Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-291/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1972-ci ildə Lerik rayonu, Hamarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Hamarat kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qanunsuz olaraq anbara daxil olmuş və öz idarəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi köhnə bazar yolunda yerləşən, Zərərçəkmiş şəxs məxsus həyətyanı sahədəki anbara qanunsuz daxil olmaqla oradan hər birinin içərisində uzunluğu 12 sm olmaqla 100 ədəd, ümumi dəyəri 5500 (beş min beş yüz) manat təşkil edən cəmi 55 qutu sarı rəngli şurupu gizli olaraq talamağa cəhd edərkən Zərərçəkmiş şəxs tərəfindən hadisə yerində yaxalandığına görə öz iradəsindən asılı olmayaraq cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iyirmi ildən çoxdur ki, Zərərçəkmiş şəxs Qaradağ rayonu ərazisində yerləşən tikinti materialları satışı mağazasında anbarda malların yüklənməsində və daşınmasında köməklik edir. Anbarda tikintidə istifadə olunan əlcək, fəhlə ayaqqabıları, müxtəlif ölçüdə vintlər vardır. Rüfət aldığı malları əvvəlcə Binə qəsəbəsində yerləşən anbarda yerləşdirmiş və lazım olduqca hissə-hissə Sədərək ticarət mərkəzinə aparmışdır. Anbar yerləşən həyətdə anbar tikilən vaxtdan hal-hazıradək Tərlan və Mahirə adlı ər-arvad yaşayır və anbara nəzarət edirlər. 01 mart 2022-ci il tarixdə, saat 08:00-da mağazanın yüklərini daşıyan Zülfüqar adlı sürücü «Ford» markalı avtomobil ilə gələrək Sədərək bazarındakı mağazaya lazım olan malları aparmalı idi. O, həmin vaxtadək anbardakı bəzi malları oğurlayıb sonra sataraq gəlirə əldə etməyi düşünmüşdür. Saat 07:00 radələrində tanımadığı taksini saxlayıb sürücü ilə birlikdə anbara getmişdir. Həyətdə yaşayan Tərlan və Mahirə getmişdilər. O, özündə olan, əvvəllər Zülfüqarın idarə etdiyi avtomobildən götürüb dublikatını çıxardığı açarlarla həyətin qapısını, sonra anbarları açmış və anbardan 55 qutu şurupu çıxarıb taksiyə yükləmişdir. Bu zaman Rüfət başqa avtomobillə gələrək onu tutmuşdur. O, əməlini etiraf etmiş və taksi sürücüsü Eyniş onun oğurluq etdiyini başa düşüb maşınından şruplar olan qutuları yerə boşaltmış və çıxıb getmişdir. Bundan sonra Rüfət zəng edib polisə məlumat vermiş və polis əməkdaşları gələrək onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2002-ci ildə Binə qəsəbəsi bazar yolunda 10 sot torpaq sahəsi alaraq anbar tikmişdir. Anbarda tikintidə istifadə olunan əlcək, ayaqqabı, müxtəlif ölçüdə vintlər olmuşdur. Malları lazım olduqca hissə-hissə Lökbatanda yerləşən ticarət mərkəzinə aparmışdır. Torpaq sahəsini aldığı gündən həmin həyətdə gözətçi kimi Tərlan və Mahirə adlı ailə yaşamışlar. Təqsirləndirilən şəxs isə 2002-ci ildən Sədərək ticarət mərkəzində ona məxsus mağazada fəhlə işləmişdir. 01 mart 2022-ci il tarixdə anbardan mağazaya mal gətirməli olduğundan Vaqif anbara getmişdir. O, Vaqifdən şübhələndiyi üçün onu yoxlamaq qərarına gəlmişdir. Bu məqsədlə 01 mart 2022-ci il tarixdə, səhər saat 06 radələrində başqa bir avtomaşınla anbara gələrək həyətlə üzbəüz olan küçədə saxlamışdır. Bir qədər sonra həyətdə yaşayan gözətçi Tərlanın arvadı Mahirə evdən çıxıb işə getmişdir. Saat 07 radələrində Tərlan da, həyətdən çıxıb evə getmişdir. Bir müddət sonra Vaqif özündə olan açarla həyətin qapısını açmış və içəri daxil olmadan həyətə baxıb həyətdən çıxaraq qapını bağlamışdır. Bundan sonra Vaqif daş hasarı aşaraq həyətin darvaza qapısının bir layını açıb yenidən küçəyə çıxıb gözləmişdir. Həmin vaxt qara rəngli “Reno” markalı avtomobil onun həyətinə yaxınlaşmış və arxaya hərəkət etdirərək avtomobili həyətə salmışdır. Daha sonra Vaqif həyətin qapılarını bağlamışdır. Vaqifin oğurluq etdiyini düşünüb DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verdikdən sonra avtomaşını sürüb həyat qapısının qarşısında saxlamışdır. Vaqif kiçik qapını açıb küçəyə çıxaraq qapıya nəzarət etmək istəyəndə o, maşından düşüb həyətə daxil olmuşdur. Vaqif onu görən kimi əlində olan açarları hasardan küçəyə tullamış və o, tez həmin açarları götürüb özündə saxlamışdır. Sonra həyətdə olan avtomobilə yaxınlaşmış və avtomobilin yük yerində qutular olmuşdur. Sürücü onu görən kimi Vaqifə demişdir ki, “məni niyə bura gətirmisən, məni oyuna saldın, bu kişi yaxşı adamdır, onunla razılaş”. Bundan sonra sürücü avtomobilində olan malları yerə boşaltmışdır. O, həmin şəxsə dəfələrlə boşaltmamağı bildirsə də, malları yerə tökmüşdür. O, da məcbur olub sübut etmək üçün telefonu ilə çəkiliş aparmağa başlamışdır. Bu zaman sürücü aradan çıxıb qaçmışdır. Sonra Vaqif ona demişdir ki, «səhv etmişəm, məni bağışla», o, da Vaqifə bildirmişdir ki, «indi polis əməkdaşları gələcək, onlara cavab verərsən. O, Vaqiflə söhbət edən zaman soruşmuşdur ki, “əvvəllər də bu anbardan oğurluq etmisən?”, ona cavab vermişdir ki, «etmişəm, ancaq məni bağışla». Bu zaman polis əməkdaşları gələrək Vaqifi Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Avtomobildə cəmi 55 ədəd qutu olmuş və hər bir qutunun dəyəri 100 manat təşkil etmişdir. O, anbarın və həyət qapısının açarlarını Vaqifə verməmiş və Vaqifin açarları necə əldə etməsini bilmir. Anbarda hansı məbləğdə mallar olması barədə heç bir vaxt hesabat aparmamışdır. O, Vaqifə anbara tək girmək üçün icazə verməmişdir. Vaqif həmişə sürücü Zülfüqarla anbara gəlmiş, malları yükləyəndən sonra onunla Sədərək bazarındakı mağazaya qayıtmışdır. Təqsirləndirilən şəxs qarşı tələbi olduğunu və ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus «Renault» markalı, ** TO *** qeydiyyat nömrəli avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 01 mart 2022-ci il tarixdə bir nəfər tanımadığı şəxs əl etmiş və o, avtomobili qapısının bir tayı açıq olan həyətin qarşısında saxlamışdır. Həmin şəxs bir neçə qutu malı oldğunu və aparmaq lazım olduğunu demişdir. O, razılaşaraq avtomobili axrası ilə sürərək həyətdə anbarın yanında saxlamışdır. O, tez olması üçün adının Vaqif olduğunu bildirdiyi şəxsə kömək edərək qutuların bir hissəsini avtomobilin yanına çıxartmışdır. Sonra Vaqif həmin qutuları avtomobilin yük yerinə yükləmişdir. Təxminən 20-30 dəqiqəyə avtomobili yükəyib qurtardıqdan sonra Vaqif anbarın qapılarını açarla bağlayaraq həyətin qapısını açmağa getmişdir. O, qapını açdıqdan sonra Vaqifin qapının qarşısında bir nəfər kişi ilə söhbət etməsini, daha sonra mübahisə etməklərini görmüşdür. O, yaxınlaşmaq istəyərkən həmin şəxs ona geri qayıtmasını demişdir. O, da avtomobili arxaya sürüb yenidən anbarın qapısının qarşısında saxlamışdır. Vaqif adlı şəxsin oğurluq etmək itstədiyini başa düşüb həmin qutuları yerə boşaltmağa başlamışdır. Həyətə gələn həmin şəxs isə telefonu ilə onları çəkməyə başlamışdır. O, tez qutuları boşaltmış və sonra qorxduğundan qaçıb getmişdir. Təxminən bir saat sonra ona Xəzər RPİ-nin 3-cü PŞ-dən zəng olunmuş və o, 3cü Polis şöbəsinə getmişdir. O, Vaqifin anbardan qutuları oğurluq etmək məqsədi ilə çıxartmaq istədiyini bilməmişdir. Belə ki, Vaqif həyətdə sərbəst hərəkət etmiş və açarlar özündə olmuşdur. O, Təqsirləndirilən şəxs «məni niyə bura gətirmisən, məni oyuna saldın, bu kişi yaxşı adamdır, onunla razılaş» deməmişdir. O, görmüşdür ki, həmin şəxs telefonla polisə məlumat verir, o da yalvarmağa başlamışdır ki, «mənim burda heç bir günahım yoxdur, mən yoldan keçərkən mənə əl edib mən də müştəri kimi onun yükünü aparmağa gəldim». Sonra Vaqifə demişdir ki, «o kişi ilə danış məni buraxsın, onunla aranızda nə problem varsa özünüz bilərsiniz, məni buraxsın qoy gedim». Bu zaman qaynının həyat yoldaşı ona zəng vurmuşdur ki, vəfat edən vardır, o da bu xəbərdən sonra tələsmiş və buna görə qaçıb aradan çıxmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2010-cu ildən Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi köhnə bazar yolunda yerləşən anbarının həyətində olan damda arvadı ilə birlikdə yaşamağa başlamışdır. Onlardan əvvəl orada Vaqif adlı şəxs tək yaşayaraq anbara gözətçilik etmişdir. Təxminən 6-7 il həmin damda yaşayaraq Rüfətin anbarına gözətçilik etmişlər. Sonra Rüfət həmin damın yanında onlar üçün bir otaq və mətbəxtdən ibarət ev tikmişdir. O, Binə qəsəbəsində aldığı 3 sot torpaq sahəsini 3000 manata sataraq Rüfətin tikdiyi bir otaqlı evi təmir etmişdir. 2014-cü ildən 01 mart 2022-ci il tarixədək həmin evdə yaşamışlar. O, fəhlə işləri olanda fəhləlik edib pul qazanır, arvadı isə Rüfətin qardaşının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən obyektində süni gül dibçəkləri düzəlməklə məşğul olur. 01 mart 2022-ci il tarixdə, saat 06:35 radələrində arvadı işə getmiş, saat 07:50 radələrində isə o, evin qapısını bağlayaraq həyətdən çıxıb işə getmişdir. Saat 08:45 radələrində Rüfət zəng vurub onu və arvadını evə çağıraraq bildirmişdir ki, «Vaqiflə əlbir olub mənim anbarımdan oğurluq etmisiniz». Onlan heç nədən xəbərləri olmadığını və Vaqifi görmədiklərini demişlər. Rüfət onlara inanmamış və bildirmişdir ki, «təcili evi boşaldın bu evdən çıxın». O, da heç bir söz demədən arvadı ilə birlikdə köməkləşib evi boşaltmışlar və hal-hazırda tanışının həyətindəki damda yaşayırlar. Zərərçəkmiş şəxs özünə məxsus anbarın qapılarının açarlarını onlara verməmişdir. O, Təqsirləndirilən şəxs həmin anbara tək gəlməsini heç vaxt görməmişdir. Vaqif yük avtomobilinin sürücüsü Zülfüqarla gəlmiş və anbardan lazım olan malları yük avtomobilinə yükləyib getmişlər. Məhkəmə iclasında şahid X1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yaxın qohumudur. Rüfətin Sədərək ticarət mərkəzində yerləşən mağazası vardır və o, 10 il olar ki, orada işləyir. Rüfətə məxsus qara rəngli “Ford Tranzit” markalı, 99-881 dövlət nömrə nişanlı avtomobili 2020-ci ildən idarə edir və Rüfətə məxsus olan malları Binə qəsəbəsində yerləşən anbardan bazara aparır. Sədərək bazarına mal aparmaq lazım olanda o, Binədə olan anbarın açarlarını Sədərəkdə yerləşən mağazadan onlara məlumat verərək götürüb özündə saxlamış və səhər tezdən Binəyə anbara gəlmişdir. Vaqif də, Binədə yaşadığına görə anbara evdən gəlmiş və onlar anbardan malları “Ford” markalı maşına yükləyib Sədərək ticarət mərkəzinə aparmışlar. Malları bazara apardıqdan sonra o, anbarın açarlarını mağazaya təhvil vermişdir. 01 mart 2022-ci il tarixdə, saat 08 radələrində Vaqiflə anbardan mal götürüb aparmaq üçün Binəyə anbara gələndə evin darvazasının açıq olduğunu, anbarın yanında qara rəngli “Reno” markalı maşın dayandığını və maşının arxasında yerdə şruplar olan çoxlu sayda qutular olmasını görmüşdür. Həyətdə Rüfət, Vaqif və polis əməkdaşları olmuşlar. Reno markalı maşının sürücüsü isə orada olmamışdır. Vaqif orada bildirmişdir ki, onun əvvəllər idarə etdiyi ağ rəngli “Ford” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobildən götürüb üzünü çıxardığı açarlarla anbarı açıb oradan 55 qutu malı maşına yükləyərək oğurlamaq istəyərkən Rüfət onları əvvəlcədən güdərək tutmuşdur. Vaqifin heç vaxt açarları topa ilə maşından götürə bilməzdi, əgər götürübsə də, açarları bir-bir götürə bilərdi, ona görə ki, o, anbardan gəldikdən sonra açarları təhvil vermiş, Vaqif açarları topa halında götürsəydi o, bunu hiss edərdi. Ola da bilər ki, Vaqif açarları Sədərək bazarında olan mağazadan götürsün. Çünki onlar Binədəki anbara ayda təxminən 2-3 dəfə gəlmişlər, qalan vaxtlarda anbarın açarları mağazada olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli, 9/1724 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qutunun içərisində 100 ədəd, uzunluğu 12 sm olan sarı rəngli şurupun istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 22,00 manat təşkil edir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Binə qəsəbəsi bazar yolunda yerləşən şəxsi həyətdir. Həyətdə anbar vardır. Anbarın dörd ədəd dəmir qapısı vardır. Əlavə olaraq həyətdə ev vardır. Bundan əlavə olaraq anbarın qarısında “Reno” markalı, **-TO-*** dövlət nömrə nişanlı avtomobil vardır. Avtomobilin arxa tərəfində yerdə 55 ədəd bağlama vardır. Bağlamanın içərisində müxtəlif vintlər vardır. Avtomobilin yük hissəsində və arxa oturacaqlarda heç nə yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 01 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, anbar və həyət qapısının açarlarını və içərisində sarı rəngli şrup olan 01 ədəd qutunu sübut əhəmiyyəti kəsb etdiyi üçün istintaqa təqdim etmiş və həmin tarixli qərarla anbar və həyət qapısının açarları və içərisində sarı rəngli şrup olan 01 ədəd qutu götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ona məxsus olan anbarın və həyətin açarlarına və 01 ədəd qutunun içərisində olan sarı rəngli şuruplara baxış keçirilərkən müəyyən olunmuşdur ki, bir ədəd dəmir halqa üzərində 5 ədəd açar vardır. Həmin açarlardan 04 ədədinin qara rəngli plasmas tutacağı vardır, hər bir açarın üzərində «Sanjin» sözü yazılmışdır. 01 ədəd açar üzərində isə «Xianpai» sözü yazılmışdır. Həmin 05 ədəd açarlar üzərində hər hansı zədə əlamətləri yoxdur. 01 ədəd qutuya baxış keçirilərkən müəyyən olunmuşdur ki, qutunun üzərində «SİZE: 7.5x122, QTY: 100 PCS» yazıları vardır. Qutunun içərisində olan sarı rəngli şuruplara baxış keçirilərkən müəyyən olunmuşdur ki, qutuda hər birinin uzunluğu 12 sm olan sarı rəngli, cəmi 100 (yüz) ədəd şurup vardır. Odur ki, təqdim edilmiş 05 ədəd açar və içərisində sarı rəngli şuruplar olan 01 ədəd qutu cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 01 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus olan anbardan oğurluğa cəhd edilərkən hadisəni özünə məxsus olan mobil telefonla videogörüntüyə aldığını bildirməklə oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd diski sübut əhəmiyyəti kəsb etdiyi üçün istintaqa təqdim etmiş və həmin tarixli qərarla 01 ədəd CD disk götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 02 (iki) bir ədəd videofayl vardır. Diskdə olan VİD-20220306-WA0055 fayla baxış zamanı görünür ki, Zərərçəkmiş şəxs məxsus anbarın yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən şəxsi həyətdə «Renault» markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobil vardır. Həmin avtomobilin arxa salonunda və avtomobilin arxasında yerdə qutuların olması müəyyən olunur. Həyətdə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs və «Renault» markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 olduqları görünür. Videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, mobil telefonla çəkiliş aparan Əkbərov X2 markalı avtomobildən qutuları yerə boşaltmağa çalışan sürücü Şahid1 deyir ki, «mallara əl vurma». Sürücü Şahid1 isə Zərərçəkmiş şəxs deyir ki, «mənlik deyil axı vallah, məni çağırıb gəlmişəm, mən taksiyəm, məni niyə saxlayırsan axı?». Diskdə olan VİD- 20220306-WA0053 fayla baxış zamanı müəyyən olunur ki, Zərərçəkmiş şəxs tərəfindən anbarın yerləşdiyi həyətdə mobil telefonla çəkiliş aparılır. Çəkilişdən həyət olan «Renault» markalı, ** TO *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid1 olduqları görünür. Videogörüntüyə baxış keçirilən zaman müəyyən edilir ki, mobil telefonla çəkiliş aparan Zərərçəkmiş şəxs çəkiliş apararaq avtomobilə yaxınlaşır, taksi sürücüsü Şahid1 isə özünə məxsus olan avtomaşının arxa salonundan qutuları çıxararaq yerə yığır və həyətdə olan Təqsirləndirilən şəxs deyir ki, «gəl bunu boşalt yerə, məni niyə saxlayıb gətirmisən bura, madam belə idisə məni niyə gətirirdin belə şeylərə?, məni salmısan içəri, mən də elə bilirəm sənin yerindir, mal aparırsın bazara». Daha sonra görünür ki, Şahid1 Zərərçəkmiş şəxs deyir ki, «mən neyləyim ağsaqqal, mən bunun üçün neyləyim?». Zərərçəkmiş şəxs isə Şahid1 deyir ki, «boşaltma malı a kişi». Daha sonra avtomobilin arxasında olarkən Zərərçəkmiş şəxs Şahid1 deyir ki, «demişəm sənə, mala əl dəymə», Şahid1 isə Zərərçəkmiş şəxs deyir ki, «bax mən neynəyim, sən bilərsən onunla». Zərərçəkmiş şəxs Şahid1 sual verərək ona deyir ki, «sən bilmirsən o nə qədər maldır?», Şahid1 isə cavab verərək bildirir ki, «bilmirəm axı, mən nə bilim». Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki qeyd olunan videogörüntü onun tərəfindən çəkilmiş və araşdırma üçün istintaqa təqdim edilmişdir. Odur ki, təqdim edilmiş 01 ədəd CD disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 01 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan anbarın yaxınlığında yerləşən mebel mağazasında quraşdırılmış kamera görüntülərinə baxdığını, araşdırma üçün həmin görüntüləri 03 ədəd CD diskə köçürdüyünü bildirmiş və 03 ədəd diski sübut əhəmiyyəti kəsb etdiyi üçün istintaqa təqdim etmiş və həmin tarixli qərarla 03 ədəd CD disk götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi və götürmə aparılması haqqında 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 03 ədəd disklərdə videofayllar vardır. Həmin videofayllara baxış zamanı Şahid1 taksi kimi idarə etdiyi «Renault» markalı, ** TO *** dövlət nömrə nişanlı avtomaşınla dəfələrlə mebel mağazasının yaxınlığında dayanması müşahidə olunur. Həmin videofayllarda Təqsirləndirilən şəxs həmin avtomaşına yaxınlaşması müşahidə olunmur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin videogörüntülərdən hadisə baş verən gündən əvvəlki 25 gün müddətində 17 gün səhər vaxtlarında eyni saatlarda «Reno» markalı avtomobilin ifadəsində qeyd etdiyi mebel materialları mağazasının qarşısında dayandığı müşahidə olunur. Həmin avtomobil təxminən 40 dəqiqə orada dayanır və sonra da çıxıb gedir. Bu da onu göstərir ki, həmin avtomobilin sürücüsü 17 dəfə Vaqiflə əlbir olaraq onun anbarının yerləşdiyi həyətə daxil olmuş və ona məxsus olan anbardan mal oğurlamışlar. Qeyd etmişdir ki, həmin avtomobilin orada dayandığı vaxtlar onun oğurluq hadisəsini aşkar etdiyi saatlarla üst-üstə düşür. Diskə baxış zamanı Renault markalı avtomobilin sürücüsü Şahid1 taksi avtomaşınına Təqsirləndirilən şəxs əyləşməsi müşahidə olunmur. Odur ki, təqdim edilmiş 01 ədəd CD disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1972-ci ildə Lerik rayonu, Hamarat kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 03 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 11 may 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs götürülmüş anbar və həyət qapısının 5 ədəd açarları, içərisində sarı rəngli şurup olan 55 ədəd qutu və oğurluğa cəhd hadisəsini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut kimi tanınması, anbar və həyət qapısının 5 ədəd açarlarının məhkəmənin qərarına qədər saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, oğurluğa cəhd hadisəsini özündə əks etdirən 01 ədəd CD diskin cinayət işində saxlanılması, içərisində sarı rəngli şurup olan 55 ədəd qutunun saxlanılmasından ötrü Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan anbar və həyət qapısının 5 ədəd açarları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut içərisində sarı rəngli şurup olan 55 ədəd qutunun saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut oğurluğa cəhd hadisəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan anbar və həyət qapısının 5 ədəd açarları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut içərisində sarı rəngli şurup olan 55 ədəd qutunun saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut oğurluğa cəhd hadisəsini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-291/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-291/2022
19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver