Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-297/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs Ramiş oğlunun iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, H.Əliyev adına X2 İSTTX idarəsində quraşdırıcı - çilingər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.P.Vaqif küçəsi ev 54-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxsxx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən adsız fərdi yaşayış evinin yataq otağında arvadıZərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminindəbaş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə süpürgənin dəstəyi ilə bir neçə dəfə vuraraq ona qəsdən sağ və sol çiyin nahiyəsinin, sağ bazunun, sağ saidin, sol kürəkaltı nahiyəsinin, sol baldırın qançırları, sağ və sol dirsəyin sıyrıqları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və saidin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Sənubər ilə 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. xx xxx 2020-ci ildə saat 20:00 radələrində işdən evə qayıdarkən uşaqlar üçün dondurma almış, lakin Sənubər uşaqların xəstə olduğunu əsas gətirərək dondurma aldığına görə ona irad bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Sənubər onaədəbsiz sözlər dediyinə görə, o, əsəbiləşərək mətbəxdəki ev təmizliyi üçün istifadə olunan, samandan hazırlanmış, təxminən 60-80 sm-lik süpürgəni götürüb onun dəstəyi ilə Sənubərin bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, daha sonra anası Münəvvər xanımın müdaxiləsi ilə Sənubəri vurmağı dayandırmışdır. Hazırda Sənubər ilə ər-arvad münasibətlərinə son qoymuşlar, bir yerdə yaşamırlar, ailələri dağılmışdır, bərpası mümkün deyildir, aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Sənubərin hərəkətlərindən bezdiyinə görə əməlindən peşmançılıq çəkmir və ona müvafiq cəza təyin edilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Ədalət ilə 2011-ci ildərəsmi nikaha daxil olmuşdur, birgə nikahdan 3 azyaşlı övladları vardır. Aralarında tez-tez mübahisələr olmuşdur. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində Ədalət evə gələrkən uşaqlar üçün dondurma almış, o da buna görə ona irad bildirərək uşaqların xəstə olmasını, dondurmanın onların sağlamlıqlarına zərər yetirə biləcəyini demişdir. Bundan sonra aralarında mübahisə yaranmış, həmin vaxt Ədalət evdə olan saman süpürgənin dəstəyi ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, süpürgə sındıqdan sonra isə ona yumruq və təpik zərbələri vurmuşdur. Həmin vaxt Ədalətin anası Münəvvər xanım da onların yanında olmuş, baş verənləri görmüşdür. Hazırda Ədalət ilə ər-arvad münasibətlərinə son qoymuşlar, bir yerdə yaşamırlar, ailələri dağılmışdır, bərpası mümkün deyildir, aralarındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Ədalət ilə barışmamışdır, lakin onun azadlıqdan məhrum edilməsini istəmir. Bunların nəzərə alınaraq iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, oğlu Ədalət ilə keçmiş həyat yoldaşı Sənubər arasında mübahisələr tez-tez olurdu. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində Ədalət işdən evə gələrkən uşaqlara dondurma aldığından, Sənubər ona uşaqların xəstə olduğunu, nəyə görə dondurma aldığını deyərək irad bildirmiş, bu zaman Ədalət ilə onun arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Sənubər Ədalətə söyüş söydüyüüçün Ədalət əsəbiləşərək mətbəxdən samandan düzəldilmiş, təxminən 60-70 sm-lik süpürgəni götürərək, onun dəstəyi ilə Sənubərin bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra o, Ədalətin üstünə qışqıraraq əl çəkməsini demiş, Ədalət də süpürgəni yerə atıb digər otağa getmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 477 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilən xəsarətlər - sağ və sol çiyin nahiyəsinin, sağ bazunun, sağ saidin, sol kürəkaltı nahiyəsinin, sol baldırın qançırları, sağ və sol dirsəyin sıyrıqları, ağrı sindiromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu və saidin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri xx xxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiümumilikdə 8 iş saatına görə (ibtidai istintaq zamanı 3 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 48,00 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-297/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-297/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver