Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-298/2024 12.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X12 Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxsnun iştirakları ilə, xx.xx.1981-ci ildə Lerik rayonu, Çeşman kəndində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Lerik rayonu, Çeşman kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X6 yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Verilmiş ittihama görə Təqsirləndirilən şəxs 24 iyul 2023-cü il tarixdə, saat 21 radələrində keçmiş arvadı X4 əvvəllər birgə yaşadıqları evə buraxmaması səbəbindən həmin məsələyə aydınlıq gətirməsi məqsədi ilə Aqilə Adiyevanın qardaşı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Veri" adlı kafenin qarşısında görüşmüş, əvvəlcə sonuncunun avtomobilinə əyləşdikdə gedib başqa yerdə söhbət etməyi ona təklif etməsi və onun buna etiraz edib orada söhbətlərini davam etməyi bildirdikdə Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında baş vermiş mübahisə zamanı hər biri avtomobildən düşmüş, yaranmış münaqişə zamanı sonuncunun avtomobildən götürdüyü burğacla onun üstünə hücum çəkdikdə qəsdən yumruqla Zərərçəkmiş şəxs sağ dirsək nahiyyəsinə, daha sonra burğac əlindən düşdüyündən avtomobildən götürdüyü taxta parçası ilə üstünə gəldikdə isə qəsdən yumruqla burun və təpiklə sağ diz nahiyyəsinə vuraraq ona burunun sıyrığı, sağ dirsəyin əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsəyin və sağ diz oynağının yumşaq toxumasının əzilməsi ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Şahin ona zəng “bir məsələ var ona görə səninlə görüşmək istəyirəm” demiş, O, da Şahinə işdə olduğunu, axşam üstü işdən çıxanda görüşə biləcəklərini demişdir. Şahin onunla telefonda danışanda həmişəki kimi aqresiv danışmışdır. Həmin gün axşam tərəfi onunla bir yerdə tikintidə işləyən qonşusu Anarla hər gün olduğu kimi birlikdə işədən çıxmış, yolda Anara “yolüstü qaynımla görüşərəm sonra evə gedərik” demiş, beləliklə Şahinlə yolda telefonla əlaqə saxlamış və Şahin ona Xəzər rayonu, Binə qəsəbəsində “Veri” kafesinin qarşısında onu gözlədiyini demişdir. O, Anarla birlikdə təxminən saat 21 radələrində ora çatmışdır. Şahin ona avtomobilə oturub söhbət etmələrini demiş, bundan sonra Şahinin avtomobilinə minmiş və Şahin ona “gedək başqa yerdə səninlə söhbət edək” demiş, o, Şahinin başqa fikirdə, yəni onunla dalaşmaq istədiyini görüb avtomobildən düşmək istəmiş, bu zaman Şahin avtomobili sürmək istəyərkən Anar avtomobilin qapısını açmış və Şahin avtomobildən yerə düşüb Anarı nəlayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt özü də avtomobildən yerə düşmüş və aralarında mübahisə yaranmışdır, mübahisə zamanı Şahin avtomobildən qara rəngli burğac (atvyorka) götürmüş və onların üstünə hücum etmişdir, bu zaman o, Şahinin sağ qoluna əli ilə vurmuş və burğac yerə düşüb onun ətrafda olan taski avtombilinin altına tərəf diyirlənmişdir. Şahinin hirsi soyumamış və qayıdıb avtomobilindən taxta parçası götürərək onun üstünə hücum etmişdir. O, özünü müdafiə etmək üçün Şahinin əlindən tutmuş və qoymamışdır ki, onu vursun. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı veridiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Şahin ona zəng edib bildirmiş ki, “bir məsələ var ona görə səninlə görüşmək istəyirəm”. O, da Şahinə bildirmişdir ki, hal-hazırda işdədir, axşam üstü işdən çıxanda görüşəcəklər. Şahin onunla telefonda danışanda həmişəki kimi aqresiv danışmışdır. Həmin gün axşam tərəfi onunla bir yerdə tikintidə işləyən qonşusu Anarla hər gün olduğu kimi birlikdə işədən çıxmış, yolda Anara demişdir ki, “yolüstü qaynımla görüşərəm sonra evə gedərik”. Beləliklə Şahinlə yolda telefonla əlaqə saxlamış və Şahin ona bildirmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsində “Veri” kafesinin qarşısında onu gözləyir. O, Anarla birlikdə təxminən saat 21 radələrində ora çatmışdır. Şahin ona bildirmişdir ki, avtomobilə oturub söhbət etsinlər, Mahir onun avtomobilinə minmiş və Şahin ona demişdir ki, “gedək başqa yerdə səninlə söhbət edək”, Mahir onun aqresiv və əsəbi olduğunu görüb getmək istəməmişdir, Şahin isə onu harasa aparmaq istəmişdir, Mahir bildirmişdir ki, “əgər gediriksə qoy Anar da gəlsin”, bu zaman Şahin avtomobili sürmək istəyərkən Anar avtomobilin qapısını amış və Şahin avtomobildən yerə düşüb Anarı və onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt özü də avtomobildən yerə düşmüş və aralarında mübahisə yaranmışdır, mübahisə zamanı Şahin avtomobildən qara rəngli burğac (atvyorka) götürmüş və onların üstünə hücum etmişdir, bu zaman Mahir özünü itirmişdir, Anar isə Şahini itələmişdir ki, Mahiri vurmasın. Mahir onun sağ qoluna yumruqla vurmuş və burğac yerə düşüb onun avtomobilinin altına tərəf diyirlənmişdir. Şahinin hirsi soyumamış və qayıdıb avtomobilindən taxta parçası götürərək onun üstünə hücum etmişdir. O, özünü müdafiə etmək üçün Şahinin əlindən tutmuş və qoymamışdır ki, onu vursun. Buna imkan verməmək üçün onun burun nahiyyəsinə yumruqla vurmuş və görmüşdür ki, Şahin taxta parçasını əlindən buraxmır, bu zaman təpiklə onun sağ diz nahiyyəsinə vurmuş. Şahin onu taxta parçası ilə vura bilməsə də yumruq və təpiklə onu vurmuşdur. Kənardan onların dalaşmağını görən bir neçə nəfər yaxınlaşmış və Şahinə iradlarını bildirmişlər, bu zaman özü və Anar uzaqlaşıb evə tərəf getmişlər. İlkin araşdırma zamanı izahatında Şahin əvvəlcə avtomobilindən burğac götürərək üstünə hücum etməsi, o, burğacı onun əlindən alaraq yerə tullaması, bu zaman Şahin onu yumruq və təpiklə vurması, sonradan isə avtomobildən bıçaq götürüb üstünə hücum etməsi, dalaşdığı zaman Şahin yerə yıxılmış və bıçaq əlindən yerə düşdükdən sonra yenidən avtomobilindən taxta parçası götürərək hərəkətlərinə davam etməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, aralarında dava başlayan kimi Şahin avtomobilindən burğacı götürüb onların üstünə hücum edərkən Anar Şahini itələmişdir ki, onu vurmasın, həmin vaxt Şahinlə dartışmağa başlamış və yumruqla onun sağ qoluna vurub burğacı yerə salmışdır. Sonradan isə Şahin gedib avtomobilindən taxta parçası götürüb onların üstünə hücum etmişdir. Bildirmişdir ki, Şahinin əlində bıçaq olmamışdır, izahat verəndə ona qarşı hirsli olmuşdur, çünki bilməmişdir ki, Şahin onun barəsində şikayət edəcək, sonradan görmüşdür ki, onun barəsində şikayət edib, ona görə onun acığına izahatında əlində bıçaq olduğunu qeyd etdiyini bildirmişdir. Hadisənin şahidi hadisə zamanı tanıdığı yalnız yanında olan Anar olmuşdur, sonradan kənardan gələn şəxsləri tanımır, onlar davadan sonra gəlmişlər. Zərərçəkmiş şəxs ifadəsində həmin gün Anar və ondan başqa iki nəfərlə onunla görüşməyə gəlməsini, dava zamanı kimsə onun qolundan tutduğunu, Mahir və Anar onu vurmasını bildirməsi barədə verilən suallara cavab olaraq bildirmişdir ki, Şahin bu barədə yalan deyir, Anarla işdən gələndə Şahinlə görüşmüş, ondan başqa yanında heç kim olmamış, əgər Anardan başqa kimsə olsa idi, onun adını da deyəcəyini bildirmişdir. Çünki əvvəlcədən bilməmişdir ki, aralarında dava düşəcək. Şahinin qolundan tutan Anar olmuşdur, Anar onu vurmamışdır, Şahinin qolundan tutmuşdur ki, Mahiri vurmasın. Şahin onu şərləmək üçün belə ifadə verdiyini qeyd etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu bildirib yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumu, yəni bacısının əri olmuş və hazırda boşanmışlar, lakin Mahir bacısını evinə buraxmır, ona görə də bu məsələni aydınlaşdırmaq üçün onların boşanma məsələsində hüquqi yardım göstərən vəkillə görüşdüm və vəkil təklif etmişdir ki, əvvəlcə Mahirlə görüşüb onunla söhbət etsin və razılığa gəlib məsələni normal söhbətlə həll etsinlər. Bunun üçün xx.xx.2023-cü il tarixdə Mahirə zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Mahir ona axşama yaxın işdən çıxanda görüşə biləcəyini bildirmişdir. Beləliklə həmin gün, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Südçülük Sovxozu ərazisində yerləşən “Veri” adlandırılan kafenin qarşısında onu gözləmişdir. Təxminən beş dəqiqədən sonra telefonla-danışadanışa Mahir və onun qonşusu Anar gəlmiş, Anar onun avtomobilinə əyləşmiş,o, Mahirə gedib başqa yerdə söhbət etmələrini demiş, Mahir onun avtomobilinə mindikdən sonra heç yerə getmək istəmədiyinə görə bu zaman aralarında mübahisə yaranmış, bu zaman bayırda dayanmış Anar avtomobilin arxa qapısını açaraq avtomobilə minmiş, o, Anara ailə məsələsi olduğunu bildirib avtomobildən düşməsini demiş, lakin Anar düşməmişdir. Mahir isə avtomobilin qapısını açaraq Anar gedərk deyərək yerə düşmüş, isə məsələni aydınlaşdırmaq ümün avtomobildən düşüb onların yanına gedən zaman hər ikisi onu vurmuş, o isə yerə yıxılmış, həttda əyaqqabısı əyağından çıxmış, bundan sonra avtomobilində olan 8-ci km bazarında çəkici üçün aldığı çəkicin dəstəyini götürərək onların üstünə getmiş, həmin vaxt orada olan taksi sürücüləri onları aralamış və döyülməsinə imkan verməmişlər. Həmçinin dəqiq görməsə də hesab edir ki, onu döyən şəxslər dörd nəfər olmuşdur. Çünkü onları aralaşdırdıqdan sonra iki nəfər də oradan qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, Mahirlə axşam tərəfi evə getdiyi zaman Mahir “qaynımla yolüstü görüşüb sonra evə gedərik”, demiş, lakin nə söhbət olduğunu deməmiş, saat 21 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Veri” kafesinin qarşısında Mahir qaynı Şahinlə görüşmüşdür. Mahir Şahinin avtomobilə minmişdir. Bu zaman Şahinin hirsli olduğunu, dalaşacaqlarını hiss etmiş, Şahin avtomobili sürməyə başlayanda avtomobilin qapısını açmışdır ki, o, da onlarla getsin, çünki, bilmişdir ki, onlar harasa getsələr dalaşacaqlar, ona görə avtomobilə minmək istəmişdir. Bu zaman Şahin avtomobili saxlamış və ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bundan sonra Şahinlə Mahir avtomobildən düşərək bir qədər mübahisə etdikdən sonra Şahin avtomobilindən burğac götürüb Mahirin üstünə hücum etmişdir. O, əli ilə Şahinin köynəyindən tutub itələmişdir ki, Mahiri vurmasın, bu zaman köynəyi cırılmışdır. Mahir də yumruqla onun sağ qoluna vurmuş və burğac yerə, yəni avtomobilinin altina düşmüşdür, Bundan sonra Şahin avtomobilindən taxta parçası götürüb Mahirin və onun üstünə hücum etmişdir. Mahir onun əlindən tutub taxta parçasını almağa çalışmışdır, eyni zamanda Şahin Mahiri yumruq və təpiklə vurmuşdur. Bu zaman kənardan bir neçə nəfər yaxınlaşıb onları aralaşdırmışdır. Mahirin isə Şahini vurmasını görməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 847 saylı rəydən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - burunun sıyrığı, sağ dirsəyin əzilmiş yarası, ağrı sinromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsəyin və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2023-cü il tarixli, 892 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində travma almasını göstərən hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 09:25-də Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili X5 tərəfindən tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə, saat 10:00-da ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə etdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə mülki iddia, maddi sübut yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X6 yerləşən nömrəsiz fərdi ev ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, cəmi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-298/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-298/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver