Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-296/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsr oğlunun və Şahid1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Aparatının böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi X1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı X4 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Şahid1 məxsus ünvan 1 ünvanının qarşısındakı "Hovo" markalı, **-SO-*** dövlət-qeydiyyat nişanlı avtomobildən 2 ədəd akkumulyatoru gizli yolla talayaraq zərərçəkmiş şəxs Şahid1 ümumilikdə 400 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 02:30 radələrində tanışı X4 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək Zərərçəkmiş şəxsr oğluna məxsus Xəzər rayonu Qala qəsəbəsi 3 saylı Zeytun Sovxozu M.Kamilov küçəsində dayanmış "Hovo" markalı, **-NX-*** dövlət-qeydiyyat nişanlı avtomobildən 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 300 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Yasəri tanıyır, Yasər "Xalqlar dostluğu" metrostansiyasının yanında avtomobillərin təmiri sexində usta köməkçisi kimi işləyir. 05 dekabr 2021-ci il tarixdə o, pula ehtiyacı olduğun görə Yasərə oğurluq etməyi təklif etmiş və Yasər onunla razılaşmışdır. O, bu barədə fikirlərini tanışları Şahlara deməyi demiş və Yasər də onunla razılaşmışdır. Yasərlə birlikdə Şahlarla görüşmüşlər və Şahlara oğurluq etmək qərarına gəldiklərini demişlər. Şahlar da onlarla razılaşmışdır. 06 dekabr 2021-ci il tarixdə, təxminən saat 02:30 radələrində o, Yasər və Şahlar birlikdə Şahların idarə etdiyi avtomobillə Xəzər rayonu Qala qəsəbəsinə getmişlər. Orada yolun kənarında dayanmış ağ rəngli yük avtomobilini görüb avtomobildən düşmüşlər və həmin yük avtomobilindən 2 ədəd ağ rəngli akkumulyatoru oğurlayıb maşına qayıtmışlar. Bir qədər qarşıya gedəndə küçənin kəsişməsində digər ağ rəngli yük avtomobili görmüşlər və həmin avtomobilin də akkumulyatorlarını oğurlamaq qərarına gəlmişlər. O, Şahlar və Yasər avtomobildən düşüb həmin avtomobilin də 2 ədəd qara rəngli akkumulyatorunu oğurlayıb avtomobilə qoymuşlar. Ertəsi günü Şahlar həmin akkumulyatorları Yeni Ramana qəsəbəsində metal qəbulu məntəqəsinə aparıb onları 120 manata satmış və həmin pulu bölmüşlər. İlk dəfə törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır və hazırda onların ondan heç bir şikayəti və ya digər tələbləri yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid1 göstərdi ki, "Howo" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. O, həmin avtomobillə yük daşımaları ilə məşğul olur. 05 dekabr 2021-ci il tarixdə, saat 22 radələrində o, özünə məxsus yük avtomobilini saxlayıb qapıları bağlayıb yaşadığı evə getmişdir. 06 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin sağ yan hissəsində olan "Varta" markalı 02 ədəd akkumulyatorun oğurlandığının şahidi olmuş və DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar. Həmin vaxt əmisi oğlu Nurlanın da küçənin yan hissəsindəki küçədə saxladığı özünə məxsus yük avtomobilindən də akkumulyatorlarının oğurlandığını bilmişdir. Baş vermiş hadisə nəticəsində ona 400 manat maddi ziyan dəymişdir. Hazırda Azad onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Azada yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxsr oğlu göstərdi ki, "Howo" markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. O, həmin avtomobillə yük daşımaları ilə məşğul olur. 05 dekabr 2021-ci il tarixdə, saat 22:30 radələrində o, özünə məxsus yük avtomobilini saxlayıb qapıları bağlayıb yaşadığı evə getmişdir. 06 dekabr 2021-ci il tarixdə, saat 08 radələrində avtomobilə yaxınlaşan zaman avtomobilin sağ yan hissəsində olan markasını xatırlamadığı 190-lıq akkumlyatorların oğurlandığının şahidi olmuş və DİN “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinə aparmışlar. Həmin vaxt əmisi oğlu Hikmətin də küçənin qarşı hissəsindəki küçədə saxladığı yük avtomobilindən də akkumulyatorlarının oğurlandığını bilmişdir. Baş vermiş hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Hazırda Azad onunla barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Azada yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, 2 ildir ki, Sabunçu rayonu Yeni Ramana qəsəbəsi 112 saylı poçtun yanında metal qəbulu məntəqəsini işlədir. 14 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində "Xəzər" markalı, **- PN-*** avtomobil metal qəbulu məntəqəsinə yaxınlaşmış və sonradan adını bildiyi Şahlar avtomobildən düşərək ona yaxınlaşmışdır. Şahlar ona avtomobil təmiri sexində işlədiyini bildirərək tez-tez əlinə işlənmiş akkumulyatorlar düşdüyünü bildirmiş və hal-hazırda 02 ədəd akkumulyator olduğunu və satmaq istədiyini demişdir. O, Şahlara şəxsiyyət vəsiqəsi ilə alacağını bildirmişdir. Şahlar etiraz etməyərək idarə etdiyi avtomobilin yük hissəsindən 02 ədəd akkumulyatoru götürüb gətirmış, o, həmin akkumulyatorları 40 manata ala biləcəyini demiş və Şahlar onunla razılaşmışdır. Şahlara şəxsiyyət vəsiqəsinin kserosurətini harda çıxarda biləcəyini göstərmiş, 5-6 dəqiqədən sonra Şahlar gəlmiş və özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini ona vermiş, o da ona 40 manat pul vermişdir. Bundan sonra 30 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Şahlar yenidən idarə etdiyi "Xəzər" markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun işlətdiyi metal qəbulu məntəqəsinə gəlmiş və ona 02 ədəd akkumulyatorun olduğunu bildirmiş, idarə etdiyi avtomobilin yük hissəsini açaraq onu da akkumulyatorları düşürtməyə köməyə çağırmışdır. O da Şahlara akkumulyatorları düşürtməyə kömək edəndə həmin akkumulyatorların nisbətən böyük olduğunu görmüşdür. Şahlara həmin akkumulyatorlara görə 65 manat verə biləcəyini demiş və Şahlar onunla razılaşmışdır. Şahlardan yenidən şəxsiyyət vəsiqəsinin kserosurətini istəmiş, Şahlar yenidən metal qəbulu məntəqəsindən çıxmış və 5-6 dəqiqədən sonra şəxsiyyət vəsiqəsinin kserosurətini ona vermişdir. O, bu dəfə həmin kserosurətin arxasında Şahların idarə etdiyi "Xəzər" markalı avtomobilin dövlət qeydiyyat nömrəsini qeyd etmiş və Şahlara 40 manat pul vermişdir. 06 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Şahlar ona yaxınlaşaraq 04 ədəd akkumlyatorun olduğunu bildirib onun kömək etməyini xahiş etmiş, o da ona kömək etmişdir. O, akkumlyatorlara baxıb 04 ədədinə 120 manat pul verə biləcəyini bildirmişdir. Şahlar onunla razılaşmış və cibindən şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb ona vermiş, o da ona 120 manat pul vermişdir. Şahlar həmin akkumulyatorları ona satan zaman onların cinayət yolu ilə əldə edilyini deməmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 9/9398 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində markalanmasına dair heç bir məlumat olmayan qara rəngli 190 amperlik akkumulyaror 150 manat, "Varta" markalı, 225 amperlik akumulyator 200 manat müəyyən edilmişdir. Eskpertiza tədqiqatına təqdim edilmiş akkumulyatorların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 700 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid1 məxsus 02 ədəd akkumulyator öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sabibinə qaytarılmaları nəzərə alınmışdır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şirinov Zərərçəkmiş şəxsr oğluna məxsus 02 ədəd akkumulyator öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sabibinə qaytarılmaları nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxsr oğlu və Şahid1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 16 iyun 2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 07 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2021-ci il tarixdə onun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə ittiham elan edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. 25 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respubliası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırlmış, 24 aprel 2022-ci il tarixdə cinayət işinin istintaqı təzələnmişdir. 07 may 2022-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiriləri nəticəsində Təqsirləndirilən şəxs Xəzər rayon ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutlar – 02 ədəd üzərində heç bir markalanma işarəsi olmayan qara rəngli 190 amperlik akkumulyatorun və 02 ədəd "Varta" markalı, 225 amperlik akkumulyatorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsr oğluna və Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 iş saatına görə 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun 08 dekabr 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində saxlanıldığı 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – 02 ədəd üzərində heç bir markalanma işarəsi olmayan qara rəngli 190 amperlik akkumulyatorun və 02 ədəd "Varta" markalı, 225 amperlik akkumulyatorun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsr oğluna və Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-296/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-296/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver