Məhkəmə qərarları › İş №1(003)-30/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-30/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-30/2022 27.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nuşravan oğlunun, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nuşravan oğlunun istifadəsində olan torpaq sahəsinin şəxsi mülkiyyət hüququ əldə etməsi üçün Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 0,95 ha torpaq sahəsinə çıxarış alacağına köməklik göstərəcəyini vəd edib onları buna inandıraraq, 23 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən doğum evinin qarşısında 700 manat, vahid niyyət ilə 15 fevral 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən binanın yaxınlığında 2300 manat, 19 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 25 saylı Notariat kontorunun qarşısında 6500 manat, 27 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «28 may» metrostansiyasının yaxınlığında 500 manat, bir neçə gün sonra Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Koroğlu metrostansiyasının yaxınlığında 4400 manat, bir neçə gün sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən 5 nömrəli binanın qarşısında 1500 manat, sonuncu dəfə isə ünvan 3 ünvanında yerləşən 25 saylı Notariat kontorunun qarşısında 5500 manat pul alaraq, vədinə əməl etmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 11400 (on bir min dörd yüz) manat, Zərərçəkmiş şəxs2 məxsus 10000 (on min) manat pulunu ələ keçirərək, sonunculara xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayında Xalidənin təklifi ilə onunla Koroğlu metrostansiyasının yaxınlığında olan Asan xidmətdə görüşmüşdür. Həmin vaxt Xalidənin yanında Zərərçəkmiş şəxs1 və Bəhruz adlı şəxs olmuşdur. O, 2012-ci ilə qədər 17 saylı Notariat kontorda kargüzar vəzifəsində işlədiyindən Xalidə həmin şəxslərin vərəsəlik işi olduğunu bildirərək onlara kömək etmək lazım olduğunu demişdir. Natiq və Bəhruz ona işin mahiyyətini danışdıqdan sonra bilmişdir ki, həmin şəxlərə məxsus torpaq sahəsi sahəsinin sahibi rəhmətə getdiyi üçün vərəsələrindən etibarnamə düzəltmək lazımdır. O, bir neçə il olar ki, tanıdığı Akif adlı şəxsə zəng edərək hadisə barədə danışmış və Akif tanıdığı notariusun olduğunu bildirərək bu işdə köməklik edə biləcəyini demişdir. Onun Akifə 6000 manata yaxın borcu olduğu üçün Akifdən bu işşi düzəldəcəyi halda ona olan borcunu qaytara biləcəyini demişdir. 2020-ci ilin oktyabr ayının sonlarında özünə pul lazım olduğu üçün Natiqdən ilkin olaraq 700 manat pul istəmişdir. O, Səbail rayonu ərazisində olan doğum evinin qarşısında Natiq və Bəhruzla görüşüb 700 manat pul almışdır. 15 fevral 2021-ci il tarixdə Natiqdən əlavə 2300 manat lazım olduğunu bildirərərk Nərimanov rayonu ərazisində həmin pulu almışdır. Həmin vaxtda Natiqin yanında Bəhruz adlı şəxs olmuşdur. Bundan 3-4 gün sonra Natiq və Bəhruzla Xəzər rayonu, Buzovna qəsəbəsi, ərazisində olan Notariat kontorun qarşısında görüşüb əlavə 6500 manat pul almışdır. 27 fevral 2021ci il tarixdə Natiq və Bəhruzla 28 may metrostansiyasının qarşısında görüşüb sənədlərin hazırlanması üçün əlavə 500 manat pul almışdır. Bundan sonra alqı-satqıya getməyə hazır olmalarını bildirib əlavə olaraq Natiqgildən 4500 manat pul almışdır. Bundanda bir neçə gün sonra Natiqi yaşadığı Nərimanov rayonu ərazisinə dəvət etmiş və orada onlardan 1500 manat pul almışdır. Eyni zamanda bir neçə gündən sonra Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Notariat kontorun qarşısında görüşərək alqı-satqıya girəcəklərini bildirib 5500 manat pul hazır etmələrini demişdir. Bir neçə gün sonra Natiqlə Buzovna qəsəbəsində görüşmüş və həmin vaxt tanışı Akif də, orada olmuşdur. Onlar Notariat kontorunun qarşısına getmişlər və Akifə alqı-satqıya girəcəklərini bildirmişdir. Bunun üçün Akif 5500 manat pul lazım olduğunu demiş və o, Natiqlə Bəhruzdan 5500 manat pul alıb Akifə vermişdir. Onlar Banka getmiş və Akif həmin pulun 5000 manatını Banka keçirtmişdir. Notariat kontorundan etibarnamə aldıqdan sonra onlar çıxıb getmişlər. Həmin günü axşam Akif zəng edərək Natiqlə Bəhruzun adına vərəsələrdən alınmış etibarnamələrdən biri ləğv edildiyindən alqı-satqının alınmadığını demişdir. Akif 5500 manat puldan Notariat kontorunda xərci çıxdığını və bankda faiz verdiyini bildirib yerdə qalan 5000 manatın özündə olduğunu demişdir. O, Akifə həmin pulu borcundan çıxmasını demişdir. Bundan bir neçə gün sonra Akif zəng edərək Natiq və Bəhruzun 5000 manat pulu geri aldıqlarını demişdir. Həmin pulları maddi vəziyyəti pis olduğundan şəxsi ehtiyaclarına xərcləmişdir. Barəsində olan digər şikayətlərlə bağlı isə cinayət işinin olubolmamasından məlumatı yoxdur. Məhkəmədən dəymiş ziyanı ödəmək üçün yenidən vaxt verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bəhruzla özlərinə 2018-ci ildə alqı-satqı əsasında BTİ-nin şəhadətnaməsi ilə Xətai rayonu ərazisində 0.95 ha torpaq sahələri almışlar. Bundan sonra torpaq sahəsinə alqı-satqı etdirdiyi Qurban Mirzəyevin adına çıxarışı çıxartmışlar. Lakin həmin şəxs rəhmətə getdiyi üçün vərəsəsinin adına çıxarış düzəltdirmək məcburiyyətində qalmışlar. Bu səbəbdən Qurbanın vərəsəsi olan qızından və həyat yoldaşından etibarnamə almışlar. Lakin aralarında olan narazılıqlar ucbatından Rəhmətlik Qurbanın həyat yoldaşı etibarnaməni ləğv etdirmiş və onlar torpaq sahəsini sənədləşdirə bilməmişlər. Bu zaman Xalidə tanışı Təqsirləndirilən şəxs onlara kömək edə biləcəyini demişdir. Buna görə də, Xalidə Təranəyə zəng etmiş və Təranə «Koroğlu» metrostansiyasının yaxınlığında olan Asan xidmətdə gəlmişdir. Təranəyə olanları danışdıqdan sonra Təranə onlara məxsus olan torpaq sahəsinin sənədlərini pul müqabilində düzəldəcəyinə söz vermişdir. İki-üç gün sonra, 23 oktyabr 2020-ci il tarixdə Xalidə Təranə ilə danışmış və o Bəhruzla birlikdə Təranə ilə Səbayil rayonu ərazisində olan doğum evinin yaxınlığında görüşmüşlər. Təranə ilkin olaraq 700 manat pul istəmiş və o, həmin pulu Təranəyə vermişdir. 15 fevral 2021-ci il tarixdə Təranəyə Nərimanov rayonu ərazisində evinin yaxınlığında 2300 manat pul, 19 fevral .2021-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində notariat kontorunun qarşısında 6500 manat pul, 27 fevral 2021-ci il tarixdə 28 may metrostansiyasının yaxınlığında 500 manat pul, Koroğlu Metrostansiyasının qarşısında 4400 manat, bir neçə gün sonra yaşadığı evin qarşısında 1500 manat pul vermişlər. Bundan sonra Buzovna qəsəbəsində Notariat kontorunun qarşısında Təranə ilə görüşəndə onun yanında Akif adlı şəxs olmuşdur. Təranə ondan 5500 manat pul alaraq həmin pulu Akifə vermiş və işi Akifin həll edəcəyini demişdir. Bundan 3 ay sonra Akif ona yaxınlaşaraq işin alınmadığını deyərək öz öhdəsinə düşən 5000 manat pulu ona geri qaytarmış, qalan 500 manatı isə işlə bağlı BTİ-də xərclədiyini demişdir. Bu səbəbədən onun Akifdən heç bir şikayəti olmamışdır. Təqsirləndirilən şəxs onları aldadaraq ümumilikdə 21400 manat pullarını ələ keçirmişdir. Təranə ondan aldığı pulun müqabilində heç bir iş görməmiş, pulunu tələb etməyə başladıqda isə müxtəlif bəhanələr gətirərək pulunu geri ödəməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini, hal-hazırda barışdığını, ona cəza verilməsini istəmədiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Sonradan Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs ərizə yazacağı təqdirdə ona dəymiş ziyanı məhkəmədən sonra tam ödəyəcəyini bildirsə də, ziyanı ödəməkdən yayınmışdır. Ona görə də, hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, hazırda Təqsirləndirilən şəxs ona 3000 manat borcu qaldığını və həmin pulu tələb etdiyini, borcu ödəmədiyi halda ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 Nuşravan oğlu ifadəsində göstərdi ki, Natiqlə birlikdə 2018ci ildə alqı-satqı əsasında Qurban Mirzəyevdən BTİ-nin şəhadətnaməsi ilə Xətai rayonu ərazisində 0.95 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinə Qurban Mirzəyevin adına çıxarış çıxartdıqdan sonra o, rəhmətə getdiyi üçün onun vərəsəsinin adına çıxarış düzəltdirmək məcburiyyətində qalmışlar. Bu səbəbdən Qurbanın vərəsəsi olan qızından və həyat yoldaşından etibarnamə almışlar. Lakin aralarında olan narazılıqlar ucbatından Rəhmətlik Qurbanın həyat yoldaşı etibarnaməni ləğv etdirmiş və onlar torpaq sahəsini sənədləşdirə bilməmişlər. Bu zaman X3 Tağıyeva adlı tanışının bu işdə ona köməklik edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Koroğlu metrostansiyasının yaxınlığında olan Asan xidmətdə görüşmüşlər. Təqsirləndirilən şəxs başlarına gələnləri danışmış və Təranə pul müqabilində onlara məxsus olan torpaq sahəsinin sənədlərini düzəldəcəyinə söz vermişdir. 23 oktyabr 2020-ci il tarixdə Təranə ilə Səbayil rayonu ərazisində olan doğum evinin yaxınlığında görüşüb Natiq ilkin olaraq 700 manat pulu Təranəyə vermişdir. 15 fevral 2021-ci il tarixdə Nərimanov rayonu ərazisində Təranənin evinin yaxınlığında görüşüb 2300 manat pulu Natiq Təranəyə vermişdir. 19 fevral 2021-ci il tarixdə Təranə ilə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində olan Notariat kontorun qarşısında görüşərək ona 6500 manat pul vermişlər. 27 fevral 2021-ci il tarixdə Təranəyə 28 may metrostansiyasının yaxınlığında 500 manat pul, Koroğlu Metrostansiyasının qarşısında 4400 manat, bir neçə gün içində yaşadığı evin qarşısında 1500 manat pul vermişlər. Bundan sonra Buzovna qəsəbəsində Notariat kontorun qarşısında Təranə ilə görüşəndə Təranənin yanında Akif adlı şəxs olmuşdur. Təranənin istəyi ilə 5500 manat pulu Təranəyə vermiş və o, da pulu Akifə verərək işi Akifin həll edəcəyini demişdir Bundan 3 ay sonra Akif iş alınmadığını deyərək öhdəsinə düşən 5000 manat pulu onlara geri qaytarmış, 500 manat pulu isə işlə bağlı BTİ-də xərclədiyini demişdir. Bu səbəbədən onun Akifdən heç bir şikayəti olmamışdır. Təqsirləndirilən şəxs onları aldadaraq ümumilikdə 21400 manat pullarını mənimsəmişdir. Təranə ondan aldığı pulun müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini, hal-hazırda barışdığını, ona cəza verilməsini istəmədiyini bildirdi və bu barədə ərizə təqdim etdi. Sonradan Zərərçəkmiş şəxs2 Nuşravan oğlu bildirdi ki, Təqsirləndirilən şəxs ərizə yazacağı təqdirdə ona dəymiş ziyanı məhkəmədən sonra tam ödəyəcəyini bildirsə də, ziyanı ödəməkdən yayınmışdır. Ona görə də, hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, hazırda Təqsirləndirilən şəxs ona 2000 manat borcu qaldığını və həmin pulu tələb etdiyini bildirdi, borcu ödəmədiyi halda onun həbs olunmasını məhkəmədən xahiş etdi və bu barədə ərizə təqdim etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, təxminən iki-üç ay əvvəl Təqsirləndirilən şəxs təklifi ilə onunla Buzovna qəsəbəsində yerləşən notariat kontorunun qarşısında görüşmüşdür. Həmin vaxt Təranənin yanında Natiq və Bəhruz adlı şəxslər olmuşdur. Təranə həmin şəxslərin Xətai rayonu ərazisində bir hektar torpaq sahələri olduğunu bildirib torpaq sahəsinin alqı-satqısında onlara köməklik etmək lazım olduğunu demişdir. Təranənin ona 6000 manat borcu olmuş və bu məsələnin həlli üçün köməklik edəcəyi halda Təranə onun borcunu qaytaracağını demişdir. O, razılaşmış və alqı-satqıya pul lazım olduğu üçün cibindən pul çıxarıb banka yatırmışdır ki, alqısatqı olunsun. Lakin notariat kontorunda torpaq sahəsinə dair verilmiş etibarnamələrdən biri ləğv olunduğuna görə alqı-satqı etmək mümkün olmadığını bildirmişlər. Onun verdiyi pul az olduğu üçün Təranə Natiq adlı şəxsdən də, 5500 manat pul alıb həmin pulun üstünə qoymuşdur. Lakin alqısatqı baş tutmadığından o, bakdan pulu çıxartmış və bank 500 manat faiz tutmuşdur. Təranə həmin 5000 manatı ona olan borcu əvəzinə vermişdir. Lakin bundan bir müddət sonra Natiq adlı şəxs onunla əlaqə saxlayaraq iş üçün ona pul verdiyini bildirmişdir. O, Natiqgildən iş üçün pul almadığını Təranənin ona borcu olduğunu və 5000 manat pulu ona borcun əvəzinə verdiyini bildirmişdir. Bu zaman Natiq həmin pulu Təranənin ondan aldığını dediyi üçün Natiqlə görüşərək 5000 manat pulu ona vermişdir. O, Natiq və Bəhruz adlı şəxslərdən pul almamış, onlara hansısa işin görülməsi üçün vəd verməmişdir. Təranənin onlardan hansı məbləğdə və hansı məqsədilə pul aldığını bilməmişdir. Natiq və Bəhruzun danışıqlarından bilmişdir ki, Təqsirləndirilən şəxs həmin şəxslərdən 21400 manat pul alaraq onları aldatmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 30 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 14 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs X1 mənzilini mülkiyyət kimi qeydiyyata aldıracağını vəd edib buna inandıraraq ümumlikdə 5800 manat pulunu ələ keçirib sonuncuya maddi ziyan vurmaqla dələduzluq etməsinə dair toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi İsa Həbibzadənin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışmamasını, məhkəmə tərəfindən dəfələrlə vaxt verilməsinə baxmayaraq zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməməsini, hal-hazırda barəsində Xətai rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işi üzrə axtarışda olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun 11 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, səs yazılarını əks etdirən 01 ədəd CD disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nuşravan oğlu yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nuşravan oğlu dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat olmaqla ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, 270 (iki yüz yetmiş) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 27 yanvar 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar