Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-303/2023 19.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi bağlar sahəsində yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd 1300 manat dəyərində dəmir darvazanı, bir ədəd 200 manat dəyərində çuqun materialdan olan vannanı və 1 ədəd 2 tonluq 1000 manat dəyərində su çənini gizli olaraq talayıb zərərçəkiş Zərərçəkmiş şəxs2 cəmi 2500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində və xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələirndə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən bağ sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd qiyməti 500 manat olan qaraj darvazasını, hər birinin dəyəri 125 manat təşkil edən ümumid dəyəri 500 manat olan 4 ədəd dəmir şivelleri, traktor maşının ehtiyyat hissəsi olan 1 ədəd 1500 manat dəyərində çəngəlini, «Ural» markalı avtomobilin hər birinin qiyməti 1000 manat təşkil edən, ümumi dəyəri 2000 manat olan 2 ədəd körpü (most) ehtiyyat hissəsini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 4500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 500 manat olan 10 ədəd metal boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi bağlar sahəsində yerləşən bağ evinin həyətinə qanunsuz daxil olaraq oradan bir ədəd 1300 manat dəyərində dəmir darvazanı, bir ədəd 200 manat dəyərində çuqun materialdan olan vannanı və 1 ədəd 2 tonluq 1000 manat dəyərində su çənini gizli olaraq talayıb zərərçəkiş Zərərçəkmiş şəxs2 cəmi 2500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində və xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələirndə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən bağ sahəsinə qanunsuz daxil olaraq oradan 1 ədəd qiyməti 500 manat olan qaraj darvazasını, hər birinin dəyəri 125 manat təşkil edən ümumid dəyəri 500 manat olan 4 ədəd dəmir şivelleri, traktor maşının ehtiyyat hissəsi olan 1 ədəd 1500 manat dəyərində çəngəlini, «Ural» markalı avtomobilin hər birinin qiyməti 1000 manat təşkil edən, ümumi dəyəri 2000 manat olan 2 ədəd körpü (most) ehtiyyat hissəsini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 4500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyəti ilə Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 50 manat təşkil edən ümumi dəyəri 500 manat olan 10 ədəd metal boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 cəmi 500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Əvvəllər Zirə qəsəbəsində yerləşən istixanalarda işləmiş, lakin son vaxtlar iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkmişdir. 2022-ci ilin noyabr ayınınn əvvəllərində tanışı Xalıq ilə birlikdə iş axtarmaq üçün Zirə qəsəbəsində məhlələrin arası ilə gedərkən bir neçə həyətdə metal boru, müxtəlif dəmir metal və sair əşyalar görüb Xalıq ilə həmin metalları oğurlayıb sataraq əldə etdikləri pulları bölmələri üçün məsləhətləşmişdir. Bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi bağlar sahəsində yerləşən adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus yaşayış olamayan bağ evinin həyətinin qarşısına getmişlər. Həmin həyətə daxil olub oradan 1 ədəd çuqun materialdan vannanı, həyətdən 1 ədəd köhnə dəmir darvazanı və 1 ədəd təxminən 2 tonluq dəmir çəni tək-tək götürüb həyətdən bayıra çıxarmışlar. Daha sonra digər tanışı Gəncəliyə zəng vurub çağırmış, həmin əşyaların özlərinə məxsus əşyalar olduğunu və satmaq üçün metal qəbulu məntəqəsinə aparmasını və gediş haqqını verəcəyini demişdir. Gəncəli etiraz etməmiş, gəldikdən sonra onun maşınına yükləyib Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsində işləyən Vüsal adlı şəxsə çəkisinə görə satmışlar. Əldə etdikləri pulu Xalıq ilə 2 yerə bölmüş, Gəncəliyə isə gediş haqqı olaraq 20 manat pul vermişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində tanışı Xalıq ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən sonradan adı ona məlum olan Müşfiq Musayevə məxsus torpaq sahəsinin qarşısına getmiş, həyətin darvazası olmasa da giriş qapısı taxta ilə söykənili şəkildə bağlı olmuşdur. Taxtanı kənara atıb həyətə daxil olmuşlar, Xalıq ilə köməkləşib həyətdə olan yük maşınlarının metaldan olan ehtiyyat hissələrini, yəni 2 ədəd körpüsünü (mostunu), traktorunu isə metaldan olan çəngəl deyilən ehtiyyat hissəsini çıxarıb bağ sahəsinin qarşısına yığmışlar. Daha sonra tanışım Gəncəliyə zəng vurub, müəyyən metal hissələri oluğunu, onları satmaq üçün metal qəbulu məntəqəsinə apramaq lazım olduğunu və ona bildirdiyi yerə gəlməsini xahiş etmişdir. Bir qədər sonra Gəncəli idarə etdiyi «Ford Transit» markalı **-NU-*** dövlət qeydiyyat nişanlı maşınla həmin yerə gəlmiş, Xalıq ilə köməkləşib həmin metalları maşına yükləyib Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsində işləyən Vüsal adlı şəxsə çəkisinə görə satmışlar. Belə ki, oğurladıqları ehtiyyat hissələri 600 kq oluduğu üçün bunun qarşılığında Vüsal onlara 240 manat pul vermişdir. Həmin pulu Xalıq ilə bölmüş, Gəncəliyə isə gediş haqqı olaraq 20 manat vermişlər. Oradan, torpaq sahəsində oğurluq edərkən orada əlavə dəmir qapı, dəmir şivellərlər də görmüş, lakin həmin vaxt maşında yer olmadığı üçün onları götürə bilməmiş, həyətin boş olduğu və yaşayış olmadığı üçün daha sonra gəlib oğurlaya biləcəyini fikirləşmişdir. Ona görə 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində tanışı Gəncəliyə zəng vurub həmin yerdə qalan digər metalları da apramasını xahiş etmiş və Gəncəli ilə Zirə qəsəbəsində görüşmüşlər. Xalıq və Gəncəli ilə onun maşını ilə həmin yerə, yəni Zirə qəsəbəsində yerləşən «Qızıl Balıq» adlı restoranın yaxınlığında yerləşən bağ sahəsinə getmişlər. Həmin həyətdə qalan 4 ədəd dəmir şivellerləri və dəmir qapını köməkləşib maşına yükləyib çıxmışlar. Onları da Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsinə, yəni Vüsal adlı şəxsə satmışlar. Metalın çəkisi təxminən 400 kq olduğu üçün Vüsal onlara 200 manat pul vermişdir. Əldə etdiyi pulu Xalıq ilə böliüş, Gəncəliyə yenə də 20 manat pul vermidir. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində tanışı Xalıq ilə birlikdə oğurluq etmək məqsədi ilə adı sonradan mənə məlum olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən torpaq sahəsinin qarşısına getmiş, hasardan aşıb dəmir darvazanı açmaq istəsə də kilidli olduğu üçün aça bilməmiş, ona görə də Xalıq ilə birlikdə köməkləşib həyətdə olan təxminən 4-4,5 metr uzunluqda 10 ədəd dəmir boruları hasarın üstündən küçəyə atmış, daha sonra yolun kənarına yığıb Gəncəliyə zəng vurub çağırmışdır. Gəncəli maşınla gəldikdən sonra ona həmin boruları ucuz qiymətə aldıqlarını, aparıb satmaq istədiklərini demiş, Gəncəli etiraz etməmiş, boruları maşına yükləyib əvvəlki qaydada Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə, Vüsal adlı şəxsə çəkisinə görə satışdır. Qarşılığında Vüsal onlara 350 manat pul vermiş, həmin pulu da Xalıq ilə 2 yerə bölmüşlər. Yenə də Gəncəliyə 20 manat vermişdir. Təqsirləndirilən şəxs2 əşyaları oğurluq yolla əldə etmələri barədə Vüsal adlı şəxsə heç nə demədiyini, həmin əşyaların özlərinə məxsus olduğunu dediyini, eləcə də tanışı Gəncəliyə həmin metal və digər əşyaların özlərinə məxsus olduğunu, bəzilərini aldıqları dediyini, Gəncəlinin həmin əşyaların oğlurluq olmasından məlumatı olmadığını, oğurluq edərkən yanlarında başqa heç kimin olmadığını, bu barədə heç kimə demədiyini, heç kimin görmədiyini, bu barədə ailə üzvlərinin xəbəri olmadığını, son vaxtlar işləmədiyi üçün və pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etdiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyni, tututduğu əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Əvvəllər Zirə qəsəbəsində yerləşən istixanalarda fəhlə kimi, yəni tərəvəz yığımı işində işləmiş, lakin son vaxtlar iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində tanışı Ülfət ilə birlikdə iş axtarmaq üçün Zirə qəsəbəsində məhlələrin arası ilə gedərkən bir neçə həyətdə metal boru, müxtəlif dəmir metal və sari görüb həmin metalları oğurlayıb sataraq əldə etdikləri pulları bölməyi məsləhətləşmişlər. Bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi bağlar sahəsində yerləşən adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus yaşayış olamayan bağ evinin həyətinin qarşısına getmiş, həmin həyətə hasardan daxil olub oradan 1 ədəd çuqun materialdan olan vannanı, həyətdən 1 ədəd köhnə dəmir darvazanı və 1 ədəd təxminən 2 tonluq dəmir çəni tək-tək götürüb həyətdən bayıra çıxarmışlar. Onlala eyni qəsəbəsdə yaşayan tanışları Gəncəlinin maşını olduğu üçün əşyaları metal qəbulu məntəqsinə aparmaq üçün zəng vurub çağırmışlar. Həmin əşyaların özlərinə məxsus əşyalar olduğunu və satmaq üçün metal qəbulu məntəqəsinə aparmasını və gediş haqqını verəcəklərini demişlər. Gəncəli etiraz etməmiş, gədikdən sonra onları maşına yükləyib Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsində işləyən Vüsal adlı şəxsə çəkisinə görə satmışlar. Həmin pulu da Ülfət ilə 2 yerə bölmüşlər. Qeyd etdiyi yerdən oğurluq edərkən yaxınlıqda yerləşən yaşayış olmayan boş həyətlərdə də bəzi dəmir turba, qapı və sair gördükləri üçün təkrar gəlib həmin əşyaları da oğurlamışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində Ülfət ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən sonradan adı ona məlum olan Müşfiq Musayevə məxsus torpaq sahəsinin qarşısına getmiş, həyətin darvazası olmasa da giriş qapısı taxta ilə söykənili şəkildə bağlı olmuş, taxtanı kənara atıb həyətə daxil olmuşlar. Ülfət ilə köməkləşib həyətdə olan yük maşınlarının metaldan olan ehtiyyat hissələrini, yəni 2 ədəd körpüsünü (mostunu), traktorunu isə metaldan olan çəngəl deyilən ehtiyyat hissəsini çıxarıb bağ sahəsinin qarşısına yığmışlar. Daha sonra Ülfət tanışları Gəncəliyə zəng vurub müəyyən metal hissələri olduğunu, onları da satmaq üçün metal qəbulu məntəqəsinə apramaq lazım olduğunu və gəlməsini xahiş etmişdir. Bir qədər sonra Gəncəli idarə etdiyi «Ford Transit» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı maşınla gəlmiş, Ülfət ilə köməkləşib həmin metalları maşına yükləmişdir. Daha sonra Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsində işləyən Vüsal adlı şəxsə çəkisinə görə satmışlar. Oğurladıqları ehtiyyat hissələri 600 kq oluduğu üçün bunun qarşılığında Vüsal onlara 240 manat pul vermişdir. Həmin pulu Ülfət ilə bölmüş, Gəncəliyə isə gediş haqqı olaraq 20 manat vermişlər. Qeyd etdiyi torpaq sahəsində oğurluq edərkən orada əlavə dəmir qapı, dəmir şivellərlər də görmüş lakin həmin vaxt maşında yer olmadığı üçün onları götürə bilməmişdir. Həyətin boş olduğunu, yaşayış olmadığını, daha sonra gəlib oğurlayacaqlarını düşünmüşlər. Ona görə 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Gəncəli ilə telefona danışıb həmin yerdə qalan digər metalları da apramasını xahiş etmişlər. Gəncəli razılaşdıqdan sonra onunla Zirə qəsəbəsində görüşmüşlər və onun maşını ilə həmin yerə, yəni Zirə qəsəbəsində «Qızıl Balıq» adlı restoranın yaxınlığında yerləşən bağ sahəsinə getmişlər. Həmin həyətdə qalan 4 ədəd dəmir şivellerləri və dəmir qapını köməkləşib maşına yükləyib çıxmışlar. Onları da Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsinə, yəni Vüsal adlı şəxsə satmışlar. Metalın çəkisi təxminən 400 kq olduğu üçün Vüsal onlara 200 manat pul vermişdir. Əldə etdikləri pulu Ülfət ilə bölmüşlər. Gəncəliyə də 20 manat pul vermişlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə təxminən saat 20-21 radələrində tanışı Ülfət ilə birlikdə oğurluq etmək məqsədi ilə adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən torpaq sahəsinin qarşısına getmiş, Ülfət hasardan aşıb dəmir darvazanı açmaq istəsə də kilidli olduğu üçün aça bilməmişdir. O, da hasardan həyətə keçmiş, Ülfət ilə birlikdə köməkləşib hyətdə olan təxminən 4-4,5 metr uzunluqda 10 ədəd dəmir boruları hasarın üstündən küçəyə atmışlar, daha sonra yolun kənarına yığıb Gəncəliyə zəng vurub çağırmışlar. Gəncəli maşınla gəldikdən sonra ona həmin boruları ucuz qiymətə aldıqlarını, aparıb satmaq istədiyiklərini demişlər. Gəncəli etiraz etməmiş, boruları maşına yükləyib əvvəlki qaydada Qala qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə, Vüsal adlı şəxsə çəkisinə görə satmışlar. Qarşılığında Vüsal onlara 350 manat pul vermiş, həmin pulu da Ülfət ilə 2 yerə bölmüşlər. Yenə də Gəncəliyə 20 manat vermişlər. Təqsirləndirilən şəxs1 əşyaları oğurluq yolla əldə etmələri barədə Vüsal adlı şəxsə heç nə demədiklərini, həmin əşyaların özlərinə məxsus olduğunu dediyini, eləcə də tanışı Gəncəliyə həmin metal və digər əşyaların özlərinə məxsus olduğunu, bəzilərini aldıqları dediyini, Gəncəlinin həmin əşyaların oğlurluq olmasından məlumatı olmadığını, oğurluq edərkən yanlarında başqa heç kimin olmadığını, bu barədə heç kimə demədiyini, heç kimin görmədiyini, bu barədə ailə üzvlərinin xəbəri olmadığını, son vaxtlar işləmədiyi üçün və pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etdiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyni, tututduğu əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə aralarında barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, himayəsində 4 azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni sahədə boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsində tikili olmasa da 4 tərəfdən daş hasarla əhatə olunmuş, davrvazası vardır. Torpaq sahəsində müxtəlif meyvə ağacları da vardır. Eləcə də torpaq sahəsi boş olduğu üçün gələcəkdə tikintidə istifadə etmək məqsədi ilə ora bir neçə düyümlük metal borular yığmışdır. Ağaclara su vermək və torapaq sahəsinə nəzarət etmək üçün tez-tez gedib baş çəkir. Sonuncu dəfə orada xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yenə də torpaq sahəsinə baş çəkmək üçün getdikdə ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər həyətdə olan borulardan 10 ədədini oğurlamışlar. Ona görə də zəng vurub bu barədə DİN-nin 102 xidmətinə məlumat verib baş vermiş hadisə barədə ərizə yazıb şikayət etmişdir. Oğurluq nətiəcəsində ona 500 manat dəyəridə maddi ziyan dəydiyini, belə ki, həmin borular 4 və ya 4,5 metr olmaqla bir ədədinin qiyməti 50 manat olduğunu, ətrafda yaşayan qonşu və ya başqa şəxslərlə hər hansı bir ədavəti, mübahisəsi olmamış, oradan oğurluq etmiş şəxsləri əvvəllər tanımamış, əvvllər də göməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X6 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni sahədə bağ sahəsi var, bağ sahəsi dörd tərəfdən hasarla əhatə olunsa da içəridə heç bir tikili yoxdur. Buna baxmayaraq özünə məxsus lazımlı əşyaları həmin həyətə yığmışlar. Ona görə də həmn torpaq sahəsinə teztez gedib baş çəkir, gələcəkdə lazım olacağı təqdirdə istifadə etmək və ya satmaq məqsədi ilə ora maşın ehtiyyat hissələrini də yığmışdır. Bağ sahəsində sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində bağa getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxlər ona məxsus bağın həyətindən 1 ədəd qiyməti 500 manat olan qaraj darvazasını, hər birinin dəyəri 125 manat olan ümumi dəyəri 500 manat təşkil edən 4 ədəd dəmir şivellerləri, traktor markalı maşının dəmirdən olan 1 ədəd 1500 manat dəyərində çəngəlini, «Ural» markalı avtomobilin hər birinin qiyməti 1000 manat təşkil edən, ümumi dəyəri 2000 manat olan 2 ədəd körpü (most) hissəsini oğurlamışlar. Ona görə də bu barədə ərizə yazıb şikayət etmişdir. Oğurluq nətiəcəsində ona cəmi 4500 manat dəyəridə maddi ziyan dəydiyini bildirməklə ona məsxus bağ sahəsinin daş hasarla əhatə olunduğunu, darvazası və qapısı omasa da giriş qapısını taxta və kiçik beton piltə ilə bağladığını, ətrafda yaşayan qonşu və ya başqa şəxslərlə hər hansı bir ədavəti və mübahisəsi olmadğını oğurluq etmiş şəxsləri əvvəllər tanımadığını və gömədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yeni sahədə bağ evi var, lakin həmin bağda yaşamır. Buna baxmayaraq tez-tez gedib evə və həyətə baş çəkir, nəzarət edib müəyyən işlər görüb gedir. Bağda sonuncu dəfə 23 oktyabr 2022-ci il tarixdə olmuşdur. 09 noyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində bağa getdikdə naməlum şəxs və ya şəxlərin ona məxsus bağın həyətindən evin divarına söykədiyi təxminən 2 il əvvəl 1300 manata aldığı 1 ədəd dəmir darvazanı, həyətdə olan 1 ədəd 2 tonluq 1000 manat dəyərində olan su çənini və 1 ədəd 200 manat dəyərində çuqun materialdan olan hamam vannasını oğurladıqlarını müəyyən etmişdir. Ona görə də zəng vurub bu barədə DİN-nin 102 xidmətinə məlumat verib baş vermiş hadisə barədə ərizə yazıb şikayət etmişdir. Oğurluq nətiəcəsində ona 2500 manat dəyərində maddi ziyan dəydiyini, belə ki, həmin çəni, darvazanı və hamam vannasını təxminən 2 il əvvvəl yuxarıda qeyd etdiyi qiymətlərə aldığını, lakin son vaxtlar maddi imkanı olmadığına görə gələcəkdə istifadə etmək məqsədi ilə həyətdə saxladığını, ətrafda yaşayan qonşu və ya başqa şəxslərlə hər hansı bir ədavəti və mübahisəsi olmadığını, oradan oğurluq etmiş şəxsləri əvvəllər tanımamış, əvvllər də göməmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışıq əldə etmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Atasının ona aldığı «Ford Transit» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı maşını etibarnamə əsasında idarə edir, həmin avtomobili ilə sifariş ilə yük daşıyır. 2022-ci ilin noyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ona zəng vuraraq Zirə qəsəbəsində həyətdə özlərinə məxsus bir qədər dəmir metal və sair əşyalar olduğunu, onu metal qəbulu məntəqəsinə aparmaq üçün maşın lazım olduğunu, ondan həmin yerə gəlməsini xahiş etmiş, həmin vaxt boş olduğu üçün Ülfətə gələ biləcəyini demiş və onun bildirdiyi yerə getmişdir. Ora çatdıqda digər tanışı Xalıq Salmaovun da Ülfətin yanında olduğunu görmüşdür. Onlar Zirə qəsəbəsində bağlar sahəsində yerləşən yaşayış olmayan həyətlərdən birinin qarşısında dayanıb bir ədəd dəmir darvaza, bir ədəd hamam vannası və bir ədəd dəmir su çənini göstərib onları satmaq üçün metal qəbulu məntəqəsinə aparmalı olduğunu demişlər. Həmin əşyaları maşına yüklədikdən sonra birlikdə Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən metal qəbulu məntəqsinə aparmışlar. Əşyaları metal qəbulu məntəqəsində işləyən Vüsal adlı şəxsə satmışlar, lakin hansı qiymətə satdıqlarını bilməmişdir. Gediş haqqı olaraq ona 20 manat pul vermişlər. Səhəri gün yenə Ülfət və Xalıq ona zəng vurub bir qədər də metal olduğunu, onları da metal qəbulu məntəqəsinə aparmaq üçün maşın ilə onların bildirdiyi yerə gəlməsini xahiş etmiş, Zirə qəsəbəsində yerləşən «Qızıl Balıq» restoranını yaxınlığına getmiş, maşını yol kənarında saxlamış, Ülfət və Xalıq yaşayış olmayan boş həyətdən bir ədəd dəmir darvaza, müəyyən maşın ehtiyyat hissələrini gətirib maşına yükləmişlər. Həmin vaxt Ülfət və Xalıq orada başqa metallar da olduğunu, lakin maşına yerləşmədiyi üçün daha sonra gəlib yenə də aparacaqlarını demişlər. Onlarla razılaşmış, həmin əşyaları da eyni yerə, yəni Qala qəsəbəsi, Xaşa-Xuna bağlarında yerləşən metal qəbulu məntəqsinə aparmışlar. Satdıqdan sonra gediş haqqı olaraq onlardan 20 manat pul almışdır. 2 gün sonra Xalıq və Ülfət ona zəng vurmuş, həmin həyətdə qalan digər metalları aparmaq istədiklərini və ora getməsini demişlər. Onları Zirə qəsəbəsində yol kənarından götürüb birlikdə həmin yerə getmişlər. Maşını həyətə sürmüş, onlar həyətdə olan dəmir qapını, bir neçə şivellerləri maşına yükləmişlər. Onları da eyni metal qəbulu məntəqəsinə, Vüsal adlı şəxsə satmışlar, yenə də gediş haqqı olaraq ona 20 manat pul vermişlər. Bundan sonra birlikdə Zirə qəsəbəsinə qayıtmışlar, Ülfət və Xalıq maşından düşüb getmişdir. Həmin hadisədən bir neçə gün keçdikdən sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində Xalıq və Ülfət ona zəng vurub Zirə qəsəbəsi yeni sahədə olduqlarını, oradan bir neçə dəmir boru aparmaq lazım olduğunu demiş, ona artıq gec olduğunu, sabah gələ bilcəyini desə də təkidlə onu çağırmışlar. Tanış olduqları üçün etiraz edə bilməmiş və idarə etdiyi maşınla onların bildirdiyi yerə getmişdir. Bağ evlərinin arasında yol kənarında dayanmış, Ülfət təxminən 10 ədəd mteal boruları göstərib onları ucuz qiymətə düşdüyü üçün aldığını, küçədə qalmaması üçün bu saatda çağırdığını demiş, Xalıq ilə birlikdə həmin boruları da maşına yükləmişlər. Qeyd etdiyi borular da Xaşa-Xuna bağlarında yerləşən metal qəbulu məntəqəsinə satmışlar, qarşılığında onlardan 20 manat pul almışdır. Lakin onların bu əşyaları oğuradıqlarından şübhələndiyi üçün onlardan soruşmuş, Ülfət və Xalıq həmin əşyaların özlərinə məxsus olduğunu, ucuz qiymətə düşdüyü üçün aldıqlarını, oğurluq olmadığını demişlər. Buna baxmayaraq onları maşınla apardığı üçün və ona yalan daşnışmaqlarından ehtiyyat edib qorxmuş, evə getdikdən sonra qarşdaşı ilə məsləhətləşib Ülfət və Xalıqın bir neçə dəfə bu kimi əşyaları, metalları satdıqlarını demiş, qardaşı ona bu barədə polis şöbəsinə məlumat verməsini demiş, ona görə də bunun yoxlanılması üçün polisə məlumat vermişdir. O, əşyaları alan Vüsal adlı şəxsin əşyaların oğurluq olmasından məlumatı olmadığını, çünki Ülfət həmin əşyaların özünə məxsus olduğunu və satmaq istədiyini Vüsal adlı şəxsə dediyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən noyabr ayının əvvəllərində 3 nəfər cavan oğlan ağ rəngli **-NU-*** dövlət qeydiyyat nişanlı, «Ford Transit» markalı maşınla işlədiyi Xaşa-Xuna bağlar massivində yerləşən metal qəbulu məntəqəsinə gələrək özlərinə məxsus köhnə metal dəmir darvaza, çuqun vanna və 1 ədəd köhnə dəmir su çəni gətirib satmaq istdəiklərini demişlər. Həmin əşyalara baxıb ala biləcəyimi deyib metalları çəkərək çəkilərinə görə onlara müəyyən qədər pul vermişdir. Lakin neçə manat verdiyini xatırlamır. Bundan bir gün sonra həmin şəxslər yenə də eyni maşınla gələrək markasını bilmədiyi maşın mostunu, traktorunu çəngəl deyilən ehtiyyat hissəsini gətirib özlərinə məxsus olduğunu demiş, həmin əşyaları da çəkib onlara təxminən 240 manat pul vermişdir. Bir neçə gün sonra həmin uşaqlar yenə gəlib öz həyətlərində olan köhnə əşyaları satdıqları üçün dəmir və digər metalları da satdıqlarını bildirib maşından 3-4 ədəd dəmir şiveller və köhnə dəmir qapını düşürmüşlər. Həmin əşyaları da çəkib onlara 200 manat pul vermişdir. Bundan təxminən 6-7 gün sonra həmin uşaqlar yenə də eyni maşınla gəlib 10 ədəd təxminən 4-5 metr uzunluqda metal borular gətirib onların da özlərinə məxsus olduğunu demiş, boruları da çəkib çəkisinə görə onlara 350 manat pul vermişdir. Bundan sonra onları görəmiş, ona başqa heç bir əşya, metal və sair gətirməmişlər. Həmin şəxslər dəmirləri və digər əşyaları satarkən özlərinə məxsus olduqlarını, köhnə olduğu üçün satmaq istədiklərini dedikləri üçün metalların və əşyaların oğlurluq yolla əldə olunmasından xəbəri olmamışdır. Buna baxmayaraq həmin uşaqların gəldiyi «Ford» markalı avtomobilin nömrəsini kənara yazmışdır. Avtomobilin dövlət qeydiyyat nişanını yazdığı üçün yadında qalmış, maşının nömrəsinin **-NU-*** olduğunu bildirmişdir. Aldığı metalları və sair əşyaları aldıqdan bir neçə gün sonra onları metal əritmə zavoduna təhvil verdiyini, belə ki, məntəqdə metallar çox yığılmaması üçün demək olar ki, hər gün metal əritmə zavoduna aparıb təhvil verdiyini bildirməklə ona qeyd olunan metalları satan şəxslərin 3 nəfər olduğunu, yanlarında başqa şəxsin olmadığını onları əvvəllər tanımadığını, ona əvvəllər hər hansı metal və ya əşya satmadıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş, AR CM-ni 73-cü maddəsinə əsasə cinayət məsuliyyətindən azad edilərək, cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslər ilə barışmış və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş 23 noyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən 23 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 23 noyabr 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən 23 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Ülvi Novruzov tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Ülvi Novruzov tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ünvanında yerləşən nömrəsiz yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-303/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-303/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver