Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-295/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğlunun, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxs - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X1 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, 1) xx xxx 2005-ci il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi qaydada təkər təmiri ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu H.Aslanov küçəsində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz özbaşına tikilidə yaşayan, barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri seçilmiş – - HəbullazadəTuralVüsaloğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və 2) xx xxxxxx 1998-ci il tarixdə Beyləqan rayonunun Aşqallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Aşqallar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz özbaşına tikilidə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2004-cü il təvəllüdlü X10, Təqsirləndirilən şəxs1 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşdıqları kimi xx xxx 2020-ci il tarixdə saat 23:30 radələrində Əziz Cəfərovla birlikdə Xəzər rayonu Binə-Hövsan südçülük sovxozu yolunun 3-cü km-də, asfalt yolun sağ tərəfində fəaliyyət göstərən avtotəmir sexinin qarşısında dayanmış, Niftəliyev Zöhrab Aydın oğluna məxsus “SHCMANSX 33** DT ***” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol tərəfindəki akkumulyator qutusundan hər birinin dəyəri 100 manat təşkiledən 2 ədəd 140 amperlik “İstok” markalı akkumulyatoru, avtomobilin kabinəsinin sağ qapısının kilidini dəmir parçası ilə açıb kabinənin tavan örtüyünə bərkidilmiş, hər birinin dəyəri 30 manat təşkil edən 3 ədəd “Pioner” markalı səsgücləndirici dinamiki çıxararaq orada olan əl arabasına qoyub gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşmış, əşyaları Təqsirləndirilən şəxs1la əvvəlcədən razılaşdıqları Binə-Hövsan südçülük sovxozu yolunun 3,5-ci km-də asfalt yoldan sağ tərəfdə yerləşən, sağa gedən yol küçəsinin 100 metr dərinliyindəki boşluq əraziyə gətirib qoyaraq əlarabasını avtotəmir sexinin yanına aparmış, əşyaları qoyduğu yer barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1, Əziz Cəfərov və Ruslan Bəşirovla birlikdə sonuncunun “Mersedes- Benz” markalı avtomobili ilə akkumulyator və səs gücləndirici dinamiklər qoyulmuş yerə gəlmiş, əşyaları Ruslan Bəşirovun avtomobilinə yükləyərək aparıb Niftəliyev Zöhrab Aydın oğluna ümumilikdə 290 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı, yetkinlik yaşına çatmayan xx xxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2004-cü il təvəllüdlü X10 və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə saat 23:30 radələrində Əziz Cəfərovla birlikdə Xəzər rayonu Binə-Hövsan südçülük sovxozu yolunun 3-cü km-də, asfalt yolun sağ tərəfində fəaliyyət göstərən fəaliyyət göstərən avtotəmir sexinin həyətində dayanmış, Niftəliyev Zöhrab Aydın oğluna məxsus “SHCMAN SX 33** DT ***” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol tərəfindəki akkumulyator qutusundan hər birinin dəyəri 100 manat təşkil edən 2 ədəd 140 amperlik “İstok” markalı akkumulyatoru, avtomobilin kabinəsinin sağ qapısının kilidini dəmir parçası ilə açıb kabinənin tavan örtüyünə bərkidilmiş, hər birinin dəyəri 30 manat təşkil edən 3 ədəd “Pioner” markalı səs gücləndirici dinamiki çıxararaq orada olan əl arabasına qoyub gizli olaraq talayaraq hadisə yerindən uzaqlaşmış, əşyaları əvvəlcədən razılaşdıqları Binə-Hövsan südçülük sovxozu yolunun 3,5-ci km-də asfalt yoldan sağ tərəfdə yerləşən, sağa gedən yol küçəsinin 100 metr dərinliyindəki boşluq əraziyə gətirib qoyaraq əl arabasını avtotəmir sexinin yanına aparmış, əşyaları qoyduğu yer barədə Təqsirləndirilən şəxs2 ona məlumat vermiş, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2, Əziz Cəfərov və Ruslan Bəşirovla birlikdə sonuncunun “Mersedes-Benz” markalı avtomobili ilə akkumulyator və səs gücləndirici dinamiklər qoyulmuş yerə gəlmiş, əşyaları Ruslan Bəşirovun avtomobilinə yükləyərək aparıb Niftəliyev Zöhrab Aydın oğluna ümumilikdə 290 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Binə qəsəbəsi HövsanSüdçülük sovxozunda fəaliyyət göstərən avtoyuyucuda Təqsirləndirilən şəxs1 yanında işləmişdir. xx xxx 2020-c ii ltarixdə Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından tanışı Əziz Cəfərovla keçən zaman orada göyrəngli, “SHCMAN SX 33** DT ***”markalı, **-JS-*** nömrəli yük avtomobilinin təmirə dayandığını görmüşdür. Saat təxminən 14-15 radələrində avtomobilin sexin yaxınlığındakı boşluq ərazidə sahibsiz dayandığını görüb Əzizlə maşınına kkumulyatorlarını oğurlayıb satmaq, pul əldə edib xərcləmək qərarına gəlmişdir. Əziz onun təklifi ilə razılaşdığından, akkumulyatorları satabiləcək Təqsirləndirilən şəxs1 zəng vurub məlumat vermişdir. Vüsal aakkumulyatorları Əzizlə birlikdə söküb çıxaracağını, hadisə yerindən aralandıqdan sonra ona zəng vuracağını söyləmiş, Vüsal isə dostu ilə razılaşıb ona zəng vuracağını demişdir. Sonra Vüsal ona zəng vurub dostu ilə razılaşdığını, akkumulyatorları dostu ilə birlikdə gəlib götürəcəyini söyləmişdir. Həmin vaxt Vüsal akkumulyatorları götürəcək dostunun adını deməmişdir. Razılaşmış və bununla bağlı Əzizə məlumat vermişdir. xx xxx 2020-ci il tarixdə havanın qaralmasını gözləmişlərki, ətrafdan onları heç kim görməsin və təmir sexləri bağlansın. xx xxx 2020-ci il tarixdə saat 23:30 radələrində Əzizlə birlikdə Binə qəsəbəsi Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanına gəlmiş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra avtotəmir sexlərinin yanında dayanmış göyrəngli, “SHCMAN SX 33** DT ***” markalı, **-JS-*** nömrəli yük avtomobilinin sağ tərəfinə keçib oradakı akkumulyator qutusunun üstünü açmışlar. Əzizlə birlikdə akkumulyatorları kabellərindən ayırmış, sexin yanında olan əlarabasını yanlarına gətirib akkumulyatorları həmin arabaya yükləmişlər. Maşının kabinəsinin qapılarını yoxladıqda sol qapısının açıq olduğunu müəyyən etmişlər. Kabinədən qiymətli heç bir əşya və ya pul tapmadıqlarından, kabinənin tavanındakı 4 ədəd səs gücləndirici dinamikdən 3 ədədini söküb çıxarmış və hadisə yerindən uzaqlaşmışlar. Akkumulyatorları və səs gücləndirici dinamikləri yüklədikləri arabanı növbə ilə itələyərək üzü südcülük sovxozuna tərəf təxminən 100 metr getmiş və ara küçələrdən birində dayanmışlar. Vüsala zəng vurub akkumulyatorları oğurladıqlarını, həmçinin səs gücləndirici dinamiklərdə çıxardıqlarını demişdir. Vüsal başqa yerdə olduğunu və gələbilməyəcəyini söylədiyindən, əşyaları gizlətməyi tapşırıb səhər götürəcəyini demişdir. Əzizlə birlikdə akkumulyator və səs gücləndirici dinamikləri Hövsan südcülük sovxozunda bir yerdə gizlədib əlarabasını sexin qarşısına qaytarıb qoymuşlar və hərə öz evinə getmişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Vüsal, Ruslan Bəşirovun boz metal rəngli, “Mersedes-BenzE-class” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobili ilə onun dalınca evə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Vüsal oğurluqla bağlı razılaşdığı dostu kimi dediyi şəxs Ruslan Bəşirovdur. Ruslan maşını idarə etmiş, qabaq oturacaqda Vüsal, arxa oturacaqda isə Əziz əyləşmişdir. Birlikdə akkumulyatorları gizlətdikləri yerə getmişlər. Orada Əzizlə birlikdə oğurluq əşyaları maşının yanına gətirmişlər. Ruslan və Vüsal əşyaları maşının yük yerinə qoymuşlar. Əşyaları satıb pulunu onlarla bölüşdürəcəklərini vəd edib getmişlər. Bir neçə gündən sonra isə Vüsal polis işçiləri tərəfindən tutulmuş, o, həyətində basdırdığı akkumulyatorları çıxarıb polisə təhvil vermişdir. Həmin araşdırma zamanı məlum olmuşdur ki, oğurlanmış akkumulyatorlar və səs gücləndirici dinamiklər əvvəlcə Ruslanın həyətində gizlədilib. Sonra isə Vüsalın həyətinə gətirilib və gizlədilib.Ona görə polis Vüsalla Ruslanı tutmuş, lakin 2 gün sonra azad olunmuşlar. Həmin vaxtdan isə Əzizi və Vüsalı görməmişdir, onların harada yaşamalarını bilmir. İlk dəfə törətdiyi əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı hazırda tamamilə ödəyərək onunla barışmışdır və onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların, həmçinin yetkinlik yaşına çatmayan olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Tural Həbullayevi çoxdan tanıyır, eyni qəsəbənin sakinləridirlər və Tural bir müddət onun yanında fəhlə işləmiş, birlikdə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtomobillərin yuyulması işi ilə məşğul olmuşlar. xx xxx 2020-ci il tarixdə saat təxminən 14-15 radələrində Tural ona zəng vurub bildirmişdirki, Əziz adlı tanışı ilə birlikdə Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanından keçəndə orada sahibsiz vəziyyətdə bir “SHCMAN SX 33** DT ***” yük avtomobilinin dayandığını görüb. Əzizlə birlikdə həmin avtomobilin akkumulyatorlarını oğurlamaq istədiyini bildirmiş və həmin oğurluqda iştirak etməyi təklif etmişdir. Oğurluqda iştirak etməyi qəbul etmiş, akkumulyatorları çıxarıb biraz irəlidəki boşluq əraziyə aparacağını Tural ona söyləmişdir. Oradan da onun götürüb aparmağını, satıb pulunu bərabər bölüşməyi tapşırmışdır. Bu təkliflə razılaşıb malları daşımaq üçün maşına ehtiyac olduğunu söyləmişdir. Maşını olan birdostu olduğunu, oğurluğu ona təklif edəcəyini, razılaşsa akkumulyatorları oğurlayıb onun maşını ilə daşıyıb satacaqlarını, pulunu 4 yerə böləcəklərini Turala söyləmişdir. Bu səbəbdən də dostu Ruslan Bəşirova zəng vurmuş, ona vəziyyəti danışmış, Ruslan bu oğurluqda iştirak etməyə razılaşmışdır. Həmin gün gecə saat 23:30 radələrində Tural ona zəng vurub Əzizlə birlikdə qeyd etdiyi “SHCMAN SX 33** DT ***” markalı avtomobilin 2 ədəd akkumulyatorunu və 3 ədəd səs gücləndirici dinamiklərini oğurladığını demiş, əşyaları razılaşdıqları kimi hadisə yerindən uzaqlaşdırıb boşluq əraziyə apardığını tapşırmışdır. Həmin vaxt başqa yerdə olduğundan əşyaları gizlətməyi, sabah götürəcəklərini Turala demişdir. xx xxx 2020-ci il tarixdə saat 10 radələrində Ruslan və Əzizlə qəsəbədə görüşmüş, Ruslanın maşını ilə Turalın yaşadığı evə getmiş, Ruslan boz metal rəngli, dövlət qeydiyyat nömərsini xatırlamadığı “Mersedes- Benz E-class” markalı avtomobili idarə etmiş, özü qabaq otaracaqda, Əziz isə arxa oturacaqda əyləşmişdir. Turalda arxa oturacağa əyləşmiş və oğurlanmış əşyalar gizlədilmiş yerə getmişlər. Əziz və Tural 2 ədəd akkumulyatoru və 3 ədəd səs gücləndirici dinamiki Ruslanın maşınının yanına gətirmişlər. Ruslanla birlikdə əşyaları maşına yükləmişlər. Sonra onlardan hadisəni törədən zaman ətrafda kimlərin olduğunu, oğurluq vaxtı onları görən şəxslərin olub-olmadığını soruşmuş, həm Əziz, həmdə Tural oğurluq vaxtı onları heç kimin görmədiyini, ətrafda heç kimin olmadığını bildirmişlər. Bundan sonra maşına minib oradan aralaşmış, əşyaları satıb onlarla pulu bölüşdürəcəklərini söyləmişlər. Əşyalar əvvəlcə Ruslanda qalmışdır. Ruslan əşyaları torpağın altına basdıracağını, bir neçə gün sonra, yəni ara sakitləşdikdən sonra satacağını söyləmişdir. Təxminən xx xxx 2020-ci il tarixdə Ruslan 2 ədəd akkumulyatoru gətirib ona vermiş və gizlətməyi tapşırmışdır. Akkumulyatorları açıqda saxlamaqdan ehtiyat etdiyindən yaşadığı evin həyətində torpağı qazaraq onları orada basdırmışdır. xx xxx 2020-ci il tarixdə Xəzər RPİ 3cü PB-nə dəvət edilmiş, orada Ruslanı da görmüş, onunla oğurlanmış akkumulyatorlarla bağlı söhbət edildikdə artıq Ruslanın hər şeyi etiraf etdiyini bilib yalan danışmağın yersiz olduğunu düşünmüş, hər şeyi etiraf etmiş, 2 ədəd akkumulyatoru polisə təqdim etmişdir. Həmin akkumulyatorlar həytindən qazılaraq çıxarılmış, protokol əsasında ondan götürülmüşdür. xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə azad edilmişdir. Həmin vaxtdan nə Ruslanı, nə də Əzizi görməmiş, onlarla əlaqə saxlamamışdır, onların harada olmaları və nə işlə məşğul olmaları barədə məlumatı yoxdur. İlk dəfə törətdiyi əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı hazırda tamamilə ödəyərək onunla barışmışdır və onun ondan heç bir şikayəti yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Niftəliyev Zöhrab Aydın oğlu göstərdi ki, o, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olur, özünə məxsus, etibarnamə ilə idarə etdiyi “SHCMAN SX 33** DT ***” markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli yük avtomobili ilə yüklərin daşınması işini icra edir. xx xxx 2020-ci il tarixdə saat 11 radələrində həmin yük avtomobilini təmir etdirmək məqsədi ilə Hövsan südcülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinə aparmış, maşını sexin həyətində saxlayıb qapılarını açarla bağlamışdır. xx xxx 2020-ci il tarixdə saat 13 radələrində maşının yanına gəldikdə avtomobilin kabinəsinin sağ qapısının kilidinə başqa bir açar salınıb təzyiq göstərilərək açıldığını müəyyən etmişdir. Kabinənin içərisinə baxdıqda tavan örtüyündə olan, hər birinin dəyəri 30 manat təşkil edən 4 ədəd“ Pioner” markalı səs gücləndirici dinamikin 3 ədədinin oğurlandığını aşkar edib. Həmçinin maşının akkumulyator boşluğuna baxdıqda, akkumulyator qutusundan hər birinin dəyəri 350 manat təşkil edən 2 ədəd “İstok” markalı akkumulyatorun oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 790 manat ziyan vurulmuşdur. Lakin həmin akkumulyatorların və səsgücləndiricilərin istismarda olmaları səbəbindən köhnəlmələri nəzərə alınmaqla ekspertiza nəticəsində müəyyən edilmiş qiymətləri ilə razıdır və ziyan məblği kimi ekspertizanın müəyyən etdiyi məbləği qəbul edir. Təqsirləndirilən şəxslər həmin ziyanı hazırda tamamilə ödəyərək onunla barışıq əldə etmişləır. Buna görə də onun onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, Tural onun oğludur, birlikdə eyni evdə yaşayırlar. İstintaq zamanı Turalın qanuni nüsmayəndəsi qismində tanınmış və istintaqda iştirak etmişdir. Tural əvvəllər Hövsan südçülük sovxozunda fəaliyyət göstərən avtoyuyucuda Vüsal adlı şəxslə birlikdə işləmişdir. Oğlu istintaqa cəlb olunduqda məlum olmuşdur ki, Tural xx xxx 2020-ci il tarixdə Vüsal, Əziz və Ruslan adlı şəxslərlə birlikdə oğurluq etmişdir. Turalın sonradan ona danışdığından belə bilmişdir ki, həmin gün Hövsan Südçülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexinin yanında dayanmış bir yükmaşınından Əziz ilə birlikdə 2 ədəd akkumulyatoru və 3 ədəd səs gücləndirici dinamiki oğurlayıb gizlədiblər. Növbəti gün Vüsal, Əziz və Ruslan birlikdə həmin akkumulyator və səs gücləndirici dinamikləri gizlətdikləri yerdən çıxarıb Ruslanın maşınına yükləyiblər. Vüsal və Ruslan oğurluq əşyaları satıb pulunu Tural və Əzizlə bölüşdürəcəklərini vəd edib. Lakin sonradan Vüsal və Ruslan tutulduqlarından,Tural da istintaqa cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, Vüsal onun oğludur və birlikdə eyni evdə yaşayırlar. xx xxx 2020-ci il tarixdə yaşadığı evə polis işçiləri gəlmiş, polis işçilərinin iştirakı ilə onun gözü qarşısında oğlu Vüsal həyətdəki torpağı qazıb oradan 2 ədəd avtomobil akkumulyatorunu çıxarmış və polis işçilərinə təhvil vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, həmin akkumulyatorlar oğurluqdur. Vüsal sonra ona bildirmişdir ki, 2 nəfər azyaşlı dostu 2 ədəd akkumulyatoru oğurlamış, ona zəng vurub məlumat vermiş, bundan sonra Ruslan adlı dostunun maşını ilə həmin akkumulyatorları gətirib Ruslanın həyətində basdırmışlar. Bir neçə gün sonra isə akkumulyatorları Ruslanın həyətindən götürüb Vüsal öz həyətində torpağın altında basdırmışdır. Bunu həm Vüsal, həm də Ruslan söhbət zamanı özləri şəxsən etiraf etmişlər. Onların həyətindən akkumlyatorlar çıxarılan zaman səsgücləndirici görməmiş və səsgücləndirici oğurluğunu bilməmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı söyləmişlər. İş materiallarında olan HəbullazadəTuralVüsal oğlunun və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, onların hər biri ifadələrində göstərdikləri xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişlər. İş materiallarında olan xx xxx 2020-ci il tarixli “maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Xəzər RPİ 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən araşdırma zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən 2 ədəd üzərində “İstok” sözləri yazılmış avtomobil akkumulyatoru götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1578 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim edilmiş 2 ədəd qara rəngli 140 amper “İstok” markalı akkumulyatorun istifadə də olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200 (2x100) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1390 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 də törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətlətəri qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etməki qtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməldən sonra hərhansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs2 fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Adaptivlik, situativlik, emosionallıq, eqosentrizm kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 etdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən, hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. İstintaq zamanı talanmış və xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 2 ədəd istifadə də olmuş 140 amperlik “İstok” markalı akkumulyator 3 ədəd oxşar formalı akkumulyator arasına yerləşdirib tanınması üçün zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna təqdim edilmiş, Zöhrab Niftəliyev akkumulyatorları nəzərdən keçirib 2 ədəd istifadə də olmuş 140 amperlik “İstok” markalı akkumulyatoru göstərib bildirmişdir ki, həmin akkumulyatorlarına məxsusdur və xx xxx 2020-ci il saat 11 radələrindən xx xxx 2020-ci il saat 13 radələrinə kimi olan müddət ərzində Xəzər rayonu Hövsan südcülük sovxozunda fəaliyyət göstərən avtotəmir sexində saxladığı “SHCMAN SX 33** DT ***” markalı, **-JS-*** dövlət qeydiyyat nömrəli yük avtomobilindən oğurlanmış iki ədəd akumulyatordur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki,maddi sübut kimi tanınmış – xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 götürülmüş 2 ədəd qara rəngli 140 amper “İstok” markalı akkumulyator məhkəmə həllinədək saxlanması üçün zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna təhvil verilmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışlar. Hazırda onun onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Xəzər RPİ İŞ-nin müstəntiqi, polis mayoru X8 icraata cinayət işi ayrılması haqqında xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işindən X10 və X5 barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, HəbullazadəTuralVüsal oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər HəbullazadəTuralVüsal oğlunun və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə baxışı zamanı onların etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq HəbullazadəTuralVüsal oğlunun və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş maddi zərəri tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, yetkinlik yaşına çatmayan olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş maddi zərəri tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər HəbullazadəTuralVüsal oğluna və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onlara cinayət qanunun təqsirli bilindikləri maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, yetkinlik yaşına çatmayan HəbullazadəTuralVüsal oğlunun barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, HəbullazadəTuralVüsal oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - BakışəhəriXəzərrayonuBinəqəsəbəsiHövsansüdçülüksovxozunömrəsizözbaşına tikilidə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli HəbullazadəTuralVüsal oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində HəbullazadəTuralVüsal oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, HəbullazadəTuralVüsal oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, HəbullazadəTuralVüsal oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz özbaşına tikilidə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut - 2 ədəd qara rəngli 140 amper “İstok” markalı akkumulyatorun zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna qəbzlə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə 290,00 (iki yüz doxsan) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, HəbullazadəTuralVüsal oğlunun CM-nin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərHəbullazadəTuralVüsal oğlunun və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs HəbullazadəTuralVüsal oğluna ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Yetkinlik yaşına çatmayan HəbullazadəTuralVüsal oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz özbaşına tikili ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) iki gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu nömrəsiz özbaşına tikili ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 2 ədəd qara rəngli 140 amper “İstok” markalı akkumulyatorun zərərçəkmiş şəxs Niftəliyev Zöhrab Aydın oğluna qəbzlə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə 290,00 (iki yüz doxsan) manat maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birgə qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs HəbullazadəTuralVüsal oğlunun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-295/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-295/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver