Məhkəmə qərarları › İş №1(003)-294/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-294/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-294/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (sürücü), məhkumluğu olmayan, Yevlax şəhəri Nizami prospekti ev 24 mənzil 3-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayan, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-562/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-601/2022 saylı 28 dekabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla öz cinsi ehtirasını pozğuncasına ifadə etmək qərarına gəlib bu məqsədlə fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı özünə qarşı edilən hərəkətlərə müqavimət göstərmək, həmin hərəkətlərin xarakterini və mahiyyətini anlamaq qabiliyyətinə malik olmayan, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 218 nömrəli məktəbin yaxınlığında saxladığı avtobusun içərisində heç kəsin olmamasına əmin olduqdan sonra özünə məxsus olan “Samsung A 12” markalı mobil telefonunda pornoqrafik video materiallar nümayiş etdirib sonuncunun cinsi ehtiras hisslərinin yaranmasına yönələn hərəkətlər etməklə Zərərçəkmiş şəxs öz cinsi orqanının üzərində oturmasını istəmiş, azyaşlı Zərərçəkmiş şəxs isə onun bu istəyini yerinə yetirməkdən imtina etdikdən sonra iyrənc hərəkətlərini davam etdirib öz cinsi orqanını Zərərçəkmiş şəxs ayağına sürtməklə ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü əvvəlcə təqsirli bilməyərək göstərdi ki, iki ildir ki, Binə qəsəbəsində kənd içi avtobuslarda məktəblilər üçün sürücülük edir. Belə ki, hər gün səhər uşaqları 218 nömrəli məktəbə aparır, axşam saatlarında isə onları məktəbdən götürüb evlərinə gətirir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər yenidən uşaqları məktəbə aparıb düşürtmüş, sonra öz işlərinin arxasınca getmişdir. Həmin gün dərsin bitməsinə yaxın saat 16 radələrində 218 nömrəli məktəbin qarşısına gəlib uşaqların dərsdən çıxmasını gözləmişdir. Uşaqları gözləyərkən yuxu onu tutmuş və o, avtobusun arxasında oturacaqların üzərinə uzanıb bir qədər yatmaq qərarına gəlmişdir. “Samsung A 12” markalı mobil telefonunu isə avtomobilin salonunda sükanın yanına qoymuşdur. Təxminən 1 saat olar yatmışdır ki, İlkinlə Ümidin səsinə ayılmışdır. Belə ki, onlar avtobusun içərisində arxa oturacaqdan bir oturacaq qabaqda əyləşmişlər. O, ayılarkən Ümid onun oyandığını görüb İlkinin yanından qalxaraq nədənsə utanmış kimi qabağa getmişdir. İlkin də nəyi isə cibinə qoyub gizlətməyə çalışmışdır. Onların bu hərəkəti onu şübhələndirdiyi üçün o, ayağa qalxıb onlara tərəf getmiş, İlkinin yanına gələrkən İlkinin gizlətməyə çalışdığı əşyanın onun mobil telefonu olduğunu görmüşdür. O, mobil telefonu İlkinin əlindən almış, həmin vaxt İlkinin telefonunda internet vasitəsi ilə pornoqrafik videoya baxdığını görmüşdür. İlkinə təpinərək üstünə qışqırıb onu maşından qovmuş, buna görə də ilkin onun avtomobilində yox, başqa sürücünün avtomobili ilə getməli olmuşdur. Həmin vaxt İlkinlə Ümiddən başqa avtobusun içərisində 2-ci sinif şagirdləri Aysel və Lamiyə də əyləşmişlər. İlkini avtobusdan qovduqdan sonra sükan arxasına əyləşib digər uşaqları gözləmişdir. Həmin vaxt telefonunda olan pornoqrafik videonu silmişdir ki, telefonda qalmasın. Daha sonra digər uşaqlar gəlmişlər və o, avtobusu sürüb uşaqları evlərinə aparmışdır. Bu hadisədən təxminən 1 ay sonra onu 3-cü PŞ-nə çağırmışlar və o, orada İlkinin anası Əslinin onun barəsində şikayət ərizəsi verdiyini öyrənmişdir. Şikayətin məzmunu ilə tanış olarkən guya onun İlkinə qarşı seksual xarakterli hərəkətlər etdiyini öyrənmişdir. Lakin həqiqətdə elə bir şey olmamışdır. Göstərilən hadisə azyaşlı uşağın uydurmasıdır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, özünü təqsirli bilir, əməlini etiraf edir və peşmançılıq çəkir. Himayəsində azyaşlı uşaqları və xəstə uşaqları vardır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, o, 35 nömrəli məktəbin 2-ci sinfində oxuyur və Ədalət adlı sürücünün avtobusunda hər gün məktəbə getmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində sinif yoldaşı Ümidlə dərsdən çıxmışlar. Bu zaman Ümidi evinə aparan avtobus sürücüsü Tural adlı şəxs onlara demişdir ki, onun avtobusunda əyləşsinlər. O da Ümidlə Turalın avtobusuna əyləşmişdir. Avtobusda olan zaman Tural ona yaxınlaşıb onu avtobusun arxa oturacağına dəvət etmiş və ona öz telefonunu verib orada “Google” internet axtarış portalında porno sayt olan xxnx.com yazmağı tələb etmişdir. O da Turalın tələbi ilə arxa oturacağa keçib Tural deyən saytın adını telefonda yazmışdır. Yazdığı şeyin nə olduğunu Turaldan soruşanda Tural ona demişdir ki, yaz, görəcəksən. O da “Google”da həmin saytın adını yazan zaman əxlaqsız videolar qabağına çıxmışdır. Daha sonra sinif yoldaşı Ümidə demişdir ki, bayıra çıxsın. Ümid də bayıra çıxmışdır. Ümid bayıra çıxandan sonra Tural ona telefonu tutmağını bildirmişdir. Bu zaman telefonda əxlaqsız videolar nümayiş etdirilmişdir. Tural həmin videolara baxıb öz cinsiyyət orqanını ovxalamağa başlamışdır. Daha sonra Tural ona demişdir ki, “bax, cinsiyyət orqanım daş kimidir”. Daha sonra Tural ona təklif etmişdir ki, onun qucağında, yəni cinsiyyət orqanının üzərində otursun. Oturduqdan sonra isə onu bir dəfə öpüb buraxacağını demişdir. Lakin o, Turalın bu hərəkətlərinin qeyri-etik olduğunu anlamışdır. Buna görə də Turalın dediklərini etməkdən imtina etmişdir. Tural öz cinsiyyət orqanını onun ayağına sürtən zaman o, dərhal oturacaqdan durub avtobusdan düşmüşdür. Avtobusdan düşüb pəncərədən baxanda Turalın telefonda əxlaqsız videolara baxıb öz cinsiyyət orqanını avtobusun oturacağına sürtdüyünü görmüşdür. O, avtobusdan düşməmişdən əvvəl Tural ona demişdir ki, həyat yoldaşı yoxdur, ona görə də hər gecə bu videolara baxıb yorğan-döşəyə sürtünərək öz cinsi ehtirasını təmin edir. Daha sonra o sinif yoldaşı Ümidin yanına gedib məktəbin həyətində Ümidlə oynamağa davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur və 35 nömrəli orta məktəbin 2-ci sinfində oxuyur. xx.xx.2022-ci il tarixdə oğlu ona yaxınlaşarq bir söz demək istədiyini, lakin əsəbləşməməyini xahiş etmişdir. İlkinə əsəbləşməyəcəyini söz verdikdən sonra oğlu demişdir ki, Tural adlı avtobus sürücüsü ona öz telefonunda pornoqrafik və əxlaqsız videolar nümayiş etdirməklə ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində İlkin sinif yoldaşı Ümidlə dərsdən çıxmış, həmin vaxt Ümidi evinə aparan avtobus sürücüsü Tural onlara demişdir ki, onun avtobusuna əyləşsinlər. İlkin də Ümidlə Turalın avtobusuna əyləşmişlər. Avtobusda olan zaman Tural İlkinə yaxınlaşıb onu avtobusun arxa oturacağına dəvət etmiş və ona öz telefonunu verib orada “Google” internet axtarış portalında porno sayt olan xxnx.com yazmağı tələb etmişdir. İlkin də Turalın tələbi ilə arxa oturacağa keçib Tural deyən saytın adını telefonda yazmışdır. İlkin yazdığı şeyin nə olduğunu Turaldan soruşanda Tural ona demişdir ki, yaz, görəcəksən. İlkin də “Google”də həmin saytın adını yazan zaman əxlaqsız videolar qabağına çıxmışdır. Daha sonra sinif yoldaşı Ümidə demişdir ki, bayıra çıxsın. Ümid də bayıra çıxmışdır. Ümid bayıra çıxandan sonra Tural İlkinə telefonu tutmağını bildirmişdir. Bu zaman telefonda əxlaqsız videolar nümayiş etdirilmişdir. İlkin həmin videolara baxıb öz cinsiyyət orqanını ovxalamağa başlamışdır. Daha sonra Tural İlkinə demişdir ki, “bax, cinsiyyət orqanım daş kimidir”. Daha sonra Tural İlkinə təklif etmişdir ki, onun qucağında, yəni cinsiyyət orqanının üzərində otursun, oturduqdan sonra isə onu bir dəfə öpüb buraxacaqdır. X5 bu hərəkətlərinin qeyri-etik olduğunu anlamış, buna görə də Turalın dediklərini etməkdən imtina etmişdir. Tural öz cinsiyyət orqanını İlkinin ayağına sürtən zaman İlkin dərhal oturacaqdan durub avtobusdan düşmüşdür. Avtobusdan düşüb pəncərədən baxanda Turalın telefonda əxlaqsız videolara baxıb öz cinsiyyət orqanını avtobusun oturacağına sürtdüyünü görmüşdür. Hazırda Tural onlardan üzrxahlıq edərək peşman olduğunu bildirdiyi üçün, ondan heç bir şikayət və tələbi yoxdur, Turala hər hansı cəzanın verilibverilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrini əyani olaraq bir birinin üzünə qarşı təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X3 xx.xx.2022-ci il tarixli 1018 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 10 fevral 2023-cü il tarixli 11/47 saylı rəyindən görünür ki, müayinə olunan Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafı yaş səviyyəsinə və əhatə olunduğu sosial mikromühitə uyğundur. Ümumi dünyagörüşü güzəran bilikləri əsasında formalaşmışdır. Psixi cəhətdən normal inkişaf etmişdir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs hafizəsi və ixtiyarı yadda saxlaması normaldır. Zərərçəkmiş şəxs ona təqdim edilmiş anlayışların müqayisəsi və təsnifatı, eləcə dəəsas əlamətlərin ayırd edilməsi zamanı əsasən ikinci dərəcəli əlamətlərdən çıxış edir. Zərərçəkmiş şəxs sensor-perseptiv (duyğu və qavrayış) proseslərinin inkişafı normaldır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətcillik, mehribançılıq, səmimilik kimi əlamətlər müəyyən olunur.Onun fərdi-psixoloji xüsusiyyətlərində və təsəvvürlərində qadınlıq və kişilik haqqındakı etalon və stereotiplər sadə xarakter daşıyır. Zərərçəkmiş şəxs psixoseksual inkişafı normal olub, hal-hazırda cinslərarası intim həyatın bioloji, etikəxlaqi cəhətlərini, cinsi münasibətlərin sosial-psixoloji məzmununu güzəran bilikləri səviyyəsində başa düşür. Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs yaşına, əqli inkişafına və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X3 xx.xx.2023-cü il tarixli 48 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansıbir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-ci il tarixli 159 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, amnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, T.R.İsgəndərov əvvəllər psixiatrik müəsisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Belə ki;

1. Təqsirləndirilən şəxs hər hansı bir psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Buna görə dəX4 oğlutörətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.

2. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.

3. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21ci maddəsinin təsiri altına düşmür. X1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 06 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yevlax RPİ-də xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan materiala xx.xx.2017-ci tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini bildirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, “Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 dekabr 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-562/2022 saylı 28 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 601/2022 saylı 28 dekabr 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdən 8 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 8 (səkkiz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə cəmi 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdən 8 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 8 (səkkiz) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev duataqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun Müdafiəçi 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar