Məhkəmə qərarları › İş №1(003)-293/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-293/2022

30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-293/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 3, ev 9-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 26 mart 2022-ci il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qurp şəxs halında qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin balansında olan Xəzər rayonu Binə qəsəbəsi Dəmiryolçular küçəsində quraşdırılmış 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 500 manat olan 0,45x0,77sm ölçülü 10 ədəd və həmin qəsəbədə Xəqani küçəsindən 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 300 manat olan 0,55x0,30sm ölçülü 06 ədəd çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlı quyu qapağını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Xəzər rayon Binə bələdiyyəsinə ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən 27 mart 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qurp şəxs halında qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin balansında olan Xəzər rayonu Binə qəsəbəsi Dəmiryolçular küçəsində quraşdırılmış 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 150 manat olan 0,45x0,77sm ölçülü 03 ədəd və həmin qəsəbədə Xəqani küçəsindən 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 0,55x0,30sm ölçülü 05 ədəd çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlı quyu qapağını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Xəzər rayon Binə bələdiyyəsinə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 26 mart 2022-ci il tarixdə saat 02 radələrində qabaqcadan əlbir olan bir qurp şəxs halında qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin balansında olan Xəzər rayonu Binə qəsəbəsi Dəmiryolçular küçəsində quraşdırılmış 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 500 manat olan 0,45x0,77sm ölçülü 10 ədəd və həmin qəsəbədə Xəqani küçəsindən 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 300 manat olan 0,55x0,30sm ölçülü 06 ədəd çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlı quyu qapağını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Xəzər rayon Binə bələdiyyəsinə ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 27 mart 2022-ci il tarixdə saat 03 radələrində qabaqcadan əlbir olan bir qurp şəxs halında qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin balansında olan Xəzər rayonu Binə qəsəbəsi Dəmiryolçular küçəsində quraşdırılmış 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 150 manat olan 0,45x0,77sm ölçülü 03 ədəd və həmin qəsəbədə Xəqani küçəsindən 01 ədədi 50 manat olmaqla ümumi dəyəri 250 manat olan 0,55x0,30sm ölçülü 05 ədəd çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlı quyu qapağını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Xəzər rayon Binə bələdiyyəsinə ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, anası xəstə olduğundan eləcə də maddi durumu pis olduğundan oğurluq etmək qərarına gəlmiş və düşünmüşdür ki, yol kənarında çirkab suların axıdılması üçün nəzərdə tutulmuş lyukların dəmir qapaqlarını oğurlayıb satsın. Lakin, bunun üçün ona maşın lazım olduğundan bu barədə qohumu Fizuliyə bildirmişdir ki, maşını ilə onunla birlikdə getsinlər və həmin dəmir barmaqlıqları oğurlasınlar. Fizulidə onun bu fikri ilə razılaşmışdır. Həmin günü, yəni 26 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Binə qəsəbəsində Dəmir yol küçəsinə gedərək oradan 10 ədəd və Xəqani küçəsindən isə 6 ədəd çirkab suların axıdılması üçün nəzərdə tutulmuş asfalt yolun üzərində quraşdırılmış dəmir barmaqları yerindən çıxararaq maşının yük yerinə yükləmişlər. Bundan sonra o, evin həyətində olarkən həmin 16 ədəd dəmir barmaqlığı kisələrə yığmış, hətta həmin dəmir barmaqlığın bir neçəsi qırılmışdır, lakin o, həmin qırılmış detallarıda kisələrə yığmışdır. Səhər açıldıqdan sonra təxminən saat 08 radələrində qəsəbədən metal qəbulu kimi tanıdığı İbrahimin yaşadığı evin qarşısına gedib həmin metalları satmışdır. İbrahim ondan həmin metalların oğurluq olub olmadığını soruşduqda, o, həmin metalları işlədiyi dəmir sexindən pul əvəzi müdriyyət tərəfindən verildiyini demişdir. Bundan sonra həmin şəxs onunla razılaşaraq həmin metalları ondan alıb ümumilikdə 108 manat pul vermiş və oda çıxıb getmişdir. Axşam yenədə oğurluq etmək qərarına gəlmiş, Fizuli ilə gecə saat 03 radələrində yenədə həmin əvvəlcədən getdiyi küçələrdən, yəni Dəmiryol və Xəqani küçəsindən üç ədəd böyük, beş ədəd balaca olmaqla ümumilikdə 8 ədəd lyukun dəmir barmaqlıq qapaqlarını maşının yük yerinə qoyaraq maşınla yenə də yaşadığı ünvana getmişlər. Səhər açıldıqdan sonra, saat 08 radələrində yenədə İbrahimin ünvanına getmiş və həmin 8 ədəd dəmir baraqlığı ümumilikdə 70 manat pula İbrahimə metal kimi satmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş hüquqi şəxslə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, idarə etdiyi «Baic A115 XT minik» markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobil «Sirena MMC»-yə məxsus olmaqla 816 nömrəli yol vərəqəsi ilə idarə olunması üçün 09 mart 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək etibarlıq müddəti ilə ona verilmişdir. O, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun qohumudur. 25 mart 2022-ci il tarixdə axşam saatlarında Həmid onun yaşadığı evə gələrək ona oğurlamaq istədiyi dəmir barmaqlıqların olduğunu bildirmiş və ondan kömək etməsini xahiş etmişdir ki, pula ehtiyacı var. O, həmin günü Həmid birlikdə gecə getmiş, həmin dəmir barmaqlıqları oğurlayıb evə gəlmişlər. Səhəri günü Həmid oğurladıqları dəmir barmaqlıqları aparıb satmışdır. Səhəri günü, yəni 26 mart 2022-ci il tarixdə Həmid yenədə oğurluq etmək istədiyini bildirmiş və ondan kömək istəmişdir. Onlar yenə də Dəmiryol və Xəqani küçəsindən üç ədəd böyük, beş ədəd balaca olmaqla ümumilikdə 8 ədəd lyukun dəmir barmaqlıqlarını oğurlamışlar. Elə həmin günü polis əməkdaşları onu avtomobil idarə edərkən saxlamışlar. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş hüquqi şəxslə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 8 ildir ki, Xəzər rayon Binə bələdiyyəsinin Vergi və Ödənişlərə nəzarət üzrə muavin vəzifəsində işləyir. Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin etibarnaməsi əsasında istintaq hərəkətlərində, eləcə də məhkəmə orqanlarında iştirak etmək üçün nümayəndə olaraq səlahiyyətlər ona etibar edilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 26 mart 2022-ci il tarixindən 27 mart 2022-ci il tarixinədək olan müddət ərzində Binə bələdiyyəsinə məxsus olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş ümumilikdə 22 ədəd dəmir barmaqlıqdan olan qapaqları oğurlanmışdır. Həmin oğurluq nəticəsində bələdiyəsinə ümumilikdə 1320 manat maddi ziyan dəymişdir. Dəmir barmaqlıqlar əsas olaraq Binə qəsəbəsinin Dəmiryolçular və Xəqani küçələrindən oğurlanmışdır. Məlum olduğu kimi həmin əmlak dövlət əhəmiyyətli olmasa da Binə bələdiyyəsinin balansındadır. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, özünə məxsus olan Qaz 3302 markalı **-BB-*** dövlət nömrə nişanlı yük avtomaşını ilə pərakəndə metal qəbul ilə məşğul olub ailəmi dolandırırmış. 26 mart 2022-ci il tarixdə sahər saat 08 radələrində evdə olduğu zaman bir nəfər əvvəldən tanımadığı sonradan adının Həmid olduğunu bildiyi bir nəfər şəxs ona yaxınlaşaraq bildirmişdir ki, onda satdıq metal var. O, metal qəbulu ilə məşğul olduğu üçün həmin metallara baxmaq istəmiş, adını sonradan bildiyi Həmid qızılı rəngli markasını bilmədiyi avtomaşınla gəlmiş, avtomaşının yük yerinə baxdıqda orada setkalı dəmir barmaqlıqların olduğunu görmüşdür hansı ki, çirkab suların yağış sularının axıdılması üçün asfalt örtüyə düzülür (lyük). Həmin metal çuqun olmuş və o, həmin metalın bir kiloqramını 30 qəpik olmaqla alıb, özü isə Dərnəgül şosesində metal qəbulu məntəqəsinə kiloqramını 40 qəpikdən satırmış. O, həmin dəmir barmaqlıqların oğurluq olub olmadığını soruşmuş, lakin həmin şəxs ona həmin dəmir barmaqlıqların düzəldilməsi sexində fəhlə işlədiyini və müdrinin pul əvəzinə ona verdiyini bildirmişdir. O, Həmidlə razılaşmış və 08 ədəd diri halda digərləri qırıq qırıq kisəyə yığılmış halda iki kisə olmaqla 108 manat pul verib dəmir barmaqlıqları almışdır. Bundan sonra həmin dəmir barmaqlıqları özü idarə etdiyi avtomaşına yığıb Dərnəgül şossesində dəmir metal qəbulu məntəqəsində tanıdığı Nizami adlı şəxsə satmışdır. 27 mart 2022-ci il tarixdə səhər saat 08 radələrində o, evdə olan zaman Həmid adlı şəxs təkrarən onun yaşadığı evə gəlmiş, həmin dəmir barmaqlıqlardan yenədə satdığını bildirmiş, o, artıq sorğu sual vermədən həmin şəxsin gətirdiyi 5 ədəd balaca 3 ədəd böyük dəmir barmaqlıqlarıda 70 manat pul ödəməklə ondan alıb həyətə yığmışdır, lakin hələ satmamışdır. 27 mart 2022-ci il tarixdə səhər saatlarında Həmid adlı şəxsin anası yaşadığı ünvana gələrək həmin dəmir barmaqlıqların oğlu tərəfindən oğurlandığını ona bildirmişdir. Həmin vaxt onun yanında polis əməkdaşlarıda olmuş, o, həmin dəmir barmaqlıqları polis əməkdaşlarına təhvil vermişdir. Əlavə olaraq bir daha bildirmişdir ki, o, Həmid adlı şəxsə sual verdikdə Həmid ona bildirmişdir ki, dəmir barmaqlıqları düzəldən sexdə fəhlə işləyirmiş və sexin müdürü pulun əvəzinə həmin dəmirləri guya ona vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 aprel 2022-ci il tarixli, 9/2542 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 0,45x0,77 sm ölçülü və 01 ədəd 0,55x0,30sm ölçülü çirkab suların axıdılması üçün nəzərdə tutulmuş dəmir barmaqlıqlı quyu qapağının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 100,00 manat (02 ədəd x 50,0 manat) müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu il tarixdə İmişli rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən onlara dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş 28 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 30 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən 30 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 28 mart 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən 28 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd olunan xüsusatları əl işarələri ilə göstərərək fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş 30 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Anar Bəxtiyarov tərəfindən 30 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş hüquqi şəxslə barışmasını, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödəməsini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayətinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş hüquqi şəxslə barışmasını, zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödəməsini, zərər çəkmiş hüquqi şəxsin ondan şikayətinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 və X2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar