Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-293/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yarımca kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yarımca kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu Türkiyə Respublikasına girişi qadağan olduğu üçün qanuni yolla gedə bilmədiyindən qanunsuz olaraq Türkiyə Respublikasına getmək məqsədi ilə 19 yanvar 2021-ci il tarixdə saat 11:01-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən “Heydər Əliyev” X4 sərhəd nəzarəti məntəqəsinə gələrək özgəsinə, yəni qardaşı Şahid1 məxsus C02308761 nömrəli pasportu bilə-bilə sərhəd nəzarətinə təqdim etməklə, dövlət sərhədini Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kəndində anadan olmuş, orta təhsilini Babək rayonu Yarımca kəndində almış, 2014-2015-ci illərdə Culfa rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmətdə olmuş, hərbi xidmətdən təxris olunduqdan sonra qardaşı Şahid1 yanında tikinti sahəsində müxtəlif işlərlə məşğul olmuş, daha sonra 2016cı ildə İran İslam Respublikasından müxtəlif quru meyvələr gətirərək Bakı şəhərində satmışdır. 18 yanvar 2018-ci ildə işləmək məqsədilə Naxçıvan Muxtar Respublikasında yerləşən X9 Məntəqəsindən keçərək Türkiyə Respublikasına getmiş, 26 noyabr 2018-ci ildə Azərbaycana gəlmək məqsədilə Sarp keçid məntəqəsindən Türkiyə Respublikasından Gürcüstana keçərkən Türkiyə Respublikasında xarici vətəndaşların qalma müddətindən artıq qaldığı üçün cərimə edilmiş, cəriməni ödəməyə üzərində pul olmadığı üçün Türkiyə Respublikasına girişinə qadağa qoyulmuş, sonra yenidən alver məqsədilə X7 getmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığından işsiz qalmış, özünə iş tapmaq məqsədilə Türkiyə Respublikasında olan tanışlarına zəng vurmuş, onlar da ona iş olduğunu demişlər. Türkiyə Respublikasına girişinə qadağa qoyulduğundan öz pasportu ilə gedə bilmədiyinə görə qeydiyyatla bağlı üzərində olan qardaşı Şahid1 adına olan C02308761 nömrəli pasportla 18 yanvar 2021-ci ildə Bakı- İstanbul aviareysinə bilet almış, sonra İNCİ klinikasına getmiş, oradan COVİD-19 analizinin arayışını almışdır. 19 yanvar 2021-ci il tarixdə saat 10 radələrində “Heydər Əliyev” X8 taksi ilə getmiş, dövlət sərhədini keçmək məqəsdilə qardaşı Şahid1 adına olan C02308761 nömrəli pasportu sərhəd naryadına təqdim etmiş, sərhəd naryadı ondan ad və soyadını soruşmuş, bu zaman törətdiyi əməldən qorxaraq sərhəd naryadına Təqsirləndirilən şəxs olduğunu, təqdim etdiyi pasportun qardaşı Şahid1 məxsus olduğunu bildirmiş, saat 11 radələrində DSX-in əməkdaşları tərəfindən saxlanılmışdır. C02308761 nömrəli pasportu oğurlamamışdır, istifadə etdikdən sonra qardaşında geri qaytaracaqdı, qardaşı Şahid1 və başqa şəxslərin onun tutduğu əməldən məlumatları olmamışdır. İlk dəfə törətdiyi əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kənd sakini Şahid1 göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs əvvəllər onunla birlikdə tikinti sahəsində işləmiş, sonra tikinti sahəsində işlər zəif olduğundan təxminən 2016-cı ildən İran İslam Respublikasından müxtəlif quru meyvələr gətirərək Bakı şəhərində satmışdır. 2018-ci ildə işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasından Azərbaycana gəlmək məqsədilə Gürcüstana keçərkən Türkiyə Respublikasında xarici vətəndaşların qalma müddətindən artıq qaldığı üçün cərimə olunmuş, cəriməni ödəyə bilmədiyi üçün Türkiyə Respublikasına girişinə qadağa qoyulmuşdur. Daha sonra qardaşı Emin Bakı şəhərində fərqli işlərlə məşğul olmuş, bəzən də alver məqsədilə İran İslam Respublikasına getmişdir. COVİD-19 pandemiyası ilə əlaqədar yollar bağlandığından Emin bir müddət işsiz qalmış, özünə iş tapmaq məqsədilə müəyyən yerlərə müraciət etmiş, lakin iş tapa bilməmişdir. 19 yanvar 2021-ci il tarixdə gecə saatlarında ona məlum olmuşdur ki, Emin ona məxsus C02308761 nömrəli pasport ilə Türkiyə Respublikasına gedərkən “Heydər Əliyev” X4 saxlanılmışdır. Eminin ona məxsus pasportdan istifadə etməklə Türkiyə Respublikasına getmək istəməsindən xəbəri olmamış, yalnız 19 yanvar 2021-ci il tarixdə gecə saatlarında bu barədə məlumat almışdır. Pasportu oğurlanmamışdır, bununla bağlı heç bir şikayəti yoxdur, Bakı şəhərinə qeydiyyata düşmək üçün bütün sənədlərini qardaşı Eminə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən DSX-nin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X1 nəzarəti şöbəsinin zabit nəzarətçisi Şahid3 göstərdi ki, o, 19 yanvar 2021-ci il saat 09:00-dan 20 yanvar 2021-ci il saat 09:00-dək “Heydər Əliyev” X5 sərhəd nəzarəti şöbəsində Terminal 1 uçub getmə xəttində “B” terminalında “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuş, xidmətdə olduğu zaman 19 yanvar 2021-ci il tarixdə saat 11:01-də 333 nömrəli Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedən bir nəfər şəxs 15 fevral 1990-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Şahid1 məxsus C02308761 nömrəli pasportu dövlət sərhədindən keçməsi üçün rəsmiləşdirilməsi məqsədi ilə ona təqdim etmiş, o C02308761 nömrəli pasporta vizual və texniki baxış keçirmiş, pasportda olan fotoşəkli pasportu təqdim edən şəxslə eyniləşdirən zaman pasportda fotoşəkli olan şəxsin pasportu təqdim edən şəxsdən fərqləndiyini, həmin şəxsin üz quruluşunun fərqli olduğunu və sifət nahiyəsində xalların olmasını müşahidə etmişdir. Bundan sonra pasportu İAMAS-a daxil etmiş, vətəndaşın fotoşəklini də çəkərək “yoxla” düyməsini aktivləşdirmiş, İAMAS-da “biometrik uyğunsuzluq” alt pəncərəsi aktivləşmiş, daha sonra “Növbə rəisi” sərhəd naryadı xidmətində olan kapitan Şahid2 vətəndaşın təqdim etdiyi pasportda olan fotoşəkillə eynilik təşkil etmədiyini və sənədin İAMAS-da “biometrik uyğunsuzluq” verdiyi, sənədin özgəsinə məxsus olmasından şübhələndiyi barədə məruzə etmiş, kapitan Şahid2 kabinaya yaxınlaşaraq pasporta yenidən baxış keçirmiş, C02308761 nömrəli pasportu təqdim edən şəxs ilə sorğu-sual aparmış, sorğu-sual zamanı həmin şəxs C02308761 nömrəli pasportun qardaşına məxsus olduğunu, öz ad-soyadının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə saat 11 radələrində “Heydər Əliyev” X5 sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən DSX-nin Sərhəd Nəzarətinin “Heydər Əliyev” X5 X6 baş nəzarətçisi Şahid2 da Şahid3la oxşar, eyni məzmunlu ifadə verərək onun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan “Heydər Əliyev” X2 Nəzarəti Şöbəsinin rəisi polkovnik Rauf Abdullayev tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx xxxxxx 1995-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası Babək rayonu Yarımca kəndində pasport qeydiyyatında olmaqla Bakı şəhəri Masazır qəsəbəsi Qurtuluş 93 ünvanında yaşayan Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə saat 11:01-də 333 nömrəli Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən sənədlərin rəsmiləşdirilməsi zamanı “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi C02308761 nömrəli pasport özgəsinə, 15 fevral 1990-cı il təvəllüdlü Şahid1 məxsus olduğu üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. İş materiallarında olan – ƏABİ-dən daxil olmuş sənəddən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 30 yanvar 2020-ci il tarixdə Biləsuvar SNM-dən İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olmaqla, 2007-ci ildən etibarən mütəmadi olaraq dövlət sərhədindən giriş-çıxışı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 3/162 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1 adına rəsmiləşdirilmiş C02308761 nömrəli ümumvətəndaş pasportundakı fotoşəkildə və müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs eksperimental fotoşəkillərində müxtəlif şəxslər əks olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 146,00 (bir yüz qırx altı) manatdır. İş materiallarından görünür ki, 01 aprel 2021-ci il tarixli qərarla, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 adına rəsmiləşdirilmiş C02308761 nömrəli ümumvətəndaş pasportu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Babək rayonunun Yarımca kənd inzibati idarəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 15 yanvar 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçməyə cəhd göstərməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs oğlunun sərhəd nəzarətinə təqdim etdiyi C02308761 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 146,00 (bir yüz qırx altı) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 2000 (iki min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs oğlunun sərhəd nəzarətinə təqdim etdiyi C02308761 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid1 qaytarılsın. Təqsirləndirilən şəxs oğlundan 146,00 (bir yüz qırx altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-293/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-293/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver