Məhkəmə qərarları › İş №1(003)-302/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-302/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-302/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı çay qaşığı ilə baş nahiyyəsinə və plastik uşaq oyuncağı ilə Zərərçəkmiş şəxs sol qaşüstü nahiyyəsinə, burun və boyun nahiyyələrinə qəsdən zərbələr endirərək sonuncuya sol qaşüstü nahiyyənin, burunun kəsilmiş yaraları, boynun sıyrığı ilə nəticələnən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nigahdan iki övladı vardır. xx.xx.2023-cü il tarixdə anası yaşadığı evdə yıxılaraq xəsarət aldığına görə xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə anasının Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evə getmişdir ki, həyat yoldaşı ev işlərini görmək üçün anasına kömək etsin. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdə yatmışdır. Yuxudan oyananda evlərində qonşuları Qumru, onun qızları Könül və Xəyalənin evlərinə qonaq gəldiyini görmüşdür. Onlara salam verərək mətbəxə keçib soyuducudan pomidor pastası götürərək çay qaşığı ilə yeyən zaman Ağabacının anası ilə mübahisə etməsini eşidəndə Ağabacıya qışqıraraq sakit olmasını tələb etmiş, Ağabacı ona cavab qaytardığına görə Etibar əlində olan çay qaşığı ilə Zərərçəkmiş şəxs başına bir zərbə vurmuşdur. Bundan sonra Ağabacı stoldan qalxaraq onu itələmiş və polisə zəng edəcəyini bildirərək digər otağa keçmişdir. Zərərçəkmiş şəxs otağa keçərək telefonu götürərək zəng etmək istədikdə o, yerdə uşağın plastik oyuncağını götürərək Zərərçəkmiş şəxs vurmaq istədikdə qonşu Könül qarşısını kəsərək ayıraraq digər otağa keçmişdir. Sonradan ona məlum olmuşdur ki, Ağabacı telefonla polislə danışmış, buna görə əsəbləşərək yenidən həmin plastik oyuncaqla Ağabacının sifətinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Atası və anası onları ayırmış, Təqsirləndirilən şəxs evdən çıxaraq getmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı vardır. xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxslə və uşaqları ilə birlikdə Etibarın atasına məxsus Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində qaynatası Şahid1, qaynanası Şahid2, qonşuları Könül, Xəyalə və Qumru ilə bir yerdə söhbət edərkən, əri Etibar isə evin digər otağında olmuşdur. Zərərçəkmiş şəxs qaynanası Şahid2 ilə söhbət edərkən yeni qanunlara görə valideyinlərdən kiminsə aliment verməyə imkanı olmasa, almenti uşaqların nənə və babası tərəfindən veriləcəyini bildirəndə qaynanası Şahid2 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs digər otaqdan onların yanına gələrək pomidor pastası yediyi çay qaşığı ilə Zərərçəkmiş şəxs başına bir zərbə vurmuşdur. Həmin vaxtı aralarında mübahisə yaranmış, qonşular evlərində mübahisə yarandığını görərək evlərindən getdikdən sonra o, digər otağa keçərək bu barədə polisə məlumat vermişdir. Bunu görən əri Təqsirləndirilən şəxs otaqda uşağın plastik oyuncağı ilə Zərərçəkmiş şəxs sifətinə zərbə vurmuş, həmin vaxtı qaynatası Şahid1 onları ayırmış, Təqsirləndirilən şəxs ona məxsus mobil telefonu götürərək evdən getmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Etibar uşaqları və həyat yoldaşı Ağabacı ilə birlikdə onun Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evinə qonaq gəldilər. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində yaşadığı evdə o, həyat yoldaşı Qüdrət, oğlu Etibar, gəlini Ağabacı və qonşular Könül, Qumru və Xəyalə olmuşdur. Həyat yoldaşı Qüdrət gəlini Ağabacı ilə söhbət edərəkən Ağabacı, Qüdrətə bildirmişdir ki, yeni qanuna görə kim uşağlara görə aliment verə bilmirsə onda alimenti baba və nənə ödəməlidir. Buna görə Qüdrətlə Ağabacı arasında mübahisə yaranmışdır. Mübahisə zamanı oğlu, Təqsirləndirilən şəxs pomidor pastası yediyi çay qaşığı ilə Ağabacının başına zərbə vurmuş, Etibar digər otağa keçmişdir. Ağabacı polisə zəng edərək polis çağırdığına görə Etibar, Ağabacını əlindən mobil telefonu alaraq aralarında mübahisə olmuş, Etibar evdə uşağın plastik oyuncağı ilə Ağabacının sifətinə bir zərbə vuraraq Ağabacının sifətini qanatmışdır. Etibarı Ağabacıdan ayıraraq çölə çıxarmışdır. Etibar evdən çıxaraq getmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Şahid1 qonşuluğunda yaşayır. xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində anası Qumru və bacısı Könüllə birlikdə Şahid1 evinə getmişdir. Həmin vaxtı Şahid2 İlə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, mübahisə zamanı Etibar mətbəxdən gələrək əlində olan çay qaşığı ilə Ağabacının başına bir zərbə vurmuş, buna görə aralarında mübahisə yaranmış, anası və bacısı ilə birlikdə öz evlərinə getmişlər. Sonradan ona məlum olmuşdur ki, onlar getdikdən sonra Etibar, Ağabacı ilə yenidən ailə məişət zəmnində mübahisə etmiş, Etibar plastik oyuncaqla Ağabacının sifətinə zərbə vuraraq xəsarət yetirmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid3 və X6 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 115 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən üzərində sol qaşüstü nahiyyəsinin, burnun kəsilmiş yaraları, boynun sıyrğı aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sol qaşüstü nahiyyəsinin, burnun kəsilmiş yaraları kəsici təsirə malik əşya, boyun sıyrığı isə küt əşya təsirindən onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl törənmişlər, qərarada göstərilən xx.xx.2023-cü il tarixlərə istisina olunmur və dərəcələrinə görə sağlamlğın qısa müddətdə pozulmasına səbəb olduğuna görə bu sağlamlğa qəsdən yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının təhqiqat zamanı müdafiə edilməsinə görə sərf etdiyi 01 saata görə 06 (altı) manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X7 və X4 ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar