Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-303/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ciil tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, ortatəhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan,əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3-cümaddəsiilətəqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıqməhkəməiclasındabaxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” marketin qarşısında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib xuliqanlıq niyyəti ilə sonuncunun sol gözünə yumruqla qəsdən bir zərbə vuraraq ona sol üst göz qapağının, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan, sol qaşın əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, sol almacıq sümüyünün qəlpəli sınığı ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəlləryaşadığı qəsəbədə Feyzulla Qasımzadə küçəsində yerləşən “Məhəbbət” mağazasını onun sahibi Bahadur adlı şəxsdən icarəyə götürüb işlətmişdir. Mağazanın dörd hissədən ibarət ümumi binasının bir hissəsində onun icarədə işlətdiyi ümumi sahəsi 60 kv.m-dən ibarət ərzaq mağazası yerləşmişdir. Adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs və Şahid1 qəsəbə sakinləri kimi tanımışdır və onlar mağazadan bir neçə dəfə alış-veriş etmişlər. xx xxxxx 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində o, şəxsi işi ilə bağlı mağazadan bir neçə dəqiqəlik çıxaraq yaxınlıqda kirayədə qaldığı evə getmiş, mağazada isə müvəqqəti olaraq oğlu Şahid5 oturmuşdur. Bir neçə dəqiqədən sonra Rəvan onunla telefon əlaqəsi saxlayaraq Samir və Rza adlı şəxslərin mağazaya gələrək orada səs-küy saldıqlarını bildirmişdir. Belə ki, Samir mağazaya daxil olaraq Rəvandan nisyə 2 ədəd “Go” içkisi istəmiş, lakin o, nisyə mal verilmədiyini ona bildirmişdir. Samir kobud formada Rəvandan atasına zəng etməyini tələb etmiş, oğlu ona zəng etdiyi anda o, mağazaya yaxınlaşdığı üçün telefonu açmamışdır. Bundan sonra Samir oğlundan nisyə mal verməsini bir daha tələb etmiş, həmin vaxt o, mağazaya tərəf gəlməyə başlamışdır. Bu zaman Samirlə Rzanın mağazada kobud səslə danışa-danışa söyüşlər söyərək çölə çıxdıqlarını görmüşdür. O, dərhal Samirə yaxınlaşmışdır ki, ondan nə üçün söyüş söydüyünü soruşsun, lakin Samir ona məhəl qoymayaraq əməlinə davam etdiyindən, aralarında mübahisə baş vermişdir. Üstünə gələn Samir sol əlini onun çiyninə qoyub onu acılamış və təhqir etmişdir. Samirə nə qədər “uzaq dur, mübahisə yaratma, mal mənimdir, nisyə vermirəm” desə də, Samir onun dediklərinə məhəl qoymayaraq üstünə gəlib sağ əli ilə üzünə şillə vurmaq istəmiş, o da özünü şillədən yan keçirdib sağ əlinin yumruğu ilə Samirin sağ gözündən bir zərbə vurmuşdur. Həmin vaxt orada olan şəxslər və eləcə də Rza onları ayırmağa çalışmışlar. Bundan sonra Samir və Rza oradan uzaqlaşmış, o da mağazanı bağlayıb evə getmişdir. İlk dəfə törətdiyi bu əməldən səmimi peşmandır. Belə bir hadisənin baş verməsini arzulamamışdır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən QəmbərovSamirRasimoğlu göstərdi ki, Ağayev X3 qəsəbəsində onunla bir məhəllədə yaşayır və o, onunla dostluq edir. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Rza ilə birlikdə bir şüşə “Xırdalan” pivəsi içdikdən sonra təxminən saat 23:30 radələrində onunla evdən çıxıb “Go” içkisi almaq üçün Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketə getmişlər. Rza mağazanın qarşısında gözləmiş, o isə mağazaya daxil olmuşdur. Pulu evdə qaldığı üçün yenidən evə qaytmamaqdan ötrü satıcıdan, yəni Təqsirləndirilən şəxs oğlundan nisyə 2 ədəd “Go” içkisi almaq istəmişdir. Lakin satıcı həmin içkiləri nisyə verə bilməyəcəyini demişdir. Bir qədər keçdikdən sonra Rza da mağazaya daxil olmuşdur. O, hətta satıcıya demişdir ki, həmişə gəlib dükandan nisyə mal almış, pulunu da sonradan gətirib vermişdir. Satıcı atasının dükanda olmadığını və bir daha nisyə mal verə bilməyəcəyini bildirmişdir. Satıcıdan atasına zəng vurmasını xahiş etmiş, satıcı atasına zəng etdiyni, lakin atasının telefonu açmadığını bildirmişdir. Bundan sonra orada meyvə hissəsində işləyən satıcı gəlib Rzanı çölə çıxartmışdır. O da Rzanın arxasınca çölə çıxanda Seyfəddin ora yaxınlaşmışdır. Seyfəddindən nə üçün nisyə “Go” içkisi istədiyi halda vermədiyini soruşduqda Seyfəddin ona qarşı söyüş söyməyə başlamış və o da onu söydüyündən, aralarında mübahisə yaranmışdır. O, Seyfəddinin onun üzərinə gəldiyini gördükdə onu itələmiş, Seyfəddin də yumruqla onun sol gözündən bir zərbə vurmuşdur. Həmin vaxt orada tanımadığı başqa adamlar, eləcə də meyvə satan satıcı olmuşdur. O əsəbi vəziyyətdə olmuş, lakin Seyfəddini vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Orada olan şəxslər, eləcə də Rza onları ayırmış, bundan sonra o, Rza ilə birlikdə oradan evlərinə getmişdir. Onun fikri Seyfəddindən hər hansı bir heyf çıxmaq olmuşdur. Ona görə də gecə gedib mağazanı yandırmışdır. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir və o, onunla barışaraq onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Seyfəddinə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən MəmmədovRövşənAbbasoğlu göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə axşam radələrində o, özünə məxsus olan avtomaşınla Mərdəkan qəsəbəsi ərazisində yerləşən “Məhəbbət” marketin yaxınlığında yerləşən meyvə-tərəvəz topdansatış mağazasının sahibi Elxanla telefon əlaqəsi saxlayaraq pomidor almaq istədiyini bildirmişdir. Belə ki, o, özü meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur. Elxan onda təzə pomidorun olduğunu bildirdiyi üçün, o, saat 22-23 radələrində həmin ünvana getmişdir. Ora çatanda Elxanla görüşmüş, pomidorları maşına yüklədikdən sonra bir nəfər tanımadığı uşaq Elxanın mağazasına daxil olaraq ondan xahiş etmişdir ki, işlədikləri mağazada içkili şəxs var, həmin şəxsi gəlib mağazadan çıxartsın. Bundan sonra Elxan həmin uşaqla getmiş, sonra Elxan və yanında bir nəfər şəxs mağazaya daxil olub həmin içkili şəxsləri mağazadan bayıra çıxartmışlar. Bundan sonra Elxan yanında bir neçə nəfər şəxslə həmin iki nəfər içkili şəxsi kənara çəkib onlarla söhbət etməyə başlamışlar. Onlar söhbət edə-edə bir-biri ilə sözlə mübahisə etmişlər. Lakin o, həmin şəxslərin söhbətlərinə qarışmayıb kənarda durmuş, bir qədər onların mübahisəsini seyr etdikdən sonra avtomaşınına əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt o, kiminkiminlə dalaşdığını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən KərimovElxanSarxanoğlu göstərdi ki, Mərdəkan qəsəbəsində "Məhəbbət" marketin birhissəsində anbar götürüb orada pomidorun topdan satışı ilə məşğul olur. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində öz anbarında olarkən "Məhəbbət" marketdə işləyən Seyfəddinin kiçik oğlu Rəhman ona yaxınlaşaraq mağazanın içərisində iki nəfərin sərxoş halda onların mağazasında onlara problem yaratdığını bildirmişdir. O, tez işini qoyub onların mağazasına getmişdir. Həmin vaxt o, öz anbarında olarkən onun yanında müştəriləri Altun və Rövşən olmuşdur. Mağazanın içərisinə daxil olduqdan sonra içəridə bir nəfər şəxsin mağaza sahibinin oğlu Rəvanla mübahisə etdiyini görmüşdür. O, həmin şəxsdən nə baş verdiyini soruşmuş, həmin şəxs də ondan soruşmuşdur ki, “sən kimsən?”. Bu zaman daha bir tanımadığı şəxs içəri daxil olmuşdur. O, həmin şəxsə mağazanın sahibinin tanışı olduğunu bildirmişdir. Həmin şəxslərdən mağazanı tərk etmələrini, söyüş söyməmələrini xahiş etmişdir. Bu zaman o, həmin ilk öncə gördüyü şəxsin qolundan tutub onu mağazadan bayıra çəkməyə başlamış, həmin vaxt digər tanımadığı şəxs də onun qolundan tutmuşdur. Həmin vaxt onun kiçik qardaşı mağazaya daxil olmuş və o, onların onu döydüklərini düşünüb araya girərək həmin şəxsləri sakitləşdirməyə başlamışdır. Onları mağazadan bayıra çıxartmış, lakin buna baxmayaraq, həmin şəxs yenə də qışqır-bağır salmağa başlamışdır. Bu zaman marketi işlədən Seyfəddin mağazaya gələrək nə baş verdiyini soruşmuş, onun uşaqlarından biri həmin iki nəfəri göstərib nisyə mal istədiklərini və mübahisə etdiklərini bildirmişdir. Seyfəddin həmin şəxslərə iradını bildirmiş, onlar isə onun ünvanına nalayiq sözlər işlətmişlər. Sonra həmin şəxslər mağazaya yaxınlaşmış və Seyfəddinlə mübahisə etməyə başlamışlar. Həmin vaxt Seyfəddin yumruqla onlardan birinin sifət nahiyəsindən vurmuşdur. Bundan sonra orada olan şəxslər, o və qardaşı Asiman Seyfəddini sakitləşdirməyə başlamışlar. Həmin iki nəfər oradan uzaqlaşıb getmiş, gedərkən Seyfəddinə demişlər ki, “indi siz görərsiniz”. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş AğayevRzaSamiroğlunun elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, Qəmbərov X2 qəsəbəsində onunla bir məhəllədə yaşayır və o, onunla dostluq edir. xx xxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Samirin yaşadığı evdə onunla bir şüşə “Xırdalan” pivəsi içdikdən sonra təxminən saat 23:30 radələrində evdən çıxıb “Go” içkisi almaq üçün Mərdəkan qəsəbəsində yerləşən “Məhəbbət” marketə getmişlər. O, mağazanın qarşısında gözləmiş, Samir isə mağazaya daxil olmuşdur. Mağazanını qarşısında Samiri bir qədər gözləmiş, lakin onun çölə çıxmadığını görüb o da mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqda Samir ilə satıcının danışığından ona məlum olmuşdur ki, Samirin pulu evdə qaldığından, satıcı ona nisyə olaraq “Go” içkisi vermir. Samir hətta satıcıya bildirmişdir ki, həmişə gəlib dükandan nisyə mal alıb, pulunu da sonradan gətirib vermişdir. Satıcı atasının dükanda olmadığını və bir daha nisyə mal verə bilməyəcəyini bildirmişdir. Samir satıcıdan öz atasına zəng vurmasını xahiş etmiş, satıcı isə atasına zəng etdiyni, lakin atasının telefonu açmadığını bildirmişdir. Bundan sonra orada meyvə hissəsində işləyən satıcı gəlib onu çölə çıxartmışdır. Samir də onun arxasınca çölə çıxanda Seyfəddin ora yaxınlaşmışdır. Samir Seyfəddindən nə üçün nisyə “Go” içkisi istədiyi halda vermədiyini soruşduqda, o, ona qarşı söyüş söymüş və Samir də onu söydüyündən, aralarında mübahisə yaranmışdır. Marketin qarşısında yaranmış həmin mübahisə zamanı Samir Seyfəddinin üstünə gəldiyini gördükdə ondan aralı durması üçün onu itələmiş, Seyfəddin isə ani bir məqamda Samirin sol gözündən yumruqla bir zərbə vurmuşdur. Həmin vaxt orada olan tanımadıqları başqa şəxslər, eləcə də meyvə satan satıcı və o, Samiri ayırmış, bundan sonra o, Samir ilə birlikdə oradan uzaqlaşmışdır. Samir həmin an çox əsəbi vəziyyətdə olmuşdur. Onlar birlikdə Samirin yaşadığı evə getmişlər. Samirin fikri o olmuşdur ki, Seyfəddindən hər hansı bir heyf çıxsın. Qərara gəlmişdir ki, Seyfəddinin mağazasını yandırsın. Samir ona bu fikrini bildirmiş və onlar razılaşmışlar. Bu məqsədlə Samirin avtomaşınının yük yerində olan 2 litrlik plasmas qabdakı benzini özü ilə götürmüş və birlikdə “Məhəbbət” marketin yaxınlığına getmişlər. Samir yolda bir əski parçası tapmış, həmin əski parçasını içərisində benzin olan kapron butulkanın ağzına salmış və qapağını yenidən bağlamışdır. Mağazanın yaxınlığına çatdıqda artıq xx xxxxx 2020-ci il saat 00:30 radələri olmuşdur. Həmin zaman mağaza artıq bağlanmış, yaxın ətrafda isə kimsə olmamışdır. Samir yerdən daş parçası götürüb mağazanın plastik pəncərəsinə ataraq şüşəni sındırmışdır. Həmin vaxt Samir ilə əvvəlcədən planlaşdırdığı kimi, o, plasmas butulkanın ağzında olan əskini yandırıb şüşəni sındırdıqları yerdən içəri atmaq istədikdə butulka içəri düşməmişdir. Onlara məlum olmuşdur ki, şüşənin bir qatı sınıb, ona görə də butulka içəri düşməmişdir. O, butulkanı atarkən mağazanı yandırmaq niyyətindən daşındığı üçün butulkanı könülsüz atmışdır. Butulka qayıdıb yerə düşdüyündən, o, Samirə “Samir, görürsən ki, Allah da bizə imkan vermir ki, mağazanı yandıraq, gəl çıxıb gedək” deyib oradan uzaqlaşmağa başlamışdır. Lakin Samir əsəbi olduğundan, onun sözlərinə məhəl qoymayıb daş parçası ilə yenidən şüşənin ikinci qatını da sındırmış, təkrar olaraq yanar vəziyyətdə olan və mağazanın sınmamış şüşəsinə dəyərək çölə düşmüş həmin plasmas butulkanı yana-yana götürüb mağazadan içəri tullamışdır. Bundan sonra Samir də onun arxasınca qaçmış və birlikdə qaçaraq oradan uzaqlaşmışlar. Daha sonra nə baş verməsindən heç bir məlumatı olmamışdır. Onlar sağollaşmışlar və hər kəs öz evinə getmişdir. Təxminən gecə saat 04 radələrində polis əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onu Xəzər RPİ 1-ci PŞ-nə aparmışlar. Həmin vaxt Samiri də polis əməkdaşları evdən götürmüşlər. O, PŞ-də hər şeyi olduğu kimi danışmışdır. Ona məlum olmuşdur ki, mağazanın ərzaq məhsulları olan hissəsi Samir ilə birlikdə plasmas butulkanı atmaqları nəticəsində yanaraq yararsız hala düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat təqribən 23 radələrində əvvəllər yaşadıqları Mərdəkan qəsəbəsində atası Seyfəddinin icarəyə götürüb işlətdiyi mağazada anası Narxanım ilə birlikdə satıcı kimi işləyən zaman həmin ərazidə yaşayan Samir adlı şəxs mağazaya gələrək ondannisyə iki ədəd “Go” içkisi istəmiş, həmin vaxt Samir ilə birlikdə gələn dostu Rza da mağazanın qarşısında durmuşdur. Samirə atası olmadan nisyə mal verə bilməyəcəyini demiş, o isə ona yaxınlaşıb demişdir ki, “atana zəng vur, gəlsin”. O da atasına zəng vurmuş, lakin atası telefonunu açmamışdır. Başa düşmüşdür ki, yəqin atası mağazaya yaxınlaşır. Həmin vaxt anası da vitrinin arxasında əyləşmişdir. Samir heç bir səbəb olmadan nalayiq ifadələr işlətməyə başlamış, o da qonşu mağazada olan Elxandan xahiş etmişdir ki, gəlib həmin şəxsləri sakitləşdirsin. Elxan həmin şəxslərlə söhbət etməyə başlamış, həmin vaxt Elxanın qardaşı Asiman da mağazaya gəlmişdir. Həmin an mağazada bir nəfər müştəri də olmuşdur. Onların hamısı birlikdə həmin iki nəfər şəxsi sakitləşdirirlərmiş. Bu zaman atası da gəlib çatmış və atası ilə həmin iki nəfərin arasında mübahisə yaranmış, onlar mübahisə edə-edə mağazadan bayıra çıxmışlar. Onların arasında davam edən mübahisə əsnasında atası Samiri yumruqla vurmuşdur. Bundan sonra həmin şəxslər atasını hədələmiş və “sən gör indi biz mağazanı neyniyəcəyik” deyib çıxıb getmişlər. Həmin gecə atasının işlətdiyi mağaza sonradan bildiklərinə görə həmin şəxslər tərəfindən yandırılmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş KərimovAsimanSarxanoğlunun elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, qardaşı Elxan Mərdəkan qəsəbəsində "Məhəbbət" marketin bir hissəsində anbar götürüb orada pomidorun topdan satışı ilə məşğul olur. O da “Ford” markalı yük avtomobilini idarə edib qardaşına köməklik edir. xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində o, avtomobilinə yüklənmiş pomidorları mağazalara paylamağa getmişdir. Bir saatdan sonra geri qayıtdıqda Elxanın anbara bitişik olan ərzaq mağazasında iki nəfər şəxslə sözlə mübahisə etdiyini görmüşdür və elə düşünmüşdür ki, onlar Elxanla dalaşırlar. O, mağazanın həmin şəxslərdən birinin qolundan tutaraq mağazadan bayıra çıxartmışdır. Lakin sonradan anlamışdır ki, həmin şəxslər qardaşı ilə yox, mağazanın sahibləri ilə mübahisə edirlər. O, Elxanla həmin şəxsləri sakitləşdirib yola salmağa çalışmışdır. Həmin şəxs yenə də qışqırbağır salmağa başlamışdır. Bu zaman "Məhəbbət" marketi işlədən Seyfəddin mağazaya gələrək nə baş verdiyini soruşduqda onun uşaqlarından biri ona həmin iki nəfəri göstərib onların nisyə mal istədiklərini və mübahisə saldıqlarını bildirmişdir. Seyfəddin həmin şəxslərə mağazanın giriş hissəsinə yaxın yerdə, yəni mağazadan çöldə iradını bildirmişdir. Bu zaman həmin şəxslərdən biri Seyfədinin ünvanına nalayiq sözlər işlətmiş, bundan sonra həmin şəxslər mağazaya yaxınlaşmış və nalayiq söyüş söyən şəxs Seyfədinlə mübahisə etməyə başlamışdır. Seyfəddin yumruqla həmin söyüş söyən şəxsin sifət nahiyəsindən vurmuş, bundan sonra orada olan şəxslər, yəni o və Elxan Seyfəddini sakitləşdirməyə başlamışlar. Həmin iki nəfər oradan uzaqlaşıb getmiş, gedərkən Seyfəddinə demişlər ki, “indi siz görərsiniz”. Həmin vaxt nəsə almaq üçün mağazaya daxil olan bir nəfər şəxs də hadisənin şahidi olmuşdur. Hadisə zamanı mağazadan bayırda həmin şəxlərlə söhbət edən zaman yol ilə keçən digər tanımadığı şəxslər də maşınlarını saxlayıb söz-söhbətə qulaq asırlarmış. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanmış, o, vermiş olduğu ifadələri bir daha təsdiq edərək baş vermiş hadisənin yerini əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ciil tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Allaşhükür oğlu və Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmətibbekspertizasının xx xxxxx 2020-ci il tarixli 401 saylı rəyindən görünürki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaşın əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması, sol üst göz qapağının, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırları, sol almacıq sümüyünün qəlpəli sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx xxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol almacıq sümüyünün qəlpəli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya; sol qaşın əzilmiş yarası, sol göz almasının ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sol üst göz qapağının, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin qançırları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetiriliməsi daha inandırıcıdır. İş materiallarında olan və zərərçəkmiş şəxs QəmbərovSamirRasim oğlu tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qirx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Kazımov X1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Biləsuvar rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-303/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-303/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver