Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-296/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də avtomobil ustası işləyən, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 2 nömrəli yataqxanada qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 əv 221.2.1-ci maddələri ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Albahlıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxanada qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivi, Mamed Namazov küçəsi, döngə 12də yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 əv 221.2.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında sərxoş vəziyyətində 09 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin zalında Zərərçəkmiş şəxs1 və onun tanışı X7 nəlayiq söyüşlərdən istifadə etməklə danışmaları səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və onun tanışı Ç.Ağayevin onlarla kobud danışmalarını cüzi səbəb kimi bəhanə edib aralarındakı münasibətlərin pozulması zəminində o, tanışı Təqsirləndirilən şəxs2lə birlikdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək Təqsirləndirilən şəxs2 qəsdən qisas almaq üçün xuliqalıq niyyəti ilə zərərçəkmiş şəxs Çingiz Ağayevin kürək nahiyyəsindən bir neçə dəfə vurub daha sonra isə sol əlini sıxaraq zor tətbiq edib ağrı sindromu ilə müşayiət olunan kürək nahiyyəsinin, sol əlin İ və İİ barmaqların yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqlarına görə dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 qəflətən yumruq ilə sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib sol gözaltı nahiyənin, sağ dizin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və sol göz almasının ağlı qişasının qansızması, burunun, üst dodağın əzilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli xəsarətlərlə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmiş, eyni zamanda Şəhriyar İsrəfılov da qəsdən qisas almaq məqsədilə Elnur Hüseynovu xuliqanlıq niyyəti ilə digər şəxslərin gözü qarşısında söyüb təhqir etməklə yumruq zərbələri ilə vurub yerə yıxaraq zorakılıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməsi eyni zaman Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin iş fəaliyyətinin 10-15 dəqiqə pozulması və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, tanışı X4 ilə bir qrup şəxs halında sərxoş vəziyyətində 09 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin zalında Zərərçəkmiş şəxs1 və onun tanışı X7 nəlayiq söyüşlərdən istifadə etməklə danışmaları səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 və onun tanışı Ç.Ağayevin onlarla kobud danışmalarını cüzi səbəb kimi bəhanə edib aralarındakı münasibətlərin pozulması zəminində o, tanışı Şəhriyar İsrəfılovla birlikdə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək Şəhriyar İsrəfılov qəsdən qisas almaq üçün xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 yumruq ilə sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarətlə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, eyni zamanda Təqsirləndirilən şəxs2 də qəsdən qisas almaq məqsədilə Çingiz Ağayevi xuliqanlıq niyyəti ilə digər şəxslərin gözü qarşısında söyüb təhqir etməklə yumruq zərbələri ilə kürək nahiyyəsindən bir neçə dəfə vurub daha sonra isə sol əlini sıxaraq zor tətbiq edib ağrı sindromu ilə müşayiət olunan kürək nahiyyəsinin, sol əlin İ və İİ barmaqların yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqlarına görə dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 qəflətən yumruq ilə sifət nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq edib sol gözaltı nahiyənin, sağ dizin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və sol göz almasının ağlı qişasının qansızması, burunun, üst dodağın əzilmiş yaraları ilə nəticələnən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməsi eyni zamanda Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalı bağlar massivində yerləşən “Praqa” kafesinin iş fəaliyyətinin 10-15 dəqiqə pozulması və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə “Praqa” kafesində yeyib-içmək süfrəsində oturmuşdurlar. Yemək yeməklə, az miqdarda spirtli içki qəbul etmişdirlər. Bu zaman ona evdən ailə üzvlərindən zəng gəldiyi üçün o, mobil telefon ilə danışdığı zaman kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və X11 yüksək səslə nalayiq söyüşlərdən istifadə edərək söhbət etdiklərini eşitmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 onlardan xahiş etmişdir ki, nəlayiq ifadələr işlətməsin telefon ilə danışan var. Zərərçəkmiş şəxs1 “kafedə söyüş söyərlər” ifadəsini işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Elnurgilin masasına gedib orada söhbət etməyə başlamışdır. Söhbətlərinin uzanmasını görüb, masadan qalxıb həmin masaya yaxınlaşaraq Elmir ilə Çingizə bildirmişdir ki, ola bilər aralarında anlaşılmazlıq olub, narahat etdiklərinə görə üzr istəyir. Bu zaman Çingiz onların ünvanına nəlayiq sözlərlə söyməyə başlamışlar. Söhbətlərini davam etdirmək üçün kafenin çölünə çıxmışlar. Orada aralarındakı söhbət sakitləşmişdir. Lakin, Çingiz ilə Elmir dostu Təqsirləndirilən şəxs2 sinəsindən tutmuşlar, o, isə aralamaq istmişdir. Aralamaq istəyən zaman Elmir onun sinəsindən yumruqla vurmuş, o isə Elmirə qarşılıq verməq məqsədi ilə Elmirin yaxasından tutub yerə yıxmış və yerdə Elmirin sifət nahiyyəsindən 3-4 dəfə yumruqla vurmuşdur. Həmin zaman Azadın döyülüb-döyülmədiyini görməmişdir. Azad və özü kafenin həyətinə çıxmış, o, uzr istəmək üçün geri kafeyə qayıtmış və kafedə Elmirə yaxınlaşıb üzrxahlıq etdikdə Elmir qəflətən sağ əli ilə onun sol qulağına sillə vurmuşdur. Sillənin təsirindən onun vəziyyəti pisləşmişdir. Hadisənin baş verməsinə səbəb onların nalayiq ifadələr işlətməsi olmuşdur. Hadisə zamanı dostu Azadın sifətindən qan gəlmiş, onun isə qulağının pərdəsi cırıldığı üçün qulağından qan gəlmişdir. Bu günə kimi də onun sol qulağının pərdəsi cırıldığı üçün onun sol qulağı normal eşitmir. Təqsirləndirilən şəxs son sözündə himayəsində olan iki azyaşlı övladlarını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli biləməyərək ifadəsində bildirdi ki, Şəhriyar həyacanlı olduğu üçün fikirlərini izah edə bilməmişdir. Kafedə olan zaman, yəni baş vermiş dava-dalaş zamanı Şəhriyar və o, içkili olmamışdılar. Zərərçəkmiş şəxs1 və X1 həmin masaya gəlmişdirlər. Çünki, həmin masada onlardan qabaq başqa şəxslər oturub hansısa tədbiri qeyd etmişlər. Onlar gələn zaman isə artıq ikisi də içkili olmuşlar və qabaqlarında isə hərəsi ayrı-ayrılıqda bir bakal pivə sifariş vermişdirlər. Onlar öz aralarında yüksək səslə söyüş söymüşlər. Bu zaman Şəhriyarın ailəsi tərəfindən telefonuna zəng gəlmişdir. Onlardan rica etmişdir ki, söyüş söyməsinlər. Bu zaman aralarında anlaşılmazlıq yarandığı üçün məsələni aydınlaşdırmaq üçün onların stoluna keçmiş, yenə də, onlarla söhbət etməyə başlamışdır. Lakin Elmir yenə söhbəti uzatmış, onun yaxasına əlini uzatmış və üzr istəyərək getmək istəmiş, gedən zamanda onları öz stollarına dəvət etmişdir. Gəlib öz stollarında əyləşmişdir. Bu zaman Şəhriyar bildirmişdir ki, bu söhbət ona görə baş vermiş, gedib üzr istəyəcəkdir. Şəhiyar onların stolunda əyləşmiş, bir az keçmiş, lakin onların söhbətinin uzanmasını görərək, Şəhriyarı həmin stoldan durğuzub öz stoluna gətirmək üçün həmin stola yaxınlaşmışdır. Bu zaman Çingiz əlindəki bakalı götürüb “məni bu stolda narahat edənin anasını, bacısını və sair” belə edərəm kimi nalayiq ifadə işlətmişdir. O da, həmin nalayiq ifadəyə qarşı cavabını bildirmişdir. Çingizin əlində bakal ilə ayağa qalxdığını görmüşdür. Artıq onu bakalla vuracağına güman edərək, özünü müdafiə etmək məqsədilə Çingizi tutaraq divara sıxmışdır. O, Çingizi yenə sakitləşdirməyə çalışmışdır. Çingizin əlindən tutaraq divara sıxmış və sakitləşdirmək istəmişdir. Çingiz də əlindən buraxmasını bildirən zaman Elmir arxadan onun almacıq sümüyünə vurmuşdur. Bu zaman Şəhriyard a araya girmiş, aralarında çəkişmə baş vermiş, Şəhriyar Elmiri yerə yıxaraq bir neçə zərbə vurmuşdur. Əvvəllər heç bir zaman kafedə dava-dalaş etməmişdirlər. Bu zaman kafedə olan tanımadığı şəxslər onları ayırmışlar. Həmin vaxtı o, heç kimi vurmamışdır. Bundan sonra Şəhriyar Elmirə yaxınlaşıb üzrxahlıq istədikdə Elmir qəflətən sağ əli ilə Şəhriyarın sol qulağına sillə vurmuşdur. Bu zaman Elmirin baş nahiyyəsinin arxasından bir dəfə sol əli ilə sillə vurmuşdur. Bundan sonra Elmir kafedə olan taxta stullardan birini götürüb onun baş nahiyyəsinə tərəf atmış və həmin taxta stul onun başının arxa nahiyyəsinə dəymişdir. Bundan sonra Çingiz də kafedə olan stullardan birini götürüb başının üstünə qaldırıb atmaq istəsə də bunu etməyib stulu yerinə qoymuşdur. Hadisə zamanı onun sifətindən, Şəhriyarın isə qulağının pərdəsi cırıldığı üçün qulağından qan gəlmişdir. O və Şəhriyar az miqdarda içki içmişdirlər. Belə ki, hadisə baş verən zaman sərxoş olmamışlar, özlərini idarə edəcək vəziyyətdə olmuşdurlar. Əvvəlcə nə Çingizi, nədə ki, Elmiri vurmamışdır. X15 vurması səbəbindən o da məcbur olub Elmiri vurmuşdur. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə bacanağı X11 ilə birlikdə “Praqa” kafesinin zalında oturan zaman spirtli içki qəbul etməmiş, bacanağı Çingiz Ağayev isə bir bakal pivə sifariş vermişdir. Həmişə bacanağı ilə arasında hörmət saxlamış, heç vaxt aralarında söyüş işlətməmişdirlər. Təqsirləndirilən şəxs2 onları sakit olmaqlarını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs2 isə cavab olaraq “biz neylədik ki, oturub söhbət edirik” sözlərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 öz əyləşdiyi stuldan duraraq onun əyləşdiyi stola gələrərk onunla üzbəüz oturmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs2 ona sakit olmağı dediyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs2 cavab olaraq onlara qarşı heç bir nəlayiq hərəkət etmədiyini, nə üçün onunla belə danışdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 duraraq öz əyləşdiyi stula getmişdir. Bu zaman adını sonradan bildiyi Şəhriyar İsrəfılov gəlib onların masasına əyləşib kobud formada ondan “nə deyirsiz” ifadəsini işlətmişdir. Bundan sonra Azad yenidən geri onların əyləşdikləri masaya yaxınlaşmış və əli ilə masanın üzərinə çırparaq “mənə Azad deyərlər, siz məni yaxşı tanımırsız və sizi yatdığınız yerdən oğurluyaram” ifadəsini işlətmişdir. Çingiz isə cavabında onu yatdığı yerdən oğurlaya biləcək adamın ünvanına söyüş işlətmişdir. Azad onu vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra Şəhriyar da onu yumruqla burnundan və dodağından vurmuş və burnundan qan gəlməyə başlamışdır. Sonra ətrafdakılar onlara yaxınlaşaraq ayırmışdırlar. Sonra onun halı pisləşmiş və nələr baş verdiyini o, xatırlamır. Daha sonra onu xəstəxanaya aparmışdırlar. O, heç vaxt söyüş söyməmişdir. Azad onların stoluna birinci yaxınlaşanda üzr istəyib çıxıb getmişdir. Şəhriyar sonra yaxılaşanda demişdir ki, “siz mənə ləzət eləmirsiz”. Nəyə görə döyülməyini bilmir. Çünki, o heç bir zaman söyüş söyməyi sevən insan deyildir. Azadla Çingizin dalaşdığını görüb aralamaq istəyəndə, Şəhəriyar onunla dava etməyə başlamışdır. Azad ona bir dəfə kəllə və yumruqla vurandan sonra o, yerə yıxılmış, sonra Şəhriyar onu yerdə vurmağa başlamışdır. Şəhriyar sonradan ondan üzr istəməyə gələndə onu sillə ilə vurmuşdur. Hazırda onlara qarşı şikayət və tələbi yoxdur. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində X11 bildirdi ki, xx.xx.2024-cü il tarixdə bacanağı Zərərçəkmiş şəxs1 ilə birlikdə “Praqa” kafesinin zalında oturmuşlar. Həmin vaxtı Elmir spirtli içki qəbul etməmiş, özü isə bir bakal pivə sifariş vermiş, Elmir çay içmiş, o isə biraz pivə qəbul etmişdir. Həmin kafedə onlardan iki masa aralıda olan masada əyləşən adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 onlara sakit olmaqlarını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 cavab olaraq “biz neylədik ki, oturub söhbət edirik” ifadəsini işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 öz əyləşdiyi stuldan duraraq onların əyləşdikləri stola gələrək Zərərçəkmiş şəxs1 ilə üzbəüz oturmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs2 onlara sakit olmağı dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2 heç bir nəlayiq hərəkət etmədiklərini, nə üçün onlarla belə danışdığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 duraraq öz əyləşdiyi stula getmişdir. X14 gələrək, onlara masasına əyləşib kobud formada onlardan “nə deyirsiz” ifadəsini işlətmişdir. Azad yenidən geri onların əyləşdikləri masaya yaxınlaşmış və əli ilə masanın üzərinə çırparaq “mənə Azad deyərlər biz gələn yerdə hesab verirlər, siz məni yaxşı tanımırsız və sizi yatdığınız yerdən oğurluyaram” ifadəsini işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 iradını bildirməklə ona qarşılıq vermişdir. Sonra Azad onu əllərindən tutub divara dirəmiş, Elmir onları aralamaq istəyən zaman dava-dalaş düşmüş, Azad Elmiri vurmuş, daha sonra isə Şəhriyar Elmiri vurmuşdur. Hazırda barışıq əldə etmişdirlər. Onlara qarşı şikayət və tələbi yoxdur. Yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən anda orda olmamış və sonradan ora gəlmişdir. Öz aralarında mübahisə baş vermişdir. Mübahisənin söyüş üstündə olmasını eşitmişdir. Həmin zamanda kafedən çöldə qonşu ilə söhbət etmişdir. Sonra gəlib görmüşdür ki, Elmirin burnu qanamışdır. Sədi isə bacısı oğludur. Elmir və Çingiz başqa kafedə yeyib-içib gəlmişdirlər. Azad və Elmir birinci gəlmişdirlər. Elmir və Çingiz sonradan gəlmişdirlər. Həmin zaman bacısı oğlu orda olmuş, ancaq o da kassada oturmuşdur. Kassa da başqa otaqdadır. Hadisənin üstündən 4-5 ay keçmişdir. Kafedə kamera vardır və görüntüləri istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman kassada oturmuşdur. Səs-küyə getmiş və dava edənləri aralamağa çalışmışdır. Davanın böyüməsinin qarşısını almağa çalışmışdır. İstintaqda ifadəsində eşitdikərini demişdir. Əvvəlcədən hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Elmirin huşunu itirib yıxılmasını, Şəhriyarın onu vurduğunu görmüşdür. Elmirin kimin vuraraq yerə yıxılmasını görməmişdir. Hansının bir-birini söyməsini eşitməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 1434 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağır sindromu ilə müşayiət olunan kürək nahiyəsinin, sol əlin İ və İİ barmaqların yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ç.M.Ağayevin bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 1437 saylı ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – üst dodağın əzilmiş yarası, üst çənədə İİ dişin travmatik qopması (sınığı), diş ətinin qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun onun qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmayan dərəcəli zərər vurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 1416 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qulaqarxası nahiyyənin qançırı, təbil pərdəsinin travmatik zədələnməsi (cırılması) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Xəzər” Klinikasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar bir zərbənin təsirindən törəndiyindən sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli 1426 saylı rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sağ dizin qançırları, burunun, üst dodağın əzilmiş yaraları, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X22” X23 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol gözaltı nahiyənin, sağ dizin qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; sol göz almasının ağlı qişasının qansızması, burunun, üst dodağın əzilmiş yaraları istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya; burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş:- -“Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20:20-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:40-da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2006cı il tarixdə Əzizbəyov RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin idarənin xx.xx.2006-cı il tarixli qərarı ilə CPM-nin 40.2.2-ci maddəsinə əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -Diskə baış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X4 və Təqsirləndirilən şəxs2 həmin kafedə olan masaların birində əyləşmiş Zərərçəkmiş şəxs1 və X8 yaxınlaşaraq orada aralarında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs1 və Çingiz Ağayev bir neçə dəfə yumruqla Təqsirləndirilən şəxs2 sifət nahiyyəsindən vururlar, daha X14 yumruqla Zərərçəkmiş şəxs1 vuraraq yerə yıxır və Zərərçəkmiş şəxs1 yerdə olduğu zaman bir neçə dəfə yumruqla sonuncunun sifət nahiyyəsindən vurur. Bundan sonra kafedə olan şəxslər onları aralayıb Təqsirləndirilən şəxs2 ilə Şəhriyar İsrəfılovu kafedə çölə çıxardırlar. Daha sonra Təqsirləndirilən şəxs2 ilə Şəhriyar İsrəfılov çöldən qayıdıb kafedə Zərərçəkmiş şəxs1 ilə söhbət etdikləri zaman Zərərçəkmiş şəxs1 qəflətən sillə ilə Şəhriyar İsrəfılovun sol qulağından vurur və bu zaman Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs1 vurur və orada olan sonradan gəlmiş Zərərçəkmiş şəxs1 qardaşı X3 yumruqla Təqsirləndirilən şəxs2 vurur və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs1 və Samir Hüseynov qarşılıqlıqlı bir birini yumruqla bir neçə dəfə vururlar. Bundan sonra kafedə olan şəxslər onları araladıqları zaman Zərərçəkmiş şəxs1 kafedə olan stullardan birini başı üzərində qaldıraraq atmaq istəyərkən orada olan şəxslərdən biri stulu onun əlindən alıb yerə qoyur. Bundan sonra isə Çingiz Ağayev özüdə kafedə olan stullardan birini başı üzərində qaldıraraq atmaq istəsə də, bunu etməyib özü həmin stulu yerə qoyur. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs2 aid məlumat pəncərəsindən görünür ki, o, ailəli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü Gülay adlı övladı vardır. Elektron Məhkəmə İnformasiya Sistemindən Təqsirləndirilən şəxs1 aid məlumat pəncərəsindən görünür ki, o, ailəli olmaqla himayəsində xx.xx.2015-ci il təvəllüdlü Uğur və xx.xx.2017-ci il təvəllüdlü Murad adlı övladları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlar ittiham olunduqları maddələr müvafiq olaraq məsuliyyətə cəlb olunub cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-ci maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4-ci maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən “Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl üzrə özünü təqsirli bilməyərək heç bir cinayət əməli törətməməsi ilə bağlı verdiyi ifadələrə təhqidi yanaşır, özünü müdafiə etməyə, bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadə iş üzrə toplanmış digər mötəbər sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələrinin sanksiyasında islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, həmçinin onların şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildikləri maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivində yerləşən nömrəsiz fərdi evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq bağlar massivi, Mamed Namazov küçəsi, döngə 12-də yerləşən nömrəsiz evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 manat, cəmi 285 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 165 manat, cəmi 285 manat olmaqla, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı hüquqlarının müdafiə edilməsinə görə ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-296/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-296/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver