Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-302/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili – Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Xəzər rayonu DSM-nin yanında 2 saylı nümayəndəlikdə məsləhətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 70 mənzil 1-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə saat 13.10 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubushi-Outlander” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi istiqamətindən Qala qəsəbəsi istiqmətinə Mərdəkan qəsəbəsi ərazisindən keçən 2.7-ci kilometrliyində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq avtomobili yolun sağından hərəkət hissəsinə daxil etməzdən əvvəl həmin yol ilə nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, yol ilə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə yola daxil olmadan ona yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin oğlunacağına əmin olraq yola daxil olub hərəkət etdirməli olduğu halda bu qaydalara əməl etməyərək, “Honda” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosiklın sürücüsü Zərərçəkmiş şəxs hərəkəti üçün real təhlükə yaratmış və idarə etdiyi “Mitsubushi-Outlander” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə “Honda” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosiklın qabaq hissəsini vurmuş, nəticədə ehtiyatsızlıqdan “Honda” markalı motosıklın sürücüsü 27 iyul 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sol mil sümüyünün oynaqdaxili yerdəyişmiş sınığı, sağ said sümüklərinin açıq, yerdəyişən sınığı, simfizin(aralığın) və sol oma-qalça birləşməsinin sırılması, sol X döş fəqərəsinin və X qabırğanın yerdəyişməsiz sınığı, hər iki saidin, sağ dizin əzilməsi ilə nəticələnən və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər, habelə “Honda” markalı, 10-B-212 dövlət qeydiyyat nişanlı motosiklın zədələnməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs 12.000 (on iki min) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 20 ilə yaxındır ki avtomobil idarə edir. Hazırda özünə məxsus “Mitsubishi Outlander” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. 30 mart 2021-ci il tarixdə saat 13.10 radələrində idarə etdiyi avtomaşınla Mərdəkan qəsəbəsindən ara yoldan ”Bravo” market istiqamətindən çıxaraq Şüvəlan qəsəbəsi istiqamətinə gəlmək istəyən zaman üzü Stansiya Qala istiqamətinə hərəkət edən motosiklet qəflətən onun avtomaşınının qarşısına çırpılmış, zərbənin gücündən motosikletin sürücüsü yerə yıxılmışıdr. Hadisə nəticəsində sürücü qolundan və ayağından xəsarət almışdır. Həmin vaxt o, həyəcanlı olduğu üçün ətrafda olan şəxslər TTY-ə zəng etmişlər. Bi neçə dəqiqə sonra Təcili Tibbi yardım avtomaşını gəlmiş və sürücünü 3 saylı Xəstəxanaya aparmışlar. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. O, öz anket məlumatlarını polis əməkdaşına təqdim edərək xəstəxanaya getmiş və Xəstəxanada lazımi dərmanları alaraq vermişdir. Hadisə zamanı avtomobili təxminən 20-30 km/saat sürətlə hərəkət etdirmiş, idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuş, hadisədən əvvəl həmin motosikli görmədiyi, hadisənin baş verməsinə səbəb motosikletin qəflətən onun qarşısına keçməsi olmuşdur. Hadisə zamanı həmin yerə kənd camaatının gəldiyini, lakin hadisə zamanı şokda olduğu üçün həmin şəxslərin kimliyini xatırlmır. Hadisə zamanı başından, boynundan və sol əlindən xəsarət almışdır. Hadisədən əvvəl idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuş, avtomaşında hər hansı yük olmamış, əsas yola çıxan zaman motosikli görməmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən SƏMİMİ peşman olmuş və böyük mənəvi sarsıntı keçirir. zərərçəkmiş şəxslə barışmaqdan ötrü dəfələrlə cəhd etmiş, lakin barışıq əldə edə bilməmişdir. Mülki iddianı qismən- 20000,00 (iyirmi min) manat məbləğdə etiraf edir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 30 mart 2021-ci il tarixdə saat təxminən 13-14 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindən üzü Stansiya Qala istiqamətinə idarə etdiyi “Honda CBR 600” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosikllə saatda təxminən 50-55 km sürətlə hərəkətdə olan zaman qarşıda təxminən 50 metrlikdən ağ rəngli “Mitsubishi” markalı avtomaşının dayanaraq gözlədiyini və əsas yolda hərəkət edən avtomaşınlara yol verdiyini görmüşdür. Həmin vaxt “Mitsubishi” markalı avtomaşının sürücüsünün onun istiqamətində gəlməyini görür və ona da yol verəcəyini fikirləşmişdir. Lakin o, “Mitsubishi” markalı avtomaşına çatmağıma təxminən 20-22 metr qalmış sürücü yola çıxmış, həmin vaxt siqnal verməyə başlamış, lakin sürücü avtomaşını saxlamayaraq onun gəldiyi yola çıxmış, nəticədə o, həmin avtomaşına çırpılmışıdr. Zərbənin gücündən o, avtomaşının üstündən yola düşmüşdür. Bir neçə dəqiqədən sonraonu TTY avtomaşını vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, oradan isə “Medical Plaza” TİBB Mərkəzinə aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sol mil sümüyü, sağ said sümükləri, qabırğaları sınmış və bədəninin müxtəlif yerləri əzilmişdir. Aldığı xəsarətlərlə əlaqədar bir neçə dəfə əməliyyat olunmuş və hazırda da tam sağalmamışdır. “Mitsubishi” markalı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs yoluna çıxmamışdır, ilkin izahat verən zaman yeni əməliyyat olunduğundan həmin avtomaşının 5 metr qalmış onun yoluna çıxdığını demişdir, lakin həmin avtomaşına çatmağına 20-22 metr qalmış onun yoluna çıxmış, hadisədən əvvəl idarə etdiyi “Honda CBR 600” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosikl texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə nəticəsində motosiklə 12.000 manat maddi ziyan dəymişdir. Tibbi ekspertiza rəyində qeyd olunan xəsarətləri yol-nəqliyyat hadisəsi zamanı almışdır. Bundan sonra təqsirləndirilən şəxs onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində əlil olduğu üçün hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, zəruri ehtiyaclarını ödəyə bilmir. Təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona qarşı mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini və mülki iddiasının tam təmin olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş 05 may 2021-ci il tarixli 411 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol mil sümüyünün oynaqdaxili yerdəyişmiş sınığı, sağ said sümüklərinin açıq, yerdəyişən sınığı, simfizin (aralığın) və sol oma-qalça birləşməsinin cırılması, sol X döş fəqərəsinin və X qabırğanın yerdəyişməsiz sınığı, hər iki saidin, sağ dizin əzilmiş yaraları küt əşya(əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun “Baku medical Plaza”-ya müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 30 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə uygun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli 8/794 saylı məhkəmə avtotexniki ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Outlander” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən; - hərəkət üçün təhlükə yaranan anda “Honda” markalı, 10-B-212 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən müvafiq olaraq 31,3-36,1 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını aımağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda “Honda” markalı, 10-B-212 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən müvafiq olaraq 31,3-36,1 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 13 aprel 2021-ci il tarixli, 016-43601-1221 saylı məktubundan görünür ki, DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx xxxxx 1968-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan 30 mart 2021-ci il tarixli 1/846 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Mitsubushi-Outlander” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü ona qaytarılmışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Honda” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosikl maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnun ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, səminmi peşman olmasını, barışmağa dəfələrlə cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Mitsubushi-Outlander” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasından ötrü ona qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Zərərçəkmiş şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Honda” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosiklin saxlanılmasından ötrü ona qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət hadisəsi nəticəsində əmlakına dəymiş 12000 manat, səhhətinə isə dəymiş 25368,63 manat məbləğində maddi ziyanın, ümumilikdə isə 37.368,63 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı qismən etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməli, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçının əmlakına dəymiş ziyana görə 12000 manat, səhhətinə dəymiş maddi ziyana görə 25368,63 manat, ümumilikdə isə 37.368,63 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 37.398,63 (otuz yeddi min üç yüz doxsan səkkiz, altmış üç) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Maddi sübut - Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Mitsubushi-Outlander” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasından ötrü ona qaytarılması nəzərə alınsın. Maddi sübut - Zərərçəkmiş şəxs hadisə vaxtı idarə etdiyi özünə məxsus “Honda” markalı 10-B-212 dövlət qeydiyyat nişanlı motosiklin saxlanılmasından ötrü ona qaytarılması nəzərə alınsın. Mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçının əmlakına dəymiş ziyana görə 12000 manat, səhhətinə dəymiş maddi ziyana görə 25368,63 manat, ümumilikdə isə 37.368,63 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 37.398,63 (otuz yeddi min üç yüz doxsan səkkiz, altmış üç) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-302/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-302/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver