Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-295/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1981-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, Yataqxana 2, otaq 41 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir büküm təmiz çəkisi 0,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 18 fevral 2021-ci il tarixdə tanışı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X1 saxlanılan Şahid3 yoxlamadan gizlətməklə göndərilməsi üçün gödəkcənin üst döş cibinə yerləşdirərək Şahid3 oğlu Şahid1 vermiş, həmin narkotik vasitədədən məlumatı olmayan Şahid1 qeyd olunan tarixdə saat 15:00 radəsində sovqatı atasına vermək üçün müəssisənin əməkdaşlarına təqdim etdikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X2 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs göndərdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan qara rəngli gödəkçənin üst döş cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,179 qram narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürüldüyündən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək cinayət törətməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 18 fevral 2021-ci il tarixdə tanışı Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X1 saxlanılan Şahid3 yoxlamadan gizlətməklə göndərilməsi üçün gödəkçənin üst döş cibinə bir büküm təmiz çəkisi 0,179 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini yerləşdirərək Şahid3 oğlu Şahid1 vermiş, həmin narkotik vasitədən məlumatı olmayan Şahid1 qeyd olunan tarixdə saat 15:00 radəsində sovqatı atasına vermək üçün müəssisənin əməkdaşlarına təqdim etdikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin X2 əməkdaşları tərəfindən onun göndərdiyi sovqata baxış keçirilən zaman, sovqatın içərisində olan qara rəngli gödəkçənin üst döş cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,179 qram narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X2 əməliyyat şöbəsində böyük inispektor vəzifəsində işləyir, rütbəsi isə ədliyyə mayorudu. O, 18 fevral 2021-ci il tarixdə saat 15:00 radəsində xidmətdə olan zaman müəssisədə Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron rayon Məhkəməsinin qərarına əsasən barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş Şahid3 yanına oğlu Şahid1 gəlmiş və sovqat gətirmişdir. Həmin sovqat onun və müəssisənin əməkdaşları Zərərçəkmiş şəxs eləcədə Şahid5 tərəfindən yoxlanılan zaman sellofan torbada olan qara rəngli gödəkcənin üst döş cibindən bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm onların eləcədə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl hal şahidlərinə eləcədə iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan maddə spesifik iyə malik molduğundan qablaşdırılmış və tərkibi müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-nə gödərilmiş və məlum olmuş ki, müəssisədə saxlanılan Şahid3 oğlu Şahid1 atasına gətirdiyi gödəkcənin cibində ki, maddə narkotik vasitə heroindir. Həmin zaman müəssisədə saxlanılan Şahid3 oğlu Şahid1 bildirmiş ki, gödəkcəni atasına Vasif adlı atasının tanışı göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X1 mülki qaydada işləyir. O, 18 fevral 2021-ci il tarixdə saat 15:00 radəsində işdə olan zaman müəssisəsnin əməkdaşları onu NBM-nə dəvət etmiş və ona bildirmişlər ki, Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron rayon Məhkəməsinin qərarına əsasən barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş Şahid3 yanına oğlu Şahid1 gəlmiş və sovqat gətirmişdir. Həmin sovqatda qanunla qadağan olmuş əşyanın ola biləcəyini deyib hal şahidi kimi baxışda iştirak etməyi ona bildirmişlər. Bundan sonra həmin yerə ondan başqa bir nəfərdə mülki işçi hal şahidi kimi dəvət edilmiş və onlara hüquq və vəzifələri izah olunmüş, sonra isə sellofan torbada olan qara rəngli gödəkcənin üst döş cibindən bir ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan maddə spesifik iyə malik olduğundan müəssisənin əməkdaşları tərəfindən qablaşdırılmış və tərkibi müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-nə gödərilmişdir. Həmin zaman müəssisədə saxlanılan Şahid3 oğlu Şahid1 bildirmiş ki, gödəkcəni atasına Vasif adlı atasının tanışı göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadələr verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, O, 18 fevral 2021-ci il tarixdə saat 15:00 radəsində xidmətdə olan zaman müəssisədə Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron rayon Məhkəməsinin qərarına əsasən barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş Şahid3 yanına oğlu Şahid1 gəlmiş və sovqat gətirmişdir. Həmin sovqat onun və müəssisənin əməkdaşları Zərərçəkmiş şəxs eləcədə Şahid5 tərəfindən yoxlanılan zaman sellofan torbada olan qara rəngli gödəkcənin üst döş cibindən bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm onların eləcədə dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl hal şahidlərinə eləcədə iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Aşkar edilmiş bir ədəd bükümdə olan maddə spesifik iyə malik molduğundan qablaşdırılmış və tərkibi müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin MEM-nə gödərilmiş və məlum olmuş ki, müəssisədə saxlanılan Şahid3 oğlu Şahid1 atasına gətirdiyi gödəkcənin cibində ki, maddə narkotik vasitə heroindir. Həmin zaman müəssisədə saxlanılan Şahid3 oğlu Şahid1 bildirmiş ki, gödəkcəni atasına Vasif adlı atasının tanışı göndərmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşamışdır. O, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X1 saxlanılır. O, Abşeron RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Abşeron rayon Məhkəməsinin qərarına əsasən barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Saxlandığı müəssisədə ona qarşı heç bir fiziki zor göstərilməmiş, saxlandığı şəraitdən tamamilə razıdır. Şahid1 onun oğludur. Oğlu Ələkbər hazırda Abşeron rayonu Masazır kəndində yaşayır. Təqsirləndirilən şəxs Firudin oğlunu tanıyır, Vasiflə o, 2018-ci il tarixdən Abşeron rayonu Masazır kəndində tanış olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri 20 yanvar metrostansiyasının yanında mobil telefon və aksesuarlarının satışı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs mobil telefon və aksesuar alan zaman tanış olmuş və onların tanışlığı dostluq münasibətinə çevrilmişdir. O, Təqsirləndirilən şəxsla dostluq edən zaman ona məlum olmuşdur ki, Vasif əvvəllər məhkum olunmuş və narkotik vasitə alüdəçisidir. Vasiflə tanış olduğu müddətdə o, özü narkotik vasitələrin növlərindən istifadə etsədə, lakin Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməmiş, eləcədə Vasif onun yanında narkotik vasitə istifadə etməmişidir. O, 16 fevral 2021-ci il tarixdə oğlu Şahid1la telefonla əlaqə saxlamış və oğluna bildirmiş ki, onun yanına sovqat gətirəcək ya yox. Bu zaman oğlu Ələkbər ona bildirmiş ki, işdən pul ala bilsə onun yanına gələcək. Bu zaman o oğlu Ələkbərə demiş ki, onun yanına gələməmişdən öncə tanışı Vasifin yanına getsin və Vasiflə birlikdə onun yanına gəlsin. Oğlu Ələkbər 18 fevral 2021-ci il tarixdə ona sovqat gətirməmişdən öncə Bakı şəhəri 20 yanvar metrostansiyasının yanında işləyən tanışı Vasifin yanına getmişdir. Həmin zaman Vasifin işləri olduğundan onunla görüşə gəlməmiş, lakin oğlu Ələkbərdən ona 20 qutu siqaret və 01 ədəd sellofan torbada geyim (gödəkcə) əşyası göndərmişdir. X10 götürdüyü gödəkcəni və aldığı 20 qutu siqareti eləcədə özünün ona gətirdiyi digər sovqatlarla birlikdə gətirən zaman müəssisənin yoxlama məntəqəsində yoxlanılmış və həmin yoxlama zamanı tanışı Təqsirləndirilən şəxs ona göndərdiyi gödəkcənin cibindən narkotik vasitə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə heroinin nə onun nədə ki, oğlu Ələkbərin məlumatı olmamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, O, tanışı Təqsirləndirilən şəxs ona narkotik vasitə heroin göndərməsini deməmiş eləcə də sifariş verməmişdir. O, narkotik vasitələrdən azadlıqda olan zaman istifadə etsədə oğlunun yanına gələcəyini bildiyi halda bu cürə iş görməmiş, hesab etmiş ki, tanışı Təqsirləndirilən şəxs azadlıqda olan zaman narkotik vasitələrin alüdəçisi olduğundan yadından çıxıb aşkar edilmiş narkotik vasitə gödəkcənin cibində qalmışdır. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır. Qanunsuz narkotik vasitə əldə edib saxlamağa görə həbs edilərək hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X1 saxlanılan qardaşı Şahid3 oğlu Ələkbər onunla bir ünvanda yaşayır və bir yerdə işləyirlər. 16 fevral 2021-ci il tarixdə Kənan oğlu Ələkbərə zəng edib özünün yanına gələndə dostu Vasiflə bilrikdə gəlməsini tapşırmışdır. Ələkbər də, Vasiflə danışaraq Kənanın yanına 18 fevral 2021-ci il tarxdə getmələrini razılaşmışlar. Qeyd olunan tarixdə Ələkbər atasının yanına gedərkən o, aparılan sovqatların arasında kənanın üç ədəd şalvarını, bir ədəd gödəkcə (kurtqa) və bir ədəd pencəyidə aparmışdır. Ələkbər ona demişdir ki, Vasiflə görüşüb birlikdə gedəcəklər. Həmin gün axşam mənə məlum olmuşdur ki, Ələkbər atasına apardığı sovqatın arasında olan qara rəngli gödəkcəsinin cibindən narkotik vasitə aşkar edilmiş və müalicə müəssisəsinin əməkdaşları tərəfindən nəzarət buraxılış məntəqəsində saxlanılmışdır. O, narkotik vasitə aşkar edilən gödəkcəni göndərməmiş, sonradan ona məlum olmuş ki, narkotik vasitə aşkar edilən gödəkcəni Vasif Ələkbərə vermiş ki, atası yəni onun qardaşı Kənana çatdırsın. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkməmiş, əvvəllər məsuliyyətə cəlb edilməmiş və məhkumluğu olmamışdır. Özünə məxsus “Daewoo Centra” minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur.Şahid3 yaşadığı ərazidən tanımış və dostudur. Şahid3 narkotik vasitələrdən istifadə etdiyi üçün məsuliyyətə cəlb edilmiş və hal-hazırda Abşeron rayon polis idarəsində barəsində araşdırma aparılır. Kənan hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən müalicə müəssisəsində saxlanılır. Kənan tutulduqdan sonra oğlu Şahid1 ilə tez-tez əlaqə saxlamış və hal-əhval tutmuşdur. 17 fevral 2021-ci il tarixdə, səhər saatlarında Ələkbər ona zəng edərək növbəti gün birlikdə atasının yanına getməyini ona bildirmişdir. Ələkbərə heç bir etiraz etməmiş, razılaşmışdır. Növbəti gün, yəni 18 fevral 2021-ci il tarixdə, saat 11 radələrində Ələkbər ona zəng edərək Masazır qəsəbəsinə gəlməyini bildirmiş, Ələkbərə Masazır qəsəbəsinə gələ bilməyəcəyini demiş, bu zaman ona Hökməliyə atasıüçün ərzaq götürməyə getdiyini və həmin yerə gəlməyini bildirmişdir. Bundan sonra isə o, idarə etdiyi avtomobillə Hökməliyə Ələkbəri götürməyə getmişdir. Hökməli qəsəbəsi ərazisində olan “Ağ Bazar” adlı yerdən Ələkbəri götürmüş və birlikdə yola düşmüşlər. Yolda olan zaman Ələkbər avtovağzaldan atası ilə birlikdə cəza çəkən məhkum yoldaşının valideynlərini və metronun “20 yanvar” stansiyasının yaxınlığından isə həmin ərazidə mobil telefon dükanında işləyən, atasının tanışı Vasif adlı şəxsin atası üçün göndərdiyi palpaltarı götürəcəyini bildirmişdir. İlk olaraq avtovağzala gəlmiş, həmin yerdən Ələkbərin ona atasının yanında olan dustağın valideyinləri kimi təqdim etdiyi adlarını bilmədiyi yaşlı bir nəfər kişi və bir nəfər də qadını götürərək oradan da metronun “20 Yanvar” stansiyasının yanına “Velotrek” deyilən yerə gəlmişdir. Həmin yerə çatan zaman Ələkbər onlara gözləmələrini və atasının tanışı olan, həmin ərazidə işləyən Vasif adlı şəxsdən atasına göndərdiyi palpaltarı götürüb, gələcəyini ona bildirmişdir. Vasif adlı şəxsi o da tanımışdır. Vasifi dostu Kənanın yanında bir neçə dəfə görmüşdür. Lakin Vasifin digər anket məlumatları və mobil nömrəsi haqqında hər hansı bir məlumatı olmamışdır. Vasif təxminən orta yaşlarda, orta boylu, arıq bədən quruluşlu və üzü saqqalı bir şəxs olmuşdur. Bundan bir müddət əvvəl də Vasif qeyd edilən yerdə mobil telefonların satışı ilə məşğul olduğu üçün o, Vasifdən mobil telefon almışdır. Həmin yerdə 15-20 dəqiqə gözlədikdən sonra Ələkbər əlində tutduğu bir ədəd sellofan torba ilə gəlib avtomobilin qabaq sərnişin qapısını açıb, avtomobilə əyləşmiş, Ələkbərdən heç bir şey soruşmamış və bundan sonra onlar mülicə müəssisəsinə doğru yola düşmüşlər. Təxminən yarım saata yaxın yol gələrək Binə qəsəbəsində onlarla birlikdə gələn qadın və kişi bir neçə dəfə avtomobili saxladaraq, həbsdə olan övladları üçün ərzaq məhsulları almışlar və bundan sonra isə müalicə müəssisəsinə gəlmişlər. Müalicə müəssisəsinə çatıb, avtomobili saxlamış, Ələkbər və onlarla birlikdə gələn qadın və kişi avtomobildən düşüb, müəssisəyə getmişlər. Ələkbər avtomobildən düşərkən özü ilə atası üçün gətirdiyi ərzaq məhsullarını və Vasif adlı şəxsin atası üçün göndərdiyi bir ədəd sellofan torbanı da götürmüş, müəssisəyə doğru gedib, giriş qapısından içəri daxil olmuşdur. Təxminən 15- 20 dəqiqə müəssisənin qarşısında Ələkbəri gözləmiş, bundan sonra isə Ələkbərə zəng edərək müəssisəyə daxil olub-olmadığını soruşmuşdur. Ələkbər ona beş dəqiqə gözləməsini və gətirdiklərini verib, gələcəyini bildirmişdir. Sonra onlarla birlikdə gələn qadın və kişi gələrək avtomobilə əyləşmişdir. Bundan da bir saat keçdikdən sonra Ələkbərin gəlmədiyini görüb, müəssisənin giriş qapısına yaxınlaşıb, ora Ələkbər adlı şəxsin gəldiyini və nə zaman çıxacağını soruşmuşdur. Orada olan əməkdaşlar ona Ələkbərin müəssisədə olduğunu bir qədər sonra çıxacağını demişdir. Bundan da sonra təxminən yarım saat gözləmiş, lakin Ələkbər gəlmədiyi üçün Ələkbərin etdiyinin hörmətsizlik olduğunu və onu bu qədər gözlətdiyini fikirləşib, acığa düşüb və avtomobilə əyləşərək yaşadığı ünvana doğru yola düşmüşdür. Onunla birlikdə gələn qadın və kişini metronun “20 Yanvar” stansiyasının yaxınlığında düşürmüş və daha sonra isə yaşadığı ünvana getmişdir. Bundan üç gün sonra Ələkbər ona zəng edərək müalicə müəssisəsinə gedərkən başına iş gəldiyini, Vasifin atası üçün göndərdiyi sellofanın içərisində olan paltarın cibindən narkotik vasitənin çıxdığını və buna görə də, polis əməkdaşları tərəfindən tutulduğunu və buna görə də, həmin gün geri qayıda bilmədiyini bildirmişdir. Əlavə ifadəsində göstərişdir ki, Şahid1 metronun “20 Yanvar” stansiyasının yaxınlığında, “Velotrek” deyilən yerdə Vasif adlı şəxsin atası üçün göndərdiyi bir sellofan torbanı götürdükdən sonra birbaşa olaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən müalicə müəssisəsinə getmişlər. Yol boyu hər hansı bir yerdə dayanmamış, sadəcə olaraq, Binə qəsəbəsi ərazisində avtomobildən düşüb, həmin yerdə olan “Araz” marketə daxil olmuş və həmin yerdən bir ədəd makaron almışdır. Ələkbər avtomobildən düşdükdən sonra həmin vaxt o, da avtomobildən düşərək qeyd etdiyi yerdə yerləşən dönərxanadan özü üçün bir ədəd dönər almışdır. Ələkbər avtomobildən düşərkən atası üçün gətirdiyi və Vasif adlı şəxsin verdiyi sellofan torbaları avtomobildə qoymuşdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda yaşayır. Atası Şahid3 əvvəllər narkotik vasitələrə görə dəfələrlə məhkum olunmuşdur. Hal-hazırda da atası Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrə görə tutulmuş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin PX-nin X1 müalicə almaqla həbsdə saxlanılır. 16 fevral 2021-ci il tarixdə, saat 17:53-də atası ona zəng edib, soruşmuş ki, yanına gələcəkmi, bundan sonra o, atasına işdən pulunu ala bilsə gələcəyini, sonra atası ona tanışı Təqsirləndirilən şəxsla danışdığını və birlikdə gəlmlərini bildirmişdir. Vasif onun atasının tanışı olmuşdur. Bundan sonra atasına razılığını bildirmiş və atası ilə telefon danışığını yekunlaşdırmış və Vasifin istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə zəng edərək Vasiflə danışmışdır. Vasiflə danışdığı vaxt Vasifə ona atasının yanına getmək istədiyini bildirmişdir. Vasifə isə fevral ayının 18-də getmələrini bildirmişdir. 18 fevral 2021-ci il tarixdə, səhər saatlarında evdən atasına üç şalvar, kurtka və pencək götürmüş, daha sonra isə Hökməlidə olan iş yerinə gedib, atası Kənanüçün qril, şirniyyat vəçörək almışdır. Bundan sonra isə Mərahim adlı tanışına zəng etmiş, Mərahimdən xahiş etmiş ki, ona lazımdı və Mərahimdə Hökməliyə gələrək onu götürmüşdür. Bundan sonra isə Bakı Beynəlxalq Avtovağzalına gəlmişlər. Avtovağzaldan isə atasının xahiş etdiyi bir tanışını götürməli olmuşdur. Belə ki, atası Kənanla danışan zaman ona Tofiq adlı bir şəxsin nömrəsini vermişdi, həmin nömrə 051 ***-**-** saylı mobil nömrə olmuşdur. Atası ona xahiş etmiş ki, yanına gələrkən Tofiqi də avtovağzaldan götürsün. Atasının ona dediyindən bilmiş ki, Tofiqin də oğlu müalicə müəssisəsində cəza çəkir. O, Tofiqi həyat yoldaşı ilə avtovağzaldan götürmüş, 20 yanvara Vasifin yanına gəlmişdir. Vasif 20 yanvarda “SKY” mobil telefon mağazasında telefon satışı ilə məşğul olmuşdur. Vasifin yanına getməmişdən əvvəl ona demiş ki, atasının yanına işi olduğu üçün gedə bilməyəcək, amma gedərkən yanından keçməyi və atasına sovqat göndərəcəyini Vasif ona bildirmişdir. O, Vasifin yanında dükanda olarkən Vasif ona otuz manat pul vermiş, bundan sonra o, marketə gedərək atası üçün həmin pula 20 qutu siqaret almış və Vasifin yanına geriyə qayıtmışdır. Daha sonra isə Vasif ona bir ədəd ağ sellofan verərək bildirmiş ki, həmin sellofan torbada atasıüçün geyim qoymuşdur. Həmin geyimi atası Vasifdən istədiyi üçün qoyduğunu ona bildirmişdir. Vasifdən həmin selofan torbanı almış, avtomobilə qoymuş və Mərahimlə Binə qəsəbəsində yerləşən ixtisaslaşdırılmış müalicə müəssisəsinə gəlmişdir. Gətirdiyi əşyaları təqdim etmiş, həmin zaman ona müəssisəsnin əməkdaşları tərəfindən yazılı iltizam verilmişdir. O, həmin iltizamla tanış olmuş və imza etmişdir. Daha sonra gətirdiyi sovqata müəssisə əməkdaşları tərəfindən nəzarət buraxılış məntəqəsində baxış keçirilərkən Vasifin onun atası üçün geyim əşyası qoyduğu sellofanda içərisində olan qara rəngli gödəkçənin üst döş cibində narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Aşak edilmiş maddə dəvət edilmiş hal şahidlərinin iştirakları ilə götürülmüş, bu barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olaraq o və iştirakçılar imza etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası Şahid3 idman geyimi və qara rəngli qolsuz, yaxasında cibi olan gödəkcə göndərmişdir. Onun atası narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan həbs olunsada atası heç zaman onunda həbs olunmağını istəməmişdir. O, hesab etmiş ki, eləcədə tam əmin olmuş ki, müəssisədə gödəkcənin cibindən aşkar edilmiş narkotik vasitə Təqsirləndirilən şəxs məxsusdur. Çünki atasının dediyi kimi Təqsirləndirilən şəxs narkotik vasitələrin alüdəçisidir. Əvvəllər narkotik vasitələrə görə Vasif məhkum olunmuşdur. Vasifin ya yadından çıxmış ki, gödəkcənin cibində narkotik vasitə olmuş, yadakı atasına pay olaraq göndərmiş ki, atası istifadə etsin. İxtisaslaşmış müalicə müəssisəsində sovqatlara baxış keçirilən zaman narkotik vasitənin aşkar edildiyi gödəkcəni Təqsirləndirilən şəxs 18.02.2021ci il tarixdə işlədiyi mağazanın qarşısında ona vermişdir. Həmin gödəkcədə narkotik vasitə olmasından onun məlumatı olmamışdır. Onun bu barədə məlumatı olsaydı həmin gödəkcəni Vasifdən götürməzdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 18 fevral 2021-ci il tarixli, 6/725 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Şahid1” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,179 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi: 0,179 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,129 qr. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının 05 aprel 2021-ci il tarixli, 6/947 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 №59” dairəvi möhür əksi olan kağız paketin içərisində üzərində “vətəndaş Şahid1” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,129 qram olan qəhvəyi rəngli maddə kustar usulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi: 0,129 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 0,079 qr. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 aprel 2021-ci il tarixli, 1099 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.08.2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələri təqsirli bilinərək barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Abşeron rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 01 ay 05 gün müddətinə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. 07.03.2018-ci il tarixdə cəzasını tam olaraq çəkmişdir. İş materiallarına əlavə olunmuş 18.02.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, 18.02.2021-ci il tarixdə saat 15:00 radələrində radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin X1 saxlanılan AR CM-nin 234.4.3-cü maddəsi ilə istintaq altında olan, 1974-cü il təvəllüdlü təqsirləndirilən şəxs Şahid3 sovqat gətirən oğlu, Şahid1 üstünə və əşyalarına alınmış əməliyyat məlumatına əsasən baxış keçirilmişdir. Keçirilən baxış zamanı onun gətirdiyi sovqatın içində olan qara rəngli gödəkçənin üst döş cibində gizlədilmiş ağ rəngli kağıza bükülü vəziyyətdə bir ədəd, qəhvəyi rəngli tozşəkilli maddə kustar usulla hazırlanmış narkotik vasitə “Heroin” aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25.02.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-.1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir. Lakin göründüyü kimi şəxs ona təyin edilmiş cəzalardan düzgün nəticə çaxarmamış və islah olunmamışdır. Məhkəmə onun məhkumluğunun ödənilməsinə baxmayaraq təqsirləndirilən şəxsin cinayətə meyilli olduğunu qeyd edir və bu səbəbdən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddəsinin sanksiyalarına uyğun olaraq azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 130 (bir yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29, 317- 1.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 05.03.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,079 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-295/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-295/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver