə çalışır. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, ona məxsus Binə qəsəbəsi Südçülük sovxozunda 16 sot torpaq sahəsinin içərisində yerləşən ikimərtəbəli evdən ibarət bağ evi vardır. Həmin bağ evində o, ailə üzvləri ilə birlikdə yalnız yay aylarında yaşayır, qış aylarında isə evdə yaşayış olmur. xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində qardaşı zəng edərək ona məxsus evdən səsküy gəldiyini bildirmiş və onun evdə olub-olmadığını soruşmuşdur. O, evdə olmadığını demiş və DİN-nin 102 zəng mərkəzinə zəng edərək evində oğruların olduğunu bildirmişdir. Bundan sonra o, evə gedərək içəri daxil olmuş və evin birinci mərtəbəsinin giriş qapısının sağ hissəsində olan plastik pəncərənin dəmir barmaqlıqlarının sındırıldığını və plastik pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin ikinci mərtəbəsində isə qonaq otağından 01 ədəd dəyəri 580 manat olan “Samsung” markalı televizorun, 03 ədəd hər birinin dəyəri 300 manat olan ümumilikdə dəyəri 900 manat olan xalçanın, 01 ədəd dəyəri 90 manat olan “Simens” markalı ət çəkən maşının, 01 ədəd dəyəri 120 manat olan “Simens” markalı sok çəkən maşının oğurlandığını aşkar etmişdir. Qeyd olunan əşyaların hamısı qonaq otağında paketlənmiş formada olmuşdur. Bundan başqa, dəmir barmaqlıqların sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ümumilikdə ondan 1690 manat dəyərində əmlak oğurlanmışdır. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, yaşadığı həyətdə 2 ədəd ev tikdirmişdir. Həmin evlərin tikinti və suvaq işləri yekunlaşmış, pəncərələri yerinə qoyulmuşdur. Hal-hazırda həmin evlərin kosmetik işləri görülməmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 15 radələrindən xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrinədək olan müddət ərzində naməlum şəxs(lər) həmin evlərdən birinə açıq qapı yerindən, digərinə isə giriş qapısının alt hissəsində olan boşluqdan daxil olaraq evlərin otaqlarına çəkilmiş ümumi dəyəri 864 manat olan 1800 metr uzunluğunda (8 bağlama) elektrik naqilini yerindən sökərək oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 864 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, ona məxsus Binə qəsəbəsi Südçülük sovxozunda 4 sot torpaq sahəsinin içərisində yerləşməklə ikimərtəbəli evdən ibarət bağ evi vardır. Bağ evi tam hazır olmadığından orada yaşayış yoxdur, lakin evin qapı-pəncərələri vurulmuşdur. xx xxxx 2020-ci il tarixdə evinə getdikdə pəncərənin açıq vəziyyətdə olduğunu, evə daxil olduqda isə birinci mərtəbədə divara quraşdırılmış elektrik naqillərinin kəsilərək oğurlandığını görmüşdür. Evin ikinci mərtəbəsində olan otaqda yerləşən 4 top elektrik naqilinin və 1 ədəd preparatorun oğurlandığını aşkarlamışdır. Hadisə barədə polisə məlumat vermişdir. Ona məxsus evdən 1 ədəd dəyəri 400 manat olan “Simens” markalı preparator, bir topunun qiyməti 40 manat, ümumi dəyəri 160 manat olan 4 mm-lik elektrik naqili, bir metrinin qiyməti 0,40 manat, 100 metr uzunluğunda ümumilikdə dəyəri 40 manat olan 2.5 mm-lik elektrik naqili oğurlanmışdır. Ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, ona məxsus Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda 2.5 sot torpaq sahəsinin içərisində birmərtəbəli yaşayış evi vardır. Həmin evin təmir işləri bir aydır ki yekunlaşmış və ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur. Lakin həmin evdə o, yaşamamışdır. Sonuncu dəfə o, həmin evdə 2020-ci ilin aprel ayının 12-də olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində evə gəldikdə evin qapısını açmış və evə daxil olmuşdur. Qonaq otağında televizorun yerində olmadığını gördükdə evə baxış keçirtmiş və evdən oğurluq olduğunu görmüşdür. Dərhal DİN 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Ona məxsus evin bayır tərəfdən sağ hissəsinə bərkidilmiş 01 ədəd 750 manat dəyərində kombi istilik sistemi cihazı, evin bayır tərəfində divarın sol hissəsinə bərkidilmiş 01 ədəd dəyəri 500 manat olan “Lotos” markalı kondisioner, evin qonaq otağından dəyəri 500 manat olan 01 ədəd “Lotos” markalı televizor, evin mətbəxindən 01 ədəd dəyəri 250 manat olan “Tac” markalı elektrik samovarı, 01 ədəd dəyəri 100 manat olan “Eurolux” markalı şirəçəkən maşın, 01 ədəd dəyəri 100 manat olan “Tefal” markalı ətçəkən maşın, 01 ədəd dəyəri 300 manat olan qəlyan aparatı, evin yataq otağından 01 ədəd dəyəri 55 manat olan “Max” markalı saç feni, 01 ədəd dəyəri 25 manat olan “Nosa” markalı saç ütüsü və 01 ədəd dəyəri 30 manat olan masaj aparatı oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 2610 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, xx xxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Bundan sonra o, digər polis əməkdaşı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq və onu ifşa etmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə, saat 18 radələrində Binə qəsəbəsi Südçülük sovxozuna yollanmışlar. Orada müşahidələr aparıb Təqsirləndirilən şəxs həmin yerdə müəyyən etdikdən sonra ona yaxınlaşmış və özlərini təqdim edərək Xəzər RPİ 3-cü PBnin əməkdaşları olduqlarını bildirib onu həmin Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə PB-nə getmiş, orada onun üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material PB-nin təhqiqatçısı Vüsal Nəsirzadəyə həvalə edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarın sol cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün xx xxx 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi bir kişidən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 3cü PB-nin əməliyyat müvəkkili Şahid1 elan olunmuş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verməklə Şahid2 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, bir ədəd “Lotus” markalı televizor və bir ədəd “Eco Gastherm” markalı kombi istilik sistemi Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə əldə olunmuş bir ədəd “Lotus” markalı televizor və bir ədəd “Eco Gastherm” markalı kombi istilik sisteminə baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli 6/905 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0, 690 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,690 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,640 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manatdır. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən vasitələr”-in İ siyahısına daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyul2020-ci il tarixli, 9/2051 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş malların normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 550,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3məxsus bir ədəd “Lotus” markalı televizor və bir ədəd “Eco Gastherm” markalı kombi istilik sistemi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0, 690 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 0,640 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş Ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-172/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin69.3-cü maddəsinəəsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx xxxxx 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Xəzər rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020ci il tarixli 921/4M saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığından xx xxxxx 2020-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlaması faktları məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərdən ikisinə dəymiş maddi ziyan tamamilə ödəyərək onlarla barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxslərin ondan heç bir çikayətinin və ya digər tələblərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(009)- 152/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-163/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-172/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AzərbaycanRespublikasıCMnin69.3-cü maddəsinəəsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl hazırkı iş üzrə təqsirli bilindiyi cinayət əməllərini törətdiyindən, adı çəkilən hökmlə ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, bu halda, həmin hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatına parılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-172/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs3məxsus bir ədəd “Lotus” markalı televizorun və bir ədəd “Eco Gastherm” markalı kombi istilik sisteminin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,640 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 164,00 (bir yüz altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsdövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 50 iş saatına görə (ibtidai istintaq zamanı 40 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(003)-172/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin cəzanı çəkməsi nəzərə alınsın. Maddi sübut - Zərərçəkmiş şəxs3məxsus bir ədəd “Lotus” markalı televizorun və bir ədəd “Eco Gastherm” markalı kombi istilik sisteminin sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,640 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 164,00 (bir yüz altmış dörd) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxshüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 300,00 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsisə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-291/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-291/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver