Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-299/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Neftçala rayonu, 5-ci məhəllə ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dayısının “xxxx” neft şirkətininin təhlükəsizlik xidmətinin rəisi işləməsini tanışı Zərərçəkmiş şəxs yalandan bildirirərək, onu dayısının vasitəsi ilə 2000 manat müqabilində həmin şirkətdə aylıq 820 manat əmək haqqı almaq şərti ilə mühafizəçi kimi işə düzəltmək vədi ilə aldadıb, 06 fevral 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi “Şok” marketin qarşısında Zərərçəkmiş şəxs 1000 manat pulunu alıb ələ keçirərək vədinə əməl etməyib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin fevral ayında əsgər yoldaşı Romirlə danışıq aparan zaman Romir ona bildirmişdir ki, iş axtarır və onun əvvəllər təklif etdiyi “xxxx” neft şirkətinə mühafizəçi işinə düzəlmək istəyir. Belə ki, o pula ehtiyacı olduğundan dayısının “xxxx” Neft Şirkətinin işçisi olmasını bildirərək mühafizəçi kimi işə düzəldə biləcəyini yalandan Zərərçəkmiş şəxs 2020-ci ilin sonlarında demişdir, həmin vaxt Romir istəməmişdir. Sonra 2021ci ilin fevral ayında yenidən Romir Abdullayev ona həmin iş məsələsi ilə bağlı müraciət etdikdə oda bu barədə danışıb ona xəbər deyəcəyini bildirmişdir. Bir gün sonra isə Zərərçəkmiş şəxsylə zəngləşərək onunla Bakı şəhəri, Nəsimi rayonu 28 May metrosunun yanında görüşmüş və ona 1000 manat müqabilində həmin iş məsələsini həll edə biləcəyini və işə çıxdıqdan sonra isə 1000 manat da əlavə verməli olmasını bildirmişdir. Zərərçəkmiş şəxs də razılaşmışdır. Həmin vaxtdan 1 həftə sonra Romir ona 2-ci Qarabağ müharibəsinə görə dövlət tərəfindən 1000 manat müavinət almasını, onu təklif etdiyi işə düzəltməyini ona zəng edərək demiş onlar danışıb görüşməyə razılaşmışlar. Beləliklə, 06.02.2021-ci il tarixdə saat 17 radələrində Romirlə Xəzər rayonu, Binə qəsəbəsində “Şok” marketin qarşısında əmisi kimi təqdim etdiyi bir nəfər şəxslə birlikdə görüşmüşlər və ondan “xxxx” neft şirkətinə mühafizəçi işinə düzəltmək vədi verib 1000 manat pulu orada almışdır. Həmçinin inandırıcı olsun deyə Romirdən hərbi biletin, şəxsiyyət vəsiqəsinin surətini, 3X4 fotoşəkil, sağlamlıq haqqında arayışı, yaşayış yerindən arayışı almışdır ki, həqiqətən onu işə düzəldəcəyinə inansın. Görüş zamanı Romirin əmisinə də həmin işi həll edəcəyini, narahat olmamasını, alınmasa pulu geri qaytaracağına söz vermiş və onlar ayrılmışlar. Daha sonra o həmin pulu öz ehtiyaclarına xərcləmiş və sonradan maddi imkanı olmadığından pulu vaxtında geri qaytara bilməmişdir. Belə ki, onun məqsədi həmin pulu aldıqdan 1 ay sonra Zərərçəkmiş şəxs qaytarıb, işinin alınmamasını bildirmək olmuşdur. O Romiri heç kimlə görüşdürməmiş, nə də ki, kiminlə iş gördüyünü, pulu kimə verdiyini Romirə bildirməmişdir. Əsl həqiqətdə o iş görmək üçün heç bir şəxsə də Romirin verdiyi 1000 manat pulu çatdırmamışdır, həmin pulu özü işə düzəltmək adı ilə Romir Ağamməmədliyə yalandan söz verib almışdır ki, sonra qaytarsın. Lakin, maddi problemləri olduğundan pulu vaxtında qaytara bilməmişdir. Hal-hazırda 200 manatı Romirə qaytarmış və qısa müddətdə qalan 800 manatı da ona geri qaytaracaqdır. Həmin əməli tək törətmiş, heç kimlə əlbir olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini, himayəsində xəstə atasının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Onunla 2018-ci il tarixdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Həmin vaxtdan onların tanışlığı yaranmış və heç bir ədavəti olmamışdır. O həqiqi hərbi xidmətini 2019-cu ilin iyul ayında tam başa vurmuşdur və Bakı şəhərinə qayıtmışdır. O Bakı şəhərinə gəldikdən sonra, Təqsirləndirilən şəxslə daima əlaqədə olmuş və görüşüb söhbət etmişdir. Həmin ərəfələrdə o Orxana əsgərliyi başa vurduqdan sonra iş axtardığını, lakin iş tapa bilmədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona demişdir ki, onun dayısı “xxxx” şirkətində təhlükəsizlik xidmətinin rəisidir, onu dayısının vasitəsi ilə işə düzəldə bilər. Lakin bu işin qarşılığında ondan 1000 manat pul istəmişdir. Həmin zaman onun pulu olmadığından Təqsirləndirilən şəxs bildirmişdir ki, pulu olanda onunla əlaqə saxlayar və onu işə düzəldər. Belə ki, o, 21 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsinə Zərdab rayon hərbi komisarlığı tərəfindən çağrılmışdır və həmin vaxtdan 10 yanvar 2021-ci il tarixə qədər Ağdam və Xocavənd rayonları ərazisində döyüşüb xidmət etmişdir. O 10 yanvar 2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi bitdikdən sonra ona döyüşməyinə görə dövlət tərəfindən 1000 manat pul verilmişdir. 02 fevral 2021-ci il tarixdə o yenidən tanışı Təqsirləndirilən şəxslə Bakı şəhəri 28 may metrostansiyasının yanında görüşmüşlər və orada danışıq zamanı Orxanın onu dayısının vasitəsi ilə xxxx təhlükəsizlik xidmətinə işə düzəltməsini və müharibədən aldığı 1000 manat pulu ona bu işin qarşılığında verə biləcəyini demişdir. Həmin vaxt Orxan onunla razılaşmış və ona demişdir ki, onu işə düzəltdikdən sonra o 820 manat aylıq əmək haqqı alacaqdır. O bu barədə qonşusu və əmi kimi müraciət etdiyi Şahid da söhbət əsnasında demişdir və Bəxtiyar ona məsləhət görmüşdür ki, Orxana “xxxx” dövlət şirkətinə mühafizəçi işinə düzəlməyi üçün pul verəndə yanında şahid kimi onu da aparsın, o da razılaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxslə 06 fevral 2021-ci il tarixdə zəngləşərək onu Binə qəsəbəsinə çağırmışdır və oraya Bəxtiyarla birlikdə getmişdir. Orxanla həmin tarixdə Binə qəsəbəsi “Şok” adı ilə fəaliyyət göstərən marketin qarşısında Bəxtiyarın yanında həmin gün saat 17 radələrində görüşmüşdür. Orada 1000 manat pulu və şəxsiyyətini təstiq edən sənədin surətini, yaşayış yerindən arayış eləcə də hərbi biletinin surətini və 3x4 ölçüdə 2 ədəd şəklini vermişdir. Həmin zaman Təqsirləndirilən şəxs pulla birlikdə sənədləri ondan götürmüş və ona demişdir ki, bir ay müddətində onun işini düzəldəcək və o işə çıxandan sonrada ona 1000 manat əlavə pul verməlidir. Bu zaman qonşusu Bəxtiyar Təqsirləndirilən şəxs sorğu-suala tutmuş və bir neçə dəfə kiminlə iş görməsini maraqlanmış, mobil nömrəsini, ad və soyadını soruşmuş, Orxan da dayısının “xxxx” neft şirkətində Təhlükəsizlik xidmətinin rəisi olmasını, lakin mobil nörməsini verə bilməyəcəyini və telefonlarının dinlənməsini bəhanə gətirmişdir. O da Orxanın onu aldatmayacağını guman etdiyi üçün razılaşmış və onlar ayrılmışlar. Bundan bir aydan sonra o Təqsirləndirilən şəxs danışıb işinin nə yerdə olamasını soruşanda Orxan ona hər dəfə müxtəlif bəhanələr deyirmiş. Bu zaman o əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək onu aldatmış, ona verdiyi vədi yerinə yetirməyərək 1000 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. O sonradan işə düzəlməkdən imtina etdiyini deyib 1000 manat pulu Orxandan geri tələb etsə də Təqsirləndirilən şəxs söz versə də pulunu qaytarmamış və istifadə etdiyi ***-***-**-** mobil nöməni söndürmüşdür. Onun öz istifadə etdiyi ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Whatsapp” programı vasitəsi ilə Orxanın ***-***-**- ** nömrəsi ilə yazışmaları isfadəsində olan “İPHONE 6” markalı telefonunda vardır. Təqsirləndirilən şəxs “xxxx” neft şirkətinə mühafizəçi kimi işə düzəltmək məsələsini həll etdiyi şəxs olduğunu dediyi dayısı kimi təqdim etdiyi şəxsin məlumatlarını ona bildirməmişdir. Belə ki, 06.02.2021-ci il tarixdə saat 17 radələrində Binə qəsəbəsində qonşusu Bəxtiyarla bilrikdə Təqsirləndirilən şəxslə görüşərkən, Bəxtiyar Orxanın cavan oğlan olmasına görə, kimin vasitəsi ilə iş görməsini dəfələrlə soruşmuş və mobil nömrəsini, dayısı kimi təqdim etdiyi şəxsin ad soyadını soruşsa da, hər dəfə Orxan sualdan yayınmış, dayısı kimi təqdim etdiyi şəxsin anket məlumatlarını, mobil nömrəsini onlara verməmişr, Bəxtiyar hətta dayısı ilə görüşməyi təklif etsə də, lakin o görüşdürməyə də razı olmamışdır. Onunla Orxan kişi söhbətləri edib, and içmişdir ki, qətiyyən aldatma məsələsi olmayacaqdır. O da Orxana inandığı üçün daha təkid etməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 200 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, o, heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada kombi ustası kimi işləyir. O Zərərçəkmiş şəxs yaşadığı Binə qəsəbəsindən qonşu kimi 10 ildən çoxdur ki tanıyır, normal münasibətləri vardır. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs yanında olarkən görmüş, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Romir Ağammədli yaşca böyük olduğu üçün ona hörmət əlaməti olaraq həmişə “əmi” kimi müraciət edir. Zərərçəkmiş şəxs 21.09.2021-ci il tarixdə 2-ci Qarabağ müharibəsi başlamaq üzrə olanda səfərbərliklə bağlı çağırış gəldiyində onunla birlikdə Zərdab rayonuna gedərək Romiri əsgər kimi yola salmışdır, o özü də döyüşə könüllü getmək istəmiş, lakin, yaşı ilə bağlı icazə verilməmişdir. Qarabağ müharibəsi bitdikdən sonra 10.01.2021-ci il tarixdə Romir Ağammədli sağ salamat səfərbərlikdən buraxılmış və o da onu qarşılamışdır. Həmin müddətdən sonra Romir özünə iş axtarırmış, bu ərəfədə söhbət əsnasında ona Təqsirləndirilən şəxs adlı əsgər yoldaşının ona “xxxx” neft şirkətində mühafizəçi kimi işə düzəltməyi təklif etməsini Romir ona demişdir və bunun üçün 1000 manat pul əvvəlcədən, iş düzəldikdən sonra isə 1000 manat vermək lazım olduğunu demişdir. O da Romirə pul verəndə tək getməməsini, lazım olsa onunla birlikdə verməsini tapşırmışdır. O da razılaşmışdır. Romir müharibədən qayıdanda döyüşdüyü üçün tərxis olarkən ona 1000 manat pul dövlət tərəfindən müavinət kimi verilmişdir. Beləliklə, Romir Ağammədlinin təklifinə əsasən 06.02.2021-ci il tarixdə saat 16 radələrində Xəzər rayonu Binə qəsəbəsı “Şok” marketin qarşısında Romirin əsgər yoldaşı Təqsirləndirilən şəxs ilə onunla birlikdə gedərək görüşmüşdür. Orada danışıq zamanı Orxana özünü Romirin əmisi kimi təqdim etmişdir ki, aldatma olmasın. Orxan orada bildirmişdir ki, Romiri “xxxx” neft şirkətinə mühafizəçi kimi dayısının vasitəsi ilə işə düzəltdirəcəkdir və bunun üçün əvvəlcədən 1000 manat, iş düzəldikdən sonra da 1000 manat vermək lazım olduğunu şəxsən ona demişdir. O da Orxandan dayısının hansı vəzifədə işlədiyini soruşduqda, Orxan bildirmişdir ki, dayısı “xxxx” şirkətində Təhlükəsizlik Xidmədinin rəisi işləyir. O da Orxandan dayısının mobil nömrəsini verməsini istəmişdir. Bu zaman Orxan bildirmişdir ki, dayısının nömrəsini verə bilməz, telefonları izlənilir, hər şey qaydasındadır, artıq dayısı ilə danışıb. 28.02.2021-ci il tarixinə kimi, uzağı 1 aya iş həll olunacaqdır. O da çox təkid etməmiş və Romir də razı olduğu üçün orada Romir onun yanında sayıb cəmi 1000 manat pulu vəd etdiyi işə, yəni “xxxx” neft şirkətinə mühafizəçi düzəlmək məqsədi ilə Təqsirləndirilən şəxs Xəzər rayonu Binə qəsəbəsı “Şok” marketin qarşısında vermiş və onlar ayrılmışlar. Sonrakı müddətdə Romir yanında olanda Orxanla danışıqlarına da şahid olmuşdur ki, Orxan vədinə əməl etməyərək vaxtı yubatmağa başlamış və Romir artıq pulu geri tələb etdikdə də, söz versə də aldadıb ələ keçirdiyi 1000 manat pulu qaytarmamış, sonradan isə telefonlarını söndürmüşdür. Bu səbəbdən Romirin də halal can qoyub döyüşərək dövlətdən aldığı 1000 manat pulun əsgər yoldaşı Orxan tərəfindən dələduzluqla ələ keçirilməsini həzm edə bilmədiyi üçün aidiyyat üzrə Xəzər RPİ-nin 3-cü PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. 06.02.2021-ci il tarixdə Binə qəsəbəsində Romirlə bilrikdə Təqsirləndirilən şəxslə görüşərkən, özünün cavan oğlan olmasına görə, kimin vasitəsi ilə iş görməsini dəfələrlə ondan soruşmuş və mobil nömrəsini, dayısı kimi təqdim etdiyi şəxsin ad soyadını soruşsa da, hər dəfə sualdan yayınmış, dayısı kimi təqdim etdiyi şəxsin anket məlumatlarını, mobil nömrəsini ona verməmiş, o hətta dayısı ilə görüşməyi təklif etmiş, lakin Orxan görüşdürməyə də razı olmamışdır. Romirə və ona kişi söhbətləri eliyib, and içmişdir ki, qətiyyən aldatma məsələsi olmayacaq. Artıq Romir də inandığı üçün o da daha təkid etməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu ildə Neftçala şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs Romir Ağammədli tərəfindən istintaq orqanına təqdim edilmiş 12.05.2021-ci il tarixli qəbzdən görünür ki, ona dəymiş 1000 manat məbləğində ziyanın 200 manat məbləğində hissəsi təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində xəstə atasının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai iş, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-299/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-299/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver