Məhkəmə qərarları › İş №1(003)-30/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-30/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-30/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 1) xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində ünvan 2 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə və 2) xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, müddətsiz İİİ qrup əlil, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-11/2023 saylı 12 yanvar 2023-cü il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək Zərərçəkmiş şəxs1 tərəfindən mərhum oğlu X1 orada yerləşən məzarının kənarındakı çəpərin üzərinə quraşdırılmış dəmir barmaqlıqdan hazırlanmış hər biri 240 manat dəyərində olan 2 ədəd məhəccəri özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökub çıxardaraq götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 480 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 01:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək, Zərərçəkmiş şəxs2 yaxın qohumlarını oradakı məzarlarının kənarındakı çəpərin üzərində yerləşən, dəmir barmaqlıqdan hazırlanmış hər biri 200 manat dəyərində olan 8 ədəd məhəccərləri özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökərək çıxardıb götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını cizli olaraq talamaq məqsədi ilə 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək Zərərçəkmiş şəxs1 tərəfindən mərhum oğlu X1 orada yerləşən məzarının kənarındakı çəpərin üzərinə quraşdırılmış dəmir barmaqlıqdan hazırlanmış hər biri 240 manat dəyərində olan 3 ədəd məhəccəri, dəmir künlük, profil və taxta materialından hazırlanmış 200 manat dəyərində olan 1 ədəd oturacağı, dəmir barmaqlıqdan hazırlanmış 100 manat dəyərində 1 ədəd qapını özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökub çıxardaraq götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1020 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 yanvar 2023-cü il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək, Buzovna Bələdiyyəsi tərəfindən mərhum X2 orada olan məzarının kənarındakı çəpərin üzərində quraşdırılmış dəmir barmaqlıqdan hazırlanmış, hər biri 200 manat dəyərində olan 5 ədəd məhəccəri və dəmir barmaqlıqdan hazırldanmış 100 manat dəyərində olan 1 ədəd qapını özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökərək çıxardıb götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə hüquqi şəxsə 1100 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 yanvar 2023-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək Zərərçəkmiş şəxs1 tərəfindən mərhum oğlu X1 orada yerləşən məzarının kənarındakı çəpərin üzərinə quraşdırılmış dəmir barmaqlıqdan hazırlanmış hər biri 240 manat dəyərində olan 2 ədəd məhəccəri özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökub çıxardaraq götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 480 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2023-cü il tarixdə saat 01:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək, Zərərçəkmiş şəxs2 yaxın qohumlarını oradakı məzarlarının kənarındakı çəpərin üzərində yerləşən, dəmir barmaqlıqdan hazırlanmış hər biri 200 manat dəyərində olan 8 ədəd məhəccəri özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökərək çıxardıb götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını cizli olaraq talamaq məqsədi ilə 08 yanvar 2023-cü il tarixdə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək Zərərçəkmiş şəxs1 tərəfindən mərhum oğlu X1 orada yerləşən məzarının kənarındakı çəpərin üzərinə quraşdırılmış dəmir barmaqlıqdan hazırlanmış hər biri 240 manat dəyərində olan 3 ədəd məhəccəri, dəmir künlük, profil və taxta materialından hazırlanmış 200 manat dəyərində olan 1 ədəd oturacağı, dəmir barmaqlıqdan hazırlanmış 100 manat dəyərində 1 ədəd qapını özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökub çıxardaraq götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1020 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 yanvar 2023-cü il tarixdə saat 16 radələrində tanşı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun idarə etdiyi “Mersedes-Benz C” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən məzarlığa gələrək, Buzovna Bələdiyyəsi tərəfindən mərhum X2 orada olan məzanının kənarındakı çəpərin üzərində quraşdırılmış dəmir barmqalıqdan hazırlanmış, hər biri 200 manat dəyərində olan 5 ədəd məhəccəri və dəmir barmaqlıqdan hazırldanmış 100 manat dəyərində olan 1 ədəd qapını özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə sökərək çıxardıb götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə hüquqi şəxsə 1100 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 02 yanar 2023-cü il tarixdə Buzovna qəsəbəsində yerləşən Poliklinikanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs1la görüşərək ona Buzovna qəbristanlığında qəbirlərin ətrafındakı dəmir barmaqlıqları, dəmir qapıları və dəmir metaldan oturacaqları oğurlayaraq satıb pul əldə etməyi təklif etmiş, Emin də razılaşmış, gecə saatlarında özünə məxsus qara rəngli “Mercedes-Benz C” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Buzovna qəsəbəsindəki qəbristanlığa getmişlər. Qəbristanlığa aşağı qapıdan girən zaman yuxarı tərəfdə yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 mərhum oğlunun məzarının kənarındakı hasarın üzəri ilə çəkilmiş dəmir barmaqlıqlardan olan məhəccərlərin 2 ədədini söküb çıxararaq götürdükdən sonra onları avtomobilinə yükləyib Maştağa qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq 40 manata satmış və əldə etdikləri pulu Eminlə yarı bölmüşlər. Bundan bir gün sonra Eminlə görüşüb, yenidən birlikdə gecə saatlarında Buzovna qəsəbəsində yerləşən qəbristanlığa getmişlər. Yenə qəbristanlığın aşağı qapısından içəri daxil olub orta hissədə yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qohumlarının məzarının kənarındakı dəmir barmaqlıqları özləri ilə götürdükləri dəmir linglə yerindən çıxardıb maşına yükləyərək Maşatağa qəsəbəsində eyni metal qəbulu məntəqəsinə aparmış və 50 manata satıb həmin pulu öz aralarında bərabər bölmüşlər. Bundan yenə də bir gün sonra - 08 yanvar 2023-cü il tarixdə gecə saat 02 radələrində Eminlə həmin qəbristanlığın yaxınlığında görüşüb birlikdə ilk dəfə 2 ədəd dəmir barmaqlığı oğurladıqları qəbrin kənarındakı hasarın üzərinə vurulmuş 3 ədəd dəmir barmaqlığı, 1 ədəd qapını və qəbrin yanındakı üzərinə taxta vurulmuş dəmir oturacağı ling vasitəsilə söküb çıxardıb Eminlə maşınına yükləmiş, səhəri gün onları Maştağa qəsəbəsindəki həmin metal qəbulu məntəqəsinə aparıb eyni şəxsə 50 manata sataraq pulu öz aralarında bölmüşlər. Bundan sonra, 09 yanvar 2023-cü il tarixdə 16 radələrində Eminlə görüşüb birlikdə qəbristanlığa gedərək yenə aşağı qapıdan qəbristanlığa daxil olmuş və yuxarı qapısının yaxınlığında olan, sonradan bildiyi X2 məzarının kənarındakı dəmir barmaqlıqları əvvəlki kimi dəmir ling vasitəsilə söküb çıxararaq maşına yükləmişlər. X9 adlı tanışı, o, isə Vüsalə adlı tanışı ilə Buzvona qəsəbəsində görüşüb onları da maşına götürərək birlikdə Maştağa qəsəbəsində yerləşən həmin metal qəbulu məntəqəsinə gedib oğurladıqları dəmirləri satmışlar. Aysel evlərinə getmək istədiyinə görə onlardan ayrılmış, Emin də ayrılıb evlərinə gedəcəyini demişdir. O, Vüsalə ilə br qədər maşında gəzdikdən sonra oğurluq etdikləri qəbristanlığın yanında olan zaman Emin ona zəng edib evlərinin açarını itirdiyini, açarı dəmirləri oğurlayarkən orada cibindən yerə düşməsini ehtimal etdiyini, hazırda qəbristanlığa gəlib açarı axtardığını deyərək onu da birlikdə axtarmaq üçün yanına çağırmışdır. Maşını qəbristanlığın yanında saxlamış, Vüsalə maşında qalmış, o isə qəbristanlığa getmişdir. Eminin yanına çatarkən onlar tərəfə 3 nəfərin gəldiyini və onlardan birinin polis geyimində olduğunu görüb qaçmağa cəhd etmiş, lakin həmin polis əməkdaşı onu tutub saxlamış və onu 2-ci PŞ-nə gətirmişlər. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 02 yanvar 2023-cü il tarixdə Buzovna qəsəbəsində yerləşən Poliklinikanın yaxınlığında olan zaman tanışı Kamranla görüşmüş və Kamran ona Buzovna qəbristanlığında qəbirlərin ətrafındakı dəmir barmaqlıqları, dəmir qapıları və dəmir metaldan oturacaqları oğurlayaraq satıb pul əldə etməyi təklif etmiş, o da onunla razılaşaraq gecə saat 02 radələrində Kamrana məxsus qara rəngli “Mercedes-Benz C” markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Buzovna qəsəbəsindəki qəbristanlığa getmişlər. Qəbristanlığa aşağı qapıdan girən zaman yuxarı tərəfdə yerləşən, sonradan adı məlum olan Zərərçəkmiş şəxs1 mərhum oğlunun məzarının kənarındakı hasarın üzəri ilə çəkilmiş dəmir barmaqlıqlardan olan məhəccərlərdən 2 ədədini özləri ilə gətirdikləri dəmir ling vasitəsi ilə söküb çıxararaq götürdükdən sonra onları Kamranın avtomobilinə yükləyib Maştağa qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparıb 40 manata satmış və əldə etdikləri pulu yarı bölmüşlər. Bundan bir gün sonra yenidən Kamranla birlikdə gecə saatlarında Buzovna qəsəbəsində yerləşən həmin qəbristanlığa getmiş, yenə qəbristanlığın aşağı qapısından daxil olub orta hissədə yerləşən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qohumlarının məzarlığının ətrafındakı dəmir barmaqlıqdan hazırlanmış məhəhcərləri özləri ilə gətirdikləri dəmir ling vasitəsilə yerindən çıxardıb, Kamrana məxsus avtomaşınla Maşatağa qəsəbəsində eyni metal qəbulu məntəqəsinə apararaq 50 manata satmış və həmin pulu yarı bölmüşlər. Bundan yenə də bir gün sonra, yəni 08 yanvar 2023-cü il tarixə gecə satlarında təkrarən Kamranla birlikdə sonuncuya məxsus avtomaşınla gecə saatlarında həmin qəbristanlığa gedərək yenə də aşağı qapıdan qəbristanlığa daxil olmuş, Zərərçəkmiş şəxs1 mərhum oğlunun məzarının kənarındakı hasarın üzərində qalan 3 ədəd məhəccəri, 1 ədəd qapını və 1 ədəd dəmir oturacağı özləri ilə gətirdikləri dəmir linglə çıxarıb götürmüş, onları Kamranın maşınına yükləyərək səhər açılandan sonra Maştağadakı həmin metal qəbul məntəqəsinə apararaq 50 manata satıb pulu öz aralarında bölmüşlər. Bundan sonra 09 yanvar 2023-cü il tarixdə saat 16-17 arası radələrində Kamranla görüşərək birlikdə həmin qəbristanlığa getmiş, aşağı qapıdan qəbristanlığa daxil olub və yuxarı qapının yaxınlığında olan, sonradan bildiyi X2 məzarının kənarından dəmir barmaqlıqları əvvəlki kimi dəmir ling vasitəsilə söküb çıxararaq onları Kamranın maşınına yükləmişlər. Sonra onlar özünün Aysel adlı, Kamranın isə Vüsalə adlı tanışı ilə Buzovna qəsəbəsində görüşüb onları da maşına götürmüş, birlikdə Maştağa qəsəbəsində yerləşən həmin metal qəbulu məntəqisnə gedib, oğurladıqları dəmirləri satmışlar. Sonra Aysel evlərinə getmək istəmişdir və o, da Aysel ilə birlikdə Kamrangildən ayrılıb evlərinə getmişdir. Evlərinə çatandan sonra aşkar etmişdir ki, evin açarı cibində yoxdur. O, açarı qəbristanlıqda barmaqlıqları sökərkən yerə saldığını güman edib piyada qəbristanlığa getmiş, qəbristanlığa çatandan sonra Kamrana zəng edib burada olduğunu deyərək çağırmışdır ki, gəlib onunla birlikdə qəbrin ətrafını axtarsınlar. Az sonra Kamran onun yanına gəlmişdir. Bu zaman aralarında biri polis geyimində olan 3 nəfərin onlara tərəf gəldiyini görüb qaçmışlar. Lakin həmin şəxslər Kamranı tutub saxlamışlar. Daha sonra özü də evlərinin yanında saxlanılıb 2-ci PŞ-nə gətirilmişdir. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Özü müddətsiz İİİ qrup əlildir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, mərhum oğlu X4 2019-cu ildə yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş və Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda əvvəl vəfat etmiş digər qohumlarının məzarlarının yerləşdiyi daş çəpərli ərazidə dəfn olunmuşdur. Sonradan dəmir barmaqlıqlardan olan 5 ədəd məhəccər, 1 ədəd qapı, dəmir künclükdən olan 1ədəd oturacaq düzəltdirmiş, çərçivələri çəpərlərin üzərlərinə, qapının hasarlanmış ərazinin giriş hissəsinə oturacağı ilə oğlunun məzarının yanına yerləşdirmişdir. Hər gün işdən çıxandan sonra oğlunun məzarını ziyarət etmişdir. 03 yanvar 2023-cü il tarixdə növbəti dəfə oraya gələrkən çəpərlərin üzərindəki dəmir məhəccərlərin 2 ədədinin oğurlandığını görmüş və bu barədə qızı Könülə zəng edib məlumat vermişdir. Könül də öz növbəsində oğurluq barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. 08 yanvar 2023-cü il tarixdə o, yenidən işdən çıxıb oğlunun qəbrini ziyarət etməyə getmiş və bu zaman çəpərlənmiş ərazinin giriş qapsının, qalan 3 ədəd məhəccərin və dəmir oturacağın oğurlandığını görmüşdür. Bu dəfə o, özü polisə məlumat vermişdir. Oğurlanmış hər bir məhəccəri 240 manata, 1 ədəd qapını 100 manata, 1 ədəd oturacağı 200 manata düzəltdirdiyinə görə həmin əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 1.500 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən tamamilə ödənilmiş, dəmir barmaqlıqlar yenisi ilə əvəz edilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, məhrum atası, babası, nənəsı və əmisi Buzovna qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn edilmişlər. Ara-sıra onların qəbirlərini ziyarət etməyə gedir. 13 yanvar 2023-cü il tarixdə səhər saatlarında növbəti dəfə ziyarətə gedən zaman qəbirlərin qırağındakı hasarın üzərinə quraşdırdığı 9 ədəd dəmir barmağlıqlı çərçivələrin 8 ədədinin oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in “102” xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etmişlər. Həmin çərçivələri o, özünün vəsaiti ilə hazırlatdırıb ora quraşdırmış və oğurluq nəticəsində ona 1.600 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, müdiri işlədiyi Buzovna qəsəbəsində yerləşən, Buzovna bələdiyyəsinin mülkiyyətindəki qəbristanlıqda dəfn olunmuş mərhum X2 yaxınları ilə aralarındakı şifahi müqavilə əsasında özünün vəsaiti ilə məzarının baş və sinə daşlarının qoydurmuş, məzarın ətrafına özünün vəsaiti ilə üzəri dəmir məhəccərləri çəpər çəkdirib və çəpərlənmiş əraziyə girişinə dəmir barmqalıqdan hazırlanmış qapı qoydurmuş, qoyulmuş daşların və konstruksiyaların zədələndiyi, oğurlandığı halda yenisi ilə əvəz olunub təmir edilməsi öhdəliyini də o daşıyır. 05 yanvar 2023-cü il tarixdə həmin məzarın çəpəri üzərindəki dəmir məhəccələrin və dəmir qapının oğurldandığını aşkar etmiş və həmin tarixdə məhəccərləri və qapını yeniləri ilə əvəz etdirmişdir. Oğurlanmış məhəccərəin hər birinin qiyməti 200 manat 5 ədədinin qiyməti 1000 manat, qapının qiyməti isə 100 manat olmaqla ümumilikə Buzovna bələdiyyəsinə cəmi 1.100 manat dəyərində ziyan vurulmuşdur. Hazırda həmin ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən tamamilə ödənilmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs2 1-2 ildir ki, tanıyır və onunla sevgili münasibətində olmuşlar. 09 yanvar 2023-cü il tarixdə axşam saatlarında Kamran idarə etdiyi “Mercedes” markalı maşınla onun yaşadığı evin yaxınlığına gələrək onunla görüşmüş və həmin vaxt maşında Emin və Gülşən adlı şəxslər, avtomobilin yük yerində isə dəmir əşyalar olmuşdur. Sonra onlar Maştağa qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmişlər, Kamranla Emin maşındakı dəmir əşyaları həmin məntəqəyə təhvil vermişlər. Kamran ona həmin dəmirləri Eminin bağ evindən götürdüklərini bildirmişlər. Sonra onlar X7 qəsəbəsində düşürtmüş və özləri gecə saatlarınadək maşında gəzdikdən sonra Kamran maşını Buzovna qəsəbəsində yerləşən qəbristanlığın yanına sürmüşdür. Orada olan zaman Emin Kamrana zəng edərək onu qəbristanlıqda gözlədiyini söyləmiş, Kamran maşından düşərək qəbristanlıq tərəfə getmiş, həmin vaxt polis əməkdaşı onlara yaxınlaşmışdır. Emin qaçaraq oradan uzaqlaşmış, Kamranı isə polis əməkdaşı tutaraq saxlamışla, o isə qorxusundan qaçıb getmişdir. Sonradan bilmişdir ki, Kamranla Emin həmin qəbristanlıqdan oğurluq etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Mirzağa oğlunun elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Maştağa qəsəbəsinin ərazisində metal qəbulu məntəqəsində işləyir. 2023-cü ilin yanvar ayının ilk 10 günlyü ərzində əvvəldən tanımadığı və sonradan adlarını bildiyi Kamran və Emin adlı şəxslər müxtəlif tarixlərdə qara rəngli “Mersedes” markalı avtomobillə onun işlədiyi məntəqəyə dəmir barmaqlıqdan hazırlanmış məhəccər və çərçivələr, onların qırıntılarını gətirib təhvil vermişlər. O, bu şəxslərdən həmin əşyaların oğurluq olub-olmadığını soruşduqda, sonuncular əşyaların oğurluq olmadığını bildirməklə bunun təsdiqi olaraq özlərinin şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişlər. Həmçinin Kamran və Eminin gətirdikləri dəmirləri təhvil vermələrinin görüntüləri məntəqənin vedokameralarında qeydə alınmış və bu görüntülər 1 ədəd CD formatlı diskə köçürülərək təhqiqat orqanına təqdim etmişdir. İş materiallarından görünür ki, CD formatlı diskə köçürülmüş görüntülərə istintaq zamanı baxış keçirilərkən aşkar edilmişdir ki, 09 yanvar 2023-cü il tarixə saat 18 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birinicinin idarə etdiyi arxa yük yerinin qapısı açıq və yük yerində metal əşyalar olan qara rəngli “Mersedes” markalı avtomobillə Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Şahid2 Mirzağa oğlunun işlədiyi metal qəbulu məntəqəsinə gələrək avtomobil dayandıqdan sonra əynində qar rəngli gödəkçə, başında idman papağı olan şəxs yük yerində iki ədəd dəmir barmaqlıqdan olan məhəccərləri götürüb məntəqənin mərkəzinə yğılmış metalların üzərinə, 2 ədəd əvvəllkindən nisbətən böyük ölçüdə olan məhəccərləri isə məntəqənin giriş hissəsinə yerə qoyduqdan sonra Şahid2 pul alıb avtomobilə qayıdaraq oradan gedirlər. Təqsirləndirilən şəxs1 avtomobildən məhəccərləri düşüb məntəqəyə təhvil verərək pul alan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarından görünür ki, Şahid2 tərəfindən ona Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 satdıqlarını bildirərək təqdim etdiyi 1 ədəd dəmir künclükdən hazırlanmış üzəri taxta materialdan olan oturacaq, 1 ədəd dəmir barmaqlıqdan hazırlanmış çərçivə qapı, 4 ədəd dəmir barmaqlıqdan hazırlanmış müxtəlif naxışlı çərçivə-məhəccərlər müstəntiq tərəfindən maddi sübut kimi götürülmüş və bu barədə muvafiq protokol tərtib olunmuşdur. İş materiallarından görünür ki, istintaq zamanı təyin edilmiş mütəxəssis tərəfindən ona təqdim olunmuş 4 ədəd dəmir barmqalıqlardan hazırldanmış müxtəlif naxişlı çərçivə formalı məhəccərin hər biri 200 manat dəyərində, 1 ədəd dəmir künclük və profildən hazırlanmış üzərinə taxta vurulan dəmir otğuracaqı 200 manat dəyərində, 1 ədəd dəmir barmaqlıqdan hazırlanmış çərçivə formalı qapı 100 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Şahid2 tərəfindən ona Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 satdıqlarını bildirərək təqdim etdiyi 1 ədəd dəmir künclükdən hazırlanmış üzəri taxta materialdan olan oturacaq, 1 ədəd dəmir barmaqlıqdan hazırlanmış çərçivə qapı, 4 ədəd dəmir barmaqlıqdan hazırlanmış müxtəlif naxışlı çərçivə-məhəccərlər və 1 ədəd CD formatlı disk iş üzrə maddi sübut kim tanınmış, diskin cinayt işinə əlavə olunması nəzərə alaraq, həmin əşyalar saxlanılması üçün Xəzər RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin dəqiqliyini yoxlamaq üçün onların ifadələri yerində yoxlanılmış və onlar, ifadələrində qeyd etdikləri xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişlər. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən 31 may 2012-ci il tarixdə verilmiş müayinəyə dair məlumat arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ümumi xəstəlik nəticəsində ömürlük İİİ qrup əlildir. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxslərin qohumları tərəfindən tamamilə ödənilmişdir, buna görə də onlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlara qarşı heç bir şikayətləri və ya digər tələbləri yoxdur, təqsirləndirilən şəxslərə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 fevral 2023-cü il tarixli Tələbnamədən görünür ki, 14 sentyabr 2022-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatdadır, 24 oktyabr 2022-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi 28 oktyabr 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir, 10 yanvar 2023-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07 fevral 2023-cü il tarixli Tələbnamədən görünür ki, 10 yanvar 2023-cü il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 369/2023 saylı 10 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla CM-nin 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 ünvan 2 2023-cü il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-908/2023 saylı 03 may 2023-cü il tarixli Qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-369/2023 saylı 10 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1867/2023 saylı, 05 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs2 barəsində olan 1(103)-908/2023 saylı 03 may 2023-cü il tarixli Qərarı dəyişdirilmiş, Apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) aya endirilmiş və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə ifadələr qərardan çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-67/2023 saylı 18 may 2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində müvafiq cinayət tərkibinin əlmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1722/2023 saylı 30 oktyabr 2023-cü il tarixli Qərarından görünür ki, zərərçəkmiş şəxs və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-67/2023 saylı 18 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə təkrarən oğurluq cinayətini törətmələri onların özlərinin etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinərək barələrində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və ağırlaşdıran hallarıı olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1867/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin və ya tələblərinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Bakı şəhəri Xəzər RPİ-də saxlanılan – dəmir ling, 1 ədəd dəmir oturacaq, 4 ədəd məhəccər və onun müxtəlif hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut – 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1867/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il müdətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Bakı şəhəri Xəzər RPİ-də saxlanılan – dəmir ling, 1 ədəd dəmir oturacaq, 4 ədəd məhəccər və onun müxtəlif hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut – 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 240,00 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar