Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-30/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1997-ci ildə Salyan rayonu Qara Sala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işsiz, Salyan rayonu Qara Sala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1990-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Yevlax rayonu Qaraməmmədli kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə narkotik vasitə olan heroini ümumilikdə 10 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 14:30 dəqiqədə Xəzər RPİnin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Donuzçuluq savxozunda yerləşən “Yaşıl Aptek”-in yaxınlığında saxlanılaraq Xəzər RPİnin 3-cü PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan tünd göy rəngli cins şalvarın sağ cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda siqaretin qara rəngli kağıza bükülü 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,178 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə axşam saatlarında satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heronin bir qismini istifadə etdindən sonra qalan hissəsini bükümlərə bölərək 1 bükümünü 10 manmat müqabilində tanışı Təqsirləndirilən şəxs1 satmış və xx.xx.2022-ci il tarixdə saat 16:00 dəqiqədə Xəzər rayonu Binə qəsəbəsi Donuzçuluq savxozunda yerləşən “Yaşıl Aptek”-in qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan açıq göy rəngli cins şalvarın sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən siqaretin qara rəngli kağıza bükülü 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, polis əməkdaşları onu evindən aparmışlar. O, narkotik istifadəçisidir, polis əməkdaşları onu tanıyırlar. Polis əməkdaşları ona işgəncə vermişlər, o, da məcbur qalaraq istintaqda qeyd edilmiş ifadəsini vermişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini bildirərək ifadəsində göstərdi ki, o, Rövşən ilə tutulmazdan əvvəl iki dəfə Suraxanı rayonundan narkotik vasitə almışlar. O, heç kimə narkotik vasitə satmamışdır, Ülvi adlı polis əməkdaşı həmişə ona deyirdi ki, “səni tutduracam”. Onu polis əməkdaşları evindən gəlib aparmışlar. Onun tutulmağı ilə bağlı heç kamera görüntüləri belə yoxdur. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 2022-ci ilin iyul ayında sahə inspektoru Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda xidmətdə olan zaman orada yerləşən “Yaşıl” aptekin yanında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim ediblər. X14 dəvət etdik, polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu müəyyənləşdirdik. Sonra polis şöbəsinə hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Video çəkiliş aparılan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitəni hardan əldə etdiyi soruşulmuş, Rövşən narkotik vasitəni Səbuhi adlı şəxsdən 1 gün əvvəl 10 manata aldığını bildirmişdir. Sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Səbuhinin yerinin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs2 yeri həmin gün müəyyən olunmuş və Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda yerləşən “Yaşıl” aptekin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və raportla NH-yə təhvil verilmişdir. Daha sonra bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Səbuhi üzərində çıxan narkotik vasitəni 20 manata Suraxanı rayonundan əldə etdiyini, bir qismini istifadə etdiyini, qalan hissəsini isə 10 manata Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Bununla bağlı da protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin zaman Səbuhi heç bir etirazını bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 27 iyul 2022-ci il tarixdə sahə inspektoru Şahid3 və Şahid2 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində xidmətdə olan zaman orada yerləşən “Yaşıl” aptekin yanında bir nəfər şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim ediblər, X14 dəvət etdik. Sonra polis şöbəsinə hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Video çəkiliş aparılan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitəni hardan əldə etdiyi soruşulmuş, Rövşən narkotik vasitəni Səbuhi adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra Səbuhinin yerinin müəyyən edilərək saxlanılmış Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və raportla NH-yə təhfil verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 bildirdi ki, 2022-ci ilin yay aylarında X11 və Şahid2 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda xidmətdə olan zaman orada yerləşən “Yaşıl” aptekin yanında bir nəfər Rövşən adlı şəxsin özünü şübhəli apardığını görərək ona yaxınlaşıb özlərini təqdim ediblər. X14 dəvət etdik. Sonra polis şöbəsinə hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Video çəkiliş aparılan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində olan cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Narkotik vasitəni hardan əldə etdiyi soruşulmuş, Rövşən narkotik vasitəni Səbuhi adlı şəxsdən 1 gün əvvəl 10 manata aldığını bildirmişdir. Sonra protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Səbuhinin yerinin müəyyən edilərək saxlanılması ilə bağlı əməliyyat tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs2 yeri həmin gün müəyyən olunmuş və Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda yerləşən “Yaşıl” aptekin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və raportla NH-yə təhvil verilmişdir. Daha sonra bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Səbuhi üzərində çıxan narkotik vasitəni 20 manata Suraxanı rayonundan əldə etdiyini, bir qismini istifadə etdiyini, qalan hissəsini isə 10 manata Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Bununla bağlı da protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin zaman Səbuhi heç bir etirazını bildirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 2022-ci ilin yay ayları olardı, onlar evdə olublar, əri Təqsirləndirilən şəxs2 ağır yol qəzası keçirdiyindən həkim tərəfindən ona işləməyə icazə verilmirdi. Saat 10-11 radələrində evdə onun ilə, əri Səbuhi var idi. Evdə olan zaman həyətdən səslər gəlmiş, səs gələn zaman Səbuhi onu yan otağa keçirmişdir, içəri iki nəfər daxil olmuşdur, həmin şəxslər biri ağsaçlı orta yaşlı olmuş, digəri isə sarıyanız cavan bir şəxs olmuşdur. Həmin şəxslər mülki geyimdə idilər. Həmin şəxslərin əynində ağ qolsuz köynək var idi. Həmin şəxslər əri Səbuhinin qoluna girərək aparmaq istəmişlər. Bu zaman Səbuhi həmin şəxslərə “məni hara aparsınız” deyə sual vermiş, həmin şəxslər “gedək görəcəksən” demişlər, Səbuhi yenidən “nə üçün aparsınız” deyə sual vermiş, həmin şəxslər cavabında “sənə dedim gedək görəcəksən” demiş və Səbuhini evdən aparmışlar. Həmin şəxslər heç bir sənəd təqdim etmədən, heç nə demədən Səbuhini evdən aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, əri Rövşən evdən aparılan zaman səhər saat 9 olardı. Rövşən evdə idi və işə getməyə hazırlaşırdı. Rövşən evdə olan zaman qapı döyülmüşdür, Rövşən gələn şəxsin iş yoldaşı olduğunu zənn etmiş və qapını açmağa getmişdir. Qapı açılan zaman gələn şəxslərin polis əməkdaşları olduğunu görmuşdür. Həmin şəxslər Rövşən tutaraq xəbər etmədən aparmışlar. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4067 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksi və “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs1-imza, Müdafiəçi: Müdafiəçi1-imza, iştirakçılar:-üç imza; Qablaşdırdı: V.Nəsirzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkilsi - 0,178 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4066 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksi və “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs2-imza, Müdafiəçi: N.Mustafayev-imza, iştirakçılar:-üç imza; Qablaşdırdı: V.Nəsirzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkilsi - 0,190 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “AR ƏN MEM-in Tədqiqat Obyekti-№68” li ştamp əksi ilə möhürlənmiş və “Ekspert rəyi № 6/4067 Təqsirləndirilən şəxs1...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd bükümdəki heroinlərlə (28 iyul 2022-ci il tarixli 6/4067 №-li ekspert rəyi)xarici əlamətlərinə və kimyəvi komponentrlərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyul tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4215 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4216 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı X1 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci ildə Salyan rayonunda doğulmuş Əliyev X6 Rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünüə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddaləri ilə təqsirli bilinərək barəsində 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1990-cı ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddaləri ilə təqsirli bilinərək, barəsində 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:20-15:40 radələrində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən o, əynində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd siqarətin qara rəngli kağıza bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 28 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə zalından dərhal azad edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, 27 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00-17:20 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən o, əynində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 01 ədəd siqarətin qara rəngli kağıza bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 28 iyul 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə zalından dərhal azad edilmişdir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx/xx-5122 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 8420 saylı, xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olmuşdur. İş materiallarında olan "xxxx" MMC X10 ilə İş Deparamenti tərəfindən verilmiş BKC/LGL-3935/23 saylı, xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. ***-***-**-** saylı nömrə isə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsində olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12611 saylı, xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olmuşdur. İş materiallarında olan "xxxx" MMC X10 ilə İş Deparamenti tərəfindən verilmiş BKC/LGL-8311/23 saylı, xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş diskin içərisində olan məlumatlardan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Abşeron KTMİM adalanan ərazidə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan AR CM-nin 234.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aid hissədə təqdim edilmiş sübutlar, təqsirləndirilən şəxsin, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 ifadələrindən, ekspertiza rəylərindən və mobil operatorlarından əldə edilmiş anten məlumatlarıdan ibarətdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli hesab etmiş, lakin məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamı qəbul etməmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində xidmətdə olan zaman həmin ərazidə yerləşən “Yaşıl” aptekin yanında Təqsirləndirilən şəxs1 özünü şübhəli aparması səbəbindən onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində üzərinə baxış keçirilərkən onujn üzərində olan tünd göy rəngli cins şalvarın sağ cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd bükümün aşkar edildiyini qeyd etmişdirlər. İş materiallarında olan "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş anten məlumatlarında yuxarıda adı çəkilən şahidlərin qeyd edilən tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olduqları müəyyən edilmişdir. Məhkəmədə ifadə vermiş Şahid5 bildirmişdir ki, polis əməkdaşları əri Təqsirləndirilən şəxs1 yaşadıqları evdən aparmışdırlar. Məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, digər üç nəfər şahidin verdikləri ifadələr daha inandırıcıdır. Belə ki, həmin ifadələrin doğruluğu anten məlumatlarında öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Şahid1, Şahid2 və Şahid3 ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən. - Şahid1, Şahid2 və Şahid3 ifadələrindən. - Ekspert rəylərindən ibarətdir. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar: - Şahid4 ifadəsindən - "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin izahatına qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində AR CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən törədilmədiyini, həmin cinayətin etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahid ifadələrinə qiymət verərkən bildirir ki, şahidlər Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq dövründə vermiş olduqları ifadələrində, həm də məhkəmə istintaqı dövründə vermiş olduqları ifadələrində qeyd etmişldirər ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda xidmətdə olan zaman orada yerləşən “Yaşıl” aptekin yanında bir nəfər şəxsin özünü şübhəli apardığını və həmin şəxsin narkotik vasitələrin istifadəsini dəlalət edən hərəkətlər etdiyini görmüşlər. Daha sonra həmin şəxsi Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan tünd göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümü xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yerinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs2 yeri həmin gün müəyyən olunmuş və saat 16:00 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən “Yaşıl” aptekin qarşısında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və raportla NH-yə təhvil verilmişdir. Polis şöbəsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan açıq göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış və içərisində olan maddənin nə olması soruşulmuş və bu vaxt Təqsirləndirilən şəxs2 həmin bükümün içindəkinin narkotik vasitə olan heroin olmasını və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsindən 20 manat müqabilində aldığını və bir qismini istifadə etdikdən sonra qala hissəsini 2 bükümə bölərək bir bükümünü tanışı Təqsirləndirilən şəxs1 10 manata satdığını bildirmişdir. İş materiallarında olan "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş anten məlumatlarında yuxarıda adı çəkilən şahidlərin qeyd edilən tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olduqları müəyyən edilmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4066 saylı rəyinə qiymət verərkən bildirir ki, ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №244” dairəvi möhür əksi və “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs2-imza, Müdafiəçi: N.Mustafayev-imza, iştirakçılar:-üç imza; Qablaşdırdı: V.Nəsirzadə-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkilsi - 0,190 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “AR ƏN MEM-in Tədqiqat Obyekti-№68” li ştamp əksi ilə möhürlənmiş və “Ekspert rəyi № 6/4067 Təqsirləndirilən şəxs1...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 (bir) ədəd bükümdəki heroinlərlə (28 iyul 2022-ci il tarixli 6/4067 №-li ekspert rəyi)xarici əlamətlərinə və kimyəvi komponentrlərinə görə eynidirlər. Heroin 2005ci il 28 iyul tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilərək dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində əri Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda yerləşən evlərindən götürülərək aparıldığını qeyd etmişdir. Məhkəmə yuxarıda göstərilən sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Onun əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcələnin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə polis əməkdaşlarında əvvəlcədən hər hansı əməliyyat məlumatı olmamışdır. Yalnız Təqsirləndirilən şəxs1 saxlanıldıqdan sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi əsasında Təqsirləndirilən şəxs2 tutulmuşdur. İbtidai istiintaq zamanı Təqsirləndirilən şəxs2 AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi yalnız Təqsirləndirilən şəxs1 ifadəsi əsasında müəyyən edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli hesab etməmiş, eyni zamanada digər Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə almadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 özünü AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilmir, həmçinin onun qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tətqiq edilmiş digər sübutlarla təsdiq edilmir. Belə olan halda da Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Şahid1, Şahid2 və Şahid3 ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında cinayət əməli törətməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs1 qəti cəza təyin edərəkən qeyd edir ki, iş materiallarında olan tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs1 ilk olaraq Salyan Rayon Məhkəməsinin 19 mart 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat cərimə cəzası təyin edilmişdir. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilmişdir. Daha sonra isə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesab edilmişdir. Həmin hökm ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 20 avqust 2023-cü il tarixdə bitmişdir. İş materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs1 tərəfindən 26 iyul 2022-ci il tarixdə törədilmişdir. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökm üzrə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmalı, onun birinci hökm üzrə çəkdiyi cəza və hər iki cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edərəkən qeyd edir ki, iş materiallarında olan tələbnamədən göründüyü kimi S.Fərəzəliyev Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesab edilmişdir. Həmin hökm ilə S.Fərəzliyevə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 13 avqust 2023-cü il tarixdə bitmişdir. Məhkəmə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki hökm üzrə təyin ediləcək cəza ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmalı, onun birinci hökm üzrə çəkdiyi cəza və hər iki cinayət işi üzrə həbsdə və şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən “Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,108 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs2 Mhəmməd oğlunun üzərindən aşkar edilmiş maddi sübut kimi saxlanılan qalıq 0,140 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 184 (bir yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli hökmünə əsasən cəza çəkdiyi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, ümumilikdə 09 (doqquz) ay 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri ilə seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət, 19 oktyabr 2022-ci il tarixdən 15 noyabr 2022-ci tarixədək və 13 avqust 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 14 (on dörd) gün və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmünə əsasən cəza çəkdiyi 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət, ümumilikdə 10 (on) ay 16 (on altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,108 qram, və 0,140 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 184 (bir yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-30/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-30/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver