Məhkəmə qərarları › İş №1(003)-3/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-3/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-3/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, H.Z.Tağıyev adına mədəndə maşinist işləyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə saat 19:10 radələrində idarə etdiyi “Mitsubishi Pajero” minik markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Buzovna-Zaqulba yolununun körpüsünün üzərindəki hərəkət hissəsində 4-cü zolaqda Buzovna qəsəbəsi istiqamətində 100 km/saat hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub yolu iti addımlarla sağdan sola doğru keçən xx.xx.1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub ona sol bud, bud-çanaq oynağı və sol qalça sümüyünün yerdəyişən sınıqları, ağır kəllə-beyin travması, kəllə sümüklərinin qəlpəli sınıqları, geniş əzil-cırılmış yarası, baş beynin evakuasiyası, İ-İİ boyun fəqərələrinin qapalı yerdəyişən sınıqları xəsarətləri ilə nəticələnən ölümə səbəb olan həyat üçün təhlükəli olan AĞİR xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxs Nuranə Nağıyevə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, 14 sentyabr 2021-ci il tarixdə saat 19:10 radələrində özünə məxsus idarə etdiyi Mitsubishi Pajero markalı **-CH-*** dövlət nömrə nişanlı avrtomobili ilə Xəzər rayonu, Buzovna- Zaqulba şosesi ilə Mərdəkan dəniz yolu ilə kəsişməsindəki körpünün üzərindəki 4-cü zolaqda saatda təxminən 100 km/saat sürətlə hərəkətdə olarkən sağdan sola doğru qaçaraq keçən qadın piyadanı təxminən 3 metr məsafədə ani anda avtomobillərin arasından avtomobilinin qarşısına çıxmışdır. O bunu gördükdə tez əyləci basmış və avtomobili dayandırmağa çalışsa da hadisədən yayına bilməmişdir və həmin piyada qadını Mitsubishi Pajero markalı avtomobilinin qabaq hissəsi ilə vurmuşdur, nəticədə qadın piyada 4-cü zolaqla 3-cü zolağın kəsişməsindəki xəttin üstünə təxminən avtomobilinin 4 metr qarşı tərəfinə yerə yıxılmışdır. O avtomobili saxlatmışdır və avtomobildən düşmüşdür ki, piyadaya yaxınlaşıb yardım etsin. Bu anda 3-cü zolaqda hərəkət edən qara rəngli markasını dəqiq görmədiyi “Nissan” markalı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində yerə yıxılan həmin piyada qadını avtomobilinin qabaq alt hissəsi ilə sürütləyib körpünün qurtaracağında sağ zolaqdakı hərəkət hissəsinə tərəf aparmış və həmin avtomobil də dayanmışdır. Hadisə baş verdikdən sonra o özü mobil nömrəsi ilə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və hadisə yerində qalaraq polisin gəlməsini gözləmişdir. Daha sonra hadisə yerinə gələn polis əməkdaşlarına özünü təqdim edərək “Mitsubishi-Pajero” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü olduğunu bildirmiş və sənədlərini də polislərə təhvil vermişdir. O həmin vaxt həyəcanlı olduğu üçün Nissan markalı avtomobilin dövlət nömrə nişanını görməmişdir. O həmin hadisə zamanı təhlükə anını piyada yolu sağdan sola doğru iti addımlarla qaçaraq keçərkən 4-cü zolağa çatmağa az qalmış təminən 3 metr məsafədə hiss etmişdir. O yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün əyləci bassa da bu mümkün olmamışdır. 3-cü zolaqda hərəkətdə olan avtomobil “Nissan” markalı qara rəngli avtomobil olmuş, lakin nömrəsini görə bilməmişdir, həmin piyadanı təxminən 30 metr yolun sağına tərəf sürütləmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq qismən etiraf etdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, müsbət xarakterizə olunduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X11 bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2014-cü ildə rəsmi nikahla ailə həyatı qurmuşdur və həmin nikahdan onların 2015-ci il təvəllüdlü Yunus İsazadə və 2017-ci il təvəllüdlü İsazadə Mehman adlı iki azyaşlı uşaqları vardır. Mərhum həyat yoldaşı “H.Əliyev adına” Bakı Beynəlxalq Hava limanında VİP Aviasiya xidməti şirkətində sərnişinlərə xidmət üzrə agent vəzifəsində işləmişdir. Hadisə günü, xx.xx.2021-ci il tarixdə saat 20:00-da həyat yoldaşı mərhum Zərərçəkmiş şəxs Bakı Beynəlxalq Hava limanına gecə növbəsinə işə getməli idi, o, özü də yaşadığı evdə olmamış və işləri ilə bağlı Bakı şəhərinin mərkəz hissəsində olmuşdur. O, həmin gün saat 18:52 radələrində öz ***-***-**-** mobil nömrəsinin “Whatsapp” şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsinə harada olması barədə mesaj yazmış və Nuranə cavab yazaraq Buzovna şosesinin yaxınlığında “göbələyə” çatmasını, yəni tunelə çatmasını yazmışdır. Belə ki, həmin Buzovna qəsəbəsindəki yeraltı tunel yolu keçən körpü yolun forması göbələyə oxşadığından camaat arasında hamı həmin yer “göbələk” deyə adlandırılır. O, təxminən yarımsaat sonra Nuranənin mobil nömrəsinə zəng etdikdə ona zəng çatmamışdır. O gözləmiş, düşünmüşdür ki, yəqin hava limanında başı qarışıqdır və ya telefonu sönüb, ya da şəbəkəsi tutmur. Daha sonra, həmin gün təxminən saat 22 radələrində onun mobil nömrəsinə Xəzər RPİ-dən zəng gəlmiş və Buzovna qəsəbəsi, Buzona şosessində tunelin üzərindəki yolu piyada olaraq keçərkən həyat yoldaşı Zərərçəkmiş şəxs avtomobil vurması və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Nuranənin vəfat etməsi bildirilmişdir. Bundan sonra o, səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə Xəzər rayon MTE-nın morquna gedərək mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs meyidini qohumları ila birlikdə təhvil almış və Qala qəsəbəsində qəbristanlıqda dəfn etmişdir. O, hüzürə gələn hadisəyə şahid olan tanımadığı Buzovna qəsəbəsi sakinlərindən eşitdikdə ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs “Pajero” markalı, **-CH-*** dövlət nömrəli avtomobil ən soldakı 4-cü zolaqda vuraraq 3-cü zolağa atmış, daha sonra isə digər Nissan Maxima markalı **-PB-*** dövlət nömrə nişanlı avtomobil üzərindən keçərək yolun sağına tərəfə sürükləmiş və nəticədə Zərərçəkmiş şəxs hadisə yerində vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, təqsirləndirilən şəxs barəsində qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 14 sentyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhərinin mərkəzindən H.Əliyev prospekti ilə gələrək Buzovna qəsəbəsi istiqamətinə dönərək yeraltı tunelinin üstündəki körpü yol ilə 3-cü 110 km/saat sürətli yolda Nissan Maxima markalı qara rəngli **-PB-*** dövlət qeydiyyat nişanlı təxminən 80-90 km/saat sürətlə idarə edib keçərkən qarşısında 15 metr məsafədə piyada qadının onun hərəkətdə olduğu zolağı iti addımlarla tam keçdikdən sonra 4-cü sol zolaqda hərəkətdə olan “Mitsubishi-Pajero” markalı avtomobil həmin qadını qabaq hissəsi ilə vuraraq onun avtomobilinin qarşısına atdığından o əyləci basaraq sürətini maksimum azaldaraq avtomobilini sağ tərəfə yolun kənarına çəkərək dayandırmışdır. Bu zaman dərhal avtomobildən düşmüş və avtomobilinin qarşısına keçdikdə görmüşdür ki, bir nəfər qadın meyidi avtomobilinin ön hissəsinə qanlı vəziyyətdədir. O həmin hadisə zamanı yolda avtomobili ilə təxminən 80-90 km/saat sürətlə hərəkətdə olarkən 3-cü zolaqda piyada yolu keçdikdən sonra soldakı “Mitsubishi-Pajero” markalı avtomobil 4-cü zolaqda onu vuraraq onun hərəkətdə olduğu zolağa, sağ tərəfə atmış və o təhlükə anını həmin vaxt hiss etdikdə əyləci basaraq avtomobili sağa çəkib dayandırmışdır. Sonradan o avtomobildən düşüb hadisə yerinə baxdıqda görmüşdür ki, yolun sol 4-cü zolağında “Pajero” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi içəri doğru əzilmiş və faraları sınmış vəziyyətdədir və sürücü orta yaşlı kişidir. “Pajero” markalı avtomobilin sürücüsü həyəcanlı vəziyyətdə yolu keçən həmin qadın piyadanı birinci o vuraraq yol nəqliyyat hadisəsi törətməsi və nəticədə həmin qadının vəfat etməsini bildirmiş və özü DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O özü də hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir və onlar gəldikdən sonra özünü təqdim edərək sənədlərini müstəntiqə təqdim etmişdir. Onun avtomobilində heç bir zədə yaranmamışdır, çünki o həmin piyadanı avtomobili ilə vurmamış, sadəcə digər avtomobil tərəfindən vurularaq onun idarə etdiyi avtomobilin qabağına piyada yıxıldığı üçün piyada avtomobilin ön hissəsi ilə dayanana qədər bir qədər sürüklənmişdir. O həmin hadisə zamanı ayıq vəziyyətdə olmuşdur, avtomobilində yük və sərnişin olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qohumudur. Təqsirləndirilən şəxs özünə “Mitsubishi-Pajero” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobili almış, lakin sənədləşmə ilə bağlı avtomobil onun mülkiyyətində qalmış, o isə Təqsirləndirilən şəxs sürmək üçün 2027-ci ilədək 10 illik etibarnamə vermişdir. Yəni, əslində həmin avtomobil faktiki olaraq Cəbrayılın özünə məxsusdur. xx.xx.2021-ci il tarixdə qohumu Təqsirləndirilən şəxs “Mitsubishi-Pajero” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna qəsəbəsində körpüdən keçən yolda nəqliyyat hadisəsi törədərək ehtiyyatsızlıqdan piyada qadını vurmuş və sonradan adının Zərərçəkmiş şəxs olmasını bildiyi həmin qadın hadisə yerində ölmüşdür. Baş vermiş hadisə zamanı onun mülkiyyətində olan “Mitsubishi-Pajero” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi ilə bağlı heç bir mülki iddiası və şikayəti yoxdur. Belə ki, əvvəl də qeyd etdiyi kimi həmin avtomobil faktiki olaraq sürücü Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2021-ci il tarixli, 173 saylı ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - ənsə nahiyyəsindən hər iki tərəfdən alt çənəyədək davam edən geniş ölçülü əzilmiş-cırılmış yaras; aralıq nahiyyəsinin geniş ölçülü əzilmiş-cırılmış yarası; sol çiyin nahiyyəsinin, sağ və sol bazunun, sağ və sol saidin, döş qəfəsinin ön səthinin, qarının ön divarının, sol qalça darağı proyeksiyasının, sağ dizin ön səthinin, sağ ayağın üst səthinin geniş ölçülü sıyrıqları; sağ və sol budun, sağ və sol baldırın geniş ölçülü qançırları; İ-İİ boyun fəqərələrinin qapalı, az yerdəyişən sınıqları; burun sümüyünün qapalı, az yerdəyişən sınığı; alt çənə sümüyünün qapalı, yerdəyişən sınıqları; burun sümüyünün orta üçdə birinin qapalı, xətti sınığı; sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, İX və sağ İİİ, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların ön qoltuqaltı xətt üzrə qapalı, az yerdəyişən sınıqları; sol bud-çanaq oynağının qapalı, yerdəyişən sınığı; sol qalça sümüyünün qapalı, yerdəyişən sınığı; sol bud sümyünün qapalı, yerdəyişən sınığı; daxili qanitirmə ilə nəticələnmiş ağciyərlərin, qaraciyərin və dalağın cırılmaları; müsariqə və bağırsaq divarlarının qansızması; baş beynin əzilib dağılması və kəllə boşluğundan xaricə evakuasiyası; təpə ənsə, sağ və sol gicgah sümüklərinin çoxsaylı basılmış açıq qəlpəli sınıqları küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş vermiş yolnəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş beyinin əzilib dağılması və kəllə boşluğundan xaricə evakuasiyası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs hadisə zamanı almış olduğu xəsarətlərin hansı markalı avtomobil təsirindən yaranmasına uyğunluğun komission situasion qaydada müəyyən edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/2636 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mitsubishi Pajero markalı 90CH930 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısı almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Nissan Maxima markalı 90PB161 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2021-ci il tarixli, T 285/2021 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı əzilmiş-cırılmış yara, baş beyinin əzilib-dağılması, kəllə boşluğundan evakuasiyası, təpə-ənsə, sağ və sol gicgah sümüklərinin çoxqəlpəli açıq basılmış sınıqları, yumşaq toxumaya qansızmalar, aralıq nahiyyəsinin geniş əzilmiş-cırılmış yarası, sol çiyin, sağ və sol bazu, sağ və sol said, döş qəfəsinin ön səthinin geniş ölçülü sıyrıqları, hər iki bud və baldırın geniş qançırları, İ-İİ boyun fəqərələrinin qapalı yerdəyişən sınıqları, burun sümüyünün yerdəyişən qapalı sınığı, alt çənə sümüyünün qapalı yerdəyişən sınığı, hər iki alt çənə nahiyəsinə qədər davam edən ənsənin geniş ölçülü əzilmiş-cırılmış yarası, döş sümüyünün ortadan qapalı xıtti sınığı, sol İİ-İV və sağ İİİ-İX qabırğaların ön qoltuqaltı xətt üzrə qapalı yerdəyişən sınığı, sol bud-çanaq oynağının , sol qalça və sol ağciyərin, qaraciyərin və dalağın cırılması, müsariqə və bağırsaq divarlarına qansızma müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik küt əşyanın (əyaların) təsirindən törənmiş, hərəkətdə olan avtomaşınlarla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci ildə yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə istər açıq kəllə-beyin travması, istərsə də boyun fəqərələrinin qapalı sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə, hadisə iştirakçılarını, avtomobillərdə olan zədələri nəzərə alaraq onların yaranma mexanizmini belə izah etmək olar: ilkin zərbə piyada Zərərçəkmiş şəxs sol yan tərəfinə “Mitsubishi Pajero” minik avtomobilinin qabaq tərəfi ilə olmuş, nəticədə zərərçəkmişdə sol bud, bud çanaq oynağı və sol qalça sümüyünün yerdəyişən sınıqları yaranmış, baş nahiyəsinin avtomaşının kapotuna dəyməsi və sonrakı etapda yol örtüyünə zərblə çırpılması nəticəsində açıq ağır kəllə-beyin travması, kəllə sümüklərinin qəlpəli sınıqları, geniş əzilmiş-cırılmış yarası, baş beynin evakuasiyası, İ-İİ boyun fəqərələrinin qapalı yerdəyişən sınıqları yaranmışdır. Aralıq nahiyəsinin geniş əzilmiş-cırılmış yarası, sol çiyin, hər iki bazu, said, döş qəfəsi və qarnın ön səthinin, sağ dizin ön səthinin, sağ ayağın üst səthinin sıyrıqları, sağ bud hər iki baldırın qançırları, döş sümüyü, sağ və sol qabırğaların sınıqları, hər iki ağciyər, qaraciyər, dalağın cırılması, müsariqə və bağırsaq divarlarına qansızma yol örtüyündə uzanmış vəziyyətdə olan piyadanın “Nissan Maksima” markalı avtomaşının qabaq hissəsi ilə vurulması və yol örtüyü ilə sürüklənməsi nəticəsində yaranmasına uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ağır açıq kəllə-beyin travması nəticəsində kəllə sümüklərinin çoxqəlpəli sınığı və baş beynin əzilib-dağılması, kəllə boşluğundan evakuasiyası olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 14 sentyabr 2021-ci il tarixli, 1/3198 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbul edilməsi halı aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Əzizbəyov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 753752 saylı, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X8 olan X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 541 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Əzizbəyov Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 970987 saylı, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X8 olan X6 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1791 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi SOCAR 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 35 saylı istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əmək fəaliyyətinə xx.xx.1999-cu il tarixindən xx.xx.2011-ci il tarixinə kimi H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində qaldırıcının maşinisti peşəsindən başlamışdır. xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi ARDNŞnin ARDNŞ-nin Nəqliyyat Departamentinin 2 saylı xüsusi texnika sexində qaldırıcının maşinisti peşəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinə kimi ARDNŞ, Nəqliyyat İdarəsinin 5 saylı texnoloji nəqliyyat departamentinin 2 saylı xüsusi texnika sahəsində qaldırıcının maşinisti peşəsində, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Socar, 5 saylı texnoloji nəqliyyat departamentinin 2 saylı xüsusi texnika sahəsində qaldırıcının maşinisti peşəsində, xx.xx.2021-ci il tarixindən hal-hazıradək SOCAR, “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin 2 saylı xüsusi texnika sahəsində qaldırıcının maşinisti peşəsində işləyir. İşlədiyi müddət ərzində özünü təşəbbüskar işçi kimi göstərmişdir. Təqsirləndirilən şəxs kollektivin ictimai həyatında fəal iştirak edir, iş yoldaşları arasında hörmət qazanmışdır, ona verilən tapşırıqları vaxtında yerinə yetirir. Ünsiyyətdə nəzakətli, məişətdə təvazökardır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli qismən etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar